Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO - North At- lantic Treaty Organization): Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə ədalətli, müvafiq beynəlxalq-hüquqi
qiymətin verilməsi hərbi-siyasi təşkilat olan NATO-nun
sənədlərində də öz əksini tapmışdır.
NATO tərəfindən bu münaqişəyə dair bir sıra qərarlar və
qətnamələr qəbul olunub. 2006-cı ilin noyabrında Riqada ke-
çirilmiş NATO-ya üzv olan ölkələrin dövlət və hökumət baş-
çılarının sammitinin yekun kommunikesinin 43-cü bəndində
postsovet ölkələrində mövcud olan münaqişələrə münasibət
bildirilmışdir. Sənəddə Azərbaycanın, Ermənistanın, Gürcüs-
tanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və
suverenliyinə dəstək verilir [42]. Bu çox vacib bir müddəadır.
Avropa ölkələri və Avrasiya üzrə ABŞ dövlət katibinin müavini
Daniel Frid qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir