Elektrokimyəvi proseslər. Elektrod potensialı. Hidrogen elektrodu. Kimyəvi enerjinin elektrik enerjisinə elektrik enerjisinin kimyəvi enerjiyə çevrilməsi ilə gedən proseslərə elektrokimyəvi proseslər deyilir. Elektrod potensialı: Metalların kristal şəbəkəsi elektron mübadilə edən atom və ionlardan təşkil olunmuşdur. Odur ki, metal lövhəni suya daxil etdikdə, polyar su molekulları onun səthindəki metal ionlarını hidratlaşdıraraq maye fazaya keçirir. Nəticədə metalda qalan artıq elektronlar hesabına metal lövhənin səthi mənfi yüklənir
Burada: - kristaldakı metal ionu, - maye fazaya keçən hidratlaşmış metal ionudur. Hidrogen elektrodu sxemi şəklində göstərilir.
Qeyd etmək lazımdır ki, metal fəal olduqda, əmələ gələn elektronların sayı hidrogen elektroduna nisbətən çox olur və elektronlar metaldan hidrogen elektroduna keçir. Bu halda metalın standart elektrod potensialı mənfi işarə ilə göstərilir. Metal az fəal olduqda isə, elektronlar hidrogen elektrodundan metala keçdiyindən potensialın qiyməti müsbət işarə ilə göstərilir.
Qalvanik elementlər.( Cu-Zn ) Daniel-Yakobi qalvanik elementi.
Kimyəvi reaksiya nəticəsində elektrik cərəyanının əmələ gəlməsi ilk dəfə 1789 –cu ildə italyan alimi Qalvani tərəfindən müşahidə edilmişdir.
İlk qalvanik element italyan alimi Volta tərəfindən tərtib edilmişdir. Element 10%-li sulfat turşusu ilə hopdurulmuş mahud parçası vasitəsilə bir-birindən ayrılan sink və miss lövhələrdən ibarətdir.
Sink və sulfat turşusu sərhədində aşağıdakı proses gedir:
Sink ionları məhlula keçdikcə əmələ gələn artıq elektronların hesabına metal mənfiyüklənir.
İndi isə Yakobi-Daniel və ya mis-sink qalvanik elementi nəzərdən keçirək. Sink-sufat və mis-sulfat məhlullarına müvafiq olaraq sink və mis lövhələri daxil edilir. Məhlullar bir-birindən məsaməli arakəsmə vasitəsilə ayrılır. Sink daha fəal metal olduğu üçün məhlula sink ionları göndərir, mis elektrodu üzərində isə mis ionlaı toplanır. Beləliklə, sink mənfi, mis isə müsbət elektrod vəzifəsini görü
Dövrə qapandıqda elektronlar sinkdən misə keçrərk mis ionlarını neytrallaşdırır. Beləliklə, sink həll olduqca mis elektrodu üzərində sərbəst mis toplanır. Məhlulda mis ionlarının sayı azaldıqca, artıq qalan ionları arakəsmədən sola, sink ionları isə soldan sağa keçir və beləliklə məhlulların elektroneytrallığı pozulmur, yəni kation və anionların nisbəti dəyişmr.
Dostları ilə paylaş: |