nahiyədə xəmir konsistensiyalı şişkinlik əllənir. Şişkinlik üzərində dəri
dəyişilməyib. Hansı xəstəlikdən şüphələnirsiniz?
Epidemik parotit
296.Xəstəxanaya 5 yaşlı uşaq gətirilib. Süstdür, halsızdır, ətrafa marağı
azalıb. Ananın dediyinə görə 10 gün əvvəl angina keçirib. Baxışda
temperaturu 39C dərəcədir, dəridə çəhrayı nöqtəvari səpgilər, avazımış
burun-dodaq üçbucağı, “moruğu” dil və lakunar angina görünür.Hansı
xəstəlikdən şüphələnirsiniz?
Skarlatina
297.İnfeksion xəstəxananın qəbul şöbəsinə 7 yaşlı uşaq gətirilib.
Narahatdır, qaşınması var, yuxusu pozulub, iştahı azalıb. Müayinədə
hərarəti febrildir. Baxışda bədənində müxtəlif formalı səpgilər görünür.
Uşağın dərisində həm ləkə, həm qovuqcuq, həm də qartmaqlar var.
Hansı xəstəlikdən şüphələnirsiniz?
Su çiçəyi
298.Uşağın 6 yaşı var. Tez -tez angina ilə xəstələnir. Axırıncı dəfə
xəstələndikdən 2 həftə sonra zəiflikdən, baş ağrılarından, ürək
bulanmadan, səhərlər yuxudan duranda üzündə ödemdən şikayət edir.
Sidiyi bulanıq rəngdədir. Hansı xəstəlik barədə düşünmək lazımdır?
Dostları ilə paylaş: