altmış altı milyon) ABŞ dolları keçmiş DQMV ilə qonşu olan
və hazırda işğal altında olan 7 rayona, 1.389.233.284 (bir mil- yard üç yüz səksən doqquz milyon iki yüz otuz üç min iki yüz səksən dörd) ABŞ dolları isə cəbhəyanı və Ermənistanla
həmsərhəd olan rayonlara vurulmuşdur ki, bu da Naxcıvan
Muxtar Respublikasına vurulmuş maddi zərərin həcmi nəzərə
alınmamaqla 29,455 milyard (iyirmi doqquz milyard dörd yüz əlli beş milyon) ABŞ dollarından artıqdır.
Qeyd etmək lazımdır ki, 1994-cü ildən 2011-ci ilədək dol-
lar inflyasiyaya məruz qalmış, onun dünya bazarında alıcılıq
qiyməti dəyişərək, bir neçə dəfə aşağı düşmüşdür. Odur ki,
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş birbaşa