A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
6
SƏNİN YERİN GÖRÜNÜR,
QAYIT GƏL
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru,
professor
Əziz dost, nə vaxt qayıdıb gələcəksən?!
14
mart 2014‑cü il... Sübh tezdən işə gedirdim. İşə pi‑
yada gedirdim. Birdən əl telefonuma zəng gəldi. Bax‑
dım ki, zəng vuran dostumuz Seyiddir. Onun adı Cavanşirdir,
ancaq əsil‑nəcabətli seyid nəslindən olduğu üçün ona bütün
dostlar belə (Seyid) deyirlər. Fikirləşdim ki,
bu vaxt nə zəngdir,
görəsən. Heç ağlıma gəlmədi ki, onun mənə verdiyi xəbər bu
qədər acı olarmış. Seyid telefonda mənə dedi ki, Suraxanıya
gəl. Dedim nə olub. Dedi ki, gəl, bilərsən. Əl çəkmədim, dedim
ki, nə olub.
Gördü ki, əl çəkmirəm. Dedi ki, dostumuz İbrahim
yoxdur. Dedim ki, necə yəni yoxdur?! O dedi ki, yoxdur da...
İnfarkt oldu, dünyasını dəyişdi. Qolumdakı saat səhər tezdən
6:37 dəqiqəni göstərirdi. Yer‑göy başıma fırlandı. Özümün
özümlə söhbətim belə oldu:
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
7
Soyuqmuş bu qara torpağın üzü
Ay Seyid, sən bunu hardan bilirsən?!
Günbəgün, aybaay üyüdür bizi
Ay Seyid, sən bunu hardan bilirsən?!
Bunları babamız, nənəmiz deyib,
Bunları atamız, anamız deyib,
Kim deyib, düz deyib, çox təmiz deyib,
Ay Seyid, sən bunu hardan bilirsən?!
Ay Seyid, bu nə dərd, bu nə xəbərdi,
Ömrümün bu çağı qəddimi gərdi.
Bəlkə bir yalandı, ya kimsə gördü?!
Ay Seyid, sən bunu hardan bilirsən?!
İbrahim dostu Buludxanla
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
8
* * *
Bu bəd xəbərdən 3‑4 gün əvvəl bazar günü görüşmüşdük.
Mənə zəng vurmuşdu ki, sizə gəlirəm. Dedim ki, gözləyirəm,
gəl. Gəldi xeyli söhbət etdik. Həmişə olduğu kimi ruhlu idi,
həyat eşqi güclü idi.
O qədər sevinirdi ki, hərəkətlərində də se‑
vincini gizlətmirdi. Hə a pianinoda öz bildiyi kimi, özünə‑
məxsus şəkildə bir mahnı da ifa etdi. Planlarımızdan,
görəcəyimiz işlərdən danışdıq. Bir‑birimiz barədə xoş sözlər
dedik. Həmişə olduğu kimi zarafatımızdan da qalmadıq. Mən‑
dən ayrılanda həyətə qədər birlikdə çıxdıq. Həyətdə də xeyli
söhbət etdik. Məndən ayrılanda dedi ki, üzümüzə gələn hə ə‑
nin ya altıncı, ya da bazar günü dostlarla birlikdə görüşəcəyik.
Bu görüşümüzün olacağına arxayın oldum və onunla nə zəng ‑
ləşə bildim, nə də görüşə bildim. Hərdən özümü qınayıram ki,
bəlkə zəngləşərdik, bəlkə görüşərdik.
Bəlkə zəngləşsək, bəlkə
görüşsək, bu hadisə baş verməzdi. Açığı deyim ki, bu bəlkələr
də məni yaman yorur. Nə isə... Artıq bu bəlkələrdən keçib.
Artıq ağlıma gəlməyən, yatsam belə,
yuxuma girməyən hadisə
baş verib. Artıq İbrahim onu tanıyanların hər birindən ayrı
düşüb. O, hər gün, hər an onu tanıyanları, onun dostlarını,
onun əzizlərini, doğmalarını ağladır. Onda insanı hisslər, duy‑
ğular o qədər güclü idi ki, onun fiziki yoxluğu ağlatmaya bil‑
mir. Bu ağrı hamını – dostu, tanışı, qohumu, qardaşı, bu
hadisəni eşidən hər bir kəsi ağlatdı, ağladır və ağladacaqdır.
Ağladı
Ürəyin qəflətən susdu həmin gün
Göy üzü buluddan qara bağladı
Dost‑aşna matəmə büründü bütün,
Adını eşidən bəndə ağladı.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
9
Dostları ilə paylaş: