Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 203.13 Kb.
Pdf просмотр
tarix07.07.2017
ölçüsü203.13 Kb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına  

müddətli vergi güzəştlərinin verilməsi haqqında  

Azərbaycan Respublikasının Qanunu  

 

 



Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını 

sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu 

ilə) hüquqi şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan 

Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət 

vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət 

prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. 

2. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu 

ilə) fiziki şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan 

Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin 

fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 

azaddırlar. 

3. Bu Qanunun 1-ci və 2-ci maddələri ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi və 

fiziki şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun 

olaraq torpaq vergisinin ödəyiciləridirlər. Həmin şəxslər digər fəaliyyət növləri ilə 

məşğul olduqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun 

olaraq həmin fəaliyyət üzrə vergiyə cəlb olunurlar. 

4. Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir. 



 

Azərbaycan Respublikasının Prezidenti  

Heydər ƏLİYEV  

Bakı şəhəri, 27 noyabr 2001-ci il 



N 222-IIQ. 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə