Kitabı hazırladılar: Q. M. Palatnikov R. Q. Qasımov



Yüklə 2.73 Mb.
Pdf просмотр
səhifə1/11
tarix27.06.2017
ölçüsü2.73 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

Q.M.PALATNÈKOV, R.Y.QASIMOV
BAKI – 2010

 Kitabı hazırladılar:  
Q.M.Palatnikov
 
    R.Q.Qasımov
 
 
Bədii redaktor: 
 
???
 
Korrektor:  
 
???
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafi ya Мərkəzi, 2010, 168s.
Kitabda Bakı-Tbilisi-Ceyhan və  Cənubi Qafqaz Boru Kəməri layihə sinin 
Azərbaycanda torpaqayırma prosesinin uğurla həyata keçirilməsinin təfsilatları yer 
alır. Vəsait enerji sektorunda fəaliyyət göstərən  şirkətlər, torpaqayırma məsələləri 
üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN: 
978 – 9952 – 450 – 09 – 5
© 
Müəllif hüquqları BP Caspian Sea Ltd-yə aiddir. Bakı 2010

3
                                                                   
MÜQƏDDİMƏ
Təbiət Xəzər dənizini yaradarkən ona misilsiz incilər bəxş etmişdir. Son-
suz xəzinələrə sahib olan bu dənizin əsas sərvəti Nərə balıqları və Neft dir. 
Hələ qədim zamanlarda müdriklər deyərdi ki, sərvət sahibi olmaq, xüsusən 
də gələcəyi düşünmədən istifadə olunan sərvət heç kəsi xoşbəxt edə bilməz. 
Bütün təbii ehtiyatlar iki hissəyə bölünür – bərpa olunan və bərpa olun-
mayan. 
Bərpa olunan ehtiyatlara, öz-özünə çoxalma yolu və ya müəyyən təbii 
bərpa dövrlərində insanların təsərrüfat fəaliyyətinin templərinə uyğun ola-
raq bərpa oluna bilən ehtiyatlar aiddir. Nərə balıqları məhz belə ehtiyatlar-
dandır. 
Bərpa olunmayan ehtiyatlar insanın təsərrüfat fəaliyyəti templərinə uy-
ğun dövrdə biosferdə maddələr mübadiləsi prosesində  bərpa olunmayan 
təbii ehtiyatlardır. Neft  ehtiyatları məhz belə mənbələrdəndir. 
Hal-hazırda biz bəşəriyyətin bütün səylərinin ani tələbatın ödənilməsi 
üçün enerji mən bələrinin hasilatına yönəldilməsinin şahidiyik. Neft  və qaz 
ehtiyatlarının kəşfi yyatı, hasilatı və nəqli üzrə yeni texnologiyaların işlənib 
hazırlanmasına böyük pul vəsaitləri xərclənir. Bununla belə, o ehtiyatlar gec-
tez tükənəcək və bütün bunlar heç kəsə gərək olmayacaq.
Belə bir zamanda düzgün aparılmayan ovlanma, qidalanma və kürü 
tökmə yerləri sahəsinin azalması, su mühitinin çirklənməsi nərə balıqları 
ehtiyatlarının azalmasına səbəb olmuşdur. Lakin bu problemlərin həllinə 
kifayət qədər diqqət yetirilmir. Qeyd etmək lazımdır ki, nərə balıqlarının eh-
tiyatlarının qorunması daha az sərmayə tələb etməklə yanaşı, gələcək dövrlər 
üçün sabit yüksək gəlir vəd edir. 
Təəssüfl ər olsun ki, heç də hamı  və  hətt a Xəzər dənizi  ətrafında yaşa-
yanlar belə bunu dərk etmirlər.  İnsanların çoxu bu balıqlar barədə  dərin 
təsəvvürə malik deyillər. Çox hallarda bu balıqlar haqqında bilgi xalis qida 
tələbatı, yeyinti məhsulu(qastronomik) kimi anlayışlardan ibarət olur. Biz isə 
oxucuları bu balıqların həyatı ilə tanış etməyə çalışacağıq. 
Beləliklə, sizə aşağıdakılardan bəhs edəcəyik:  

Q.M.Palatnikov, R.Y.Qasımov
4
Bəşəriyyət tarixində aşkar iz qoymuş bu balıqların özəlliyi nədir? 
Onlar qida xüsusiyyətlərindən savayı daha nə ilə maraqlıdırlar? 
Gələcək nəsillər üçün qorunacaqlarmı, yoxsa bu balıqların həməsrləri 
olan dinozavrlar kimi məhv olub gedəcəklər? 

Nərəkimilər – dinozavrların həməsrləri
5
TARİXƏ BİR NƏZƏR
Nərə balıqları ovunun kökləri qədim zamanlara gedib çıxır. Günümüzdən 
4 min il əvvəl yaşamış qədim misirlilər, onlardan sonra isə Misir sahilləri bo-
yunca ticarətlə məşğul olan fi ni kiyalı tacirlər balığı və kürünü duza və mari-
nada qoyurdular. Müharibələr, aclıq illəri və uzun müddətli dəniz səfərləri 
zamanı onlar bu ehtiyatlarla qidalanırdılar. Sakkaradakı  pirami da  nın ya xın-
lığında yerləşən Ti adlanan bir ərazidəki qədim məzar divarlarının barel-
yefl ərində müx təlif balıqları ovlayan və içalatını  təmizləyib kürüsünü əldə 
edən balıqçılar təsvir edilmişdir. 
Qədim Misirdə və Çində nərə balıqlarının yalnız fi ronların və imperator-
ların masalarına verilməsinə icazə vardı. Həmçinin, Çində belə bir inanc var 
idi ki, nərə balıqları əjdahalara çevrilirlər. 
Bizim eradan əvvəl 600-cü il tarixində müasir Tunisin ərazisində yerləşən 
qədim Finikiyanın liman şəhəri Karfagendə  kəsilmiş sikkələr üzərində 
nərəkimilər fəsiləsinə aid olan balıq təsvir edilib. Bizim eradan əvvəl 400-cü 
ildə isə Frakiya çarlığının paytaxtı olmuş Pantikapeydə balıqlar təsvir olun-
muş sikkələr kəsilirdi. Şimali Qara dəniz bölgəsi kurqanlarında aşkar olun-
muş antik sikkələrdə Roma imperatorlarının və ya skif çarlarının profi lləri ilə 
yanaşı, nərə balıqlarının başlarının təsvirinə də rast gəlmək mümkündür. 
Bizim eradan əvvəl 2-ci əsrdə yunan natiqi Klavdiy Elian “yaxın 
keçmişdəki səyahətlərindən”söz açarkən, Balkan yarımadası ətrafında Dunay 
çayında yaşamış nərəkimilər fəsiləsinə aid bölgə balığını mədh edirdi. Onun 
xatirələrində  həmin dövrlər nərə balıqlarının bütün çay boyunca kəndirlə 
bağlanıb atılan xüsusi qarmaqlı tilov iplərinin (qarmaqlı tor) istifadəsi ilə ov-
lanması üsulunun adı çəkilir. Bölgə balığı o qədər iri və ağır idi ki, qarmaqlı 
torlar və tor zənbillər çaydan atların və öküzlərin köməyi ilə çıxarılırdı. 
Qədim Yunanıstanda heç bir nahar dəvəti nərə balıqlarından hazırlanan 
yeməklərsiz keçinməzdi. Qədim əlyazmaların xəbər verdiyinə görə, bu balıq 
o qədər dəyərli idi ki, Afi nada bir amfora, yəni sərnic nərə balığı əti yüz qo-
yun və ya bir öküzün dəyərinə bərabər və baha hesab olunurdu. 
Roma imperiyasının çiçəklənən və qüdrətli zamanında (bizim eradan 
əvvəl 4-cü əsrdən başlayaraq) bir çox yazıçı və fi losofl ar nərə balıqları haqqın-

Q.M.Palatnikov, R.Y.Qasımov
6
da yazılar yazırdılar. Aristotel (bizim eradan əvvəl 384 -322 illər) qeyd edirdi 
ki, nərə dadlı balıqdır. O həmçinin yazırdı ki, bu balıqların üzmə qovuğun-
dan alınan jelatindən möhkəm yapışqan kimi istifadə olunurdu. Jelatindən 
həmçinin şərabın duruldulmasında istifadə edilirdi. İndiki dövrdə jelatin ba-
lıq yapışqanı adlandırılır. 
Siseron (bizim eradan əvvəl 106-43 illərdə) ziyafətlər üçün nərə balığı 
alarkən onun çox baha olmasından gileylənirdi. Şair Odissey isə (bizim era-
dan  əvvəl 45 il – bizim eranın 17-ci ili) nərə balığını balıqların  şahı kimi 
təsvir etmişdi. Böyük Pliniy (bizim eranın 23-79 illəri) ziyafətlər zamanı fl ey-
ta və truba sədaları altında gül çələngi ilə bəzədilmiş bütöv nərə balığının 
gətirilməsi və masaya qoyulmasından bəhs edirdi. Yunan yazıçısı Afi neyin 
sözlərinə inansaq, bizim eranın 2-ci əsrində  nərə balığı mühüm bayram 
və ziyafətlərdə  ən sevimli xörək idi. Bundan əlavə, Uelsdə Roma yaşayış 
məskənlərində aparılmış qazıntılar Roma imperiyasının uzaq sərhədlərində 
belə insanların nərə balıqlarının çoxaldılması ilə  məşğul olmasını sübut 
edir. 
Orta  əsrlərdə  nərə balıqlarının böyük sürüləri bir çox Avropa çayları, 
o cümlədən  İngiltərədə Temza, Fransada Sena və Jironda, İtaliyada Po, İs-
paniyada Ebro və Qvadalkvivira və Dunay çayının yuxarı hissəsinə  qədər 
üzürmüşlər. 
Almaniyada isə  nərə balıqları o qədər çox idi ki, əmək müqavilələrinə 
işçilərin həft ədə iki dəfədən artıq balıq yemək məcburiyyətini qadağan edən 
bənd salınmışdı.  
Bununla belə nərə balıqları çox yüksək qiymətləndirilirdi: Rusiya, Çin, 
Almaniya, Danimarka, Fransa və İngiltərə kimi bir çox dövlətlərin başçıları 
nərə balıqları üzərində öz hüquqlarını irəli sürürdülər. Nəticədə, balıqçılar 
ovladıqları balıqları dövlət başçılarına müəyyən edilmiş qiymətlərlə satmağa 
məcbur idilər. Nərə balığı zadəganların ən önəmli yeməklərindən idi. 
İngiltərə kralı  İkinci Henrinin (1133-1189-cu illər)  əmrinə  əsasən nərə 
balıqları kral hökmdarlığının mühafi zəsi altına keçmişdi. Daha sonra, 14-
cü əsrdə İkinci Eduard (1284-1327-ci illər) “kral balığı” haqqında sərəncam 
verdi. Bu sənədin surəti Kral Vindzor kitabxanasında hələ də saxlanılır. İndi 
Britaniya sularında nadir hallarda nərə balığı tutulanda, hökmdar hələ  də 
ovlanan balığa ilk hüququnu özündə saxlayır (lakin adətən balıqçının kral və 
ya kraliçaya təklif etdiyi balığın özündə saxlanması təklif olunur).
1240-cı ildə Batı xan tərəfi ndən təşkil olunmuş bir ziyafət barədə 
məlumatlar bu günə qədər saxlanılmışdır (Çingiz xanın nəvəsi Batı xan hərbi 

Nərəkimilər – dinozavrların həməsrləri
7
şücaətlərindən savayı xüsusi kulinar resept icad etməsinə görə  də  məşhur 
olmuşdu. O, ət tikələrini atın belinə düzməklə bütün gün ərzində atda gəzər 
və nəticədə ət həddən artıq bişmiş kimi yumşaq olurdu). Batının ziyafəti cökə 
balığından hazırlanmış  şorbadan başlardı  və sonra masaya qızardılmış iri 
nərə balığı verilirdi. Bunun ardınca angvil balığından hazırlanmış kulebya-
ka, içi xırda doğranmış göbələklə doldurulmuş çökələr və sonra şəkərlənmiş 
alma və kürü gələrdi. 
Nərə balıqlarına öz hüquqlarını həmçinin Fransa və Danimarka kimi 
bir çox ölkələrin hökmdarları da irəli sürürdü. 1165-cı ildə Araqon kralı 
İkinci Alfonso öz təbəələrinə azad şəkildə Ebro çayında balıq ovlamağa 
icazə vermişdi, lakin nərə balıqlarına olan hüququ özündə saxlamışdı. 
Fransada “le droit d’esturgeon” ifadəsinin mənası ondan ibarət idi ki, ça-
rın əmrinə əsasən Sena və Rona çayları ilə məhdudlaşdırılan ərazidə ov-
lanan bütün nərə balıqlarına olan hüquqlar aristokrat və ali ruhanilərdə 
saxlanılırdı. XVII əsrdə isə  məşhur maliyyə naziri Jan-Batist Kolber bu 
günə kimi qüvvədə olan nərə balıqlarının mühafi zəsinə yönəlmiş xüsusi 
məhdudiyyətləri tətbiq etdi. 
Rusiya da kənarda qalmamışdı. Burada kürü emalının öyrənilməsinə XII 
əsrdə başlanmışdı,  İvan Qroznının zamanında isə balıqçılar çarın masasını 
nərə balıqları ilə  təmin etməyə borclu idi. Bundan əlavə peşəkar ovçuların 
hökmdara ödəməli olduqları kürü vergisi mövcud idi. Aleksey Mixayloviçin 
1672-ci il tarixli əmrinə əsasən 50 saray ovçusunun hər biri ildə çara 30 ədəd 
balıq ödəməli idi. Bundan əlavə, Rusiyada və Macarıstanda bölgə balığının 
yaşadığı çay sahələri hökmdarların sərəncamlarına əsasən vassallara xüsusi 
xidmətlərinə görə verilirdi. 
Nərə balıqlarının “çar balığı” kimi qəbul olunması  ənənəsi Rusiyada 
inqilaba qədər saxlanılmışdı. Hər il balıqçılar II Nikolaya 11 ton seçilmiş 
qara kürü gətirərdi. Buna görə o, “bütün balıq ovlarının Böyük Hökmdar 
tərəfi ndən mənimsənilməsi”, yəni balıqçılığın dövlət inhisarına alınmasına 
sərəncam verən sələfi  I Pyotra minnətdar olmalı idi. İlk növbədə bu nərə ba-
lıqlarına aid idi. 
Eyni zamanda, XIX əsrin sonuna qədər Rusiyada ən ucuz və asanlıqla 
əldə olunan qida məhsullarından biri balıq idi ki, nərə balıqları bu siyahıda 
heç də sonuncu deyildi. A.P. Çexov Saxalin adasına səfərini təsvir edərkən 
yazmışdı ki, “yol kənarında təsadüf olunan hər bir yeməkxanada qıtığotu 
ilə duzlanmış bölgə balığına rast gəlmək mümkündür”. Rusiyada nə qədər 
bölgə balığı duzlanır!...”.
 

Q.M.Palatnikov, R.Y.Qasımov
8
Bu onunla izah olunur ki, indiyə  qədər nərə balıqlarının  əsas mənbəyi 
Xəzər dənizi sayılır (dünya ehtiyatlarının 89%-i), az sayda isə Azov və Qara 
dənizlərində rast gəlinir. 
Hələ 2500 il bundan əvvəl Herodot yazırdı ki, skif tayfaları nərə balıqla-
rını Qara dəniz, Azov dənizi və Xəzər dənizində tuturdu. 
Xəzər dənizinin nərə balıqlarının əsas mənbəyi olmasını ərəb yazıçısı İbn-
Fəqih “Ölkələr haqqında” kitabında və Avropa səyahətçiləri, xüsusən Marko 
Polo və Olearin də yazırdı. Klavdiy Elian xəzərlərin torpağında uzunluğu 8 
qulaca (3-4 metr) çatan iri itiburunlu balıqların yaşadığı nəhəng göl haqqında 
yazırdı. Balıqları ovlayır və satışa aparırdılar. Onların piylərindən gözəl maz
içalatından isə şəff af və sərt yapışqan düzəldilirdi. 
Amma ilk növbədə, qısa olaraq Xəzər dənizinin xüsusiyyətlərindən bəhs 
edəcəyik. 
XƏZƏR DƏNİZİ VƏ ONUN SİRLƏRİ
Xəzər dənizinin adı  hələ Herodot tərəfi ndən çəkilirdi. Lakin sonrakı 
dövrdə bu dənizin digər adlarına da rast gəlmək mümkündür – Qirkan, Xa-
zar, Xvalın (sonuncu ad XVII əsrə qədər Rusiyada istifadə olunurdu). Türklər 
onu Kuçqun dəniz, tatarlar Ağ dəniz, farslar Dorsa və Şizir, türkmənlər isə 
Kükküz adlandırırdı. Xəzər əsrlər boyunca müxtəlif adlara malik olub (bəzi 
məlumatlara görə təqribən 70 adı olub): Abeskun dənizi, Alban dənizi, Quz-
qun dənizi, Bakı, Gilyan, Qürqən, Muğan dənizi, Kaspi və sair. 
Xəzər dənizinin ərəbcə adı (Baxr-əl-xəzər), farsca (Dərya ya Xəzər), türkcə 
və azərbaycanca (Xəzər dənizi) adlandırılır. Xəzər dənizinin adı VII—X əsrdə 
şimal-qərb sahilində qüdrətli bir dövlət-Xəzər xaqanlığını yaratmış xəzərlərin 
adından götürülüb.
Bu ada ilk dəfə IX əsrdə ərəb coğrafi  yazılarında rast gəlinib (İbn Xordadbəy, 
onun davamçıları İbn əl-Fəqih və Kudama ibn Cəfər). İlk olaraq Xəzər adı Qara 
dənizə və nadir hallarda Azov dənizinə deyilirdi (o dövrdə xəzərlərin Krımdakı 
mövqeyi güclü idi). X əsrdən başlayaraq bu ad həmişəlik Xəzər dənizinə verilir. 
Maraqlıdır ki, xəzərlər özləri dənizlərdə üzmürdü və heç bir donanmaya malik 
deyildi. Onların adının bir sıra xalqların tarixi yaddaşında qalması faktı onla-
rın regionun tarixində mühüm rol oynadıqlarını sübut edir. VII—VIII əsrlərdə 
xəzərlərin təsiri vaxtaşırı basqınlarla, daha sonra (IX—X əsrlərdə) fəal dəniz 
ticarətində ifadə olunurdu. Xəzərlərin paytaxtı İtil Volqa çayının mənsəbində 
müsəlman tacirliyinin iri faktoriyası (ticarət məntəqəsi) idi. 

Nərəkimilər – dinozavrların həməsrləri
9
Bu adla bərabər, o zamanın yazılı mənbələri Xəzər dənizinin sahillərində 
yaşayan xalqların adından törənən digər adlarını qoruyub saxlamışdır. Bun-
ların arasında bir sıra yerli adlar – Təbəristan, Deleym, Şirvan dənizi var. Ən 
çox yayılmış qədim ad Curcan olmuşdur. Maraqlıdır ki, Xəzər abidəsi olan 
İosif çarının məktubunda Xəzər dənizi məhz belə adlandırılmışdı.
Xəzər dövləti dağıldıqdan sonra Xorezm dənizi adı ilə yayılmağa başla-
dı, o, qədim rus ədəbiyyatına Xvalis dənizi formasında keçdi. Xvalın dənizi 
(Xvalis dənizi) – Xəzər dənizinin qədim rus adıdır. Bu ad Xəzər dənizində 
ticarətlə məşğul olan Xorezm sakinlərinə verilən xvalislər adıdır. 
Hal-hazırda Xəzər dənizi öz sahəsinə görə Amerikadakı Böyük Göl və 
ya Qərbi Afrikadakı Viktoriya gölünü üstələyən dünyanın  ən böyük daxi-
li su anbarıdır. Xəzər dənizi 47°07’ və 36°33’ şimal en dairəsi və 45°43’ və 
54°20’ uzunluq dairəsi arasında Avropa və Asiya qitələrinin qovşağındakı 
ovalıqda yerləşir. Xəzərin uzunluğu təxminən 1030 km, maksimum eni – 435 
km, minimum eni – 196 km təşkil edir. Dənizin dünya okeanı ilə əlaqəsi yox-
dur, Xəzərin hazırkı  səviyyəsi dünya okeanının orta səviyyəsindən 26.5 m 
aşağıdır. Xəzər sahilinin ümumi uzunluğu təqribən 7 min km, səthin sahəsi 
386,400 km təşkil edir. Göldəki suyun həcmi 78 700 km
3
 təşkil edir. 
Xəzərə əsasən şimal və qərbdən təxminən 130 iri və kiçik çay axır. Bun-
lardan ən böyüyü dənizə şimaldan axan və su tutumu sahəsi 1 400 000 km 
təşkil edən Volqa çayıdır. Xəzərə illik axın həcminin 90%-i üç çayın payına 
düşür: Volqa – 241 km, Kür – 13 km, Terek – 8.5 km, Ural – 8.1 km və Sulak – 4 
km. Axının qalan hissəsini İranın kiçik çayları təşkil edir, qərb tərəfdə dənizə 
daim axan çaylar mövcud deyil. 
Buna baxmayaraq, dəniz duzlu-su hövzələrinə aid olunur, qərb sahilində 
səth sularının duzluluq dərəcəsi 1,4%, cənub və qərbdə 1%, orta hissədə 3,5%, 
dənizin şimal hissəsində isə 0,75%-dir. 
Dəniz duzluluğunun okean duzluluğuna nisbəti 3:8 kimi ifadə olunur, 
Xəzərdə həm də kükürd turşusu duzlarının nisbi çoxluğu müşahidə edilir. 
Xəzər dənizinin suyu nə üçün duzludur? 
Müasir təsəvvürlərə görə, Xəzər dənizi qədimdə mövcud olan Tetis oke-
anının bir hissəsidir (şəkil 1). 

Q.M.Palatnikov, R.Y.Qasımov
10
Tetis dənizi
Tetis (Poseydonun qızı  dəniz ilahəsi Fetida-Tetidanın  şərəfi nə adlandı-
rılıb) paleozoyun sonundan mezozoya qədər olan, yəni 320 - 66.5 milyon il 
bundan əvvəlki dövrdə qədim Qondvana və Lavraziya kontinentlərinin ayrı-
cında yerləşirdi. On milyon il əvvəl bu qədim nəhəng dənizin körfəzi müasir 
Aralıq, Mərmərə, Qara, Azov, Xəzər və Aral dənizlərinin ərazilərinə uzanır-
dı. Körfəz iki hissədən ibarət idi: 
qərbi – müasir Aralıq dənizi, duzlu idi; 
a) 
şərqi – qalan hissəsi şirin idi, çünki bir çox çay buraya axırdı.
b) 
Təxminən 280 milyon il bundan əvvəl Kimmer adlanan materik Qondva-
nadan ayrıldı. O, Tetisi yavaş-yavaş keçməklə təxminən 200 milyon il bundan 
əvvəl Lavraziya ilə toqquşdu. Sonda təxminən 66.5 milyon bundan əvvəl Qond-
vana qalıqlarının Lavraziya ilə toqquşması nəticəsində Alp-Himalay dağ qur-
sağı yarandı. Kontinentlərin toqquşmasından sonra Tetis cə nubi  Avrasiyanın 
böyük hissəsini əhatə etməklə müəyyən müddət dayaz bir göl şəklində qaldı.  
Təxminən 13 milyon il bundan əvvəl, Alp dağlarının yaranma prosesi 
tamamlanan dövrdə, Tetis dənizinin iki hissəsi arasındakı əlaqə kəsildi. Tetis 

Nərəkimilər – dinozavrların həməsrləri
11
dənizinin şərq hissəsi əvəzinə şirin Sarmat dənizi yarandı, onun sakinlərinin 
bir hissəsi qırıldı, o biri hissəsi isə şirin suya uyğunlaşdı. Bu dəniz 2-5 milyon 
il ərzində mövcud idi, məhz bu dövrdə burada şirin su fl ora və faunası for-
malaşdı və onların qalıqları hələ bu günə kimi mövcuddur.
Təxminən 10 milyon il bundan əvvəl tədricən gedən təkamül yolu ilə 
dənizin akvatoriyası azalır və duzluluq dərəcəsi xeyli artır. Nəticədə dənizin 
sakinləri də dəyişdi: bir qismi yeni duzluluq dərəcəsinə uyğunlaşdı, digərləri 
qırıldı, o biriləri isə çaylara daha yaxın körfəzlərə keçdi. 
8 milyon il bundan əvvəl müasir Qara dəniz və Xəzər dənizini əhatə edən 
Pontik dənizi yarandı. Müasir Qafqaz və Krım dağları adalar şəklində yara-
nırdı. Pontik dənizinin suyu demək olar ki, şirin idi (onun duzluluq dərəcəsi 
müasir Xəzər dənizinin duzluluq dərəcəsindən aşağı idi). 
1 milyon il bundan əvvəl Qara dəniz və  Xəzər dənizini tamamilə biri-
birindən ayırmış qurunun sonrakı qalxması prosesi getdi. Beləliklə, Xəzər 
Pontik dənizinin duzluluq dərəcəsini özündə saxladı. 
Aralıq dənizinin şərq hissəsi, Qara dəniz və Xəzər dənizi, Fars körfəzi, 
o cümlədən Malay arxipelaqının dənizləri Tetisin qalıqlarıdır. Lakin Xəzər 
dənizi dünya okeanından təcrid olundu. Buna görə də, Xəzər dənizinin duz-
luluğu onun böyük ehtimalla qədim okeandan yaranması ilə izah edilir. 
İndiki dövrdə Xəzər dənizi şərti olaraq üç hissəyə bölünür: şimal, orta və 
cənub. Şimal və mərkəz hissələri arasındakı sərhəd Çeleken adası ilə (Terek 
çayının mənsəbi yaxınlığında) Tyub-Karaqan burnu (Şevçenko limanı, yeni 
adı Aterau) arasından keçir. Mərkəz və  cənub hissələri arasındakı  sərhəd 
qərbdə Jiloy adasını  şərqdə Kuli burnu (Türkmənbaşı  şəhərindən  şimalda) 
ilə birləşdirməklə Abşeron yarımadasından keçib gedir. 
Şimal sektoru ümumi sahənin 25%-ni, orta və  cənub sektorlarının hər 
biri isə 37%-ni əhatə edir. Lakin Şimali Xəzərin həcmi ümumi sahənin cəmi 
0,5%-ni, orta hissə 33,9%-ni, cənub hissə isə 65,6%-ni təşkil edir . Bu rəqəmlər 
Xəzərin dərinlik səviyyələrinin dəyişməsini  əks etdirir. Şimal hissə orta 
dərinlik 5 m-dən az olmaqla xeyli dərəcədə dayazdır. Mərkəz hissəsinin 
əsas xüsusiyyəti – dərinliyi 500 m-dən çox olan Dərbənd çökəkliyidir. Cənub 
sahəsinin  ən dərin hissəsi dəniz səviyyəsindən 1025 m aşağıdır və  Cənubi 
Xəzər çökəkliyini əhatə edir. 
Xəzər dənizi özündə bir çox sirlər və  əfsanələrə saxlayır. Onun əsas 
sirlərindən biri – dəniz səviyyəsinin dəyişməsi ilə bağlıdır. 
Bu unikal su hövzəsinin sirli aləmi dövrün bir çox məşhur alimlərinin 
diqqətini cəlb etmişdir. 1829-cu ildə Rusiyadan Urala, Altaya və Xəzər dənizinə 

Q.M.Palatnikov, R.Y.Qasımov
12
qədər səyahət etmiş alman təbiətşünası və səyahətçisi Aleksandr Humboldt 
belə bir fərziyyə irəli sürdü ki, dəniz səviyyəsinin dəyişməsinin səbəbi hədsiz 
quruluq və rütubətlə  fərqlənən illərin vaxtaşırı  təkrar olunmasıdır. Onun 
1768-1774-cü illər ərzində Peterburq Elmlər Akademiyasının Rusiyanın orta 
vilayətlərində, Aşağı Povoljye və Xəzəryanı ovalıq rayonlarında aparılan eks-
pedisiyaya başçılıq edən həmyerlisi Pallas dəniz səviyyəsinin dəyişməsinin 
hidrometeoroloji amillərdən asılılığını qeyd edirdi. Bunlara temperaturun, 
küləyin təsiri, atmosfer yağıntılarının miqdarı  və çaylarla gətirilən suyun 
miqdarı daxil idi. Fantastik fərziyyələr də irəli sürülürdü: Güya “Qara-Boğaz-
Göldə bir dəlik var və bu dəlik vasitəsilə Xəzərin suları okeana axıb gedir”. 
Xəzər dənizi səviyyəsinin artması nəticəsində fi ziki-coğrafi  şəraitin dəyişməsi 
Xəzər xaqanlığının və xəzərlərin məhv olmasına səbəb oldu. Çünki ölkə iq-
tisadiyyatı ərazinin üçdə ikisinin itirilməsi nəticəsində dağıldı. Lev Qumil-
yov Xəzər dövlətinin məhv olmasını dramatik şəkildə təsvir edir: “965-ci ildə 
rusların, quzların və peçeneqlərin Xəzər dövlətinə birgə zərbəsi nəticəsində 
yarısı su altında qalmış ölkənin müstəqilliyinə son qoyuldu”. 
Xəzər dənizinin ümumi şəkli daim dəyişir. Dəniz 49 m mütləq səviyyəyə 
qalxmış, mənfi  50 m səviyyəyə qədər enmişdir. Su ən yuxarı səviyyəyə çat-
dığı zaman Kumo-Manıç  əyrisi vasitəsilə  Xəzər dənizi və Qara dəniz ara-
sında  əlaqə yaranırdı. Xəzər dənizi səviyyəsinin qeyri-sabitliyinə bir çox 
arxeoloji tapıntılar dəlalət edir. Məsələn, Abşeron körfəzinin dibində torpaq 
bəndinin tikintisi zamanı, 1,5 m dərinlikdə bizim eradan əvvəl 1-ci əsrə aid 
daş  qəbirlərdə  dəfn edilmiş skif döyüşçülərinin skeletləri aşkar olunmuş-
dur. 
İtalyan coğrafi yaşünasının 1320-ci ilə aid dəlillərinə görə “dənizin 
səviyyəsi hər il bir ovuc artır və demək olar ki, bir çox yaxşı şəhərlər məhv 
olub”. Yaxın tarixi keçmişdə də dənizin səviyyəsi həm kəskin dərəcədə ar-
tıb, həm də azalıb. V.N. Tatişevin (1793) sözlərinə görə “1723-cü ildən 1742-ci 
ilə qədər su 8 futdan çox artıb”, yəni 19 il ərzində 2,.5 metr. Akademik L.S. 
Berqin rəyinə görə, 1807-1824 illər ərzində dənizin səviyyəsi 2 metrdən çox 
azalıb. 
20-ci əsrin 30-cu illərində dəniz növbəti dəfə azalmağa başladı. 1977-ci 
ildə mənfi  29,03 metr azalma qeydə alındı ki, bu, sonuncu 300 ildə müşahidə 
olunan ən aşağı səviyyə idi. 
1978-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsi qalxmaqdadır, hal-
hazırda o mənfi  27 həddinə çatmışdır və  dənizin qalxması  hələ  də davam 
edir. 

Nərəkimilər – dinozavrların həməsrləri
13
İqlim şəraitlərindən asılı olaraq, Xəzərin səviyyəsi bu gün ilə müqayisədə 
hələ 4-5 metr də qalxa bilər. Bunun nəticəsində dəniz suyu on kilometrlərlə 
quruya doğru hərəkət edəcək. 
Xəzər dənizinin səviyyəsinin dəyişməsinin səbəbi barədə indiyə  qədər 
vahid bir rəy yoxdur. 
13 milyon il bundan əvvəl Sarmat dənizində  qızıl balıq və kefal, del-
fi n  və balina ilə  bərabər Xəzər nərələrinin  əcdadları da yaşayırdı. Həmin 
dövrdə dənizdə yalnız iki növ nərəkimi balıqlar yaşayırdı, bir növ isə çay-
larda məskunlaşmışdı. O zamandan bəri Qafqaz dağları qalxmışdır. Duzlu 
səhralar göllərə və Aralıq dənizinə çevrilmiş, Aqçaqıl dənizinin sahilləri isə 
Ural dağlarına qədər gəlib çatmışdır. Buzlaqlar Volqoqrad və Rostov-Dona 
qədər gəlib yetişmişdir. Xəzər ilə Pont arasında son əlaqə 14 min il bundan 
əvvəl kəsilmiş, Aral isə XIII əsrdə ayrılaraq sərbəst göl kimi qalmışdı. Yalnız 
bundan sonra hər hövzənin özünün xüsusiyyətləri formalaşdı. 
Xəzər dənizi dünya okeanından təcrid olundu və burada unikal bi-
osenoz yarandı. Məhz buna görə  Xəzərdə yaşayan canlıların  əsas hissəsi 
endemiklərdir. 
Xəzərin biotasını 4 hissəyə bölmək olar. 
Birinci qrupa təxminən 70 milyon il bundan əvvəl Tetis dənizində 
məskunlaşmış qədim formaların nəsilləri daxildir. Buraya Xəzər xulbalıqları, 
siyənəkləri, bəzi molyusklar və  xərçəngkimilərin  əksəriyyəti daxildir. Yerli 
xərçəngkimilərdən Xəzər dənizində çoxsaylı uzunətəkli artemiya xərçəngləri 
məskunlaşır. 
Xəzərin faunasının ikinci qrupunu arktik növlər – buzlaşmadan sonra-
kı dövrdə şimaldan Xəzərə daxil olmuş canlılar təşkil edir. Bu qrupa onur-
ğasızlardan – mizidlər, krevetlərə  bənzər kiçik (5 mm-dən 2,5 sm-ə  qədər) 
xərçəngkimilər, izopodlar (düzayaqlı  xərçənglər) dəstəsindən olan kiçicik 
dəniz tarakanları daxildir. 
Balıqlardan bu qrupa Xəzər kumjası və alabalıqlar fəsiləsinin Xəzərdə olan 
yeganə nümayəndəsi ağ qızılbalıq daxildir. Ağ qızılbalığın ən yaxın qohumu 
olan nelma Avroasiyanın və Amerikanın şimal dənizlərində məskunlaşmışdır. 
Qiymətli ov balığı olan ağ qızılbalıq (130 sm, 14 kq) Xəzərdə kilkə və başqa 
cavan siyənəklər ilə qidalanır. Bu balıq kürü tökmək üçün Volqa çayı ilə Ka-
maya qədər qalxır. 
Əsil suitilər fəsiləsinə aid olan Xəzərin yeganə  məməlisi Xəzər suitisi 
də arktik növlərə aid edilir. Xəzər suitiləri sürü şəklində yaşayır, kiçik ba-
lıq və  xərçəngkimilərlə qidalanırlar. “Suitilərin”  şimal vərdişləri çoxalma 

Q.M.Palatnikov, R.Y.Qasımov
14
mövsümündə özünü göstərir. Suiti körpələri qışda Xəzərin şimalında dün-
yaya gəlir, üzməyi və qida əldə etməyi öyrənənə qədər buzların üstündə qa-
lırlar. Qiymətli xəzlərinə görə bu suitilər fəal  şəkildə ovlanırdılar. Hələ bu 
yaxınlara qədər onlar məhv edilmə təhlükəsi qarşısında idilər. Hal-hazırda 
suitilərin sayı bərpa edilir. 
Üçüncü qrup canlılara Qara dənizdən Xəzərə müstəqil və ya insanların 
köməyi ilə daxil olmuş Aralıq dənizi növləri aiddir. Bunlar molyuskların iki 
növü olan mitilyastr və abra, xərçəngkimilər – yanı üstə üzən xərçənglər, 
krevetlər, Qara dəniz Atlantika krabı və balıqlar – kefalkimilər fəsiləsindən 
olan sinqil və sivriburun, iynəbalıq və Qara dəniz kalkanı daxildir. 
Nəhayət, canlıların dördüncü qrupu balıqların şirin su növləridir. Xəzərə 
daxil olaraq onlar dəniz və ya keçici balıqlara çevrilmişlər. Bu qrupa dənizə 
daxil olan tipik şirin su balıqları da aid edilir. Buraya naqqa, sıf, karp balıqları 
fəsiləsindən olan – şirbitlər, qırmızıdodaq xəşəm və Xəzər qarasolu daxildir. 
Bu qrupa həmçinin rus və İran nərəsi, ağ balıq – bölgə və uzunburun aid 
edilir. Qeyd edilməlidir ki, dünyanın bütün nərəkimilər fəsiləsindən olan ba-
lıqların ehtiyatlarının təxminən 80%-i Xəzərdə cəmləşmişdir. Şirbit (1 metrə 
qədər, 20 kq-a qədər) və qarasol (50 sm, 3 kq) qiymətli ov balıqlarıdır. Onlar 
su dibində yaşayan orqanizmlərlə - molyusklarla, sürfələrlə, xərçəngkimilərlə 
və kiçik balıqlarla qidalanırlar. 
Xəzər dənizinin  əsas sərvəti isə, sözsüz ki, kitabımızı  həsr etdiyimiz 
nərəkimilər fəsiləsindən olan balıqlardır. 

Nərəkimilər – dinozavrların həməsrləri
15



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə