Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 77
www.elkhan-suleymanov.az yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala
salınmışdır. İlkin hesablamalara görə, təkcə yanğınlar zama-
nı ətraf mühitə bilavasitə vurulan zərərin miqdarı 223 milyon
ABŞ dollarından (176 mln. AzN) artıq olmuşdur [55].
Ermənistanın işğal edilmiş ərazilərdə canlı təbiətə və,
ümumiyyətlə, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlləri ilə
bağlı Azərbaycan tərəfi Avropa Vəhşi Təbiətin və Təbii Ətraf
Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibini,
Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibini, BMT İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyini, Təbiətin
və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Pre-
zidentini rəsmi şəkildə məlumatlandırmış, işğalın aradan qal-
dırılması və təbiətə qarşı törədilən cinayət əməllərinin qarşı-
sının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çat-
dırılmışdır.