Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 50
www.elkhan-suleymanov.az Avropa İttifaqının Sədrliyi adından 1994-cü ildə münaqişə ilə
bağlı bir neçə kommunüke yayılmışdır və bu kommunükelərdə
təşkilat bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini
dəstəklədiyini bildirmiş və tərəfləri münaqişənin sülh yolu
ilə nizamlanmasına, BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrinə əməl etməyə çağırmışdır.
Göründüyü kimi, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı qəbul etdiyi bəyanatlarda ehtiyatlı münasibət nüma-
yiş etdirmiş, təcavüzkar dövlətlə təcavüzə məruz qalan tərəf
arasında fərq qoymamış, silahlı hücumların guya Dağlıq Qa-
rabağ erməniləri tərəfindən həyata keçirildiyini iddia etmişdir.
Habelə, həmin sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini
işğal etməsi faktına dair heç bir konkret münasibət ifadə olun-
mamış və münaqişənin əsl səbəbləri barədə fikir bildirilmir,
məsələyə daha çox neytral mövqedən yanaşma nümayiş etdi-
rilmişdir.
Bununla belə, Avropa İttifaqının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edən
ən əsas hadisələrdən biri 2003-cü ildə baş vermişdir. Təşkilat
münaqişənin həlli üçün kommunikasiya xətlərinin açılma-
sı müqabilində Azərbaycanın işğal olunmuş rayonlarından
5-nin geri qaytarılmasını təklif etmişdir. Bu təklif uzun müddət
müzakirə obyektinə çevrilmiş və hələ də öz aktuallığını saxla-
maqdadır. Bu təklif göstərir ki, Avropa İttifaqının həm region-
la əlaqələri inkişaf etdirmək, həm də Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak
etmək niyyəti kifayət qədər ciddi xarakter almışdır.
Eyni zamanda vurğulamaq lazımdır ki, Avropa İttifaqı-
nın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı
rəsmi mövqeyi Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul
etdiyi “Avropa İttifaqının Cənubi Qafqaz üzrə Strategiyası”
Qətnaməsində öz əksini tapmışdır [41]. Belə ki, Qətnamədə Avro-
pa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə əlaqələrində suveren-
lik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşdığı diqqətə
çatdırılmış, 2-ci maddədə regiondakı mövcud münaqişələr üçün