KBT Я25
UOT (059)
Baş redaktor:
K.M.Tahirov
professor,
Əməkdar mədəniyyət işçisi
Məsul katib:
N.Alışova
Redaksiya heyəti:
A.Abdullayeva
N.Alışova
S.Quliyeva
M.Talıbova
Redaktor:
M.Cəfərova
Əlamətdar və tarixi günlər təqvimi
- 2014 /baş red. K.Tahirov; red.
M.Cəfərova; məsul katib N.Alışova;
Azərbaycan Milli Kitabxanası.-
Bakı, 2013.-
424 s.
© Azərbaycan Milli
Kitabxanası, 2013
ISBN 978-9952-460-31-5
2014
ƏZİZ OXUCULAR!
Milli Kitabxana kitabxanaçılara kömək məqsədilə
1961-ci ildən “Əlamətdar və tarixi günlər təqvimi”ni
nəşr edir. Əvvəllər 3 aydan bir - ildə 4 dəfə nəşr edilən
təqvim, 1970-ci ilin oktyabr ayından etibarən “Ki-
tabxana işçisinə kömək”, 2005-ci ildən isə yenidən
“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olu-
nur.
Bütün bu illər ərzində təqvim özünün “ənənə və
yeniliklər” şüarına sadiq qalaraq daha da təkmilləşmiş,
həcmi genişlənmiş, mövzu üzrə bölmələrin sayı art-
mış, geniş məlumat mənbəyi kimi formalaşmışdır.
Mədəniyyət işçiləri, müəllimlər, ziyalılar, kütləvi
informasiya vasitələri və ən çox da kitabxana işçiləri
üçün nəzərdə tutulan bu vəsaitin hər buraxılışının
müqəddiməsində nəşrin məzmunu, forması daha
geniş açılır. Təqvimin əsas məqsədi geniş oxucu
kütləsi və mütəxəssislərə respublikanın ictimai-
siyasi, iqtisadi, mədəni, elmi həyatında baş verən ən
mühüm hadisələri, kitabxana işi haqqında və başqa
dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır.
Təqvimin bu sayı görkəmli Azərbaycan şairi və
mütəfəkkiri, Azərbaycan-Türk ədəbiyyatı tarixində
divan janrının ən möhtəşəm nümayəndələrindən biri
kimi tanınan Məhəmməd Süleyman oğlu Füzulinin
anadan olmasının 520 illik yubileyinə həsr olunmuş-
dur.
Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bü-
tün Şərq ədəbiyyatında əsərləri dönə-dönə nəşr olu-
nan, çox sevilən və çox oxunan ən tanınmış klassik
sənətkarlardandır.
Təqvimdə Məhəmməd Füzulinin həyat və
fəaliyyətinə dair zəngin məlumatlar öz əksini tapmış-
dır.
Təqvimdə 2014-cü ildə yubileyləri qeyd olunacaq görkəmli şəxsiyyətlərin siyahısı və əlamətdar
hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir:
Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-
ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq;
Mədəniyyət. Elm. Maarif; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.