289.Xəstəxanaya 10 yaşında uşaq gətirilib.
Uşaq çox əsəbi və
həyəcanlıdır. Uşaq ürəkdöyünmədən, təngnəfəslikdən şikayət edir. Çox
tərləyir. Uşağın bədən t-u 37,2C Əl barmaqları və dilində əsmə var.Göz
yarığı geniş açılıb,ekzoftalm qeyd olunur. Ürək tonları karlaşıb, nəbzi
sürətlidir.
Hansı xəstəlikdən şubhələnirsiz?
Dİffuz toksik zob
290.Uşağın 12 yaşı var.Ananın dediyinə görə çox arıqlayıb və çox yanğı
hiss edir. Uşaq çox əsəbi və həyəcanlıdır.
Əllərində və bütün bədəndə
əsmə var. Usağın baxişları çox sərtdir, ekzoftalm qeyd olunur.Uşaq
yuxarı və aşağı baxdıqda qüzehli qişa ilə göz qapağı arasında sklera
görünür.Nəbzi sürətlidir, taxikardiya və zirvədə sistolik küy eşidilir.
Hansı
xəstəlikdən şübhələnirsiz?
Diffuz toksik zob
291.10 yaslı oğlan xəstəxanaya iştahanin pozulması, qarında ağrılar,tez -
tez ağrılı sidik ifrazı,sidiyi saxlaya bilməməsi şikayətləri ile qəbul olunub
.Obyektiv müayinə zamanı temperatur 38 ,dərisi təmizdir,badamciqlar
böyüyüb,karioz dişləri var .Laborotor müayinədə:sidikdə leykositlər
artmiş ,proteinuriya ,hematuriya,sidikdə bakteriyalar tapilmişdir .Hansı
xəstəlikdən şübhələnirsiz?pielonefrit
292.Xəstəxanaya 15 yaşlı uşaq
daxil olub, şikayəti: keçirdiyi qripp
xəstəliyindən sonra tez-tez sidiyə getməsi, gecə və gündüz sidiyini
saxlaya bilməməsi, ümumi halsızlıq. Laborator müayinə zamanı sidikdə
şəkərin 5%, qanda şəkər 16 mmol/l,
sidikdə keton cisimcikləri
aşkarlanıb.
Hansı xəstəlikdən şübhələnirsiz?
1-ci tip şəkərli diabet
293.8 yaşlı uşaq 3 gündür xəstədir. Konyuktivit, zökəm əlamətləri var,
hərarəti 38C dərəcədir, fotofobiya (işıqdanqorxma) qeyd olunur.
Yanağın iç səthində manna yarmasına bənzər səpgilər görünür.Hansı
xəstəlikdən şüphələnirsiniz?
Qizılca
294.Xəstəxanaya 4 yaşlı uşaq gətirilib. 2
gündür ki, bütün bədəni başdan
– başa kiçik çəhrayı səpgilərlə örtülüb. Uşağın əhvalı pozulmayıb,
temperaturu subfebrildir. Palpasiyada ənsə limfa düyünləri
böyüyüb.Hansı xəstəlikdən şüphələnirsiniz?
Məxmərək
295.Qəbul şöbəsinə 3 yaşlı uşaq daxil olub. Halsızdır, udma və
çeynəmənin ağrılı olmasından şikayətlənir. Müayinədə sağ qulaq-arxası
nahiyədə xəmir konsistensiyalı şişkinlik əllənir.
Şişkinlik üzərində dəri
dəyişilməyib. Hansı xəstəlikdən şüphələnirsiniz?
Epidemik parotit
296.Xəstəxanaya 5 yaşlı uşaq gətirilib. Süstdür, halsızdır, ətrafa marağı
azalıb. Ananın dediyinə görə 10 gün əvvəl angina keçirib. Baxışda
temperaturu 39C dərəcədir, dəridə çəhrayı nöqtəvari səpgilər, avazımış
burun-dodaq üçbucağı, “moruğu” dil və lakunar angina görünür.Hansı
xəstəlikdən şüphələnirsiniz?
Skarlatina
297.İnfeksion xəstəxananın qəbul şöbəsinə 7 yaşlı uşaq gətirilib.
Narahatdır, qaşınması var, yuxusu pozulub, iştahı azalıb. Müayinədə
hərarəti febrildir. Baxışda bədənində müxtəlif formalı səpgilər görünür.
Uşağın
dərisində həm ləkə, həm qovuqcuq, həm də qartmaqlar var.
Hansı xəstəlikdən şüphələnirsiniz?
Su çiçəyi
298.Uşağın 6 yaşı var. Tez -tez angina ilə xəstələnir. Axırıncı dəfə
xəstələndikdən 2 həftə sonra zəiflikdən, baş ağrılarından, ürək
bulanmadan, səhərlər yuxudan duranda üzündə ödemdən şikayət edir.
Sidiyi bulanıq rəngdədir. Hansı xəstəlik barədə düşünmək lazımdır?
Dostları ilə paylaş: