Zəlzələ və onun səbəbləri.
Əbu Abdullahdan: “Yeri daşıyan balığa elə gəlmişdir ki, o yeri öz qüvvəsi ilə daşıyır. Və ona görə Allah ölçüsü 22.5 sm balaca, 18 sm böyük bir balıq göndərdi və o balıq böyük balığın burnuna girdi. (Yeri daşıyan balıq) özünü ititirib, 40 gün belə qaldı. Allah ona rəhm edib, burnundan balaca balığı çıxartdı. Allah yerə zəlzələ göndərmək istəyəndə, həmən balaca balığı yeri daşıyan böyük balığa göndərir, o diksinəndə isə yer titrəyir”78.
Adam bilmir, gülsün ya da ağlasın. Bu yeni bir elmdir!!!
Əbu Abdullahdan: “Külək bu Şam dirəyinin altında bağlıdır (Kəbədə), Allah ondan bir şey çıxarmaq istəyəndə, çıxarir, cənub, şimal, şərq və ya qərb küləyi olsun. Onun nişanəsi budur ki o, qışda və yayda, gecə və gündüz həmişə tərpənir”79.
Ancaq biz onu tərpənən heç görmədik. Bizim hər birimiz, nəsranilərin əqidələrindən olan xəbis qurbanlıq iddialarını bilirik. Onlar iddia edirlər ki, guya İsa (ə) özünü qurban verməklə insanları Adəmin günahından qurtarıb.
Əfsus ki, bu əqidənin əlamətlərini biz 12 imam şiələrində görürük.
Kuleyni “Kəfi”-də Musa ibn Cəfərdən rəvayət edir: “Azzə və Cəllə olan Allahın şiələrə qəzəbi tutdu. Özümü və ya onları fəda etmək üçün sərbəst buraxdı. And olsun Allaha, mən özümü fəda edərək onları qorudum”80.
Seyf Səmmardan rəvayət olunur: “Əbu Abdullah ilə bir qrup şiə hicrdə (Məkkə məscidində) idik. (O) dedi: “Bizi izləyirlər”. Sağımıza, solumuza baxdıq, heç kimi görmədik. Dedik: “Bizi heç kim izləmir”. (İmam) 3 dəfə dedi: “Kəbənin Rəbbinə and olsun! Əgər Musa və Xızır yanında olsaydım, onlara xəbər verərdim. Mən onların ikisindən də bilikliyəm, onlarda olmayan xəbərləri onlara açıqlayardım. Çünki Musa və Xızıra olanlarla bağlı biliklər verilsə də, qiyamət gününə qədər olacaqlarla bağlı elm verilməyib. Bizə isə o bilik peyğəmbərdən varis qalıb”81.
Əli ibn Əbu Talibdən rəvayət olunur ki, ondan Mehdinin qeyb müddəti barədə soruşanda dedi: “6 gün, 6 ay ya da 6 il”82.
Sözüm budur ki, şiələr iddia edirlər ki, Mehdi hicri ilin 260-da qeybə çəkilib. İndi isə 142383 ildir, yəni, 1163 il keçib. Əli (radiAllahu anhu) isə qeybin müddətini 6 il olduğunu deyib. Nəsə indiyə qədər çıxmayıb84.
Kuleyni Əbu Haşim Cəfəridən rəvayət edir: “Əbu Məhəmmədə bir problem barəsində şikayət etdim. O torpağı qamçısı ilə qazıdı (mənə elə gəlirdi ki, onu dəsmalla örtmüşdür) və 500 dinar (torpaqdan) çıxardıb dedi: “Ey Əbu Haşim, götür və məni üzürlü hesab et”85.
MaşaAllah, sehrbaz imamlar! Allaha and olsun ki, onlar belə deyildirlər, onların adından yalan uydurublar!
Fəzilətli əməllər babı.
Qeyd edim ki, bu çox qəribə babdır.
Əmmamənin fəziləti: Əbu Abdullahdan rəvayət edirlər: “Kim mənzildən ağzının altında əmmaməli səfərə çıxsa86 , ona səfərdə nə oğurluq, nə yanğın, nə də sevilməyən bir şey rast gəlməz”87.
Ayaqqabının fəziləti: xüsusən Amerika və Avropada ayaqqabı geyinənlər üçün. Əbu Abdullah dostunu qara ayaqqabı geydiyini gördü və dedi: “Sən niyə qara ayaqqabı geymisən? Sən bilmirsənmi ki o, gözə ziyan verir, cinsi orqanı zəiflədir, özüdə o başqalarından daha bahadır, onu yalnız ədalanan şəxs geyinər”88.
Həmin səhifədə Hənan ibn Sədirdən rəvayət olunur: “Dedi: “Əbu Abdullahın yanına daxil oldum, ayağımda qara ayaqqabı var idi, mənə dedi: “Ey Hənan, sən niyə qara geymisən, sən bilmirsənmi ki ,onun üç xisləti var: qayğı gətirir, eyni zamanda o zalımların geyimidir”. (Ravi): “Hansı ayaqqabını geyim?” (İmam): “Sarını geyin, onun üç xisləti var. Gözü işıqlandırır, cinsi orqanı gücləndirir, qayğını qovur və o, peyğəmbərlərin geyimidir”89.
Əbu Abdullah deyib: “Xuff geyinmək gözü gücləndirir” (yazıq həkimlər bunu bilmirdi) və deyib ki, “vərəmdən qoruyur”90.
İmam deyib: “Xuffu vərdiş etmək pis ölümdən qoruyur”91.
Bu şiələrin nəzərində ən düzgün və yaxşı kitabdır, onlara görə, islam dünyasında bu kitabın misli yoxdur...
Rəngləmə.
Yəni, saç və saqqalın xına ilə rənglənməsi.
Peyğəmbər (sallaLLahu aleyhi və səlləm)-dən rəvayət edirlər: “Xına ilə rənglənməyə sərf olunan bir dirhəm, Allah yolunda sərf olunmaqdan daha üstündür. Onda 14 keyfiyyət var: qulaqlardan küləyi qovur, burnu yumşaldır, ağız iyini yaxşılaşdırır, damağı gücləndirir, özündən getməyi aradan qaldırır, gözdən pərdəni qaldırır, şeytanın vəsvəsəsini azaldır, mələklər ona sevinir, mömin müjdələnir, kafir isə qəzəblənir. O, bir zinətdir, bir ətirdir (aromatdır). Qəbir də onun üçün bəraətdir. Münkər və Nəkir ondan utanırlar”92.
“Kəfi” və dırnaqların qırxılması.
Kuleyni Əbu Cəfərdən rəvayət edir: “Kim cümə günü dırnaq və bığından “Bismillah və billah, və Məhəmməd (sallaLLahu aleyhi və səlləm)-in sünnətinə uyğun olaraq” sözlərini deyib alsa və ondan heç bir qırıntı yerə düşməsə, Allah ona bir nəfər azad etmə savabını yazar və yalnız öləcəyi xəstəlikdən başqa heç bir xəstəliyə düçar olmaz”93.
Əbu Abdullahdan rəvayət edir ki: “Cümə günü dırnaq tutmaq, cüzam və kor olmaqdan qoruyur”94.
Nar.
Əbu Abdullah dedi: “Elə bir nar yoxdur ki, onda cənnətdən bir dənə olmasın. Kafir onu yedikdə, Allah Əzzə və Cəllə ondan çıxarmaq üçün bir mələk göndərər”95.
Həmin səhifədə Əbu Abdullahdan rəvayət olunur: “Kim nardan bir dənə yesə, şeytanı 40 gün xəstələndirər”. Bəlkə nar yeyən peyğəmbər olur?
Həmin səhifədə Yezid Abdulmalikdən, o da Əbu Abdullahdan: “Elə bir mömin yoxdur ki, narı tam yedikdə şeytanı onun ürəyindən uzaqlaşdırmasın96, kim iki nar yesə, Allah Əzzə və Cəllə şeytanı onun ürəyindən bir il uzaqlaşdırar və o şəxs ki, Allah onun qəlbindən şeytanı bir il uzaqlaşdırsa, günah etməz. Kim ki, günah etməsə cənnətə daxil olar”.
Kafir və mömin çaylar.
Təəccüblü şeylər bitmək bilmir.
Əbu Həsəndən: “İki kafir və iki mömin çaylar var. İki mömin çay, Fərat və Misirin Nil çaylarıdır. İki kafir çay isə Dəclə və Bəlx çaylarıdır”97. Bəs Missisipi, Seyhan və Ceyhan çayları? Unudub... Ola bilər ki, onlar orta, küfr ilə iman, arasındadılar.
Bu kitabda, çox ciddi bir məsələ olan “namusa toxunma” haqqında nə gəlib?
Əbu Cəfər ibn Məhəmməd Baqirən: “Ey Əbu Həmzə, and olsun Allaha, bizim şiələrimizdən başqa hamı fahişələrin övladlarıdır”98.
Şiələrdən başqa hamı vələduzinadır! Bu hədis başqa rəvayətdə şərh olunur.
Əbu Abdullahdan: (Əbu Bəsirə dedi): “Həqiqətən, şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur”. (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olan sevgi və nifrətlə, kim bizi sevir qulun (sperması olur), kim nifrət edər (sperma şeytanın olar)”99.
Nütfə məsələsi bir kənara. Belə çıxır ki, hər bir ər arvadı ilə yaxınlıq etdikdə, şeytan onlar ilə olur?
Lut qövmünün əməlini edənin müalicəsi.
Ömər ibn Yeziddən: “Əbu Abdullahın yanında idim, onunla bir kişi var idi. (Kişi) ona dedi: “Sənə fəda olum, mən oğlan uşaqlarını sevirəm”. Əbu Abdullah dedi: “Və nə edirsən?” (Kişi) dedi: “Arxama alıram100”. Bu an kişi ağladı. Əbu Abdullah ona baxdı, sanki ona rəhm etmişdir, və dedi: “Ölkənə qayıtdıqda, bir yağlı dəvə (kəsilmək üçün satılan) al, onu yaxşı bağla, bir qılınc götür onun büküşünə elə vur ki, dərisi soyulsun, sonra onun üstündə isti-isti otur...”101.
Kuleynidən kürdlərə bir müjdə.
Əbu Rabi Şamidən: “Əbu Abdullaha dedim: “Bizlərdə bir kürd qövmü var, onlar bizə satış məqsədi ilə gəlirlər. Biz də onlarla alver edirik”. (İmam dedi): “Ey Əbu Rabi, onlarla yaxınlıq etmə, kürdlər cinlərin ilanlarından biridir. Allah onların üstündəki örtüyü götürüb, onlarla yaxınlıq etmə”102.
Əli ibn Əbu Talibdən (radiAllahu anhu): “Ey insanlar, zülm öz sahibini cəhənnəmə aparar. Allaha birinci üsyan edən Adəmin qızı İnaq olmuşdur. Onun məclisi çox böyük idi103. Onun 20 barmağı, hər barmağında oraqlı 2 dırnaq var idi. Allah ona fil boyda aslan, dəvə boyda canavar, qatır boyda bir qartal göndərdi. Onlar onu öldürdülər. Allah cəbbarları hal və vəziyyətlərində belə öldürür”.
Necə deyərlər, “bişmiş toyuğun gülməyi gəlir”.
Əgər bu, Adəm (əleyhisəllam) gızının formasıdırsa - 20 barmaq, hər barmaqda 2 dırnaq, hər dırnaq sanki bir oraq - onda Adəmin forması necədir? Allah Tin surəsində deyir: “4 - Biz insanı ən gözəl biçimdə yaratdıq!”.
Darvin deyir ki, insanlar meymundan əmələ gəlib, şiələr deyirlər ki, Adəmin (əleyhisəllam) qızının forması belə olub. Biz bunlara inanaq, yoxsa Allaha?
İcazə verin sizə bir sual verim, ana əkiz uşaq doğsa və aralarında beş dəqiqə fərq olsa, ananın kunyası hansı uşağın adı ilə bağlı olar?104 Birinci uşaq ilə ya ikinci?
Kuleyni isə rəvayət edir: “Bir kişinin iki uşağı olmuşdur. Əbu Abdullah onu təbrik etdi. Sonra dedi: “Hansı böyükdür?” Dedi: “Birinci dünyaya göz açan”. Əbu Abdullah dedi: “Yox, axırıncı çıxan böyükdür. Sən bilmirsən, qadın onunla birinci hamilə olub, o biri onun yoluna daxil olub. O çıxmayana qədər, bu da çıxa bilməyib. Axırıncı çıxan onların böyüyüdür”105.
Yəni, ikinci onun yoluna girib, tıxac yaradıb!!! Qadının hamiləliyi sanki maşın dayanacağı imiş.
Belə hədislər həqiqətən bu kitabdadırlar. Dediyimdən özüm iyrənirəm. Sadəcə bu kitabdan hamını xəbərdar etmək istəyirəm. Bilmirəm, hansı ağıl ilə bu nağıllar kitabını islamın ən düzgün kitablarından hesab etmək olar? Bu ən düzgün kitabdırsa, onda yerdə qalanlar barəsində nə deyək?
Allahdan bu yalanı nəql etdiyimə görə bağışlanma istəyirəm.
Əbu Abdullah dedi: “Peyğəmbərin yanına bir kişi gəlib dedi: “Ey Allahın elçisi, məndə kişilərdə olanın çox böyüyü var106, məndə olan dişi eşşək və ya dəvə ilə yaxınlıq edim? Məndə olana qadınlar dözə bilmirlər”. Allahın elçisi (sallaLLahu aleyhi və səlləm) dedi: “Allah Təbarəkə və Təalə sənə dözə bilən məxluq yaratmadan (səni) yaratmazdı”. Kişi getdi, bir müddət keçmədi ki, peyğəmbərin (sallaLLahu aleyhi və səlləm) yanına qayıtdı. Ona əvvəlki sözləri dedi. Nəbi (sallaLLahu aleyhi və səlləm) ona dedi: “Sən anatnata107 qarasına niyə baxmırsan?” Kişi getdi, bir müddət keçmədi ki, yenə qayıdıb dedi: “Şəhadət verirəm ki, sən Allahın doğrudan da elçisisən, sən dediyini mən etdim. Mənim halımı dözəcəyini tapdım”108.
Mən bilmirəm, bu peyğəmbər olub yoxsa nə? O kisiyə onun cinsiyyət üzvünə dözən qadını ona məsləhət verir? Özüdə ki, kişi heyvanlara əl atmaq istədikdə, nəbi (sallaLLahu aleyhi və səlləm) ona heç demir ki, bu haramdır! Allaha sığınıram.
İshaq ibn İbrahim Cüfidən olan ikinci rəvayət: “Əbu Abullahın dediyini eşitdim: “Allahın elçisi (sallaLLahu aleyhi və səlləm) Ummu Sələmənin evinə daxil oldu, və bir iy iylədi (burnuna dəydi). (Sonra o dedi): “Sizə Havlə gəlib?” “Hə, odur, ərindən şikayət edir”. Bu anda Havlə çıxdı və dedi: “Atam-anamdan mənə əzizsən. Ərim məndən üz çevirib”. Nəbi (sallaLLahu aleyhi və səlləm) dedi: “Kaş ki, o bilərdi sənə yaxınlaşmaqla nə alacaq” (Qadın): “Mənə yaxınlaşmaqla nə alacaq?” (Dedi): “O, sənə yaxınlaşsa onu iki mələk əhatəyə alar (yəni, cinsi əlaqəyə girəndə onunla iki mələk olur?), o, qılıncını Allah yolunda çıxarmış kimi olar, ondan ağaclardan tökülən yarpaqlar kimi günahlar tökülər. (Sonra) o, qüsl alarkən günahları silinər”109.
Allah özü kömək olsun! Bəzi şeyxlərin bu rəvayəti şərh etdiklərini eşitmişəm. Deyirdilər ki, belə sözlər nəbi (sallaLLahu aleyhi və səlləm)-ə yox, sərxoş adama daha uyğun olar. Belə sözlər peyğəmbər (sallaLLahu aleyhi və səlləm)-in ağzından heç vaxt çıxa bilməz.
Öskürməyin dərmanı.
Əbu Abdullahdan: “Gözəl qadın bəlğəmi kəsir. Qara qadın isə qara ödü coşdurur”110.
Qaralar bağışlasın. Məni yox, Kuleynini! Mənim günahım deyil.
Bu şiə alimi peyğəmbər (sallaLLahu aleyhi və səlləm)-dən rəvayət edib ki, o, qadın ilə evlənmək istədikdə, ona baxacaq bir qadın göndərirdi və ona deyirdi: “Onun “litini” (yəni, boğazını) iylə, iyi yaxşı olsa, onun bütün iyi yaxşı olacaq. Sonra topuğuna bax, əgər topuğu düşübsə “kəsubu” böyükdür”111.
Heç bilirsiniz, “kəsub” nə deməkdir? Qadının cinsi orqanıdır. Belə sözü peyğəmbər deyər? Heç adi saleh insan belə söz deməz. Şiələr bu cür hədislərə inanır? Allah qorusun!
Əbu Abdullahdan: “Yəhudi və nəsrani ilə evlənmək, nəsibi (kişi ya da qadın) ilə evlənməkdən daha yaxşıdır”112. Nəsibi isə onlar əhli-sünnə müsəlmanları sayırlar.
Əbu Abdullah: “Bir şəxs qadın qul ilə kişi qulu evləndirirsə, ondan sonra o qadını istəsə, kişi qula deyər ki, ondan uzaqlaş, qadın aybaşi olduqda, onunla yaxınlıq edər, sonra istəsə onu qaytarar”113.
Faciə!!! Yəni, bir şəxsin bir kişi və bir qadın qulu var. Onları evləndirir. Sonra bu şəxs qul qadını arzulayır, və yazıq qulun arvadı ilə cinsi əlaqədə olmaq istəyir. Qula ondan uzaq durmağa əmr edir, qadın aybaşı olur və o, onunla cinsi əlaqəyə girir. Sonra istəsə onu qaytarır!
Əbu Həsən Musadan, atasından, babasından: “Peyğəmbərin (sallaLLahu aleyhi və səlləm) Əliyə tövsiyə etdiklərindən: (o dedi): “Ey Əli, ayparanın bir gecəsi114, ortada və sonuncu gecə əhlinlə cinsi əlaqədə olma. Çünki bu özbaşınalıq etmək övlad üçün qorxuludur”115.
Səffan ibn Yəhyadan, imam Rzaya dedi: “Sənin tərəfdarlarından biri bir məsələni səndən soruşmağı mənə əmr etdi. Özü səndən soruşmaqdan utandı”. (İmam) dedi: “Nə məsələdir?” (Ravi): “Kişi öz qadını ilə arxadan olur (yaxınlıq edir)”. (İmam): “Olar”. (Ravi): “Sən bunu edirsən?” (İmam): “Yox, biz bunu etmirik”116.
Əbu Abdullahdan: “Bir kişinin iki kəniz və iki azad qadın arasında yatmağının heç bir eybi yoxdur. Sizin qadınlarınız oyun üçündür”117. Yəni, övrət yerləri açıq olarkən? Bu bir əxlaqsızlıqdır. Kişi iki lüt qadın arasında!
Əbu Abdullah dedi: “Cəbrayıl peyğəmbərə cənnətdən bir qab ilə gəldi. İçində hərisə (yemək növü) var idi. (Cəbrayıl) dedi: “Bunu sənin üçün huzul (huri) düzəldib. Sən, Əli və sizin nəslindən olanlar yesinlər. Onu sizdən başqası yeməməlidir”. Allahın elçisi (sallaLLahu aleyhi və səlləm), Əli, Fatimə, Həsən və Hüseyn oturub yedilər. Həmin yeməkdən peyğəmbərə 40 kişinin qüvvəsi gəlmişdir. İstədiyi vaxt bir gecədə qadınların hamısı ilə ola bilirdi”118.
Halınızı durultmaq üçün “Kəfi”-dən bir məzəli əhvalat.
Əbu Abdullah dedi: “Bir kişi öz arvadı ilə Ömərin yanına gəldi və dedi: “Bu qadınımdır. O da qaradır, mən də. O, ağ uşaq doğub”. (Ömər) öz ətrafdakılarına dedi: “Nə deyirsiniz?”. Dedilər: “Biz deyirik ki, onu daşqalaq etmək lazımdır. “Əri qara, özü qara, amma ağ uşaq doğub”. Onu daşqalaq etməyə aparanda, əmirəlmöminin (Əli) dedi: “Sizə nə olub?” Ona danışdılar. Qaraya dedi: “Qadınını ittiham edirsən?” Dedi: “Yox”. (Əli) soruşdu: “O, aybaşı olanda ona yaxınlaşmısan?” (Qara): “O, mənə gecələrin birində demişdir ki, o aybaşılıdır. Ancaq mənə elə gəldi ki, o soyuqdan qorxur (yəni, qüsl etmək istəmir) və onunla yaxınlıq etdim”. Qadına dedi: “Sən aybaşılı olanda sənə yaxınlaşıb?” Dedi: “Bəli, ondan soruş, mən imtina edirdim”. (Əli) dedi: “Gedin, sizə bəraət var. O, sizin oğlunuzdur. Qan nütfəyə üstün gəlib, o da ağarıb. Hərəkət etsəydi qaralardı. Böyüyəndə qaralacaq”119.
Qadın aybaşının sonunda yaxınlıq edib, və qan artıq saralmışdır. Ona görə onunla cinsi əlaqənin nəticəsində ağ uşaq doğulub. Deyir ki, böyüyəndə qaralacaq!!! Ağ uşaq istəyən qaralar üçün bundan yaxşı metod ola bilər? Problem ondadır ki, aybaşı olan qadın hamilə olmur!
Kuleyni bu cür nağılları haradan götürüb? Budur islamda tayı-bərabəri olmayan kitab? Bu kitab üzərində müsəlman öz əqidəsini qurmalıdır? Amma bir şey düz deyiblər, islamda bu kitab kimi (əlhəmduliLLah ki) kitab yazılmayıb!
Başqa bir qəribə əhvalat.
Həsəndən (radiAllahu anhu) rəvayət olunur: “Allahın iki şəhəri var. Biri şərqdə, biri qərbdə. Onları dəmir divarlar əhatə edir. Hər birinin 1000 1000 (yəni, 1000 000) qapısı var. Həqiqətən, orada 70 min min (yəni 70 000 000) dil var. Hər dildə danışanlar var. Mən isə bütün dilləri və onlarda (şəhərlərdə) olanları bilirəm. Onlara mən və qardaşım Hüseyndən başqa höccət yoxdur”120.
170 million dil bilir!!!!
Yeni əhvalat.
Məhəmməd ibn Muslim: “Bir gün Əbu Cəfərin yanında idim. Birdən divarın üstünə iki çöl göyərçini qondu və başladı gülüdamağa. Əbu Cəfər onlara bir saat cavab verdi (yəni, aralarında bir saat söhbət gedirdı). Sonra qalxdılar, divara qonanda, erkək dişi ilə bir saat danışdı... Sonra isə uçub getdilər. (Mən) dedim: “Sənə fəda olum, bu nə quşdur?” (İmam) dedi: “Ey ibn Museim, Allahın yaratdığı quş, heyvandan hər bir varlıq bizə Adəm oğlundan daha itaətkardır. Bu xoruz göyərçin öz qadınından (fərəsindən) şübhələnib. O da ona and içib ki, heç nə etməmişəm. (Fərə) dedi: “Sən Məhəmməd ibn Əliyə razısan hakim kimi?” O da razılaşdı. Mən ona dedim ki o zülm edir, və o, inandı”121.
Şükr olsun Allaha, yoxsa quşların nəsli batardı!
Yalnız peyğəmər və onun əhli-beytinə deyil, bəlkə də bütün insanlara tənə.
Əbu Abdullah: “Biz bəni haşim və şiələrimiz ərəb, yerdə qalan isə bədəvidir”122.
Musa Kazım deyib: “İsnanlar üç qrupdur, ərəb, ağa, və kəntoy. Biz ərəblərik, şiələrimiz ağadır, biz olmadığımız kimi olanlar kəntoydurlar”. Qureyşdən biri sual verdi: “Bəs ərəblər və Qureyş nə oldu?” (İmam) dedi: “Mən sənə dediyim kimidir”123.
Ubeydullah Dabiqidən: “Mədinədə bir hamama daxil olmuşdum. Birdən oranı saxlayan bir qocanı gördüm. Ona dedim: “Bu kimin hamamıdır?” (Dedi): “Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseynin”. (Ravi): “O bura daxil olurdu (gəlirdi?)” Dedi: “Bəli”. (Ravi) soruşdum: “Necə edirdi (çimirdi)?” Dedi: “Girib, başlayırdı övrət yerinin üstünü124 və ətrafını örtməyə125, sonra cinsi orqanının ucuna126 dalayırdı, və məni çağırırdı, mən də bədəninin başqa yerlərini örtürdüm. Onu görməyimi istəmədiyi, ancaq gördüyüm günlərin birində ona dedim127. Cavab verdi: “Yox, nura (yəni, bədənə qoyulan gips) örtükdür”128.
Əbu Həsən Madidən: “Övrət ikidir, qabaq və anus. Anusa gəlincə onu budlar örtür. Penis ilə yumurtaları örtsən, artıq örtülmüsən”129.
Əbu Abdullahdan: “Müsəlman olmayanın övrətinə baxmaq, eşşəyin övrət yerinə baxmaq kimidir”130.
Yəni, insan eşşəyə baxdığı kimi, problemsiz qeyri müsəlmanın övrətinə baxa bilər...
Peyğəmbərin əhli-beytinə tənələrdən biri, Ömər ibn Hatabın (radiAllahu anhu) Əlinin (radiAllahu anhu) qızını alması barədə, Cəfər As Sadiqdən hədis. Umm Kulsumun ərə qetməsi barəsində ona sual verəndə, dedi: “Bu, zorla ona verilən vaginadır”131.
Başqa rəvayətdə: “O qızı istəyəndə, (Əli) ona dedi: “O hələ gəncdir”. O (Ömər) Abbasla rastlaşdı və ona dedi: “Mənə nə olub, mənə nəsə var?” (Abbas dedi): “Nə məsələdir?”. (Ömər): “Mən qardaşın oğlundan qızını istədim, imtina etdi. Allaha and olsun ki, zəmzəmi korlayaram, sizin bütün hörmətinizi yox edərəm, ona (yəni, Əliyə) qarşı iki şahid qətirərəm ki, o oğurluq edib və sağ əlini kəsərəm”. Abbas onu (Əlinin) yanına apardı. Ona xəbər verdi və xahiş etdi ki, istədiyi kimi etsin, o da etdi”132.
Şiələrin Baqirdən qabaqkı sapıqlığı.
Əbu Abdullahdan: “Əbu Cəfərdən qabaq şiələr nə həcc qaydalarını nə də halal və haramı bilirdilər. Əbu Cəfər gəlib onlara halal və haramı, həcc qaydalarını öyrətdi”133.
Başa düşmədim, bəs Əbu Cəfərdən qabaq Əli ibn Hüseyn, Həsən, Hüseyn, Əli ibn Əbu Talib (Allah onlardan razı olsun) nə edirdilər?
Sədir Əssayazafi rəvayət edir ki, Əbu Abdullah ona deyib: “Allaha and olsun, ey Sədir, əgər mənim şiələrimin sayı bu çəpiş (keçi balası) qədər olsaydı, mən belə oturmazdım”. Düşdük və namaz qıldıq. Namazdan sonra, çəpişləri saydım, onların sayı 17 idi”134.
Əbu Abdullah: “Daş (yəni, qara) Allah yanında böyük bələklərdən idi”135.
Əbu Abdullah: “Zəvvar burnunu yaxşı iydən tutar, pis iydən tutmaz”136. Bu əyri bir fiqhə baxın. Heç müsəlman özü özünə əzab verər? Başqa bir hədisdə, Kuleyni Əbu Abdullahdan rəvayət edir: “Uşaqlığın yolu dörddür. Hər hansı yola spermatazoid düşsə, bir, iki, üç və dörd uşaq olar, hər yolda bir uşaqdan çox olmaz”137. Yəni, qadın yalnız 4 uşaq doğa bilər? Bu hədisi uyduran qadının 5 uşaq döğmasını görməyib. Bir müddət əvvəl qadın Kuveytdə 9 əkiz döğmuşdur. Dördü öldü, o (qadın) hələ də xəstəxanadadır.
Əbu Həsən Rzadan: “Fil məsxdir138. O zinakar bir şah idi. Canavar məsxdir. O, dəyyus bir bədəvi idi. Dovşan məsxdir - ərinə xəyanət edən bir qadın idi. Yarasa məsxdir. İnsanların xurmasını oğurlayırdı. Donuz və meymun bəni İsraildən olan bir qövmdür. Altıncı günü aşmışdılar. Kərtənkələ və cirris139 İsaya süfrə enməsinə inanmayan bir qövmdür. Onlar azdılar, bir dəstəsi suya, bir dəstəsi quruya düşdü. Siçan balası fasiqdir. Ərəb söz gəzdirən idi, ayı və arı tərəzidə aldadan qəssablar idilər”140.
Bizə tülkü, pələng və aslanın nə olduğunu kim deyər? Görəsən, onlar kimdən dönmədirlər?
“Kəfi”-dən başqa qəribə əhvalatlar.
Musa ibn Bəkrdən: “Mənə Əbu Həsən (yəni, birinci imam) dedi: “Sənə nə olub, saralmısan?” (Ravi) dedim: “Mənə xəstəlik dəyib”. (İmam): “Ət ye”. Mən yedim, cümədən sonra məni gördü. Mən yenə sarı idim. Dedi: “Mən sənə ət yeməyə əmr etmədimmi?” (Ravi): “Sən əmr etdiyin vaxtdan, ətdən başqa heç nə yemirəm!” (İmam): “Onu necə yeyirsən?” (Ravi): “Suda bişirib”. (İmam): “Kəbab kimi ye”. Mən yedim, məni çağırıb cümədən sonra mənə dua etdi. Qan üzümə qayıtdı. Dedi: “İndi yaxşı”141.
Eyni vaxtda həm gülməli, həm ağlamalı hədis.
Əli (radiAllahu anhu) Salman Farisiyə (radiAllahu anhu) dedi: “Heç bilirsən Əbu Bəkrə peyğəmbərin minbərində birinci kim beyət edib?” Salman dedi: “Yox, mən örtüyün altında (naves) ənsarlarla düşmənçilik etdiyi vaxt bəni səidəni gördüm. Birinci ona beyət edən Bəşir ibn Saad, Əbu Ubeydə ibn Cərrah, sonra Ömər idi, sonra Səlim. (Əli) dedi: “Mən səndən bunu soruşmuram. Heç bilirsən Əbu Bəkr peyğəmbərin minbərinə çıxdığı vaxt ona birinci kim beyət edib?” (Salman): “Yox, ancaq mən bir yaşlı adam gördüm. Əsaya söykənirdi. Qarşısında bərk bükülmüş xalça var idi. O, Əbu Bəkrin yanına qalxan birinci adam idi, ağlayıb dedyirdi: “Əlhəmdulillah, ölmədim səni bu yerdə gördüm. Əlini uzat”. Əlini uzatdı və beyət etdi. Sonra düşdü və məsciddən çıxdı”. Əli dedi: “Hec bilirsən o kimdir?” (Salman): “Yox, amma onun sözləri xoşuma qəlmədi. Sanki o, peyğəmbəri (sallaLLahu aleyhi və səlləm) söyürdü”142. Yəni, o İblis idi.
Əbu Abdullahdan: “Cəsurluq ürəkdədir, rəhmət və kobudluq qara ciyərdədir, həya isə ağ ciyərdədir”143.
Əbu Basir Cəfər Sadiqə dedi: “Sənə fəda olum, bizə elə ləqəb veriblər ki, belimiz bükülüb, ürəklərimiz ölüb, dövlət adamları bu ləqəbə qörə qanımızı halal bilir. Bunu onların fəqihləri hədislərində rəvayət edib”. (İmam) dedi: “Rafizilər?” Dedim: “Bəli”. (İmam) dedi: “Yox, Allaha and olsun, onlar yox, Allah sizə bu ləqəbi verib. Sən, ey Əbu Məhəmməd, bilmirsən ki, bəni İsraildən 70 nəfər firon və qövmünü inkar edib144?”145.
İmam şahid durur ki, Allah onları rafizi adlandırıb.
Misir şiələrinə və şiə ilə xoş rəftar edən Misir sünnilərinə.
Əbu Həsən Rzadan deyiblər ki, o deyib: «Peyğəmbər (sallaLLahu aleyhi və səlləm) dedi: “Başınızı Misir ili ilə yumayın, o namusu aparır və oğraşlıq gətirir”146.
Dostları ilə paylaş: |