KƏLBƏCƏr yuxularini xatiRƏ KİMİ



Yüklə 325.7 Kb.
Pdf просмотр
səhifə1/3
tarix01.06.2017
ölçüsü325.7 Kb.
  1   2   3

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 

KƏLBƏCƏR YUXULARINI XATİRƏ KİMİ     



SÖYLƏYƏN ŞAİR 

Kəlbəcərin ağır eli yerindən, yurdun-dan 

cüda düşəndə Elməddin yəqin uşaq olardı və indi o 

Kəl-bəcəri yuxu kimi xatırlayır. Bütün Kəlbəcər 

ş

air-ləri kimi, Elməddin Nicat da əslində 

yuxularını danışır və yazır. Çünki, vətənə 

qayıtmaq hələ yuxularda mümkündür. 

 

Hər bir Kəlbəcər şairinin ömrünün miqyası 

yadına salabildiyi yer adları, xatırladığı təbiət 

obrazları qədərdir. Elməddinin ömrünün 

hüdudları söylədiyi xatirələrlə, yaşantılarla 

tamamlanır. O, xatirələrini yuxu kimi yozur, 

yuxularını da xatirə kimi danışır. 

 

 Qaçqınlıq-köçkünlük, vətəndə vətən 

həsrəti, qəriblik ağrısı Kəlbəcər şairlərinin taleyinə 

yazılıbdır. Neçə şair göz yaşını içinə axıdıbdır, 

Kəlbəcərin yuxularına girdiyinə inanıblar. 

 

 

Ana fəryadından ayılan uşaq, 

Nənnisi tərsinə qoyulan uşaq, 

Vətəni çadırlar sayılan uşaq, 

Bir qaçqın şeiri deyəcəm sizə. 

 

Taleyə baxın: Azərbaycan şeirinin ənənəvi mövzu 

təsnifatına bir mövzu da əlavə olunur: qaçqın şeiri. 

Başqa bölgələrimizin şairləri məndən inciməsinlər 

 

elsiz qalmağın dərdini qoşma-gəraylı dilində 



Kəlbəcərlilər qədər heç kim söyləyə bilməyib. 

 

Onların təbiət duyğusunda əski inancların 

işığı var. Bu şairlərin peyzaj-landşaft obrazları 

ağacla, dağla, daşla iç-içə, ürək-ürəyə 

yaşamasından gəlir. Kol dibindəki bənövşəni, 

daşdakı kəkliyi xatırlama onlar üçün ən munis 

məqamlardır. 

 

 

O daşda kəklikdən naz sallanırdı, 

Onda o yamacdan yaz sallanırdı. 

Qayadan bir lülə buz sallanırdı, 

Bu xınalı daşlar mənə tanışdı. 

 

Elməddin Nicat şeirlərinin bir ünvanı da 

təhtəlşüurunda yaratdığı, xəyallarında yaşatdığı 

qızın obrazıdır. “İllərin o tərəfində”, ömrünün o 

biri tayında qoyub gəldiyi qızdır. 

 

 

Bu çaylaqdan çox haytalı sel keçib, 

Körpüsündən karvan gəlib, el keçib. 

Aramızdan gör bir neçə il keçib, 

Gərək səni itirəndə gəzəydim. 

 

Elməddin Nicatın gözəl şair olmağının bir dəlil-

sübutu da qadın taleyini anlaması və ifadə edə 

 

bilməsidir. İstedadlı şairə Şahinə Könülə həsr tdiyi 



ş

eir onda bu hissiyatın güclü olmasını bildirir: 

 

 

Gözlərindən düşür yarpaq, 

 

Yuxalıb payız ağlayır. 

 

Yaxud 

 

 

Qarşımdakı dərd divar, 

 

Mənim kimi dərddi var? 

 

Qara-qara dərdi var 

 

 

 

Sarı qızların. 

 

 

Çoxları incik yaşar, 

 

Ş

eytanlıq, cinlik yaşar. 

 

İ

çində gənclik yaşar 

 

 

 

Qarı qızların. 

 

Bütün Kəlbəcər şairləri kimi, Elməddin Nicat əski 

qafiyələrin sehrinə, poetik deyim-lərin mənasına 

hələ  inanır. Onların mən-sub olduqları toplum 

təcnisin intonasiya-sını, ritmini hələ də yaxşı 

anlayır. 

 

 

Yayılmaya təhqir, yalan, ya şayə, 

İ

nsan oğlu qəlbi təmiz yaşaya. 

Aşıq deyər yaş aya, 

 

Hesablanmır yaş aya. 



Ocağına su dama 

Köz salarmı yaş ayə. 

Saatla sökülür, keçir yaş ayə, 

İ

lə tələsdirir an anı, andım. 

 

Şə

hər onlar üçün yad, məchul yerdir. Şəhər 

azadlığın alındığı, ömrün günlərinin qarışıq 

düşdüyü məkamdır. Ona görə də şəhər qızı 

özgəliyin, məchulluğun ifadəsi kimi kənd qızlarına 

qarşı qoyulur.Şəhər qızı gənc kişi ehtiraslarının 

xatirəsidirsə, kənd qızı, dağlar qızı doğmalığın, 

yurda bağlılığın simvoludur. 

 

 

Elə kənddən gəlib kənd uşağıdır, 

 

Mənim bu şəhərdə bir gözəlim var. 

 

Elməddin gənc olsa da, üzünü həmişə ötüb keçən 

günə tutur. Onun içini keçən günün nisgili 

göynədir. Şeirlərinin fəlsəfəsi bu günlə keçən 

günün müqayisəsindən doğulur. 

 

 

Dərddən ikiqat olmuşam, eybi yox, 

 

Ə

yilməz vüqarın idim, eləmi. 

 

Kəlbəcər şairləri harda yaşamalarından asılı 

olmayaraq, hamısı yurd havasının içindədirlər. 

 

Ağdabanlı Qurbanın, Dədə Ələsgərin səpdiyi 



qoşma-gəraylı, təcnis toxumları onların sinəsində 

cücərməkdədir, göyərməkdədir. 

 

Elməddin Nicat sinəsində yurd havası 

Kəlbəcər yuxularını danışır. Bircə qalır ki, 

yuxuları çin olsun... 

 

 

Filologiya elimlər doktoru professor  

 

 

 

            Rüstəm Kamal. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



DÜNYA İÇİM BOYDA  

 

 

 

Ötən illər bir qərənfil həyatı, 

Xallı lalə - oxunmamış bayatı. 

Günü-gündən şaxələnib boy atır, 

Dünya mənim içim boyda görünür. 

 

Arzum dönüb yel aparmış əlçimə, 



Uzağa yox, boylanıram içimə. 

Ülgüsü var, uyğun gəlmir ölçümə, 

Dünya mənim içim boyda görünür. 

  

Bir sahilik, ayrı tayda deyiləm  



O günəşdə, mənsə ayda deyiləm. 

Mən dünyanın çölü boyda deyiləm, 

Dünya mənim içim boyda görünür. 

  

Dünya tutmaz de kimdəki arzunu? 



Boyundakı, biçimdəki arzunu. 

Ancaq tutur içimdəki arzunu, 

Dünya mənim içim boyda görünür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

YAŞADIM 

 

 

 

 

Tanrının verdiyi ömrü 

 

Taleyin qəsdin yaşadım. 



 

Bəzən coşdum - haylı, küylü, 

 

Bəzən də susdum yaşadım. 



 

 

Dünyanın dar dalanında, 



 

Düz çıxdı tər dabanımdan. 

 

Məni sancan ilanın da 



 

Quyruğun basdım, yaşadım. 

 

 

Səni sevdim, səni, qəsdən, 



 

Çıx könlünə, məni səslən. 

 

Ürəyimdən gələn səsdən 



 

Özümü asdım, yaşadım. 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

CİNAS GƏRAYLI 



 

Tuşlandımı gözün gözə, 

Yara vurdun gözün gözə. 

Oxu dəysə gözün gözə 

Eşqi tərk eləmək olmur. 

 

Sevgi nurdu daş odama, 



Atsan çatmaz daş o dama. 

Qəlbi, ruhu daş adama 

Nəsə həkk eləmək olmur. 

 

Düm qarasan, düm sarısan, 



Köklənərəm sim sarısan. 

Ürək, tanrı simsarısan, 

Sənə şəkk eləmək olmur

 

 

 

 

 

 

 

 

 

 

 


10 

 

KİMİ 



 

 

Həsrət, hicran yordu məni, 

 

Qayalara vurdu məni. 



 

Cilikləyib qırdı məni, 

 

Pul-pul oldum şüşə kimi. 



 

 

Qəlbdə bir yer, bir göy dərdi, 



 

Oyur məni bu göynərti. 

 

Ürəyimdə dərd göyərdi 



 

Üzə çıxmaz rişə kimi. 

 

 

Sevinc gəlir qram-qram; 



 

Qəhərimdən boğuluram. 

 

İ

çin-için qovruluram; 



 

Ah qalxır günəşə kimi. 

 

 

Uduzdum sevda cəngində, 



 

Yaxam əzabın çəngində. 

 

Sifətim nərgiz rəngində, 



 

Duruşum bənövşə kimi. 



 

 

 

 

 

 

11 

 

AĞLAMA 



 

Ağıldan inciyən ürək, 

Bu inciklik nəyə gərək. 

Hə, “səndən əl, məndən ətək” 

Düşəndə qalx tut, ağlama. 

 

Sevgi özü bərk sınaqdır, 



Eşqdən qorxmaq bəd qınaqdır. 

Sevdanın puç olan vaxtı 

Özünü tox tut, ağlama. 

 

Ağıl ki, var nə karədir, 



Hiss üyüdən kirkirədir. 

Ruhun hələ bakirədir, 

Qəddini şax tut, ağlama. 


12 

 

DÜNYA 



 

 

Yaş eynimi siləliyib, 

 

Dərdin məni silləliyib. 



 

Bəxtimi dərd gülləliyib, 

 

Topunu bağlama, dünya. 



 

 

Sabahı var hər gecənin, 



 

Dişi batmır göy gürzənin. 

 

Bu qapı keçəl Həmzənin,- 



 

Atını bağlama, dünya. 

 

 

Qəlbimdə ocaq gələcəm, 



 

Güzümdə çıraq gələcəm. 

 

Bir axşam qonaq gələcəm, 



 

Qapını bağlama, dünya. 

 

 

 



 

 

 

 

 

 

 

 

13 

 

GETMƏYƏCƏM 



 

Tutub əlimdən gəlmişəm, 

 

Çıxıb ölümdən gəlmişəm. 



 

Bura zülümnən gəlmişəm 

 

Qovma məni, getməyəcəm. 



 

 

Çiçəyimi sovubdular, 



 

Ovum-ovum ovubdular. 

 

Ordan zornan qovubdular, 



 

Qovma məni, getməyəcəm.  

 

 

Ümidim sənə tapınır, 



 

Qapı günəşli, qapı nur. 

 

Üzümə çırpıb qapını 



 

Qovma məni, getməyəcəm.  

 

 

Ölüm həyatın son ucu, 



 

Ürəyimi al dil ucu. 

 

Sıyırıb qəzəb qılıncın 



 

Qovma məni, getməyəcəm.  



 

Bağçam viran, gülüm həşəm, 

Dərd-ələmdi kefim, nəşəm. 

Getmək üçün gəlməmişəm, 

Qovma məni, getməyəcəm 

 


14 

 

ANAMA 



“Dövlətdə dəvə - övladda nəvə”  

 

Nəvənin əlindən elə tutmusan, 

Çıxıbdı yadından uşağın, ana. 

Deyəsən özünü lap unutmusan, 

Haqlımı, haqsızmı qınağın, ana?! 

 

Gözün yaman qorxub dəcəlliyimdən, 



Bu cüllüt nəvəndən yoxdur xəbərin. 

Öyündüm şəhərdə kəndliliyimnən, 

Ana, fərqi çoxdu kəndlə şəhərin. 

 

Hələ gülüşə bax gözünün altdan, 



Biz deyən sözləri deməli almır. 

Çətin çıxacağıq sözünün altdan 

Boynuna tutduğu əməli almır. 

 

Mən belə deyildim anam, ay anam, 



Üzümdə abırım, utancaqlığım. 

Mən sənin bir köynək yaxın balanam, 

Tutacaq deyəsən ta qısqanclığım. 

 

Çox da əzizləmə: “dövlətim, dəvəm”, 



Gəl belə böyutmə, almaz öyüdü. 

Sənin bu şəhərli dələduz nəvən 

Tökəcək burnumdan verdiyin südü. 


15 

 

 



Mən kənddən gələndə özümnən, ana, 

İ

çimdə bir şəhər kənd gətirmişəm. 



Sən demə dünyaya övlad yox, amma 

Sözümü kəsməyə fənd gətirmişəm. 

 

Mənim ucbatımdan saçın qardısa, 



Belə qocalmağın gözümə gəlir. 

Sənə elədiyim nələr vardısa, 

Birə-beş qayıdıb özümə gəlir. 

 

Könlüncə böyüyür, gözlərin aydın, 



“Anamı ağladır” - alqışın tutub. 

Belə arzulayan sən olmasaydın, 

Deyərdim kiminsə qağışı tutub.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


16 

 

OLAN YERDƏ 

 

 

Arzuların boyatısan, 



 

“Bülbül boyda bayatısan”. 

 

Böyüyürsən, boy atırsan 



 

Ş

irin dastan olan yerdə. 



 

 

Yad seyrangah, qərib seyir, 



 

Səyir atım, qərib səyir. 

 

Adam elə qəribsəyir 



 

Eldən, dostdan olan yerdə. 

 

 

Söz kök atıb nəsillənir, 



 

Dil köklənir, dil simlənir. 

 

Adam bənd-bənd tilsimlənir 



 

Məmməd Aslan olan yerdə. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 

 

 



YANDIRIR 

 

 

 

Məmməd Aslana 

 

Ay sözün qızılı payız şairi, 

Nədənsə könlümü  payız yandırır. 

Ağlımı başımdan körpəliyimdən 

Alıb aparıbdı o qız:- yandırır. 

 

Sevən kəs həsrətdən gərək qorxmasın, 



Sevgi saray edər uçuq daxmasın. 

Heç kəsin bəxtindən ulduz axmasın, 

Məni məndən axan ulduz yandırır. 

 

Yanımda əzizdi sevginin xətri, 



Hələ göynəyirəm ilk eşqdən ötrü. 

Eh, məni “Reyhan”ın bir duyum ətri, 

Deyəsən səni də, “Nərgiz” yandırır. 

 

 

 

 

 

 

 

 

 

 


18 

 

*** 



 

Qayğılar zamana yükdü, 

Saatım geriyə dönmür. 

Məndən ona sevda yolu, 

Ondan bəri yol görünmür. 

 

Kimsə düşüb dalımıza, 



Hay-haraynan kimdi elə. 

Qara bəxtim, qara vaxtım  

Ə

vvəlim, ilkimdi elə. 



 

Yolumu ağlım aparır, 

Ürək məni sənə çəkir. 

Ağardın ağlım, bilmədin, 

Nə çəkir ürək, nə çəkir. 

 

Hərdən bir qız əl eyləyir, 



İ

llərin o tərəfindən. 

Yaman tez-tez ağrı qalxır, 

Sinəmin sol tərəfindən. 

 

 

 



 

 

 



19 

 

BİR DƏLİ YAĞIŞ 



 

Gözümdə qarışıb eşqin düzümü, 

İ

çimdə bir dərin sevda hüzünü. 



Qara bulud tutub göyün üzünü, 

Güman ki, bir dəli yağış başlaya. 

 

Taleyi kəm görüb gözüm duruxdu, 



Həsrətim diribaş, bəxtim dunuxdu. 

Altına girməyə çətir də yoxdu, 

Güman ki, bir dəli yağış başlaya. 

 

Ürək istəyimi yaşadam deyir, 



Damın damacaqdı, yaxşı dam deyil. 

Bu yağış o biri yağışdan deyil, 

Güman ki, bir dəli yağış başlaya. 

 

Yuvadan-yuvaya quş pırıldayır, 



Ş

imşək baxışlara tuş parıldayır. 

Allah, qulaqlarda göy guruldayır, 

Güman ki, bir dəli yağış başlaya. 



 

 

 

 

 

 

20 

 

ELƏ GÖZƏLDİ Kİ, 



 

Bəzən dünya tarimardı, 

Bəzən elə gozəldi ki!... 

Bu nizamı yerbəyernən, 

Düzən elə gözəldi ki!... 

 

Ürəkdən, candan oxuyan, 



Damardan, qandan oxuyan. 

Ə

hli-irfandan oxuyan, 



Ozan elə gözəldi ki!... 

 

Xəyalım dağda, aranda, 



Nələr olmur bircə anda. 

İ

çini boşluq saranda 



Azan elə gözəldi ki!... 

 

Fələk soyuq baxdı bizə, 



Qarğadı kim bəxtimizə?! 

Bu dərdi kəm bəxtimizə 

Yazan elə gözəldi ki!... 

 

 



 

 

 



 

 

 



 

21 

 

GƏRƏK SƏNİ... 



 

Belə getmək hardan düşdü beyninə, 

Daha dərdim məni almır eyninə. 

İ

ndən belə axtarmağın xeyri nə 



Gərək səni itirəndə gəzəydim. 

 

Bu çaylaqdan çox haytalı sel keçib, 



Körpüsündən karvan gəlib, el keçib. 

Aramızdan gör bir neçə il keçib, 

Gərək səni itirəndə gəzəydim. 

 

Sevinc yoxa çıxan, həsrət ilişgən, 



Ürəyimdə qalıb sevgi tilişgən. 

Gərək itik itirənlər demişkən— 

Gərək səni itirəndə gəzəydim. 

 

Hücum çəkir sənsizliyin alayı, 



Qismətimə düşdü bəxtin qolayı. 

İ

ndən belə axtarmağım havayı, 



Gərək səni itirəndə gəzəydim. 

 

Həsrət hissi keçirməzdim o vaxtlar, 

Xəyalıma gətirməzdim o vaxtlar. 

Gərək səni itirməzdim o vaxtlar— 

Gərək səni itirəndə gəzəydim. 

 


22 

 

AĞLAYIR 



 

 

 

Şahinə Könülə 

 

Bu gecənin o üzündə, 



Bir qaragöz qız ağlayır. 

Başından tüstü buğlanır, 

Od ruhu bumbuz ağlayır.  

 

Fələk girdi babalına, 



Göylər susdu məlalına. 

Viran olmuş cəlalına 

Ay yanır, ulduz ağlayır. 

 

Ürəyi yurd, canı torpaq, 



Könül dostu qələm, varaq. 

Gözlərindən düşür yarpaq 

Yuxalıb payız, ağlayır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

23 

 

 



AY DƏLİ 

 

Ana dedin bağrım yandı, 

Pozuldu kefim, ay dəli. 

Yurdu yağı yağmaladı, 

Yıxıldı evim, ay dəli. 

 

Nə çəkdiyim ağrı bilir, 



Mən çəkəni doğru bilir. 

Mən bilmədim-Tanrı bilir, 

Nə oldu səhvim, ay dəli. 

 

Dərdim başdan arxa daşır, 



Ürək yaram arx adaşı. 

Sən dərdimin arxadşı, 

Gəl səni sevim, ay dəli. 

 

 



 

 

 



 

 

 



 

 

 

24 

 

ÖMRÜ 



Mərhum şair Eldar Nəsibli Sibirelin 60 

illiyinə 

 

Açırsan gözünü, dünya darısqal, 



Taleyin mindirir qatara ömrü. 

Dünyanı duymayan körpə uşağın, 

Ağlına gəlmir ki, qurtara ömrü. 

 

Yığılan bənövşə qomu yaşamır, 



Zirvədə səhranın qumu yaşamır. 

Mən yaxşı bilirəm hamı yaşamır 

Yamyaşıl içində ağ-qara ömrü. 

 

Özün bilməyənə görk dərdi vardı, 



Ağlı kəsməyənə dərk dərdi vardı. 

İ

çində bir bütöv türk dərdi vardı, 



Tanrı, çoxmu gördün Eldara ömrü? 




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə