Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 39
www.elkhan-suleymanov.az olundu. Bu məruzədə Dağlıq Qarabağın Azərbaycan ərazisi ol-
ması faktı bir daha təsdiqlənirdi. YVŞK münaqişənin nizamlan-
masına sülh yolu ilə nail olmağın zəruriliyini də bəyan etmişdi.
Martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti
müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını
təmin etmək üçün YVŞK-nin zəmanəti əsasında Dağlıq Qa-
rabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul
etdi. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk
qrupu yaradıldı. Konfransda ABŞ, Fransa, Almaniya, İtali-
ya, Türkiyə, Çexiya-Slovakiya, Belarus, İsveç, Azərbaycan və
Ermənistan nümayəndələrinin iştirakı nəzərdə tutulurdu.
1992-ci ilin mayında ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsi
tərəfındən konfransın təşkili və iclasın keçirilməsi şərtləri, eləcə
də sədrin səlahiyyətlərini müəyyənləşdirən qərar qəbul olun-
du. Minsk Konfransının keçirilməsi üçün yaradılan Minsk
qrupu münaqişənin həlli prosesində iştirak etməli və nəticədə
Minskdə bu münaqişənin həllinə dair yekun sənəd qəbul olun-
malı idi [36].
ATƏT-in Nazirlər Şurası Dağlıq Qarabağda və onun
ətrafında silahlı münaqişənin genişlənməsinin davam etməsi
və bunun nəticəsində əhali arasında əziyyət çəkənlərin və insan
tələfatının artması ilə əlaqədar dərin narahatlığınıifadə edir-
di. Nazirlər Şurası münaqişənin davam etməsinin və daha da
genişlənməsinin regional və beynəlxalq təhlükəsizliyə göstərə
biləcəyi təsiri nəzərə alaraq, münaqişənin aradan qaldırılması
yolları və vasitələrini geniş şəkildə müzakirəyə çıxardı, bütün
tərəfləri təmkinli olmağa dəvət etdi. Nazirlər Şurası yenidən
ən qəti şəkildə cavabdeh yerli komandirləri onların aktiv iş-
tirakı ilə həyata keçirilməi təcili və effektiv atəşkəsə çağırdı.
Siyasi və iqtisadi təzyiq tədbirlərinin dayandırılması da daxil
olmaqla, etibarlı mühit və konstruktiv dialoq şəraitinin bərpa
edilməsi çağırışı ilə müraciət etdi. Nazirlər Şurasında ATƏM
çərçivəsində həyata keçirilən fəaliyyət nəzərdən keçirildi və
YVŞK-in qəbul etdiyi qərarlar bütövlükdə bəyənildi. NK bu-