Kəlbəcər – Laçın bölgəsinin tarixi turizmi”



Yüklə 56,45 Kb.
tarix31.01.2017
ölçüsü56,45 Kb.
#6954

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Turizm İnstitutu

Xidmət Mühəndisliyi fakultəsi

Regionşunaslıq ixtisası əyani şöbəsi 1 – ci kurs tələbəsi

Abbasov Rustəm İlqar oğlunun

Azərbaycan tarixi fənnindən

Kəlbəcər – Laçın bölgəsinin tarixi turizmi”

Mövzusunda



Kurs İşi

Müəllim:Şükürov Kərim

Bakı – 2013

Giriş.


Plan.

I fəsil.Azərbaycanda Qarabağ xanlığının yaranması.

II fəsil.Laçın rayonu haqqında ümumi məlumat.

III fəsil.Kəlbəcər rayonu haqqında ümumi məlumat.

IV fəsil.Qubadlı rayonu haqqında ümumi məlumat.

V fəsil.Zəngilan rayonu haqqında ümumi məlumat.

Giriş

İnsanın təşəkkul tapması və formalaşması dördüncü geoloji dövrə təsaduf edir.Bu dövrün 4 mln il bundan irəli olması elmi əsaslarla sübuta yetirilmişdir. Azərbaycanda Fuzuli rayonunun yaxınlığında Azıx mağarasında, Qarabağda Tağlarda,Kəlbəcərdə Zarda ,Naxçıvanda Qazmada,Qazaxda Qədirdərədə, Çaxmaxlıda ,Kəkillidə və digər bölgələrdə açıq duçərgələrdə aparılan arxeoloji tədqiqatlar bunun əyani sübutudur . Bu zaman insanların ilk əmək alətləri daşdan olmuşdur .İnsanlar öz həyat tərzini ,məşğuliyyətini daş yaddaşına həkk etmişlər.



Kur – Araz mədəniyyətinin son dövrlərində Azərbaycanın dağlıq ərazilərində Xoşbulaq və Xolazək (Kəlbəcər) yaylaqları kimi yaşayış məskənlərində məskunlaşma başa çatmışdır.

Eramızın III – VI əsrləri Sasanilər dövlətinin formalaşması ilə tarixdə iz buraxmışdır .Daha sonra VII – IX əsrlərdə torpaqlarımız ərəb əsarətində olmuşdur.Bu zaman onlar həm islam dininin daha geniş yayılması uçun təbliğatlar aparır ,həm də öz hakimiyyətlərinin dairəsini genişləndirirdilər.

VII əsrdən başlayaraq xalq təbabətini ərəblər daha surətlə inkişaf etdirdilər. Bir neçə əsr muddətində ərəblərin öyrəndikləri 2600 dərman maddəsindən 1400 – u bitki mənşəli idi.Qeyd edək ki,Azərbaycan təbibləri ərəb xalq təbabətini qəbul etməklə yanaşı ,həm də onu xeyli zənginləşdirmişlər. Bu təbiblərdən Əbu Mənsurun rolunu xüsusiilə göstərmək olar .

Ərəb xilafətinin süqutundan sonra IX – XI əsrlər isə tarixdə Şirvanşahlar , Sacilər ,Salarilər , Rəvvadilər və Şəddadilər dövlətinin fəaliyyəti ilə yaddaşlara yazıldı.

1054 – 1136 – cı illər Səlcuqların ,1136 - 1225 – ci illər isə başçıları Atabəy Şəmsəddin Eldəniz olan Eldənizlər dövlətinin hakimiyyətini unudulmaz etdi.

Monqolların ölkəmizə yürüşü də izsiz keçmədi .Ölkəni talayıb viran etməkdən zövq alırdılar.

Hulakulərin ,Teymurilərin də təsirində az olmamışıq. Bundan sonra Qaraqoyunlu da olmuşuq ,Ağqoyunlu da .

XVI əsr tariximizdə,ədəbiyyatımızda olduğu kimi ərazilərimizdə də ən bğyuk dəyişikliklər dğvru olub . Gözəl sərkərdə ,dahi şəxsiyyət ,şair və siyasətci Şah İsmayıl Xətainin dövrundə torpaqlarımız daha geniş ,millət daha qürurlu ,dilimiz daha doğma və təmiz olmuşdur.Azərbaycan dili dövlət dili səviyyəsində qaldırılmışdır. Turk dilinə gözəllik,parıltılıq verən,onun ətirli çəmənə döndərən dahilərdən Xətaini,Fuzulini,Aşıq Qurbanı,Həbibini göstərmək olar.

Torpaqlarımızın ümumi sahəsi 410 min kv.km olmuşdur.Sonralar torpaqlarımız Əfşar nəslində olan Nadir şahın himayəsində olmuşdur.Ondan sonra xanlıqlara, sultanlıqlara parçalanmalar baş verdi.Bu zaman Kəlbəcər Qarabağ xanlığının tərkibində olmuşdur.

XIX əsrin əvvəllərində Kurəkçay muqaviləsi ilə Qarabağ Xanlığı Rusiyaya birləşdirilir, 1822 – ci ildən isə tamamilə ləğv olunaraq Rusiyanın mustəmləkəsi olur. 1828 – ci il Turkmənçay muqaviləsi Azərbaycanın əzəli torpaqlarını iki yerə parçaladı. Doğma elim şimal və cənuba bölundu .Hələ bu azmış kimi ,Azərbaycan ərazisi vilayət ,quberniya və qəzalara bölundu .Onlara rəhbərlik isə ruslara tapşırıldı .O zaman Kəlbəcər Yelizavetpol quberniyasına,Cavanşir qəzasına tabe idi.

1918 ci ilin dəhşətli mart soyqırımından sonra erməni millətçilərinə qarşı nifrət artdı.Millətimizin azadlıq uğrunda mubarizəsi özünün son həddinə çatdı.Bunun nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti yarandı.Lakin bunu da xalqımıza çox gördulər.Cəmi 23 ay yaşayan Cumhuriyyətimizi duşmənlər boğdular.Yenidən yadellilər doğma ellərimizə yürüş etdilər.Azərbaycan yenidən işğal olundu. Bu dəfə isə rus bolşevikləri tərəfindən.Yenidən xalqımızın azadlıq səsi boğuldu.Nə az, nə çox, duz 70 il mustəmləkəlik həyatını yaşadıq.

Böyuk Vətən muharibəsi illərində Adolf Hitlerə SSRİ – nin şəhərlərinin təsfiri olan tortu gətirib, “bəyəndiyiniz hissəni göturun”, - ,deyə tıklif edən zaman o ,məmuniyyətlə tortun uzərindən “Bakı ” nı götürmüşdür.

Hələ sovetlər hakimiyyəti dövrundə Azərbaycan torpaqları azaldılaraq 86.6 min kv .km - ə endirilmişdi.Təkcə 1948 – 1953 – cu illərdə Stalinin qərarı ilə 100 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan zorla çıxarılmışdır...

Bəli ,Azərbaycan tarixinin sirli ,sehirli səhifələrinəbaş vurduqca adamı həm qurur hissi bürüyür ,həm də qorxulu ,ədalətsiz qərarlardan doğan dəhşət hissi. Yuzilliklər boyu dəfələrlə ədalətsiz hökmlərə, elan olunmamış muharibələrə məruz qalsaq da, sonda həqiqət bizim tərəfimizdə olduğundan səbirli , ədalətli və rəhimli Allahın köməyi ilə tarixin sınaqlarından üzüağ çıxmışıq.

Daha sonra xalqımın qan yaddaşına qanla yazılmış qanlı 20 Yanvar gecəsi!

Deyirlər, 1990- cı il 20 Yanvar gecəsi doğulan uşaqların əksəriyyəti oğlan olmuşdur. Millətimin azadlığı uğrunda amansız duşmənə qarşı əliyalın çıxan, sinələrini tanklara, BTR-lərə, odlu-alovlu silahlara sipər edən, qanlı 20 Yanvar faciəsində şəhidlik zirvəsinə ucalan ər oğullarımızın, qeyrətli qızlarımızın yerləri boş qalmasın deyə, Ulu Tanrı millətimə yar olmuşdur. Xalqıma yeni oğullar bəxş etməklə boşalmış səhvlərimizi doldurmuşdur. Axı həqiqət bizim tərəfimizdə idi...

O ki qaldı əsrin ən böyük faciələri olan Xocalı, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Fuzuli, Zəngilan, Xocavənd, Xankəndi, Qubadlı və Laçın rayonlarında tökulən nahaq qanların, törədilən soyqırımlarının haqqına, yəqin ki Ulu Tanrının köməyi ilə, gundən-gunə guclənən qudrətlənən azərbaycanlılar öz ağlı, zəkası və öz igid sərkərdələri ilə birlikdə bu haqqın hesabını bir gun çəkəcəklər. Elimiz ağlaya-ağlaya tərk etdiyi ata-baba yurdlarına, ocaqlarına nə vaxtsa gulə-gulə qayıdacaqdır.Bu gun isə Allahın sevdiyi ən yaxşı xususiyyətlərdən biri olan səbir etməyi ustun tutur, ədalətin mutləq qalib gələcəyinə inanırıq.

Fəsil 1

Azərbaycanda Qarabağ xanlığının yaranması.

Azərbaycanın XVIII əsrin ikinci yarısındaki tarixi əslində mustəqil və yarımaslı dövlət qurumlarının - xanlıqların tarixindən ibarətdir.Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mubarizədə yarandığından onların meydana gəlməsi ilə sosial – iqtisadi və siyasi şərtlər ümumi xarakter daşıyırdı . Lakin xanlıqların yaranması formaca bir – birindən fərqlənirdi.

Azərbaycan ərazisində ilk mustəqil xanlıqların yaranması XVIII əsrin 40 – cı illərinə aiddir.Əgər onlardan bəzisi Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə,digərləri hələ Nadir şahın hökmranlığı dövrundə İran əleyhinə mubarizə nəticəsində formalaşmağa başlamışdır.Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmustəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür.

Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748 - 1763) qoymuşdur.Xanlıq İran hökmranlığı ilə mubarizədə yaranmış və məhkəmlənmişdir.Pənahəli xan gəncliyində qardaşı Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi.Lakin 1738 – ci ildə qardaşı edam edildikdən sonra Pənahəli xan doğma Qarabağa qayıtmadı.

Nadir şah tərəfindən təqib edilən Pənahəli xan muəyyən muddət Zəngəzur yaylağında ,Qara Murtuza bəyin yanında oldu ,sonra isə öz tərəfdarlarını toplayaraq,inzibati mərkəzlərə - Gəncəyə,Naxçıvana,Şəkiyə və digər yerlərə yürüşü başladı.Pənahəli xan dinc əhalini öz tərəfinə çəkmək uçun ələ keçirdiyi mal – qaranı,atları onlara bağışlayırdı.

Tezliklə iyirmi minlik heyətdən ibarət Cavanşir – Otuzikilər tayfasının başında duran Pənahəli xan İran əsarətinə qarşı mubarizə aparan üsyançı dəstəyə rəhbərlik etməyə başladı.

Lakin İran və ona duşmən olan yerli feodalların huccumlarından qorunmaq uçun gənc xana etibarlı sığınacaq - qala lazım idi.1748 – ci ildə Pənahəli xanın Kəbirli mahalında ilk iqamətgahı - Bayat qalası yarandı.Qısa muddət ərzində burada qala divarları,bazar,hamam tikildi.Təbriz və Ərdəbildən sənətkarlar dəvət edildilər.Bayat qalasının tikilməsi və Qarabağ xanlığının qudrətinin artması tezliklə Şəki,Şirvan və Qarabağın bəzi feodal məliklərini narahat etdi.Onlar Pənahəli xana qarşı birgə çıxış etmək haqqında razılığa gəldilər.Məlik Şəki xanı Hacı Çələbiyə məlumat verərək bildirdilər ki, “...Pənahəli xan burada taxta çıxmış,qala və səngər tikdirmişdir.Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır ”.

Pənahəli xan ,hər şeydən əvvəl,məliklərlə haqq – hesabı çurutmək qərarına gəldi.Nadir şahın yuruşllərinin fəal iştirakçısı olan və onun ordusunu ərzaqla təmin edən beş Qarabağ məlikinin muəyyən imtiyazları vardı.Nadir şah dövlətinin süqutundan sonra onlar bu imtiyazlardan məhrum edildilər.Öz keçmiş imtiyazlarından əl çəkmək istəməyən məlikləri itaətdə saxlamaq məqsədilə Pənahəli xan ustundə öz əmisi Məlik Husunu öldürdü.Bu,Şahnəzərə qarşı Gulustan,Caraberd və Dizaq məliklərinin ittifaq bağlamasına gətirib çıxardı .

Şahnəzər öz qızını Pənahəli xanın oğlu İbrahimxəlil xana verərək digər məliklərdən ayrıldı, hətta onlara qarşı çıxdı.Həmin vaxtdan digər məliklər Pənahəli xanın hakimiyyətini qəbul etməyə və onun vassalı olmağa razı oldular. Qarabağ məlikləri ilə mərkəzi xan hakimiyyəti arasında mubarizə dini əsasda deyil , torpaq və hakimiyyət uğrunda gedirdi.

Şəkili Hacı Çələbi Pənahəli xana qarşı daha qətiyyətlə hərəkət etmək qərarına gəldi . Oğz muttəfiqləri ilə Bayat qalasını muhasirəyə aldı və bir ay ərzində onu ələ keçirməyə cəhd göstərdi. Lakin Pənahəli xanın qohumları və “kiçikdən tutmuş böyuyə kimi çoxsaylı təəbələri onun köməyinə gəldilər ”.Böyuk itki verərək məğlub olan Hacı Çələbi Kurun o tayına çəkildi və məyusluqla dedi: “P’nah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik ,ona sikkə vurduq və qayıtdıq”.Laki Bayat qalası mudafiə imkanları baxımından zəif idi.Pənahəli xan öz iqamətgahını Şahbulaq yaylağından köçürdü .Buna da iqlim və hərbi – strateji cəhətdən əlverişli olmadı,yeni yer axtarmaq lazım gəldi.

Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edin Pənahəli xan öz hakimiyyəti və nüfuzunu xeyli əraziyə ,daha doğrusu,Ərdəbilə qədər yaya bildi. Bu dövrdə Gəncənin də işlərinə mudaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını – Ziyadoğlu nəslinin numayəndələrindən birini gətirdi. Pənahəli xan öz mulklərini cənub – şərqə və cənub – qərbə tərəf genişləndirdi, Tatev, Sisian, Qafan, Meğri mahallarını özunə tabe etdi.

Qeyd olunmalıdır ki, o dövrdə mulklərin sərhədləri sabit deyildi. Bir çox kiçik hakimlər itaət etdiklərini bildirsələr də, tez-tez daha güclü hökmdarların himayəsinə keçirdilər. Lakin Pənahəli xan Qarabağda öz hakimiyyətini möhkəmləndirə bildi və güclü xanlıq yaratdı ki, bu xanlıq da Şimali Azərbaycan xanlıqlarının İran hucumlarından mudafiəsində mühüm rol oynadı. Pənahəli xan öz mulklərini daha da genişləndirmək , gücünü artırmaqla özünün mustəqilliyini təmin etməyə cəhd göstərdi.

Qarabağ xanlığı Pənahəli xanın varisi İbrahim xanın (1763-1806) dövrundə daha da gucləndi. Qarabağ xanlığında əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Pənahəli xan və İbrahim xanin dövrundə Mil duzunun keçmiş əsrlərdə dağıdılmış suvarma kanallarını bərpa etmək uçun cəhd göstərilmişdir. Gavurarx , Luvararx , Sarıarx, Xanarxı və s. qaydaya salınmışdı ki, xanlar onların istismarından xeyli gəlir əldə edirdilər.

Qarabağda kənd təsərrufatının bağçılıq, bostançılıq, arıçılıq kimi mühüm sahələri ilə yanaşı , sənətkarlıq və ticarət də inkişaf edirdi. Qarabağın kəndli sənətkarları əsasən xalça toxumaq və gön- dəri məmulatı hazırlamaqla məşğul olurdular. Burada toxuculuq ,ipəkçilik,dulusçuluq ,dəmirçilik ,ağac emalı ,çilingərlik də inkişaf etmişdi.

Şuşa Azərbaycanın ticarət mərkəzlərindən birinə çevrilmişdi.Burada Qarabağın hududlarından da kənarda işlədilən pənahabadi adlı mis pul kəsirdilər .

Azərbaycanda məhsuldar quvvələrin ümumi durğunluğu şəraitində yaşayan digər xanlıqlarda olduğu kimi ,Qarabağ xanlığında da kəndlilərin vəziyyəti ağır idi. Sarayın ,ordunun ehtiyacları uçun sərf olunan külli miqdarda vəsait rəiyyətdən toplanırdı.Qarabağ xanlığında vergi və mukəlləfiyyətlərin 17 əsas növu var idi:malcəhət(yaxudbəhrə),mirzəyna,otaqxərcli,atarpası,dişkirəsi,çobanbəyi,qırxana,kələntərlikxərci,fərraşpulu,şərbətçipulu və s.

Vergi və mukəlləfiyyətlərin toplanması soyğunçu xarakter daşıyırdı.Xanlıqda vergilərin toplanmasının vahid qaydası yox idi.Bu isə,şubhəsiz ki,vergi yığanların özbaşınalığı uçun geniş imkanlar açırdı.Vergi toplayan zaman onlar guc və təzyiqdən istifadə edirdilər.Xan ,bəy,sultan və naiblər ,habelə hakim sinfin digər numayəndələri xalq kutlələrinin istismarı hesabına külli miqdarda toplayırdılar.

Fəsil 2

Laçın rayonu haqqında ümumi məlumat.

Laçın rayonu respublikamızın mühüm coğrafi mövqeyinə, təbii sərvətlərinə , zəngin və qədim tarixinə,əhalisinin qonaqpərvərliyinə, vətənpərvərliyinə görə tanınmış guşələrindən biridir .Tarixən Laçın muhitində tərbiyə,təhsil alaraq formalaşmış ,tanınmış ziyalılar sonradan qabaqcıl Avropa və Asiya ölkələrində elmə,təhsilə yiyələnmiş,Azərbaycanın ictimai – siyasi ,mədəni həyatında mühüm mövqelər tutmuş və Azərbaycan dövlətciliyinin inkişafında mustəsna rol oynamışlar .Laçın rayonu 8 avqust 1930- cu ildə təşkil olmuşdur.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına qatılır.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

1822 – ci ildə Qarabağ xanlığı ləğv olunaraq yerində eyniadlı əyalət yaradıldı. Laçın rayonun ərazisi Qarabağ xanlığının ləğvindən sonra onun tərkibində olmuşdur .

1840 – cı ildə o ,Şuşa qəzasına çevrilərək, Xəzər əyaləti tərkibinə daxil oldu . 1868- ci ildə Gəncə quberniyası yaranan zaman Lçın rayonu ərazisi də onun tərkibinə daxil olan Zəngəzur qəzasına tabe edildi .

1883 – cu ildə ərazidə daha iki yeni qəza – Cavanşir və Cəbrayıl qəzaları yaradıldı.Belə inzibati ərazi bölgüsü XX əsrin 20 –ci illərinə qədər quvvədə qaldı...

60 min nəfər əhalisi olan Laçında 6000 - ə qədər kürd yaşayırdı .Onlar əsasən , Ağbulaq ,Bozlu ,Ağcakənd, Qarakeşiş, Qalaça, Zerti , Katos,Minkənd, Çıraqlı, Kamallı və Şeylanlı kəndlərində məskunlaşmış,100 illərdir ki,azəri turkləri ilə qaynayıb - qarışmışlar .Azərbaycan və Ermənistan kurdləri (kurmanci) etnik cəhəttdən daha çox azərbaycanlılara yaxın olmuşlar.Əsasən əkinçilik və maldarlıqla məşğul olan kurdlər İran ,İraq ,Turkiyə,Suriya ərazilərində daha çoxdur.Onlar qismən Orta Asiyada və Qafqazda yaşayırlar .

Dağlıq relyefə malik olan Laçın rayonu Qarabağ silsiləsinin qərb ətəklərində yerləşir .Laçın rayonunun gözəlləşməsində Husu Hacıyevin , Qara İlyasovun,Əli Mirzəyevin ,Muradxan Cabbarovun və başqalarının əvəzsiz xidmətləri olmuşdur. Laçın rayonu şimaldan Kəlbəcər ,şərqdən Xocalı,Şuşa ,Xocavənd ,cənubdan Qubadlı rayonları ,qərbdən isə Ermənistan ilə həmsərhəddir.Laçın rayonunun Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə sərhədlərinin ümumi uzunluğu 240 km – dır.

Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Laçın dağlarına ulu babalarımız İşıqlı, Qızıl boğaz, Fərməc təpə, Mıxtökən, Qırxqız, Lalalı dağları və s. adlarını vermişlər. Deyilən dağların əhatəsində bir dağ da var – Laçın dağı. Bu dağın ətəyində çox qədimdən abdal türk tayfaları məskən salmış, adında tayfanın adına uyğun olaraq Abdallar demişlər. Laçın şəhəri də Laçın dağlarının ətəyində yerləşən Abdallar kəndinin yanında salınmışdır.

Rayonun əsas təbii sərvətləri.

Faydalı qazıntılar və mineral bulaqlar, tikinti materialları (çay daşı, qum, gil), qızıl, dağ bülluru, mərmər, ipək daşı, qranit, civə yatağı, əhəng daşı, pemza, travertin, isti su, turş su və s. çoxlu təbii bulaqları...

Dağları: İşıqlı, Qızılboğaz, Farmaş, Mıxtökən, Qırxqız və s.

Heyvanları: ayı, canavar, tülkü, dələ, bəbir, maral, cüyür, oxlu kirpi, dovşan, çöl siçanı, kaftar, porsuq, muxtəlif ilanlar, dağ qartalı, qızıl quş, kəklik, qaratoyuq, bildirçin, qırqovul, şanapipik, turac və s.

Meşələri: Altıntaxta, Zavod, Qaladərəsi, Qırmızı palıd, Xəlfəzur, Katos, Hacısamlı, Çorman, Şəlvə və s.

Əlvan suxurları: Xrizonpraz (Lələbağırlı kəndi), Qırmızı Linstvenit (Qarabəyli kəndi), Nefimoid (Bozdoğan kəndi), Farelşteyn (İpək kəndi), Tuf (Hocaz kəndi)...

Bitkilər aləmi: palıd, vələs, ardıc, qarağac, cökə, qoz, qırmızı palıd, ulaş və s.

Meyvələr və giləmeyvələr: alma, armud, əzgil, şaftalı, heyva, ərik, qarağat, çiyələk, moruq, quş armudu, quş üzümü və s.

Dərman bitkiləri : kəklikotu, itburnu, boymadərən, qatırquyruğu, gəvən, baldırğan, çaşur, çobanyastığı, solmaz çiçəyi, yemişan və s.

Laçın rayonu ərazisindəki abidələr.

Laçın rayonunun Kosalar kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri də Ağoğlan qəsri adlanır. Bəzi sənədlərdə Ağoğlan qəsri abidəsi IX əsr memarlıq incisi kimi göstərilir. Ağoğlan tapınağının xarabalığı indi də durur. O, dağın başında, tək ağacın yanında tikilib. Onun belə yerdə tikilməsi əski türk xalqlarının mif görüşünə görə başlıca şərt idi.

Pəri haqqında belə bir rəvayət var:XIV əsrin sonunda Teymurləng yüzlərlə kəndlər ,şəhərlər alaraq Azərbaycana gəlir.Laçın ərazisində yerli əhali yadelli işğalçılara qarşı mübarizəyə qalxır.Əmir Teymur bir sərkərdəsinə qalanı yandırmağı və qırğına bais olan müqəssiri hüzuruna gətirməsini əmr edir. Həmin sərkərdə Pərini tutmaq üçün onun üzərinə atılanda qız qılıncla onun ürəyindən vurur .Döyuşlərdə yaralanıb taqətdən düşmüş Pəri duşmənə təslim olmamaq üçün özünü qayadan çaya atır.O vaxtdan qalaya Pəri qalası adı deyilir.Pəri qalası toponimini “möhtəşəmə,toxunulmaz,alınmaz qala ” kimi mənalandırırlar .

Laçın rayonunda Cağazur kəndi yaxınlığında bir daş Qıratın nal daşı adlanır. Bir əfsanəyə əsasən,qoç Koroğlu atını bu daşın arxa tərəfindəki dərənin o üzündən bu üzünə hoppandırarmış.Belə sıçrayışların birində guya Qıratın dal ayağı bərk zərbə ilə daşa dəymiş və daşın üzərində nalın izi qalmışdır.

1992 –ci il mayın 18 – də Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu düşmənə təslim edildi. Ermənilər indi onun adını dəyişib Kaşataq qoymuşlar. Bir – birinə yaraşıq verən dağlar, soyuq, gur bulaqlar, təpələrin, dağların belinə kəmər kimi dolanan yollar, cığırlar, tayı- bərabəri olmayan qırmızı palıd meşələri, qədim mədəniyyətimizin bir parçası olan qiymətli tarixi memarlıq abidələri, o torpaqlarda neçə-neçə dəyərli insanların , ər oğulların məzarları, daha nələr, nələr Laçınla birlikdə düşmən əlinə keçdi. 60 minlik Laçın əhli doğma yurdlarından didərgin düşərək respublikanın 60 rayonuna pənah gətirdi...

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.



Fəsil 3

Kəlbəcər haqqında ümumi məlumatlar.

Azərbaycan Respublikasının cənub – qərb bölgəsinin zirvəsi,Qarabağın qala qapısı sayılan gözəl Kəlbəcər diyarı dəniz səviyyəsindən 3616 – 3724 metr hundurlukdə yerləşir.

Ən qədim insan məskəni olan Kəlbəcərdə ibtidai insanın təşəkkul tapması və formalaşması dörd milyon ildən artıq bir tarixə malik olan dördüncü geoloji dövrlə bağlıdır.

Kəlbəcər rayonunda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri - Zar mağarası və 6 min il yaşı olan qaya təsvirləri ,çöp şəkilli qədim türk əlifbası numunələri aşkar edilib .Zarda tapılan tağbənd ev damlarında ev əşyaları və əl vuranda ovulub kulə dönən yorğan – döşək,qalaq – qalaq insan sumukləri buranın ən qədim insan məskəni olduğundan xəbər verir.

İnsan qohumlarına qanı ilə bənzədiyi kimi,qayaüstü rəsmlər də öz cizgiləri ilə qohumu Qobustanın cizgilərinə bənzəyir.Burada olanda Qobustanı xatırlayırsan. Burada “Turk qəbirstanlığı” adı ilə tanınan bir neçə məzarlıq var ki,bunların da ən böyüyü Zar və Turkeşəvənd kəndlərinin ərazisindədir.

Antik dövrün abidəsi olmaqla yanaşı ,bu yerlər çox zəngin flora və faunaya da malikdir .Ərazidə yerləşən yaylaqlar heyvandarlığın inkişafı uçun böyük zəmin yaradır.Kəlbəcərin 93000 hektar ərazisinə hər il yay aylarında Azərbaycanın onlarla rayonundan 380 mindən çox mal – qara yaylamağa gətirilirdi.

Torpağın üstünü min bir bəzəklə cilalayan ,gözəllikdə heç nəyi əsirgəməyəyən İlahi burada yerin tərkini də zəngin yaratmışdır.Bu yerlərdə 77 nğv mineral ,30 – a yaxın şirin sulu çaylar var.

Tez- tez yağıntı duşduyundən havanın temperaturu,hava şəraiti gun ərzində bir neçə dəfə dəyişir.Bəlkə də,buna görədir ki,rayonun qoynunda yerləşdiyi dağ “Dəlidağ” adlanır .Hər tərəfdən dağlarla əhatə olunan rayon ərazisi üçüncü və dördüncü dövrün vulkanizm lava axınına məruz qalıb.Tərtər çayı sol axını boyunca möhtəşəm qayalıqlarda gözəl təbii mənzərərlər yaratmışdır.Bu da sonraki dövrlərdə aşınmaya məruz qalmaraq tikinti materialları olan çınqıllara dönmuşdur.

Kəlbəcər rayonu 1930 – cu ildə Azərbaycan SSRİ tərkibində inzibati rayon statusu almışdır .Azərbaycanda ərazisinə görə ən iri rayondur. Umumi sahəsi 1936 kv.km,əhalisinin ümumi sayı 58340 nəfər təşkil edirdi.Sıxlığı 80- 130 kv.km – dir.Əhalinin 98% azəri türkü ,2% digər millətlər idi.Telefon kodu 237 – dir.Bir rayon mərkəzi ,128 kəndi 46 sovetlikdə birləşirdi .2 qəsəbəsi,140 iri və orta muəssisəsi ,115 məktəbi ,9 uşaq bağçası,1 peşə məktəbi ,107 xəstəxana və tibb mərkəzi ,172 mədəniyyət obyekti vardır.Kəlbəcərin 397 kv.km məhsuldar ,343 kv.km heyvandarlıq uçun otlaq sahəsi vardır.

Kəlbəcər ,həmçinin “İstisu” mineral sudoldurma zavodu və “Şorbulaq” civə zavodu ilə də məşhurdur.



Kəlbəcərin iqtisadi – coğrafi mövqeyi.Kəlbəcər rayonu qərbdə Ermənistan Respublikası,şimalda Daşkəsən,Göygöl(Xanlar),Goranboy,şərqdə Ağdam ,Xocalı,cənubda isə Laçın rayonu ilə əhatə olunub .

Kəlbəcərin ərazisi əsasən dağlıq olduğundan və bütün istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdığına görə rayonun ərazisi el arasında bir neçə zonaya bölünür: 1) Yuxarı zona. 2) Tutqu zonası – Zulfuqarlı – Başlıbel. 3) Ayrım zonası. 4) Qamışlı – Lev zonası. 5) Kəlbəcərin şərq hissəsi – Sərsəng SES-in ətrafı zona.



Yuxarı zonaya rayon mərkəzindən qərbə tərəf olan ərazilər.

Ayrım zonasına rayonun şimal – qərb hissəsində yerləşən ərazilər.

Qamışlı – Lev zonasına rayonun şimal – şərq hissəsində yerləşən ərazilər.

Tutqu zonasına Zulfuqarlı – Başlıbel ətrafında yerləşən ərazilər.

Sərsəng SES – in ətrafı zonaya Kəlbəcərin şərq hissəsində yerləşən ərazilər daxildir.

Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonunun gəliri ilə muqayisə oluna bilməzdir.Lakin ,zəhmətsevər,dağ vüqarlı Kəlbəcər camaatı təkcə təbiətin onlara verdiyi hazır nemətlərdən istifadə etməklə kifayıtlənməyərək ,həm də öz zəhmətləri ,alın təri,əl qabarları ilə yaşamağa üstünlük verirdiler.

İqtisadiyyatın əsasını kənd təsərrufatı:maldarlıq,tütünçülük,bağçılıq,tərəvəzçilik və arıçılıq təşkil edirdi.Rayonda 31 kolxoz,2 sovxoz fəaliyyət göstərirdi.Hər il 1000 tonlarla kənd təsərrufatı məhsulları (ət,sud,yağ,bal,tutun) istehsal olunurdu.Rayonda maldarlıq geniş inkişaf etmişdi.Əhalinin şəxsi təsərrufatında 11841 baş iri buynuzlu,103481 baş xırda buynuzlu heyvanlar vardı.Şəxsi təsərrufatlarda 551 arı ailəsi vardı.Bununla yanaşı, əhali xalçaçılıqla da məşğul olurdu.Kəlbəcərin Çələbid,Xonçalı,Gul və s. gəbələri tək ölkəmizdə deyil,dünyada məşhurdurn.Kolxozçular ildə dövlətə 260 t tutun ,hər inəkdən bir bala və bir lt sud vermək öhdəçiliyi ilə çalışırdılar.Ərazisində 80 - dən çox dağ yerləşən Kəlbəcərin geniş və səfalı yaylaqlarında respublikanın onlarla rayonundan gətirilən yuz minlərlə iri və xırda buynuzlu mal – qara bəslənirdi.Salyan və Ağcabədi rayonlarında isə Kəlbəcər rayonu təsərrufatının mal – qarası uçun qış oylaq sahələri ayrılmışdı.

Toponimləri.Qartal kimi uca qayada qərar tutan Kəlbəcər rayonu münbit torpaqlara,gözəl iqlim şəraitinə məxsusdur.Bu məkanda əkib – becərmək çox faydalı və məhsuldar olduğundan ,onun adının da toponimi el arasında “gəl becər”

kimi məhşurdur.Lakin Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “kevliçer” kimi qəbul edilir ki,bu da “çay uzərində qala” deməkdir.

Yaşayış məntəqəsinin yerləşdiyi qayalarda Tərtər çayı boyunca düzülmüş qədim süni mağaralar mövcuddur.Burada oronomik toponimlərin hamısı türk mənşəlidir.Bir sıra türk mənşəli tayfa adları bu gun də yaşamaqdadır.

Kəlbəcərin bölgələri.Qeyd etdiyimiz kimi ,Kəlbəcərdəki toponimlərin hamısı türk mənşəlidir:Kəlbəcər şəhəri,İstisu qəsəbəsi ,Ləmbərən ərazisi ,Zəylik,Zar, Mollabayramlı,Zivel ,Çıraq,Şurtan ,Qaraçanlı, Lev, Keştək, Yellicə, Dalqılıclı, Şaplar, Daşbulaq, Milli, Çaykənd, İstibulaq, Qılınclı, Nəcəfalılar , Nadirxanlı, Sarıdaş,Başlıbel,Tırkeşəvənd,Əsrik,Zulfuqarlı,Abdullauşağı,Almalıq ,Ağcakənd , Mərcimək ,Comərd, Dəmirçidam, Seyidlər, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Kərəmli, Gunəşli, Bağırxan, Narınclar və s .

Yer və yurd adları.Çorman, Barmaq, Çiçəkli, Söyudlu, Abdal, Qaraxanlı, Qaramanlı, Xəndək, Yuzdək, Tələlər, Ağcalıkənd, Kosayatan, Gərdən, Kalafalıq, Qaradağlı, Qoçdaş, Tərtər, Dəlidağ, Keyti, Tamaşa, Dikyurd, Duzyurd, Yelli yurd, Aydoğan, Gendərə və başqaları.

Abidələri, qaya təsvirləri və qalaları.

Dunyada hər şeyə ad qoyan Dədə Qorqud əşya və ya insanlara ad qoyarkən onun funksiyasına,oxşarlığına və səciyyəsinə görə ad qoymuşdur.Ən qədim insan məskənlərindən biri olan Kəlbəcər antik dövrün canlı abidəsi kimi özundə ən qədim türk əlifbası numunələrini ,alban mədəniyyətini əks etdirən qayaüstü təsvirləri,eradan əvvəl üçüncü minilliyə aid gil qabları ,dən daşlarını, dəvəgözu və çaxmaqdaşından hazırlanmış bıçaqları qoruyub saxlayırdı.Burada 1976 – cı ildə divarının qalınlığı 2 m ,diametri 20 mm olan dairəvi tikili qalığı tapılmışdır ki, bu da ilk insan məskəni kimi sübuta yetirilmişdir.Bazalt daşına həkk edilmiş çoxlu sayda qədim heyvan təsvirlərindən , ov səhnələrindən , yalliya bənzər oyunlardan ibarət olan qayaüstü təsfirlər Şərcəli dağ ,Qurbağalıçay, Gəlin qayası, Soltan Heydər (Şah İsmayılın atası Soltan Heydər hər yay burada dincəlirmiş), Ayı çınqılı, Zolxa gölü ,Dəvəgözu dağı adlanan yerlərdə tapılmışdır. Bu təsvirlərin 3500 – dən çoxu Kəlbəcər Tarix – diyarşünaslıq muzeyində qeydə alınmış və çoxlarının şəkilləri çəkilərək muzeydə təşkil edilmiş guşədə saxlanılırdı.

VI – VII əsirlərdə Alban kınyazı tərəfindən ,heç bir ağac materialından istifadə olunmadan tikilən Xudavəng qalası və eləcədə Laçınqaya, Lev, Uluxan , Qaraçanlı, Qalaboynu və Comərd qalaları da qədim alban abidələrindəndir.

Xudavəng abidə kompleksi Kəlbəcərin 29 kilometrliyində,Tərtər çayının sol sahilində yerləşirdi.Deyilənə görə,Xaçın Arsax hökmdarı Həsən Cəlali bu abidəni XIII əsrdə qızı Arzu xatunun şərəfinə tikdirib .Bu binaların ustu tağbənd – gunbəz şəklində hörülmüş və heç bir ağacdan istifadə olunmamışdı.Xudavəng abidəsində olan yazıları və şəkilləri hələ o zamanlar ermənilər imkan duşdukcə balta ilə yonaraq izlərini itirməyə çalışırdılar. Sonra isə çəkdikləri filmlərdə onlara erməni kilsəsi adı verərək çox ustalıqlauydurmalar fikirləşirdilər.

Bu beş qala bir – birlərini işarələrlə başa salan əhalinin karvan yollarını qorumaq uçun inşa edilmişdir.Hətta Laçınqayanin sağ sahillərindəki çınqıllıqdan çaya enən bir yeraltı yol var.Comərd qalasının duz qurtaracağında dairəvi, möhkəm bir tikili var idi ki, onun da başında dibi görunməyən bir quyu vardır. Yuxarıdan atılan daşın hara düşdüyünü eşitmək olmurdu.

Kəlbəcər ərazisində Çaykənd, Çərəkdar, Bağlıpəyə, Yuxarı Qamışlı, Yuxarı Şurtan və Zəylik kəndlərində çay uzərində qurulmuş çoxlu tağbənd, daş körpulər də vardır ki, onların da bir neçəsi son zamanlara qədər saxlanılırdı.

Kəlbəcər Tarix-Diyarşunaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar, nəinki Kəlbəcərin, həm də bütün Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Ona görə də ağıllı, uzaqgörən ziyalı alimlərimiz hələ o zamanlar Kəlbəcəri ciddi nəzarətə alıb, qorumağı tələb edirdilər.

Kəlbəcərdə yerləşən “Löh”qalasının beli dəvə boynuna oxşayırdı. “Löh” qalasının başında dərinliyi 3-5 metr olan daşdan yonulan quyular var idi. Burada qida məhsulları, ərzaq və su saxlanılırdı. Həmin quyuların içərisindən bitib çıxan palıd ağacının birinin diametri 30-40 sm idi.

Kəlbəcər qalalarının içərisində ən hündürü Comərd və Nəcəfalılar kəndi yaxınlığında yerləşən Comərd qalası idi. Bu qalaya maşınla, atla nə qədər yaxınlaşsan da, yenə də ən azı 500 metr yuxarı piyada qalxmaq lazım idi. Qalanın sıldırım qayalardan ibarət olan bir tərəfinə isə quşdan başqa heç bir canlı ayağı dəyməzdi.

Kəlbəcərin Flora və Faunası.

Florası. Rayonun ərazisində planetin “ağ ciyəri” adlanan 40 min hektardan çox meşə örtuyu vardı. Qırmızı kitaba duşən Ayı fındığı, Gurcu palıdı , Qırmızı palıd, Qafqaz cökəsi, Saqqallı Qozağacından tutmuş ən adi ağaclara qədər yuzlərlə ağac vardır. Bu ağaclar təkcə oduncaq və qiymətli inşaat materiallarından başqa,həm də iqlim dəyişdirici,suqovucu və mudafiə funksiyaları daşıyırdı.Burada uzun ömürlü palıd,çinar,söyüd,dağdağan və Ayı fındığı ağacları ilə bərabər vələs,ulas, vən, göyruş, toz, qovaq, Ayigilası, şam ,ardıc,alma,armud,qoz,tut,fıstıq,itburnu, yemişan,gilas,moruq, qarağat,zoğal,əzgul və çoxlu cır meyvə və giləmeyvələr də vardır.

Dərman bitkiləri.Kəlbəcər rayonunun ərazisində dörd mindən artıq bitki boy atırdı. Bunlardan 200 – u dərman bitkisi idi.Uzun illərin təcrubəsinə arxalanan Kəlbəcər camaatı bu bitkilərdən xalq təbabətində çox geniş istifadə edirdi.İnsanların sağlam və uzunömürlü olmasının səbəblərindən biri də onların təbii mualicə usullarından istifadə etmələri idi.

Kəlbəcərdən alma ,armud,albalı,qoz,əzgil,ərik,zoğal,gilas,gilənar,göyəm,tut, fıstıq,fındıq,şaftalı vəbaşqa meyvə ağacları yetişirdi.Kəlbəcərdə yetişən digər ağaclar və bitkilər:ayıdöşəyi,andız,acı əvəlik,acı yonca,acı çıçək,yovşan,dəlibənq , dəmirovotu,zəyzrik,kəçəvər,gava,gərməşov,guldəfnə,ökuzboğan,guləvər,guləbətin,gulumbahar,guləcətin,pərpərən,öskəotu,xaşənbul,öldurgən və s.

Faunası:Təbiət Kəlbəcərlilərə çox qiymətli hədiyyələr bəxş etmişdi.

Kəlbəcər meşələrində iribuynuzlu maral,ceyran,cüyür,dağkeçisi,dovşan,dələ, qonur ayı,porsuq ,canavar,vaşaq,kirpi və s. kimi heyvanlara rast gəlmək mümkün idi.

Adları “Qırmızı kitab”a duşən turac ,qırqovul,kəklik və qartallardan tutmuş , qara leylək ,bildirçin,meşə xoruzu,dovdaq,sultan toyuğu və bir çox quşlar Kəlbəcər təbiətini bəzəyirdi.

Sularda qızılxallı balıq uzərdi.

Su mənbələri.Kəlbəcərdə həyat tərzi olan suya hər yerdə təsaduf etmək olardı.Hər dərəsindən çaylar axır,saysız – hesabsız bulaqları insanlara fayda verirdi.Rayonun suları qapali xəzər hövzəsinə aid olub ,əvvəlki geoloji dövrlərdə tektonik çökmə nəticəsində Göyçə gölü ilə əlaqədar olan Alagöllər Sarımsaqçay vasitəsiylə Tərtərlə əlaqə yaratmışdır.Zod aşırımında ,Söyudlu yaylağında çoxlu vulkanik və tektonik göllər mövcuddur.Bunlardan ən böyüyü dərinliyi 9 metrə çatan Böyuk Alagöldur.

Gölə tökulən çayların ən böyüyü Azadçaydır.Bundan başqa Tərtər və Tutğun çayları da təsərrufata böyük xeyir verir.

Şəfalı suyu ilə dünyada məşhur olan İstisu ilə birlikdə Turşsu, Bağırsaq və Keştək mineral bulaqlarını da göstərmək olar.Bundan başqa ,Kəlbəcər rayonunun ərazisində onlarla kıçik dağ çayları da vardır.XX əsrdə Kəlbəcərdə Tərtər çayının ustundə tikilmiş SES isə Kəlbəcəri və ətraf rayonları elektirik enerjisi ilə təmin edirdi.

Mineralları.Hələ çox qədimdən Kəlbəcərin Zod ,Sçyudlu sahəsində ,Qızılbulaq yataqlarında,Zar – Bəzirxana kəndləri ərazisində ,Ağduzdağ istiqamətində qızıl istehsal edilib və o zaman Azərbaycanın paytaxtı olan Təbrizə göndərilirdi .

Qızıl ,xrom və civə kimi faydalı qazıntilarla zəngin olan Kəlbəcər rayonu həm də başqa minerallar və süxurlarla da məşhurdur.

Burada 77 növ mineral var

avqit,aqat,barıt,vismotit,dolomit,qalent,qızıl,kabeltik,gümüş,labrador,maqnezit, molibdent,obsidian,opal,prit,platin,topaz,talk,xlorit,şinipel və s.

Suxurları. Amfibiolit,bazalt,vulkan,qarbo,qranit,daş kömür,əhəngdaşı,zimevit, yaşma,kvarsit,konqlomerat,mərmər,pemza,rilioit,sienit,slanets,traverit,tuf və s.

İlahinin bəxş etdiyi bütün bu yeraltı və yerüstü sərvətlərin axtarışı, kəşfiyyatı və istismarı sahəsində Azərbaycanın alim geoloqlarının böyük rolu olmuşdur. Bunlardan akademik Mirəli Qaşqay, Şamil Əzizbəyovu, Səttar Suleymanovu, Zəki Vıliyevi,Fazil Zeynalovu və kəlbəcərli Mayıl Nağıyevi,Kərəm Əliyevi,Qanboy Heydərovu,Əmrah Əhmədovu,Tofiq Məmmədovu,Şiraslan Yuasifovu,Həqiqət Rəhimlini,Fəxrəddin Alıyevi,Köçəri Həsənovu,Kərim Musayevi göstərmək olar.

Dağların Möcuzəsi – İstisu.

İlahinin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də dünyada məşhur olan loğman suyu,dirilik suyu – İstisudur.Dəniz səviyyəsindən 2225 m hundurlukdə , silsilə dağ yamaclarında,Kəlbəcərdən 25 km – lik yolda yerləşən bu möcuzəli bulaq öz tərkibinə görə,hətta Çexoslovakiyada yerləşən məşhur Karlovı – Varidən yuksək keyfiyyətə malikdir.

Azərbaycan Nazirlər Sovetinin sədri Həsən Seyidov Çexoslovakiyada dincələrkən həkimi ona Kəlbəcərdəki İstisuyun daha keyfiyyətli olduğunu demişdir.O zamanın məşhur alimləri,akademikləri bu bulağın tərkibini öyrənmiş və çox mualicəvi,həm də zəngin tərkibli olduğunu sübut etmişlər.Bir litr suyun tərkibində 6 – 7 qram mineral olmaqla ,litium ,brom ,mərgumuş ,fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələr vardır.İstisudan ildə 3 milyard 963 min litr su çıxırdı.Sudolduran sexlərdə isə cəmi 800 min litrdən istifadə edilirdi.Qalan hissəsi havayı axıb çaylara axırdı.

1138 – ci ildə zəlzlə zamanı yerin qabarması,çatlaması nəticəsində yaranan bu bulağın suyunun tərkibi karbon qazlı ,hidrokarbonatlı,xloritli,sulfatlı,natriumludur . Sərtliyi – 5.5.M4,9Co7, 1HCo353, C134So41Na75, Ca14.Temperaturu 61 dərəcə C – dir.

İstisu mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun adındandır.

Bu mineral tərkibli sudan həm içmək ,həm də mualicəvi vanna qəbul etmək kimi istifadə edilirdi.Nəticədə minlərlə xəstə İstisu kurortunda mədə - bağırsaq xəstəliyindən,maddələr mubadiləsi pozğunluğundan,sinir sistemi,hərəkət orqanları,ginekoloji,uroloji,xroniki,qəbizlik,qaraciyər,öd kisəsi,qastrit və s. xəstəliklərdən şəfa taparaq gulə - gulə evlərinə dönurdu .

İstisuda mualicə - istirahət zonasının yaranması 1925 - ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur .Sonralar burada istirahət – mualicə tikintilərinin aparılmasına Azərbaycan Kommunist Partiyası MK – nin birinci katibi M.C.Bağırov şəxsən nəzarət etmiş,1930 - cu ildə isə özu İstisuda olmuş və tikinti işləri ilə maraqlanmışdır.

1980 – ci illərdə İstisu qəsəbəsində 1 və 2 nömrəli İstisu sanatoriyaları tikilib istifadəyə verilmişdir.Hər il burada 50 min nəfər mualicə alır və istirahət edirdi.

1964 – cu ildən tikilməyə başlamış pansionat binasının tikintisi başa çatmamış, binanın qarşısındakı qaldırıcı kran isə pas atıb çürüyürdü. İstisuyun 17 kilometrliyindən Ermənistanın kurort şəhəri Cermuxa qaz çəkildiyi halda, İstisuda hələ də təbii qaz yox idi.

Öz zərimizin, öz xəzinəmizin qədrini özümüz bilmədiyimizdən İlahinin qəzəbinəmi tuş gəldik?!



Kəlbəcər Tarix – Diyarşunaslıq Muzeyi.

Dağlar və qalalar məskəni olan Kəlbəcər hər qarışında xalqımızın tarixini yaşadır.

Təzə yaradılan uca binalar ulu dağlarla uz – uzə dayanırdı .Son vaxtlar yaradılan Tarix – Diyarşunaslıq muzeyi də bənzərsiz,mənəvi xəzinədir .Bu muzeyin içi ilə çölü arasında sərhəd itir ,onun haradan başlanıb haradan başlanıb haradan bitdiyini bilmək olmurdu .Fasadı naxış və ilmələrdən ibarətdir – daş xalça ,daş ilmə. Qəhrəman Kəlbəcər xalqının yaratdığı daş xalça.İçərisindəki 47 mindən çox eksponatın hər birinin böyük tarixi əhəmiyyəti var.Burada nümayiş etdirilən “Yeddi hunər” oyunu ən qədim oyunlardandır ;sınağa çəkilən cavanın atı çaparaq meydanda qoyulan erkəyi atın belinə göturməsi son gunlərə qədər Kəlbəcərdə nümayiş etdirilirdi.

Muzeydə diqqəti cəlb edən əsas cəhətlərdən biri də Azərbaycan folkloruna, şifahi xalq ədəbiyyatına, maarifinə doğma munasibət idi.Belə ki, muzeydə ustad aşıq Dədə Şəmşirin həyat və yaradıcılığına dair memuarlar, bayatıları və qoşmaları, atalar sözlərindən ibarət lent yazısı və dəftərləri saxlanılan ayrıca guşə vardır. Həmçinin Azərbaycan maarifinin Koroğlusu adlandırılan Azərbaycanın qabaqcıl maarif xadimi,Lenin ordenli Cəfər Əhmədovun pedaqoji fəaliyyəti barədə ayrıca guşə yaradılmışdır.

Görkəmli alim Şamil Əsgərovun təşəbbusu ilə 1980 – ci illərin əvvəllərində yaradılan bu muzeyin həyəti 900 kv.metr olmaqla,3 kabineti,9 numayiş salonu vardır. Muzeydə 5 min ildən çox yaşı olan nizələr,oxlar ,daş dəyirmanlar, şamdanlar,daşlaşmış ilbiz, daşdan yonulmuş qoç və s. daxil olmaqla 47 mindən çox tarixi əhəmiyyətli eksponant vardır.Eşidən hər bir kəlbəcərli öz qədim əşyalarlnl gətirib muzeyə verirdi.Muzeyin çöl divarlarında portfrit,dəvəgözu,bazalt və digər qiymətli daşlarla yanaşı ,2037 rəng çaları olan daşlardan da istifadə edilmişdir. Həyətdə 14 at və qoç heykəlləri,yer hanası nümayiş etdirilirdi.67 ölkəni təmsil edən elm adamları,alimlər bu muzeydə olmuş və muzeylə bağlı öz həyəcanını, təəssuratlarını ifadə edən rəylər yazmışlar.

Yayın istiləri başlayanda , iyun – sentyabr ayları Azərbaycanın əksər rayonlarından çox sayda əhali yaylamaq uçun Kəlbəcərə gəlirdi. İstirahətə gələn əhalinin əsas duşərgə yerləri İstisu , Taxta duzu , Ceyran bulağı , Tutqu zonası və Tərtər çayı boyunca olan duzəngah sahələr idi.“”



Kəlbəcərin işğalı.

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.



Fəsil 4

Qubadlı rayonu haqqında ümumi məlumat.

Qubadlı toponimi qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.

Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.

Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.

Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad adlı kənd var.

Azərbaycan xalqının tarixi tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübarizə aparmışlar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi çox böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.



Coğrafi mövqeyi

Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.



Relyefi

Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Hərtiz dağı – 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu.

Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.

Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət, 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.

Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.

Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.

Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır. [

Qubadlının Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, XVII əsrə aid Gürcülü kəndində olan türbə, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbə ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm mədəniyyət mərkəzləri və ibadət edənlər olub.

Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Mərkəzləşmə işi Qubadlı rayonunda 1980-ci ildə başa çatıb. Rayon Mərkəzi Kitabxanasında 4 şöbə var: Metodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirilmə, Oxuculara xidmət, İnformasiya-resurs, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərmişdir.

1993-cü ilin 31 avqust Qubadlının işğalı zamanı kitabxananın 82-kənd kitabxana filialında 89-nəfər kənd kitabxana işçisi, 40 nəfər mərkəzi kitabxana işçisi olmuşdur.

1993-cü il hesabatına görə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaq, oxu zalı, 21300 oxucu kontingenti olmuşdur.



Fəsil 5

Füzuli rayonu haqqında ümumi məlumat.

Zəngilan rayоnu Azərbaycan Rеspublikasının cənub-qərbində yеrləşir. Ərazisi 707 kv km, əhalisi 37,6 min nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayоnu, cənubdan Araz çayı bоyunca Iran Islam Rеspublikası, qərbdən isə Еrmənistanın Mеhri və Qafan rayоnları ilə həmsərhəddir. Ərazisi оrta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daхil оlan Bərgüşad silsiləsi (Süsən dağı-dəniz səviyyəsindən 1304 mеtr yüksəkdir) Bazarçayla Охçu çayı arasında “Ağ оyuq” maili düzünü (dəniz səviyyəsindən 400-600 mеtr yüksəkdir) əmələ gətirir. Şimal-şərqdən Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən çölündən kеçir. Qərbdən Mеğri (Mеhri-Günеy) silsiləsinin kənarı Şükrətaz dağı (dəniz səviyyəsindən 2270 mеtr yüksəkdir) yеrləşir.

Rayоnda çöküntü suхurlarından başqa vulkanik matеriallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng хammalı, susuzlaşdırılmış sоda üçün əhəng daşı vardır.

Rayоnun bitki örtüyü Araz palıdı bitən gеrоfit mеşələr, mərkəzi hissədə və şimalda kоlluqlardan ibarətdir. Zəngilanın faunası bеlədir: rayоnun cənubunda охlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Еləcə də ərazidə dağ kеçisi,tülkü, bоz dоvşan, canavar, quşlardan qırqоvul, kəklik, mеşə хоruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin gеniş yayılmışdır.

Ədəbiyyat siyahısı.

1.Ziya Bünyadov və Y.B.Yusifovun redaktəsiylə “Azərbaycan Tarixi” I cild “Çıraq” nəşriyyatı.Bakı 2007.

2.Azərbaycan Respublikasının Milli ensklopedyası.

3.Nazim Tapdıqoğlu “Laçın rayonu və onun toponimiyası” (Qısa ensklopedik luğət).Bakı 2005. “Araz ” nəşriyyat.



4.Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Tarixi” XIII – XVIII əsrlər. VII cilddə III cild.Bakı ,Elm 2007.



Yüklə 56,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin