Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 99
www.elkhan-suleymanov.az üstünlük verirsə, bu halda restitusiya xaric oluna bilər. Kompen-
sasiyanın vəzifəsi tam ödəmənin təmin edilməsindən ibarətdir.
Ümumiyyətlə, vurulmuş zərər deyəndə, dövlətin özünə vurul-
muş zərərlə yanaşı onun vətəndaşlarına, təşkilatlarına və kom-
mersiya strukturlarına vurulmuş zərər nəzərdə tutulur. Odur ki,
zərər çəkmiş dövlət, həm də onun vətəndaşlarının sağlamlığına
vurulmuş zərərə görə müəyyən kompensasiyanın ödənilməsini
tələb etmək hüququna malikdir. Onu da qeyd etmək lazımdır
ki, birbaşa vurulmuş fiziki və maddi itkilərlə yanaşı, həm də
mənəvi və psixoloji zərərə görə də, məsələn, doğma və yaxın-
ların itirilməsinə, əzablara, təhqirlərə, mülki əhalinin qanun-
suz həbsdə saxlanılmasına, işgəncələrə, şikəstetməyə və s. görə
kompensasiya verilməlidir.
Qeyd edilməlidir ki, beynəlxalq hüquqazidd əməllərə görə
kompensasiya, onun həcmi və miqdarına vaxtın təsirinə dair
sual yarana bilər. Praktika göstərir ki, uzun sürən vaxt keçdikdə
belə kompensasiya hüququ itirilmir. Digər tərəfdən dəymiş
itkilər kompensasiyanın miqdarını müəyyən etmək üçün əsas
meyardır. Əsas əhəmiyyəti əmlakın dəyərinin, əldə edilməmiş
mənfəətin, əlavə xərclərin kompensasiya edilməsi daşıyır.
Beynəlxalq hüquqazidd əməlin nəticəsində özgəninkiləş-
dirilmiş və ya ləğv edilmiş əmlakın dəyəri, bir qayda olaraq,
onun ədalətli bazar qiyməti əsasında müəyyən edilir. Xü-
susi xarakterli əmlaka aid, misal üçün, mədəni mülkiyyətə
aid məsələ daha çətin həll edilir. Müəssisənin dəyərinin
qiymətləndirilməsində onun təmiz balans qiymətinin, yəni,
onun aktivləri və öhdəlikləri arasında fərqin müəyyən edilməsi
üsulu istifadə olunur.
Ətraf mühitə vurulmuş zərərə görə kompensasiyanın
verilməsinin öz xüsusiyyəti var. Belə ki, zərər çəkmiş dövlət
tərəfindən ekoloji zərərin nəticələrinin aradan qaldırılması və
ya ləğv edilməsi gedişatında aparılmış ağlabatan xərclərin və
ya zədələnmiş əmlakın dəyərinin azaldılmasına görə kom-
pensasiyanın ödənilməsi zəruri hesab olunur. Bundan əlavə,
onu da nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti