Metalların karbidləri, onların alınması üsulları, təsnifatı, xassələrinin
kimyəvi rabitənin xarakterindən asılılığı. Karbidlərin tətbiqi.
Oksigenli birləşmələri. Metalların karbonilləri. Halogenlərlə, kükürdlə və
azotla birləşmələri. Sianid turşusu və onun duzları. Rodanid turşusu və onun
duzları. Sidik cövhəri, onun xassələri və tətbiqi.
Karbon 4-oksid. Molekulunun quruluşıı, xassələri və alınması üsulları.
Karbonat turşusu və onun duzları. Karbonatların tətbiqi. Karbon 2-oksid, alın-ması,
kimyəvi rabitə, xassələri. Karbon 2-oksid və azotun xassələrindəki oxşarlıq.
Karbon 2-oksid reduksiyaedici kimi. Karbonatların tətbiqi.
Silisium. Elementin ümumi xarakteristikası, təbiətdə tapılması. Silisiumun
alınması üsulları, onun quruluşu və xassələri: silisium yarımkeçirici kimi.
Hidrogenli birləşmələri, halogenli birləşmələri, xassələri, tətbiqi. Silikatlar və
alümosilikatlar. Metal silisidləri və onun tətbiqi. Silisiumun oksidi. Kvars, onun
quruluşu və xassələri, silisiumun karbidi, onun xassələri və tətbiqi. Silisiumun
turşuları. Silikagel. Duzları. Həll olan şüşə. Silikat sənayesi: şüşə, sement, saxsı və
çini istehsalı. Silisium və onun birləşmələrinin tətbiqi.
Germanium, qalay, qurğuşun. Elementlərin ümumi xarakteristikası, təbiətdə
tapılması, alınması, xassələri, tətbiqi. Turşulara və duzlara münasibəti. Oksidləri,
hidroksidləri (II və IV), turşuları, onların alınması və xassələri. Germanium, qalay
və qurğuşu-nun birləşmələrinin davamlılığı. Turşuluq, əsaslıq xassələri və
oksidləşmə-reduksiyaetmə aktivliyinin müqayisəsi.
Dostları ilə paylaş: