Kisi sonsuzluğu haqqında



Yüklə 97.39 Kb.
PDF просмотр
tarix16.12.2016
ölçüsü97.39 Kb.

 

 



Kisi sonsuzluğu haqqında. 

    


Sonsuzluğun səbəbləri. 

 

Hamiləlik  əleyhinə  qorunma  tədbirləri  həyata  keçirilmədən  nizamlı 



olaraq    1  il  cinsi  həyat  keçirən  cütlərdən  uşaq  doğulmursa  bu  artıq 

sonsuzluq adlanır. Sonsuzluq (infertilite) həyata uşaq gətirə bilməmək və 

yaxud mayalandıra bilməmək anlamına gəlir. 

Yetkinlik  dövrü  başlarkən  oğlanlarda  sperma  əmələ  gəlməyə  başlayır. 

Həmin oğlanlarda səsin kobudlaşması, qasıq, qoltuq altı, cinsiyyət üzvləri 

ətrafında, üzdə tüklər əmələ gəlir ki, bunlar ikincili cinsi əlamətlər sayılır. 

12 yaşından başlayaraq özünü göstərən bu əlamətlər kişini fərqləndirərək 

onun  mayalandıra  bilmək  üçün  ən  önəmli  simptomlarıdır.  Beyində 

hipotalamusun  xüsusi  modelləri  ilə  hipofizə  təsir  edilərək  onun  ön 

payında  FSH  ve  LH  hormonları  sekresiya  olunur.FSH  sperm 

sekresiyasını artırır. LH isə xayadakı Leydiq hüceyrələrindən testosteron 

hormonun ifrazını artırır ki, bu da spermanın aktivləşməsini (maturasiya) 

həyata  keçirir.  Ümumiyyətlə  spermlər  xayada  əmələ  gəlir  və 

epididimində  (xaya  artımında)  tam  formalaşır.  Bu  müddət  3  ay  davam 

edir.  Artıq  formalaşmış  spermlər  isə  cinsi  fəaliyyətdən  sonra  sperm 

kanallarında qadın vaginasına (uşaqlığına) atılır. 

Bu  prosesdə  prostat,  toxum  kisələri,  sperm  bəsləyən  və  onu  qadın 

mayalandırma  yollarında  aktiv  hərəkət  edə  biləcək  vəziyyətə  gətirən 

şirələr  də  sperma  qarısır  ki,  bunlar  hamısı  bir  yerdə  eyakulyat  adlanır. 

Sperm əmələ gəlməsi kişinin həyatda yaşamı boyu davam edir. Şəkil 1. 

 

 

 



                Bilinməsi  vacib olanlar. 

Kişi  və  qadında  sonsuzluq  eyni  dərəcədə  rast  gəlir.  Belə  ki,  sonsuzluq 

cütlərdə  40%  kişidən,  40%  qadından  asılı,  10%  kişi  və  qadın  birlikdə, 

10% isə bilinməyən səbəblərdən meydana gəlir.Ona görə də sonsuz cütlər 

bu  səbəbləri  anlamalı  və  öz  aralarında  bu  problemin  həlli  yollarını 

müzakirə etməlidirlər. Kişi sonsuzluğu bir çox səbəblərlə bağlıdır. Sperm 

əmələ  gəlmə  çatmamazlıqları,  spermin  gediş  kanallarında  olan 


 

obturasiyalar spermə qarşı olan antigen varlığı, anatomik problemlər xaya 



(testis)  zədələnməsi,  hormonal  çatmamazliqlar,  varikosel,  kriptorxizm 

keçirilmiş infeksiyon xəstəliklər və bəzi dərmanlar sonsuzluğa səbəb ola 

bilər. 

Səbəbindən asılı olmayaraq sonsuzluğun müalicəsi asan deyildir. Bir çox 



sonsuz  kişi  özünü  aciz  və  çox  narahat  hiss  edir.  Bəziləri  kişiliklərini 

itirdiklərini düşünür. Təbii ki, bu da nevrozların əmələ gəlməsinə ailə və 

qohum  əqraba  arasında  münasibətlərin  pozulması  baxımından  sosial  bir 

problemə  çevrilir.  Bu  keçirilən  hisslər  normaldır.  Belə  problemin  həlli 

ücün digər insanlarla ünsiyyət yaratmaq lazımdır. İnfertil (sonsuz) cütlər 

bu  problemi  həll  etmək  üçün  bir-birinə  dayaq  olmalı,  səbirli  olaraq 

vəziyyətdən  çıxış  yolu  axtarmalı,  xəstəliyin  müalicəsi  üçün  diletantlara 

yox,  mütəxəssis  həkimlərə  müraciət  etməlidirlər.  Sonsuzluğun  səbəbi  nə 

olarsa  olsun  günümüzdə  90%-nin  müalicə  edilə  biləcəyi  və  ədəbiyyat 

məlumatına  görə  yaxın  10  il  müddətində  bütün  sonsuzların  uşaq  sahibi 

ola biləcəyi haqqında ki, məlumatların olması unudulmamalıdır. 

Mayalandırmaya (fertilitə) təsir göstərən həyat şərtləri və alışqanlıqlar . 

Səkil 2.   

  

1.Nikotin  (siqaret)  spermanın  sayını  və  hərəkət  aktivliyini  aşağı  salır, 



spermanın normal strukturunu pozur. 

2.Alkoqol-  sperma  sayını  azaldır  və  anormal  sperma  əmələ  gəlməsinə 

səbəb olur . 

3. Xaya istiliyi- kişilərdə xayanın istiliyi bədən daxili istilikdən aşağıdır. 

Xayanın  istiliyi  artarsa,  spermanın  əmələ  gəlməsi  azalır.  Yüksək 

temperatur,  isti  yerlərdə  işləmək,  sauna  və  dar  alt  paltarının  geyilməsi 

varikosel xaya istiliyini artırır. 

4.Piylənmə-  xaya  istiliyinin  artmasına,  sperm  sayının  azalmasına  səbəb 

olur. 

5.Hədsiz  idmanla  məşğul  olma-  androgen  hormonunun  sintezini  azaldır 



sonsuzluğa səbəb olur. 

6.Dərmanlar-  xora  əleyhinə  və  arterial  təzyiqə  qarşı  verilən  bəzi 

dərmanlar sperma sayını o cümlədən cinsi arzunu azaldır. 

 


 

Sonsuzluğun qiymətləndirilməsi. 



Xəstənin  anamnezi,  keçirilmiş  parotit,  bə’zi  hərarətli  xəstəliklər,  cərrahi 

əməliyatlar və ya zədələnmələr, cinsi yolla keçən xəstəliklər, infeksiyalar 

mayalandırmaya  təsir  edir.  Ümumiyyətlə  kimyəvi  maddələrlə  təmasda 

olmaq, stress, dərman və alkoqola alışqanlıq, cinsi əlaqə zamanı və ailədə 

bə’zi psixoloji münasibətlər sonsuzluğa gətirib çıxara bilər. 

Fiziki müayinədə – uroloq cinsiyyət orqanlarını müayinə edir. Xayaların 

olub-  olmadığı,  onların  vəziyyəti,  sperm  kanalları,  xayalıq  içində 

genişlənmiş  damarların  olub-  olmadığı  (varikosel)  araşdırılır.  Prostatın 

müayinəsi  də  aparılmalıdır.  Ayrıca  bədəndə  piy  və  tüklərin  yayılmasına 

baxılır.  

Səkil 3. 

 

 



Laborator  testləri:  Semen  analizi  48  saatlıq  cinsi  pəhrizdən  sonra  alınan 

təzə  eyakulyat  makroskopik  dəyərləndirməyə  göndərilir.  Spermanın  sayı 

dəyişkənlik göstərə bildiyi üçün semen analizi ən azı 2 dəfə verilməlidir . 

Burada sperma sayı, hərəkətliliyi, şəkli dəyərləndirilir. Bu test tək başına 

sonsuzluğun səbəbini dəyərləndirə bilməz, çünki burada spermanın bütün 

funksiyalarını  görmək  mümkün  deyildir.  Lakin  sonsuzluğun  başlanğıc 

dəyərləndirilməsi  üçün  ilk  veriləcək  və  əhəmiyyətli  bir  testdir.  Digər 

testlər semen analizində hər hansı bir dəyişkənlik varsa aparılır. 

Sidik  analizi  :sidikdə  ağ  qan  hüceyrələrinin  (leykosit)  varlığı  sidik  yolu 

infeksiyasının və ya prostat infeksiyasını göstərir. Sidikdə  önəmli sayda 

sperma tapılması sidik kisəsinə toxum mayesinin keçməsinə işarət edir. 

Hormon  analizində  qanda    FSH,  LH,  testosteron  miqdarına  baxılır. 

Bunlar xaya funksiyaları haqqında məlumat verəcəkdir. 

Semendə  leykositlərin  sayı,  spesifik  boya  və  ya  antigenlərlə  semendəki 

leykosit  sayı  araşdırılır.  Bunların  çoxu  genital  sistem  infeksiyalarını 

göstərir və mütləq müalicə edilməlidir, yoxsa spermalara zərər verir.  

Səkil 4.  


 

 



           

 

 



 

Antisperm antigen testi.                

Bu  test  qadında  və  ya  kişidə  spermaya  qarşı  antigen  varlığını  göstərir. 

Antisperm  antigenlər  sperma  ilə  reaksiyaya  girir  onlara  zərər  verir  və 

onları  hərəkətsizləşdirir.  Ultrasonoqrafik  müayinə  (USM),  testisin 

quruluşu,  damarlarda  genişlənmələr,  sperma  kanallarındakı  darlıqlar 

haqqında məlumatlar verir. 

Xaya biopsiyası: Semen analizində sperm sayının çox aşağı olması və ya 

heç  olmaması  təyin  edilir.  Hər  iki  xayadan  anesteziya  altında  bir  neçe 

ədəd  toxuma  parçası  və  eyni  anda  incə  iynə  ilə  toxuma  aspirasiyası 

aparılaraq  xayadakı  sperma  əmələ  gəlməsinin  xəritəsi  çıxarılır.  Aparılan 

əməliyyat  mikroskop  ilə  həyata  keçirilməsindən  əlavə  təcrübəli,  toxum 

kanalcıqlarını  tanıyan  uroloq  tərəfindən  aparılmalıdır.  İnkişaf  etmiş 

ölkələrdə  bu  qanun  halını  almışdır.  Bu  dediyimiz  metod  ilə  xayaların 

sperma əmələ gəlməsi haqqında biliklərə sahib olunur.  

Şəkil 5,6,7.  

Şəkillər :infeksiyalar, hormon çatmamazlıqları dərmanla müalicə edilir. 

                          

                 Varikosele  əməliyyatı.  

Varikosel  xayada  olan  toxum  ciyəsi  damarlarının  genəlməsi  ilə  özünü 

göstərən  bir  xəstəlikdir.  Sonsuz  kişilərin  60%-ində  varikosel  tapılır. 

Varikosel  sperm  əmələ  gəlməsinə  təsir  edirsə,  xayada  kiçilmə  yaradırsa 

və  bəzi  hallarda  dərman  müalicəsinə  tabe  olmursa  və  ağrı  verirsə 

əməliyyat  edilir.Varikosel  əməliyyatı  mikroskop  və  yaxud  böyüdücü 

əməliyyat  lupaları  ilə  həyata  keçirilməlidir.  Ona  görə  ki,  gözlə 

görünməyən  kiçik  damarların  bağlanması  əməliyyat  effektivliyini  artırır. 

Retroperitoneal  makroskopik  üsulla  aparılan  əməliyyat  zamanı  55% 

sperma keyfiyyətində yaxşılaşma və 23-25% halda spontan hamiləlik baş 

verirsə  mikroskopik  inguinal  varikoselektomiya  zamanı  xəstələrin  75%-

də sperma keyfiyyətində düzəlmə 35% xəstədə isə spontan hamiləlik əldə 

edilir. Şəkil 8.  


 

Sperma 



kanallarındakı 

darlıqların 

aradan 

götürülməsi: 



Sperma 

kanallarının  prostata açılan  yerindən  darlıq  yaradan  səbəblər  endoskopik 

olaraq aradan götürülür. 

Bu  əməliyyata  TUR-ED  deyilir.  Digər  yerlərdə  yəni  xaya  artımında, 

duktus  deferensin  bir  başqa  bölgəsində  olan  obturasiya,  darlıqlar, 

keçməməzliklər, mikroskop altında həmin bölgənin tapılması onların ləğv 

edilərək  qalan  hissələrinin  bir-biri  ilə  anastomoz  yəni,  epididimo-

vazostomiya  və  yaxud  vazo-vazostomiyalar  ilə  aradan  qaldırılır. 

Beləliklə, spermanın təbii yolla xaricə çıxmasına şərait yaranır . 

Səkil 9,10,11  

 

  

 



Yardımçı mayalandırma texnikaları. 

İUİ  (intrauterin  inseminasiya)  spermanın  uşaqlıq  daxilinə  yeridilməsi 

sperma  sayının  az  olması,  endometrioz,  səbəbi  bilinməyən  sonsuzluq, 

servikal  mukoz  çatmamazlığı  (uşaqlıq  yolu  selikli  qişasının  yetərsizliyi) 

və spermaya qarsı antigen varlığında istifadə edilir.  

Kişidən  alınan  semen  xüsusi  məhlullarla  yuyulur.  Keyfiyyətli  spermalar 

əldə edilir və daha sonra qadın uşaqlığına xüsusi kateter ilə yeridilir. Bu 

metod  hormon  müalicəsi  ilə  birgə  həyata  keçirilir.  (İVF)  invitro 

fertilizasiya (kənarda mayalandırma) qadın yollarındakı darlıqlarda və ya 

açıqlanmayan sonsuzluqda həyata keçirilir. 

Hormonal müalicə ilə  qadın yumurtalığından aktiv (matur) yumurta əldə 

edilir.  Bu  yumurta  laboratoriya  şəraitində  matur  sperma  ilə  birləşdirilir. 

Bir  neçə  gün  sonra  döllənmiş  hüceyrə  (embrion)  qadın  uşaqlığına 

yeridilir.  Qadının  yumurtası  əldə  edilərək  sperma  ilə  birlikdə  qadının 

yumurtalıq  yollarına  yerləşdirib  təbii  döllənmə  həyata  keçirilir  və  yaxud 

laboratoriya  şərtlərində  döllənmiş  yumurta  qadın  yumurtalıq    yollarına 

yeridilir. 

 

Şəkil;12,13,14. 



 

 



İSSİ (intra sitoplazmatik semen inyeksiya) laboratoriya şərtlərində qadın 

yumurtası  üçün  kişidən  əldə  edilən  sperma  iynə  ilə  yerləşdirilərək  əldə 

edilən  döllənmiş  yumurta  qadın  uşaqlığına  yeridilir.  İSSİ-də  spermanın 

hansı yolla əldə edildiyinin əhəmiyyəti yoxdur. Beləliklə spermanın qadın 

döllənmə  yollarında  hərəkətinə,  yumurtanı  axtarmasına  və  onu  təbii 

olaraq döllənməsinə ehtiyac olmur. İSSİ-üçün bir neçə sperma hüceyrəsi 

kifayətdir. İSSİ ilə uşaq sahibi olma şansı 35%-dir. 

TESE+İSSİ  (testikulyar  semen  inyeksiyon  +İSSİ)  toxumda  sperma 

hüceyrəsi yoxsa (azospermiya) xayadan mikroskop ilə biopsiya materialı 

götürülür  və  əldə  edilən  aktiv  (matur)  sperma  hüceyrəsi  və  ya 

spermatozoid İSSİ üçün istifadə edilir. 

Şəkil 15. 

 

 

Lakin bu mayalandırma metodlarının müəyyən göstərişləri vardır. Kişinin 



spermatozoidi  mayalandırma  qabiliyyətinə  malik  olması,  kişinin  genetik 

xromosom  xəstəliyi  daşıması,  mayalandırmadan  sonra  həyata  gələn 

uşağın 

sağlam 


və 

yaxud 


genetik 

anomaliya 

ilə 

doğulacağı 



 

qiymətləndirildikdən  sonra  bu  üsullardan  istifadə  etmək  lazımdır.Ona 



görə də bu metodlar uro-androloq, genetik-embrioloq, ginekoloqun birgə 

fəalliyəti  ilə  cütlərin  sadaladığımız  xəstəliklər  haqda  bilgiləndirilməsi  o 

cümlədən  sadaladığımız  xəstəliklər  haqda  məlumatlandırılması  o 

cümlədən    ağırlaşmalar  barədə  onların  rəsmi  sənədlərə  imza  atması 

lazımdır. 

Bu  sahədə  işləyən  adamların  çox  savadlı  ,düzgün,  millətini  sevməsi  və 

elmi yeniliklərin bilməsi vacib şərtlər sırasındadır. Çünki sosial baxımdan 

bunlar əhəmiyyətlidir. 

------sağlam uşaqların doğulması 

------kişinin öz spermasından əldə edilən döllənmə  

------cutlərin  iqtisadi  vəziyyəti-gələcəkdə  doğulacaq  uşaqların  özlərinin 

uşaq sahibi  ola biləcəkləri  

------doğulacaq uşaqlara ilk 4 ildə xüsusi baxıs və nəzarətin olması vacib 

şərtlərdən hesab olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 Erektil disfunksiya. (İmpotensiya

1992-ci ilə qədər impotensiya kimi deyilən termin Ümumidünya Səhiyyə 

Təşkilatı tərəfindən dəyişdirilərək Erektil Disfunksiya olaraq adlandırılır. 

ED cinsi əlaqə üçün penisin yetərli qədər sərtləşməməsi (ereksiya) səbəbi 

ilə  cinsi  əlaqəni  başlaya,  saxlaya  və  davam  etdirə  bilməmək  vəziyyəti 

kimi  başa  düşülür.  Son  illərdə  bu  patologiyanın  müalicəsində  müasir 

müalicə  metodları  işlənib  hazırlanmış  və  xəstələr  üçün  bilinməsi  vacib 

olanlar haqda bu kitabçada məlumat veriləcəkdir. 

 

            



Penil ereksiya mexanizmi. 

Penil  ereksiya  penisə  gələn  arterial  qan  axımında  artma,  kavernoz 

cisimlərdəki  sinusoidal  düz  əzələlərin  boşalması  və  venoz  drenajda 

azalmadan  əmələ  gələn  üç  ana  hemodinamik  prosesin  kordinasiyası  ilə 

birlikdə  sinirlər,  neyrotransmiterlər,  zolaqlı  əzələ,  düz  əzələ,  ağlı  qişa 

arasındakı əlaqələrin birləşməsindən yaranan çox mürəkkəb psixo-neyro-

vaskulyar bir fenomendir. Erektil disfunksiyanın bir çox tipləri vardır. Bu 

kitabçada  eyakulyasiya,  libido  (istək)  erkən  boşalma  yox  yalnız  erektil 

disfunksiya (impotensiya) müzakirə ediləcəkdir. 


 

Kişilərin həyatları boyunca ereksiya ilə əlaqəli problemləri olur, amma 40 



yaşdan  aşağı  yaşlarda  uzun  müddətli  impotensiya  nadirdir.  Bu  problem 

yaşın artması ilə artır. 

Amerikada bir çox mərkəzli çalışmada 50-65 yaş arasında kişilərin 52%-

də, Türkiyədə 69%-də impotensiyaya rast gəlinir. Bütün yetişmiş və cinsi 

fəaliyyəti  olmalı  kişilərin  20-22%-də  bu  problem  vardır.  Hesablamalara 

görə  belə  davam  edərsə  2025-ci  ildə  50%  kişilər  bu  problemlərlə 

qarşılaşacaq. Bu artma əsasən damarlarla daha çox əlaqəlidir və diabetik 

kişilərdə impotensiya 10 il daha əvvəl ortaya çıxır. 

Yaşın artması ilə bir qrup fizioloji proseslər əmələ gəldiyi ortaya çıxsa da 

bu  dəyişikliklər  hər  zaman  ED-yə  səbəb  olmur.  Bir  çox  kişi  yaşlaşdıqca 

penisin ereksiyası üçün daha çox penil stimuliyasiyasına ehtiyac hiss edir, 

penisin bərkliyi azalır və cinsi əlaqə zamanı hər hansı diqqətin yayınması 

ereksiyanın itməsinə səbəb olur. Cinsi əlaqənin sayı azalsa da yenə cinsi 

əlaqə  hər  iki  tərəfi  qane  edir.  Bu  isə  kişinin  özünü  daha  yaxşı  hiss 

etməsinə, əsəb gərginliyinin azalmasına, iş qabiliyyətinin artmasına səbəb 

olur. Erektil disfunksiyaya səbəb ola biləcək xəstəlik və vərdişlər 1-ci, və 

onu gətirib çıxara biləcək dərman maddələri 2-ci cədvəldə öz əksini tapır.  

Cədvəl 1. 

 

 

 



Еrекtil disfunksiyanın səbəbləri. 

 

Psixogen 



Vaskulyar 

Nevrogen 

Endokrin 

Dərman 


Həyəcan 

Ateroskleroz 

Zədələr 

Androgen 

çatmamazlığı 

Antiandrogenlər 

Depressiya  Hiperlipidemiya 

Çanaq 


cərrahiyyəsi 

Hiperprolaktinemiya 

Mərkəzi 

simpatomimetiklər 

Cinsi əlaqə 

problemləri 

Nikotin 

Yayılmış 

skleroz 

 

Benzodiazepinlər 



 

Diabet 


Diabet 

Triçikliklər 

Hipertoniya 

Spirtli içki 

Fenitiazinlər 

 

 



Erektil Disfunksiya üçün müalicə metodlorı. 

Cədvəl 2. 

Erektil disfunksiyanın müalicəsi 

Endokrin ED 

Hormonal müalicə 

Psixogenik ED 

Psixo-seksual terapiya və ya oral 

müalicə 


Gənclərdə post travmatik arterial 

xəstəliklər 

Penil revaskulyarizasiya 

əməliyyatları 

Oral müalicənin əks göstərişlərində 

Transuretral alprostadil və ya 



 

və effektsizliyində 



intrakavernoz inyeksiyalar 

Konservativ müalicənin 

effektsizliyində 

Vakum cihazları, venoz cərrahiyyə

penil protezlər 

 

Erektil  disfunksiyanın  qiymətləndirilməsində  ümümi  bir  alqoritmin 



olması  lazımdır  .  Anamnezin  alınmasında  çox  diqqətli  olmağın  və 

xəstələrə  xüsusi  bir  ünsiyyət  yaratmağın  əhəmiyyəti  böyükdür.  Belə  ki, 

xəstələrin  çoxu  cinsi  problemi  gizli  saxlamağı  və  bunun  utandırıcı  və 

özünün isə aciz olduğunu düşünür. 

Konsultasiya  öncəsi  həkim  özünə  etibar  yaratmalı  və  xəstə  onun 

probleminin işıqlandırılmamasına əmin olmalıdır. Bu isə konsultasiyanın 

uzanmasına səbəb olur. Xəstəyə anladılmalıdır ki, onun bu problemi çox 

kişidə  ola  bilər  və  bu  xəstəlik  başqa  orqanların  xəstəliklərindən 

fərqlənmir.  Ona  görə  də  o  suallara  düzgün  cavab  verməklə  xəstəliyin 

dəyərləndirilməsində  və  müalicəsində  köməkçi  rolunu  oynayır.  Erektil 

problemin  səbəbini  tapmaq  və  bu  səbəbləri  penisin  əyriliklərindən 

(anadangəlmə)  və  erkən  boşalmadan  ayırd  etmək  lazımdır.  Diabetiklər, 

təzyiqi  olan,  ateroskleroz  xəstələrində  erektil  disfunksiya  daha  çox  rast 

gəlindiyi  üçün  onlar  xüsusilə  soruşulmalıdır.  Homoseksual  xəstələr  də 

araşdırılmalı  və  onların  müalicəsi  aparılmalıdır.  Hər  hansı  bir  xəstənin 

anamnez  kartı  anonim  saxlanılmalı,  bir  xəstənin  problemi  o  biri  xəstəyə 

və  ya  kiməsə  söylənilməməlidir.  Xəstənin  ambulator  kartası,  xəstəlik 

tarixi  yalnız  onun  özünün  rəsmi  arayışı  ilə  və  yaxud  xüsusi  xidmət 

orqanlarının  yazılı  icazəsi  ilə  açıqlana  bilər.  Bütün  bunlara  xəstənin 

müalicə  həkimi  məsuliyyət  daşımalıdır.  Ona  görədə  bu  sahədə  çalışan 

həkimlər  mütəxəssisliyindən  əlavə  çox  vicdanlı  və  dürüst  olma 

baxımından əhəmiyyətlidir. 

Xəstənin  ümumi  fizio-psixoloji  vəziyyəti  və  onun  partnyorunun  cinsi 

əlaqədə  aktiv  olmaq  isteyib–istəməməsi  məsələsini  də  öyrənmək 

lazımdır.  Psixoloji  və  orqanik  səbəblərin  erektil  disfunksiyaya  təsiri 

anamnezdən  çıxarıla  bilər.  Çünki  orqanik  erektil  disfunksiyada 

ereksiyanın  yavaş  və  prosesin  itməsi  ilə  birgə  cinsi  istə  (libido)  və 

eyakulyator funksiyanın pozulduğu müşahidə edilir. 

Genital  bölgədə  prostatda  hər  hansı  bir  problem  olub  olmadığı  və  üzvü 

faktora  diqqət  edildiyini  göstərmək  üçün  xəstənin  fiziki  müayinəsi 

lazımdır.  Androgen  çatmamazlığını  ayırd  etmək  üçün  və  hipofizin 

adenoması  səbəbi  ilə  əmələ  gələn  bir  hiperprolaktinemiya  sindromunu 

tapmaq  üçün  səhər  testosteron  miqdarına  baxılmalıdır.  Xəstənin  qanında 

lipid və xolesterin miqdarı təyin edilməlidir. 

Bu  mərhələdə  elə  xəstələr  var  ki,  onlar  özləri  müayinə  və  müalicədən 

imtina edə bilərlər. Onların içərisində nonpenetratik (yəni penisin uşaqlıq 

yoluna girməməsi ilə cinsi əlaqə) cinsi yaşamı qəbul edənlərdə olacaqdır. 

Hansı xəstələr üçün spesifik incələmə vardır? 

1.Hipoqonodizmi olan gənc kişilər. 

2.Hiperprolaktinemiya. 

3.Şübhələnilən neyropatoloji səbəblər. 


 

10 


4.Spesifik psixiatrik pozğunluğu olan kişilər. 

5.Kompleks cinsi əlaqə problemləri olan xəstələr. 

6.Oral (ağız ilə qəbul edilən) müalicəyə cavab verməyən xəstələr.  

Erektil Disfunksiya üçün xüsusi testlər 4-cü cədvəldə öz əksini tapır. 

 

 

Ümumi müalicə. 



Səbəbi  üzvü  dəyişiklikdə  olsa  da,  ümumən  erektil  disfunksiyası  olan 

bütün  xəstələr  psixoloji  olaraq  da  dəyişilə  bilərlər.  Ona  görədə  cinsi 

söhbətə  partnyorun  da  qatılması  lazımdır.  Problemin  psixoloji  olduğu 

vəziyyətdə psixo-seksopatoloqla konsultasiya edilməlidir. 

Cinsi  istəyi  yox  olmuş,  yalnız  adrogen  yetərsizliyi  olan  yaşlı  xəstələrə 

əvvəlcə  prostat  şişini  inkar  etmək  (digital  müayinə,  PSA  təyini)  sonra 

testosteron müalicəsi təyin edilə bilər. 

 

Oral müalicə. 



Yoximbin,  zəif  bir  alfa  reseptor  blokadaedici  aktivliyə  sahibdir. 

Fentolamin  alfa  2  adrenoreseptor  blokatorudu  və  apomorfin  (dofamin 

reseptor  aqonisti)  artıq  istifadə  olunurlar.  Sildenafil  (Viaqra,  Viqranda,  

Sildeqra)  erektil  disfunksiya  müalicəsində  təsiri  öyrənilmiş  ilk  oral 

dərmandır. 

Sildenafil 

selektiv 

olaraq 


tip 


fosfodiesterazanın 

ingibitorudur. Öncə angina pektorisdə istifadə edilmişdir. Cinsi əlaqədən 

60  dəqiqə  əvvəl  verilir.  Dərman  25,  50,  100  mq-lıq  dozalarda  istehsal 

olunur. Sildenafil hipotoniya yaratmaq  təhlükəsi  səbəbi ilə nitrat istifadə 

edən  ürək-damar  xəstəliklərində  əks  göstərişdir.  40-80%  xəstədə  (+) 

təsirə  malikdir.  Əlavə  təsirləri  (16%)  baş  ağrısı,  (10%)  üzdə  qızarma,  

(7%) dispepsiyadır. Alkoqol qəbul edən zaman və çoxlu yeməkdən sonra 

təsiri  zəifləyir.  3%  xəstədə  işığa  qarşı  hissiyatın,  görmənin  zəifləməsinə 

səbəb  olur.  Son  illər  eyni  təsir  mexanizminə  malik  olan,  lakin 

yuxarıdakılardan  daha  az  mənfi  təsirləri  olan  2  dərman  istehsal 

olunmuşdur.  Bunlardan  biri  Vardenafil  20  mq  (Levitra),  2-ci  Tadalafil 

(Sialis 20 mq) adı ilə buraxılır. Levitra daha təsirli effektə malik olmaqla 

kiçik  dozalarda  və  qidalanmadan  asılı  olmayaraq  verilə  bilər.  Sialis  isə 

daha  uzun  müddətli  təsir  effektinə  malik  olması  ilə  (yəni  həftədə  2  tab) 

üstünlüyə  malikdir.  Təssüf  olsun  ki,  bizim  ölkəmizdə  bu  dərmanların 

satışına hələ icazə verilməmişdir. 

 

Vakum cihazları. 



1.Qeyri-invaziv müalicə metodudur.  

Bütün  kişilərdə  təsirli  ola  bilər.  Mənfi  cəhəti  istifadəsi  üçün  vaxt  çox 

gedir  və  30  dəqiqə  ərzində  təsirli  olur.  Bəzi  xəstələrdə  partnyorun 

köməyinə ehtiyac gərəkdir. Bu cihazlar penisin ətrafında vakkum yaradır 

və  qan  korporal  boşluqlara  yığılır,  penisin  ayaqcığında  bərklik  olmadan 

penil  bərkliyi  saxlamaq  üçün  penis  kökünə  bir  bant  yerləşdirilir. 

Ümumiyyətlə eyakulyasiyaya mənfi təsir göstərir. 

 

Şəkil 16. 



 

11 


 

  

                                                                                        



         

 Bu  metod  yaşlı  kişilərdə  və  cərrahi  yolla  protez  qoyulması  üçün  əks 

göstəriş olduqda uyqulanır. 

2.Transuretral Alprostadil təyini. 

Alprostadil  ölkəmiz  xaricində  ilk  olaraq  erektil  disfunksiyada 

intrakavernoz  müalicə  üçün  icazə  almışdır.  O,  PQE-nin  sintetik 

formasıdır.  Sildenafilin  əksinə  ereksiya  yaratmaq  üçün  kavernoz  düz 

əzələrdə yığılma əmələ gətirərək təsir göstərir. Alprostadilin transuretral 

istifadəsi üçün xüsusi cihaza MUSE adı verilmişdir. Bu zaman doza 125-

1000 mq arasında dəyişir, istifadədən öncə xəstə sidiyini boşaltmalıdır. 

Yan  təsiri  penil  ağrı  30%,  uretrada  yanma  12%,  qanama  5%  olmaqla 

özünü göstərir. 

Şəkil 17. 

 


 

12 


 

İntrakavernozal inyeksiya müalicəsi. 

Müalicədə ilk dəfə 1982-ci ildə kaverna daxilinə papaverin yeridilmişdir. 

5 tip fosfadiesterazanın ingibitorunun ucuz olması və saxlanılma rahatlığı 

üstün səbəbləri, priapizm, penil fibroz yarada bilmək kimi yan effektləri 

olduğundan  istifadə  olunmasına  diqqətlə  yanaşılmalı,  dozanın  təyin 

edilməsində düşünülməlidir. 

Xəstələrə  öz-özunə  necə  inyeksiya  edəcəyi  öyrədilməlidir.  Ereksiya  10 

dəqiqə ərzində əmələ gəlir. 

Alprostadilin  xaricdə  ən  çox  istifadə  edilən  (kaveryekt)  dərmandır.  70-

80%  xəstədə  təsirlidir,  yan  effektləri  azdır,  dozası  5-20  mq-dır. 

Alprostadilin çox vaxt tək yox, papaverin və fentolamin ilə kombinasiya 

şəklində  (Trimix)  o  cümlədən  papaverin+fentolamin  (Bimix)  ilə 

kombinasiya şəklində də qarışıqlıqdan istifadə edilir . Demək olar ki, belə 

qarışıqlarından  sonra  əlavə  təsirlərə  az  rast  gəlinir.  Bu  dərmanlardan 

başqa  intrakavernoz  olaraq  son  illər  Timoksamin,  Vasointestinal 

polipeptit (VİP) kimi inyeksiyalardan da istifadə edilir.  

 

 



Cərrahi müalicə 

Arterial  çatmamazlıqda  aparılan  arterial  revaskulyarizasiya  əməliyyatları 

40 yaşdan cavan  xəstələrdə edilir. Çox dəqiq göstərişləri olmalıdır. Penil 

dupleks  dopleroqrafiya,  selektiv  angioqrafiyada  patologiya  aşkar 

edilməli,  alkoqol  və  siqaret  çəkməyən  xəstələrdə  istifadə  edilməlidir. 

İnferior  epiqastrik  arteriya  ilə  penil  arteriya,  vena  arasında  anastomoz 

qoyulmalıdır.  Diqqətli  xəstə  seçimi  olduqdan  sonra  1  illik  başarı  faizi 

65%-dir. 

Venoz damar çatmamazlığı və yaxud veno-oklüziv problemlərdə, penisin 

dorzal  venası,  kavernoz  venalar,  ayaqcıq  venalarının,  superfleks 



 

13 


venalarının 

liqasiyonundan 

ibarətdir. 

Congenital 

(anadangəlmə) 

impotensiyada daha effektivdir. (70-80%) 

Penil  protezlərin  qoyulması.  Bu  cür  müalicə  artıq  oral  dərmanlar+ 

intrakavernoz  inyeksiyalar  təsir  etmədikdə  istifadə  olunur.  Sadə 

büküləbilən (maleble), şişidilən (inplatebla) protezlərdən istifadə edilir.  

Hətta  şəkərli,  qəza  nəticəsində  onurğa  beyni  zədələnmiş  xəstələrdə  də 

effektlidir. 20 ildən çoxdur ki, xarici ölkələrdə istifadə edilir. Ölkəmizdə 

istifadəsinə yeni başlanmışdır. Protez seçimi daha çox xəstə istəyindən və 

istifadə baxımından asılıdır. 

Bu  protezlərdən  sonra penisdə  yetərli  sərtləşmə  yaranır  ki,  xəstələr  cinsi 

əlaqədən  məmnun  qalırlar.  Şişirəbilən  protezlər  daha  fizioloji  xəstənin 

istəyindən asılı olaraq penisdə sərtləşmə yumşalma yarada bilir. 

Ən  çox  rast  gələn  ağırlaşması  infeksiyadır  .  3-5  %  xəstələrdə  görünür. 

Uzun dövr xəstədə partnyor razılığı 80-90%-dir. 

 

Şəkil 18 .  Şəkil 19 .                              



    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

14 


              


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə