Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 98
www.elkhan-suleymanov.az Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sove-
tin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi ak-
tında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və
digər qanunsuz qəbul edilmiş bütün normativ aktlarının ləğv
edilməsini də özündə ehtiva edir. Eyni zamanda, işğal edil-
miş Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfi ilə
bağlanmış müqavilələr əsasında xarici şirkətlərin təsərüfat
fəaliyyəti ilə məşğul olunmasına qadağan qoyulması tələbinin
yerinə yetirilməsi də restitusiya çərçivəsində həyata keçirilən
tədbirlərdən olmalıdır.
Kompensasiya beynəlxalq hüquqazidd əməl nəticəsində
vurulmuş zərərin maliyyə şəkildə ödənilmə formasıdır. BMT
Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə
görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə əlavənin
36-cı maddəsinə əsasən beynəlxalq hüquqazidd əmələ
görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli
nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə
kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya
əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə
yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya
ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə
baxımından qiymətləndirilə bilən hər bir zərəri, o cümlədən
müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla,
ödəmə formasıdır. O, vurulmuş zərərə görə tam ödəməni təmin
etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox
rast gəlinən ödənilməsi formasıdır. Bu müddəa müəyyən edir
ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxt-
dakı dəyəri deyil, onun kompensasiya ödənilməsi vaxtında
olan qiyməti miqdarında ödənilməlidir.
Göründüyü kimi, kompensasiya vurulmuş zərərə görə
müstəqil ödəmə forması və ya restitusiyaya əlavə qismində
çıxış edə bilər. Baxmayaraq ki, hüquq pozuntusu halında, ilk
növbədə, restitusiya məsələsi meydana gəlir, restitusiyanın
həyata keçirilməsi bir çox hallarda mümkün olmur və ya tam
ödəməni təmin etmir. Əgər zərər çəkmiş dövlət kompensasiyaya