Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 42
www.elkhan-suleymanov.az in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyənir və
Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun
digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirirlər. On-
lar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya
gətirmək qərarına gəlmişlər. Bu məqsədlə danışıqlar üçün va-
hid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik
və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini
təmin etmək məqsədilə, fəaliyyətdə olan sədrə, iştirakçı
dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tez
hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin etməyi
tapşırırlar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM
prinsiplərini və razılaşdırılmış mandatı əsas tutaraq, Minsk
qrupunun görüşlərində birlikdə həmsədrlik və fəaliyyətdə
olan sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi
barəsində Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.
Bu səylər çərçivəsində ilk addım kimi, mövcud atəşkəsin da-
vam etdirilməsinə kömək etmək məqsədilə Rusiya Federasi-
yasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə və
onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini və
əvvəllər vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə
əsaslanaraq həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin
əsas nəticələrini aradan qaldırmağa və Minsk Konfransını çağır-
mağa imkan verəcək silahlı münaqişənin dayandırılması haq-
qında siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar
aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırırlar. Daha son-
ra onlar Minsk Konfransının həmsədrlərindən, xüsusilə huma-
nitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata
keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam
etdirməyi xahiş edirlər. Onlar iştirakçı dövlətlər tərəfindən həm
fərdi əsasda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində
qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi
diqqət yetirmək şərtilə regionun əhalisinə humanitar yardımın
göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyini
qeyd edirlər” [37].
Sənəddə münaqişənin həlli üçün sülhməramlı qüvvələrin