3
Yaponiyada və digər Şərq ölkələrində qəbul
edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində hər
bir il müəyyən heyvan işarəsi altında keçir. Şərqdə
çox məşhur olan bu təqvimə əsasən 2014-cü il At
ilidir.
At qəd-qamətlidir. O, geyinib-kecinməyi ba-
carır, tamaşaları, teatrı, konsertləri, yığıncaqla-
rı, idman yarışlarını xoşlayır. Çox vaxt hər han-
sı bir idman növü ilə müvəffəqiyyətlə məşğul
olur. Kompliment deməyi bacarır, şən, söhbətcil,
cazibəli və hətta adlı-sanlı olur.
At, kütləni idarə etməyi bacardığı üçün
siyasətdə müvəffəqiyyət qazana bilər. O, təkcə əqli
fəaliyyətlə deyil, fiziki işlə də məşğuldur. Ziyalı
olmaqdan daha çox, çevik olan At özünə o qədər
də inanmır. Buna baxmayaraq, heç vaxt özünü sın-
dırmır. At asanlıqla özündən çıxır, buna görə də
üzlülüyü ilə nə qazanmışsa çox vaxt onu itirir. Atın
hiddətinin bir dəfə şahidi olmuş adamlar ona heç
bir zaman etibar etməzlər, çünki onun hiddətində
nə isə hədsiz bir çılğınlıq vardır. Uğur qazanmaq
üçün bu xasiyyətindən əl götürməlidir.
At xudpəsənddir. Kim yolunu kəssə onu aya-
ğının altına salıb tapdalayacaq və azacıq da vic-
dan əzabı çəkməyəcəkdir, çünki hədsiz dərəcədə
şöhrətpərəstdir. Özünü hamıdan üstün tutur və
hətta başqalarının işinə qarışdıqda da çox vaxt an-
caq öz problemləri ilə maraqlanır. Təbiətən çox
müstəqildir, məsləhətlərə qulaq asmır, ağlına necə
gəldi o cür də hərəkət edir.
Bu xudpəsənd yalnız özü üçün, öz rahatlı-
ğı və müvəffəqiyyəti üçün işləyirsə də, işinin
bəhrələrindən hamı faydalanır. At fərdiyyətçidir,
zəhmətkeşdir, pul xərcləməkdə mahirdir, hətta
yaxşı maliyyəçidir. Xasiyyəti dəyişkən olduğuna
görə işdən də, məhəbbətdən də tez yorulur. Son-
ralar eyni müvəffəqiyyətlə və eyni canfəşanlıqla
yenidən işə girişir. Tənhalıq və nəzarət tələb
etməyən hər hansı ixtisasa yiyələnə bilər. O, başı-
na adamlar toplamağa, hörmət qazanmağa və tərif
eşitməyə həmişə ehtiyac duyur.
Dostları ilə paylaş: