Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz


Əhalinin adambaşına bəzi kənd təsərrüfatı



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə32/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

Əhalinin adambaşına bəzi kənd təsərrüfatı 

məhsulları növlərinin istehsalı (kq) 

 

M

əhsulun növü 

1989 

1995 

2000 

2005 

2008 

2009 

2010 

 Kartof 

1082 


932 

871 


837 

904 


737 

825 


 

Taxıl 

720 


540 

485 


657 

931 


881 

737 


 T

ərəvəz 

87 


101 

138 


205 

237 


239 

246 


 

Ət 

116 


64 

60 


79 

87 


95 

102 


 Süd 

723 


497 

449 


581 

643 


681 

698 


 Yumurta (

ədəd) 

354 


331 

329 


317 

342 


355 

373 


 

 

 



Əkin sahələrinin strukturu (2010-cu il) 

 

Bitki 

Min hektar 

 D

ənli və dənli-paxlalılar 

2580 


 

Payızlıq taxıl 

1131 


 Çovdar 

352 


 

Payızlıq buğda 

362 


 

Payızlıq tritikale 

405 


 

Payızlıq arpa 

12 


 

Yazlıq: 

1449 


 

Yazlıq buğda 

249 


 

Yazlıq tritikale 

39 


 

Yazlıq arpa 

679 


 Yulaf 

184 


 

Qarğıdalı dənliyə 

113 


 

Qarabaşaq 

31 


 D

ənli-paxlalılar 

140 


 Dig

ər dənlilər 

14 


 Texniki: 

497 


 K

ətan 

62 


 

Şəkər çuğunduru 

97 


 Raps 

326 


 Kartof 

371 


 T

ərəvəz 

86 


 Yemlik bitkil

ər: 

2066 


 Birillik otlar 

464 


 Çoxillik otlar 

869 


 

Silos üçün qarğıdalı 

699 


 Yemlik kökümeyv

əlilər 

34 


 C

əmi 

5600 

 

 



 

 

 



 

 

 



 

Belarus Respublikasının əsas makroiqtisadi göstəriciləri (ondan əvvəlki ilə nisbətən faizlə)

 

 

  



2000 

2001  2002 

2003  2004 

2005 

2006  2007 

2008 

2009 

2010 

2011 

Ümumi daxili məhsul 

105,8  104,7  105,0  107,0  111,4  109,4  110,0  108,6  110,2  100,2  107,7 

105,3 

Sənaye məhsulları 

108 


106 

105 


107 

116 


111 

111 


109 

111 


97 

112 


109,1 

Kənd təsərrüfatı məhsulları 

109 


102 

100,7 


107 

113 


102 

106 


104 

109 


101 

102 


106,6 

Əsas kapitala investisiyalar 

102 


97 

106 


121 

121 


120 

132 


116 

123 


105 

116 


113,3 

Pərakəndə satışın dövriyyəsi 

112 


129 

112 


110 

112 


120 

118 


115 

120 


104 

116 


107,1 

MDB ölkələrinə ixrac 

121 


102 

98 


124 

135 


96 

122 


130 

128 


65 

145 


143,0 

Digər ölkələrə ixrac 

128 


101 

123 


124 

143 


138 

125 


118 

142 


66 

98 


178,5 

MDB 

ölkələrindən idxal 

142 


95 

109 


128 

148 


94 

130 


131 

137 


70 

112 


136,8 

Digər ölkələrdən idxal 

108 


97 

112 


125 

131 


121 

141 


123 

139 


77 

139 


123,1 

        


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bolqarıstanın kənd təsərrüfatı 

 

Ərazisi  110,9  min  km

2

,  əhalisi  7,7  milyon  nəfərdir.  ÜDM  101,2  milyard 



ABŞ dolları təşkil edir, hər nəfərə 13 143 ABŞ dolları məhsul istehsal edilir. 

Bolqarıstan  Qara  və  Aralıq  dənizindən  keçən  mühüm  dəniz  nəqliyyat 

dəhlizinin üzərində yerləşir, bu da ona təkcə Avropa ilə deyil, həmçinin Asiya və 

Afrika  ölkələrilə  sıx  ticarət  əlaqələri  yaratmağa  imkan  yaradır.  Dağlıq  (Rodopa 

dağları)  və  düzənlik  relyefi  var.  Mineral  ehtiyatlardan  ölkə  az  miqdarda  mis, 

polimetalik, dəmir və manqan filizlərinə, kömürə malikdir. Torpaqları qonur meşə, 

yük hissəsi əkinlər, az hissəsi isə meşə və otlaqlar təşkil edir. 



Buğda, qarğıdalı, tütün, pambıq, üzüm, meyvə və tərəvəzlər bu rayonun əsas 

kənd təsərrüfatı məhsullarının növləridir. 

Bolqarıstan hər nəfərə mühüm sənaye məhsullarının növlərinin istehsalı üzrə 

tədricən  daha çox iqtisadi inkişaf etmiş Avropa ölkələrinə yaxınlaşır. 

Qaratorpaqlar  əkinçiliyin,  gülçülüyün  və  meyvəçiliyin  inkişafına  şərait 

yaradır.  Güllər  arasında  kazanlıq  qızılgülü  daha  geniş  yayılmışdır.  Kazanlıq 

çökəkliyini  Qızılgül  vadisinə  çevirən  al-qırmızı  qızılgül  Bolqarıstan  gülçülərin 

fərəhidir və qızılgül yağının dəyərli mənbəyidir. 

Ölkənin iqtisadi inkişafı orta səviyyədədir. 

Bolqarıstanın  ərazisinin  əsas  hissəsi  emal  sənayesinin  geniş  inkşafı  üçün 

rahat  olmayan  dağlıq  ərazilərdən  ibarətdir.  Buna  görə  də,  əsas  sənaye  rayonları, 

qovşaqları  və  mərkəzləri  istehsal  infrastrukturun  əsas  “karkası”  kimi  dağlarda 

deyil, onların ətəklərində, dağlararası çokəkliklər və düzənliklərdə formalaşmışdır. 

Torpaqların keçmiş  sahiblərinə  qaytarılmasına  əsaslanan  yeni  aqrar siyasət 

kənd təsərrüfatı məhsullarının istehsalının aşağı düşməsilə müşaiyət edilir, bu hal 

əkin sahələrinin və mal-qaranın sayının azalması, əvvəlki kollektiv təsərrüfatların 

ləğv edilməsilə izah edilir. Həmçinin ənənəvi xarici ticarət əlaqələrinin pozulması 

və özünün xammalının və enerji resurslarının çatışmazlığı ucbatından 90-cı illərin 

hranının nəticələrinin aradan qaldırılmasında əlavə çətinliklər  yaranmışdır. 



Son  illər  ölkənin  iqtisadiyyatı  nisbətən  maliyyə  sabitliyini  əldə  etmişdir. 

Bolqarıstan  levinin  sabit  məzənnəsi,  hesabaalma  tariflərinin  səviyyəsi  və  valyuta 

ehtiyatları qorunub saxlanılır. 

Bolqarıstanın  kənd  təsərrüfatı  iqtisadiyyatın  prioritet  istiqamətlərinin  biri 

kimi 

müəyyən edilmişdir. Avropa İttifaqına daxil olduqdan sonra (01 yanvar 2007-



ci il) 

ölkə  kənd  təsərrüfatı  məhsullarının  yerli  istehsalçılarına  dəstək  göstərməsi 

məqsədilə Avropa fonduna daxil olma haqqı əldə etmişdir. 

Bitkiçilik və heyvandarlıq kənd təsərrüfatı məhsullarının istehsalında demək 

olar  ki,  bərabər  paylara  malikdirlər.  Qeyd  etmək  lazımdır  ki,  Bolqarıstanda 

əlverişli təbii şərait, torpaqların təbii münbitliyi əkinçiliyin yüzillik ənənələri çox 

yaxşı uyğunlaşır, bu da kənd təsərrüfatının inkişafına zəmin yaradır. 

Bitkiçilik  buğdanın,  qarğıdalının,  üzümün,  bağ  bitkilərinin,  tərəvəzlərin 

şəkər  çuğundurunun,  tütünün,  yağlı  qızılgülün,  düyünün  becərilməsilə  seçilir. 

Becərilən  sahələrin  əsas  massivləri  Dunay  düzənliyinin  və  Yuxarı  Frakiya 

ovalıqlarında cəmləşmişdir, burada şumlanmanın miqdarı 60 - 70 faizə çatmışdır. 

Bağlar və üzümlüklər Köhnə Planinin şimalı dağətəyi rayonlarında və Orta Dağın 



 

cənub  dağətəyində  yerləşən  Radop  dağlarında,  həmçinin  Küstendil  çökəkliyində 



geniş yayılmışdır. 

Dunayın  təpəli  düzənliklərində,  həmçinin  Qara  dəniz  sahillərində  bir  sıra 

yüksək inkişaf etmiş üzümçülük rayonları yaradılmışdır. 

Əkin sahələrinin 60 faizini buğda, qarğıdalı və arpa kimi dənli bitkilər təşkil 

edir. B

olqarıstanda səpilən texniki bitkilərin payı böyükdür (14 faiz). Şərq rayonu 



dənli  bitkilərin  yığımına  görə  əsas  rayondur,  burada  həmçinin  şəkər  çuğunduru, 

qarğıdalı və tərəvəzlər istehsal edilir. 

Buğdanın bərk sortlarının ümumi yığımı 4,5 milyon ton təşkil edir, ölkənin 

illik  istehlak  tələbləri  isə  2  milyon  tondur.  Ölkə  dənli  bitkiləri  ixrac  edir  və  bu 

istiqamətdə işlər davam etdirilir. Bolqarıstanda hər nəfərə meyvələrin, tərəvəzlərin, 

üzümün, günəbaxanın istehlakı digər Avropa ölkələrindən yüksəkdir. 

Heyvandarlıqda  heyvanların  müasir  bordaq  şəraitində  saxlanılmasına 

keçilmişdir.  Yem  bazasının  yaxşılaşdırıması,  aşağı  məhsuldar  heyvanların  daha 

məhsuldar  heyvan  cinslərilə  əvəz  edilməsi,  iri  mexanikləşdirilmiş  fermaların 

yaradılması  heyvandarlığın  məhsuldarlığının  artmasına  şərait  yaratmışdır. 

Bolqarıstanda xırda buynuzlu heyvanların ümumi sayında payı böyükdür, xüsusilə 

də  qoyunların.  Ölkənin  şimalında  əsasən  iribuynuzlu  mal-qara, donuz  və  quşlar 

yetişdirilir. Şimal heyvandarlığın əsas ixrac məhsulları olan donuz ətini, quş ətini 

və  yumurtanı  istehsal  edir.  Respublikanın  cənub-şərq  və  cənub  rayonlarında 

qoyunçuluq daha geniş inkişaf etmişdir. 

Kənd  təsərrüfatının  inkişafı  iqtisadiyyatın  əsas  prioritet  istiqamətlərilə 

müəyyənləşdirilir. Hökumət sahələrin iriləşdirilməsi və torpaqlardan daha effektiv 

istifadə  etmək  üçün  şəraitin  yaradılması,  bazarın  və  bazar  infrastrukturunun 

yaradılmasına  yardım  edilməsi  məqsədilə  Avropa  İttifaqının  ümumi  kənd 

təsərrüfatı siyasətinə uyğun olaraq aqrar siyasətini həyata keçirmək niyyətindədir. 

Ölkənin kənd təsərrüfatı yaxşı inkişaf etmişdir, məhsuldardır və effektivdir. 

Bitkiçilikdə  buğdanın,  qarğıdalının,  üzümün,  meyvəçiliyin,  tərəvəzlərin,  şəkər 

çuğundurunun,  yağlıq  qızılgülün,  düyünün  istehsalı,  heyvandarlıqda  isə  ət-süd 

maldarlığı və qoyunçuluq fərqlənir. 

Bolqarıstanda  kənd  təsərrüfatının  ixtisaslaşmasında  hər  rayon  üzrə  xeyli 

fərqlər  mövcuddur.  Dunay  düzənliyinin  böyük  hissəsi  və  cənub-şərq  ovalıqları 

üçün dənli-bitkilər – heyvandarlıq istiqaməti xarakterikdir, həmçinin burada xeyli 

günəbaxan əkinləri mövcuddur. Yuxarı Frakiya ovalığında və Dunay düzənliyinin 

orta  hissəsində,  həmçinin  qərbdə  Küstendil  çökəkliyində  meyvəçiliyin, 

üzümçülüyün, tərəvəzçiliyin və texniki bitkilərin geniş yayılması ilə seçilən yüksək 

əmtəəli intensiv əkinçilik üstünlük təşkil edir. Rodopun şərqi və Struma və Mesta 

çaylar


ının  orta  axınının  hövzələri  intensiv  otlaq  heyvandarlığı  ilə  tütünçülükdə 

ixtisaslaşırlar.  İstehlakçı  dənli  –  kartof  bitkiçiliyilə  dağlıq-otlaq  qoyunçuluğu  və 

maldarlığı dağlıq cənub-qərbini və yamaclarındakı sahələrini əhatə edir. 

Bolqarıstanın  torpaq-bitki  səthi  relyefin  xeyli  parçalanması  üzündən  və 

bununla bağlı rayonlar üzrə iqlim fərqinə görə böyük müxtəlifliyilə seçilir. Dağlıq 

rayonlar öz 

qonur meşə və dağlı-çəmənli torpaqları ilə, Şərqi Rodopda və Rodopun 

şimal yamaclarında və üzvü maddələr cəhətcə zəif, yuyulub dağılmış qəhvəyi meşə 

torpaqları  üstünlük təşkil  edir,  bura  məhşur  Bolqarıstan  tütününün əla  sortlarının 


 

becərilməsi  üçün  ən  yararlı  yer  olduğu  məlum  olmuşdur  (burada tütünün kiçik 



ö

lçüdə, zəif nikotinli, lakin qətranlı maddələrlə zəngin yarpaqları inkişaf edir). 

Ölkənin becərilən torpaq fondunun böyük hissəsini qaratorpaqlar təşkil edir, 

qəhvəyi  meşə  torpaqları  0,7  milyon  hektar  və  boz  meşə  torpaqları  0,5  milyon 

hektar ərazini əhatə edir. 

Kənd  təsərrüfatında  struktur  dəyişiklikləri  heyvandarlığın  payının  xeyli 

artmasına  gətirib  çıxarmışdır.  Əkinlərdə  dənli  bitkilərin  payı  azalmış  və  yem 

bitkilərin,  texniki  bitkilərin  (günəbaxan,  şəkər  çuğunduru,  soya)  və  tərəvəz 

bitkilərinin  payı  artmışdır.  Lakin  taxılın  istehsalı  (əsas  bitkilər  –  buğda  və 

qarğıdalı) yüksək məhsuldarlıq hesabına artmışdır. Bolqarıstan hər nəfərə taxılın, 

günəbaxanın, tərəvəzlərin, üzümün, tütünün və efir yağlı bitkilərin istehsalına görə 

Avropada  aparıcı  yerlərdən  birini  tutur.  Bolqarıstanın  bostançılarının  məharətliyi 

düny

ada məşhurdur, onlar tərəvəzlərin, xüsusilə də pomidor, bibər və soğan üzrə 



bol  məhsullar  əldə  edirlər.  Bolqarıstan  bağçılığı  (alma,  gavalı,  şaftalı)  və 

üzümçülüyü  inkişaf etmiş  Avropa  ölkələrindən  biridir.  Burada  üzümçülük  qonşu 

ölkələrə  nisbətən  daha  çox  yüksək  keyfiyyətli  təbii  sortlarının  istehsalında 

ixtisaslaşmışdır. Bolqarıstan İtaliya və İspaniya ilə yanaşı üzümün iri ixracçısıdır. 

Bolqarıstan  kənd  təsərrüfatının  inkişafı  üçün  əlverişli  təbii-iqlim  şəraitinə 

malikdir. 1990-

cı  illərdə  aqrar  islahat  həyata  keçirilmişdir  və  onun  gedişində 

torpaqlar  keçmiş  sahiblərinə  və  onların  varislərinə  qaytarılmışdır,  bu  da  öz 

növbəsində  torpağa  kiçik  həcmli  və  parçalanmış  xüsusi  mülkiyyətin  meydana 

gəlməsinə gətirib çıxarmışdır. Bu proses effektiv əkinçilik və təsərrüfatçılıq üçün 

ciddi  problemlər  yaratmışdır.  Kənd  təsərrüfatının  maddi-texniki  bazası  ilə 

təminatının  zəifləməsi,  aqrar  məhsullar  üçün  ənənəvi  xarici  bazarların  itirilməsi 

sahənin  potensial  imkanlarının  həyata  keçirilməsini  məhdudlaşdırdı.  İstehsalda 

bi

tkiçiliyin və heyvandarlığın payı bərabərdir (təxminən 47 faiz),  kənd təsərrüfatı 



məhsullarının  təxminən  6  faizi  istehsal  xidmətləridir.  Dağlıq  rayonlarda  isə 

ərazinin  20  faizdən  az  hissəsini  əkin  sahələri  təşkil  edir.  Bağlar  və  üzümlüklər  

Stara-Planinin 

və    Sredna-Qorının  cənub  ətəyindəki  Rodop  dağlarının  şimal 

ətəyində, həmçinin Küstendil çökəkliyində “Bolqrıstanın meyvə bağı” adlandırılan 

ərazidə geniş yayılmışdır. 

Kənd  təsərrüfatı  istehsalında  bitkiçiliyin  payı  heyvandarlığın  payından  bir 

qədər  yüksəkdir.  Əkin  sahələrinin  60  faizini  buğda,  qarğıdalı  və  arpa  kimi  dənli 

bitkilər  təşkil  edir.  Bolqarıstan  əkin  və  texniki  bitkilərin  yüksək  payı  ilə  seçilir. 

Yem  bitkilərinin  payı  (xüsusilə  də  qara  yoncanın  və  yaşıl  kütləyə  olan 

qarğıdalının) 20 faizi keçmir. Dunay düzənliyi ölkənin əsas taxıl anbarıdır. Burada 

günəbaxanın  və  şəkər  çuğundurunun  əkinlərinin  əsas  hissəsi  yerləşir.  Yuxarı 

Frakiya  ovalığında,  Şərqi  Rodopda  və  Strumanın  vadisində  tütün  əkinləri 

cəmləşmişdir. Bolqarıstan tütünün yüksək keyfiyyətli “şərq” sortları üzrə dünyanın 

ən əhəmiyyətli istehsalçısı və ixracçısıdır. Tütünün yığımı ildə orta hesabla 130 – 

150 min ton təşkil edir, onlardan 60 – 65 min tonu qurudulmuş yarpaq kimi və 50 

– 

60 min tonu hazır məhsul  kimi (siqaret) ixrac edilir. Bolqarıstan qızıldan baha 



olan  yağlıq  qızılgülün  istehsalına  və  qızılgül  yağının  istehsalı  və  ixracına  görə 

dünyada biri

nci yerdədir. Ümumilikdə efir yağlı bitkilərin və tütünün əhalinin hər 


 

nəfərinə  istehsalı  üzrə  Bolqarıstanın  tayı-bərabəri  yoxdur.  Bolqarıstan  ixracının 



ənənəvi hissəsi olan qızılgül yağı ətriyyat sənayesində geniş istifadə edilir.  

Becərilən  torpaqların  ümumi  sahəsi  4,65  milyon  hektar  təşkil  edir,  burada 

5,4 milyon ton buğda və 1,6 milyon ton arpa yığılmışdır, qarğıdalının, paxlalıların, 

günəbaxanın, şəkər çuğundurunun, tütünün və pambığın məhsulu 1981 – 1985-ci 

illərin orta illik səviyyəsindən aşağı olmuşdur. 1986 – 1989-cu illərdə meyvələrin, 

tərəvəzlərin  və  kartofun  yığımı  xeyli  azalmışdır.  Onların  istehsalına  görə  ölkə 

dünyada birinci 

yerdədir. 

Bolqarıstanın  iqtisadiyyatında  heyvandarlıq  böyük  əhəmiyyət  kəsb  edir. 

Onun ümumi kənd təsərrüfatı məhsullarında payı artır. 



Ərazisi 110,9 min km

2

, əhalisi 7,7 milyon nəfərdir. Sahəsinə görə dünyada 

102-

ci yeri tutur. Hər 1 km

2

-

ə 69 nəfər düşür. ÜDM 101,2 milyard ABŞ dolları 

təşkil edir. Hər nəfərə 13 143 ABŞ dolları məhsul istehsal edilir. Əkin sahəsinin 

60 %-

ni buğda, arpa və qarğıdalı, 14 %-ni isə texniki bitkilər təşkil edir. Bərk 

buğdanın 2 milyon ton illik tələbatına qarşı 4,5 milyon ton istehsal edilir. Meyvə, 

tərəvəz,  üzüm,  günəbaxan  istehsalına  görə  (hər  nəfərə)  digər  Avropa 

dövlətlərindən irəlidədir. Taxıl məhsullarının məhsuldarlığı artdıqca (buğda və 

arpa 35-

40 s/ha, qarğıdalı 40-45 s/ha) onların əkin sahələri digər bitkilər altında 

ist

ifadə edilir. 

 

 


 

Böyük Britanıyanın kənd təsərrüfatı 



 

Ərazisi  244,8  min km

2



əhalisi  62,2  milyon  nəfərdir,  ÜDM  2250,0 milyard 



ABŞ dolları, hər nəfərə  36 174 ABŞ dolları düşür. 

Böyük  Britanıyanın  kənd  təsərrüfatı  hal-hazırda  dünyada  ən  məhsuldar  və 

mexanikləşdirilmiş  sahələrdən  biridir.  Sahədə  məşğulluğun  payı  ölkədə  ümumi 

məşğulluğun 2 faizini təşkil edir. Kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi 58,3 

milyon  hektar

dır  (ölkənin  bütün  ərazisinin  76  faizi).  Süd  və  ət-süd  maldarlığı, 

donuzçuluq, 

ətlik qoyunçuluq və quşçuluq inkişaf etmişdir. İngiltərə dünyada ən iri 

qoyun  yununun  ixracçısıdır.  Heyvandarlıq  ənənəvi  olaraq    çayların  hövzələrində 

cəmləşmişdir.  

Bitkiçilikdə  demək  olar  ki,  əkinlərin  60  faizini  çoxillik  otlar,  28  faizindən 

artıq dənli bitkilər, 12 faiz texniki (raps, şəkər çuğunduru, kətan) və yemlik bitkilər 

(kartof daxil olmaqla), həmçinin bostan və giləmeyvə kolluqları təşkil edir. 

Şərqi    İngiltərə  və  Cənub-Şərq  əsas  əkinçilik  rayonlarıdır.  Dənli  bitkilərin 

ümumi yığımı 20,8 – 22,4 milyon ton təşkil edir, o cümlədən 13,1 – 15,7 milyon tonu 

buğdanın payına düşür. 

Kənd  təsərrüfatı  dövlət  tərəfindən  dəstəklənir  və  Avropa  İttifaqının 

büdcəsindən  dotasiyalar  alır.  Buğda,  arpa,  yulaf  və  donuz  əti  kimi  məhsullar  üzrə 

istehsal həcmi  istehlakı üstələyir,  kartof, mal  əti, qoyun  əti,  yun, şəkər və  yumurta 

kimi  məhsulların  istehsal  həcmi  istehlak  tələblərinin həcmindən  aşağıdır.  Beləliklə, 

bir  sıra  vacib  ərzaq  məhsullarını  digər  ölkələrdən  idxal  etmək  lazım  olur.  Böyük 

Britaniya  ölkədə  istehlak  edilən  kərə  yağının  4/5  hissəsini,  şəkərin  2/3  hissəsini, 

buğdanın və dozun ətinin yarısını, mal və dana ətinin 1/4 hissəsini idxal edir.  

İngiltərədə  kənd  təsərrüfatı  ikinci  dərəcəli  rol  oynamışdır.  Aqrar 

münasibətlərin  əsas  fiquru  torpağı  icarəyə  götürən  və  muzdlu  işçi  qüvvəsindən 

istifadə edən iri fermerdir. 

Xarici  rəqabət  kapital  qoyuluşunun  artırılmasına  və  maşınlardan  (kotan, 

toxumsəpən,  taxıldöyən,  dənsovuran  maşınlardan),  mineral  gübrələrdən, 

yaxşılaşdırılmış  toxumlardan  və  cins  mal-qaradan  istifadə  etməyi  tətbiq  edərək 

istehsalı intensivləşdirməyə məcbur etdi. Nəticədə, XIX əsrin ortalarında İngiltərədə 

dənli  bitkilərin  məhsuldarlığı  2  dəfə,  heyvandarlığın  məhsuldarlığı  isə  2,5  dəfə 

Frans


adan artıq olmuşdur. 

Son  onilliklərdə  Böyük  Britaniyanın  kənd  təsərrüfatının  inkişafında  elmi-

texniki  səviyyə  və  aqrar  sənaye  kompleksinin  məhsuldarlığı  xeyli  artmışdır.  Yerli 

ehtiyatlar  hesabına  ölkənin  təmin  edilməsi  durmadan  artır,  tam  özünütəminat    süd 

kimi 

məhsullara,  yüksək  təminat  yumurta,  quş  əti,  buğda,  yulaf,  arpa,  kartof  kimi 



məhsullar üzrə nail olunmuşdur, meyvələr, yağ, şəkər, pendirin müxtəlif növləri idxal 

edilir. 


2007-

ci ilin iyun ayına olan vəziyyətə görə kənd təsərrüfatında istifadə edilən 

torpaqların sahəsi 17,4 milyon hektar təşkil etmişdir, bu da ölkə ərazisinin 77 faizidir. 

2007-


ci ildə Böyük Britaniyanın kənd təsərrüfatı sahəsində əldə edilən gəlir 

ötən illə müqayisədə 10 faiz artmışdır və 2,5 milyard funt sterliqə çatmışdır, istehsal 

həcmi 8,4 faiz artaraq 15,7 milyard funt sterliq təşkil etmişdir. 

2007-


ci ilin iyun ayına olan vəziyyətə görə ölkənin kənd təsərrüfatında 526 

min nəfər çalışırdı, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz aşağıdır. 



 

2007-



ci  ildə  heyvandarlıqda  məhsulun  istehsal  həcmi  2,8  faiz  (pul  vahidində  5,2 

milyard  funt  sterlinq)  təşkil  etmişdir,  bu  da  əsasən  son  məhsula  olan  qiymətlərin 

artması və kəsimə yönəldilmiş mal-qaranın daha yaşlı olması ilə əlaqədar olmuşdur. 

Südün istehsalı 13 faiz (2,8 milyard funt sterliqə qədər), yumurtanın istehsalı 13 faiz 

(0,4 milyard funt sterlinq) 

artmışdır. 

Böyük Britaniya Avropa ölkələri arasında kənd təsərrüfatı üzrə iqtisadiyyatın 

bu  sektorunda  əhalinin  2  faizindən  az  olan  hissəsinin  məşğul  olması  ilə  seçilir. 

Məhsulların  komersiya intensifikasiyası  və mexanikləşdirmənin yüksək səviyyəsilə 

aqrar  sənaye  istehsalatının  həcmi  bəzi  mövqelər  üzrə    ölkədə  tələbat  səviyyəsini 

üstələmişdir.  Bu  sahədə  olan  məşğulluq  səviyyəsi  tədricən  aşağı  düşür.  Kənd 

yerlərində  insanları  altermativ  işlə  təmin  etmək  məqsədilə,  hökumət  işçi  qüvvəsini 

digər sahələrə keçirmək cəhdləri göstərir. Kənd təsərrüfatında istifadə edilən torpaq 

sahələri  də  azalır  (təxminən  bütün  sahələrin  3/4  hissəsi),  bununla  yanaşı  dənli 

bitkilərin  əkinə  yararlı  torpaqları  otlaqlar  üçün  ayrılır.  Kənd  təsərrüfatına 

münasi


bətdə  dövlət  siyasəti  istehsal  səviyyəsinin  artırılması  və  aqrar  sənaye 

kompleksində  məşğul  olanların  həyat  səviyyəsinin  yüksəldilməsini  nəzərdə  tutur, 

eyni zamanda  məhsullara məntiqli qiymətləri qoruyub saxlayırlar. Buna nail olmaq 

üçün  daxili  məhsullara  minimum  qiymətlərin  və  idxala  rüsumların  sistemi 

yar

adılmışdır. Mal əti və qoyun ətinin istehsalçılarına, onların  məhsullarını Avropa 



bazarlarında rəqabətədavamlı etmək üçün xüsusilə əlavə vəsait ödənilir. 

Buğda,  yulaf  və  çovdar  ən  mühüm  dənli  bitkilərdir.  Dənli  bitkilərin  xeyli 

hissəsi mal-qara üçün yemə istifadə edilir, lakin qalan hissəsi çörəyin, yarmaların və 

s. istehsalında istifadə edilir. Heyvandarlıqda iribuynuzlu mal-qaranın yetişdirilməsi 

daha  əhəmiyyətli  yer  tutur.  Kənd  təsərrüfatında  özünütəminatın  yüksək  səviyyəsini 

qoruyub saxlamağa çalışırlar, şəkərin və pendirin istehsalı istisna olmaqla, onlar idxal 

edilir. 

Hal-


hazırda  Böyük  Britaniya    Avropa  İttifaqının  üzv-ölkələri  arasında  kənd 

təsərrüfatı  məhsullarının  istehsal  həcminə  görə  altıncı  yeri  tutur. Burada  bir tam 

məğul işçiyə orta hesabla 25,7 min avro dəyərində məhsul istehsal edilir. Kapitalizmə 

keçidin 


nəticəsində  İngiltərədə  kənd  təsərrüfatının  məhsuldarlığı  digər  ölkələrdən 

xeyli 


yüksək olmuşdur. 

Böyük Britaniyada kənd təsərrüfatı son 30 ildə çox dəyişikliklər etmişdir. 

Kənd  təsərrüfatı  Böyük  Britaniyanın  ərzaq  tələbatının  təxminən  60  faizini 

təmin  edir, baxmayaraq ki,  ölkədə  olan  işçi  qüvvəsinin  1,4  faizini  istifadə  edir. 

Fermerl

ər  təbii  əkinçilik  kimi  ekoloji  təmiz  metodlardan  istifadə  etmək 



məcburiyyətindədir.  Təbii  kənd  təsərrüfatında  ətraf  mühitə  və  insan  sağlamlığına 

zərər  gətirə  biləcək  süni  kimyəvi  maddələrdən  istifadə  edilmir.  Son  illər  o  yüksək 

templərlə yayılır. 

Kənd  təsərrüfatı  məhsullarını  dənli  bitkilər,  yağlı  bitkilər,  kartof,  tərəvəz, 

iribuynuzlu mal-

qara, qoyun, kənd təsərrüfatı quşları, balıq təşkil edir. 

Böyük Britaniyada bir çox 

kənd  təsərrüfatı  tipləri  mövcuddur.  Ölkənin  

müxtəlif  regionlarında  kənd  təsərrüfatının  müxtəlif  tipləri  inkişaf  etmişdir.  Bu 

relyefin, iqlimin (xüsusilə də yağıntıların və temperaturların), torpaq tipinin və bazara 

yaxınlıq  dərəcəsinin  təsirilə  əlaqəlidir.  Dağlıq  rayonlarda  qoyunçuluq  inkişaf 

etmişdir. Düzənliklərdə kənd təsərrüfatı bitkiləri becərilir və rütubətli isti bölgələrdə 

süd və mal əti istehsal edilir. 


 

Böyük  Britaniyanın  bəzi    rayonlarında  dənli  bitkilərin  becərilməsi  üçün 



əlverilşli  torpaqlar  mövcuddur,  eyni  zamanda  digər  torpaqlar  iribuynuzlu mal-qara, 

qoyun, donuzların və quşların yetişdirilməsi üçün istifadə edilir. 

İngiltərənin  şimal-qərbində,  Uelsdə  və  Şotlandiyada  fermerlər  iribuynuzlu 

mal-


qaranın və qoyunların yetişdirilməsilə məşğuldur. Qoyunlar qışı təpələrdə keçirə 

bilirlər. 

İngiltərənin  cənub-qərbi  otlarla  zəngindir  və  inəklərin  yemlənməsi  üçün 

yararlıdır. 

İngiltərənin  cənub-şərqində  və  Şotlandiyanın  ovalıqlarında  taxıl,  kartof  və 

şəkər çuğunduru becərilir. 

İngiltərənin  şərqinin  geniş  əkin  sahələrində  buğda,  arpa  və  tərəvəzlər 

becərilir. 

Kənd  təsərrüfatının  tipləri:  əkin  (kənd  təsərrüfatı  və  dənli  bitkilərin 

becərilməsi). Böyük Britaniya Avropa İttifaqında dənli və yağlı bitkilərin dördüncü 

iri  istehsalçısıdır  (Fransa,  Almaniya  və  Polşadan  sonra);  Pastora  (heyvanların,  o 

cümlədən  donuzların,  toyuqların  yetişdirilməsi,  qoyunçuluq,  ət  və  süd,  iribuynuzlu 

mal-

qaranın  yetişdirilməsi);  Qarışıq  kənd  təsərrüfatı  (əkin  və  pastorun  qarışığı); 



Bağçılıq  (güllərin,  meyvələrin,  tərəvəzlərin  və  dekorativ  bitkilərin  istehsalı; 

Bostançılıq (meyvə və tərəvəzlərin istehsalı); Üzümçülük  (üzümün istehsalı). 

Əsas kənd təsərrüfatı bitkiləri: buğda (Böyük Britaniyada ən geniş yayılmış 

əkin  bitkilərindən  biri),  arpa,  yulaf,  kartof,  şəkər  çuğunduru,  tərəvəzlər,  raps, 

meyvələr. 

Heyvandarlıq məhsullarının istehsalı: quşlar, qoyunlar, iribuynuzlu mal-qara, 

süd, ət, yumurta, yun. 

Kənd təsərrüfatı bir qayda olaraq, torpağın becərilməsinin elmi və ya biznesi, 

kənd təsərrüfatı bitkilərinin becərilməsi və mal-qaranın yetişdirilməsi kimi müəyyən 

edilir. 


Böyük  Britaniyada  sahəsi  təxminən  57  hektar  olan  300  minə  qədər  aktiv 

təsərrüfat  mövcuddur,  bu  göstərici  Avropada  orta  həcmi  20  hektar  olan 

təsərrüfatlardan xeyli çoxdur.  Lakin Şotlandiyada fermaların sahələri 100 hektardan 

artıqdır. Uels və Şimali İrlandiyada 40 hektar təşkil edir. 

Ərzaq  təhlükəsizliyi  əhalinin  təhlükəsiz  və  yetərincə  məhsullarla  təmin 

olunduğu  və  normal  həyatın  qorunub  saxlandığı  miqdarda  mövcuddur.  O,  kənd 

təsərrüfatının  inkişaf  ölçüsüdur.  Ərzaq  təhlükəsizliyindən  başqa  ərzaq  məhsulların 

keyfiyyəti  məsələsi  meydana  gəlir.  Böyük  Britaniyada  demək  olar  ki,  bütün 

məhsullar ekoloji və sosial standartlar istehsalına zəmanət verən keyfiyyət sxemi üzrə 

istehsal edilir. 



Ərazisi 244,8 min km

2

, əhalisi 62,2 milyon nəfər, 1 km

2

-

ə 249 nəfər düşür. 

Əhalinin  25  faizi  kənd  təsərrüfatında  işləyir.  Kənd  təsərrüfatına  yararlı  torpaq 

sahəsi  –  58,3  milyon  hektardır  (ölkənin  ümumi  torpağının  76  faizi).  Kənd 

təsərrüfatının  əsas  sahəsi  heyvandarlıqdır.  Bitkiçilikdə  əkilmiş  sahənin  təxminən 

60 faizi, on

dan  28  faizi  taxıl,  12  faizi  texniki  və  yem  bitkiləri  (raps,  şəkər 

çuğunduru, kətan) altındadır. İldə 20,8-22,4 milyon ton taxıl, o cümlədən 13,1-15,7 

milyon ton buğda istehsal edilir. ÜDM 2250,0 milyard ABŞ dolları təşkil edir, hər 

nəfərə 36 174 ABŞ dolları məhsul istehsal edilir. Ölkə süd, yumurta, quş əti, buğda, 

 

vələmir, arpa,  kartofla  özünü tam təmin  edir.  2009-cu  ildə  kənd  təsərrüfatı 6783 



milyon funt sterlinq məhsul istehsal etmişdir. 

 

 



 

 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin