Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Texnogen mənĢəli fövqaladə hallar



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə38/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   132
2.9. Texnogen mənĢəli fövqaladə hallar 
 
Respublikamızın ərazisində ehtimal olunan texnogen mən-
şəli fövqəladə hallar əsasən güclü istehsalat və nəqliyyat qəza-
larından ibarətdir. 
Daha çox ehtimal olunan belə hallara neft emalı, kimya sə-
nayesi  müəssisələrində  partlayış  və  yanğınla  müşayət  olunan 
istehsalat  qəzaları  aiddir.  Güclü  təsirli  zəhərli  maddələr 
(GTZM) istehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli 
obyektlərdə qəzalar daha fəlakətlidir. Respublikanın iri şəhərlə-
rində və həmçinin bir sıra kənd rayonlarında xeyli belə obyekt-
lər yerləşir. Bunlar ammonyak işlədilən iri soyuducu qurğulara 
malik ət-süd sənayesi obyektlərindən, ərzaq məhsulları bazarla-
rından; xlordan istifadə olunan su təchizatı və təmizləyici qur-
ğulardan; GTZM sisternləri tənzimlənən dəmir yolu stansiyala-
rından; kənd təsərrüfatı üçün kimyəvi preparatlar, dezinfeksiya 
maddələri  ehtiyatları  saxlanılan  iri  anbar  və  bazalardan  iba-
rətdir.  Burada  20-dən  artıq  cürbəcür  güclü  kimyəvi  maddələr 
olur. 
Respublikamızda  belə  kimyəvi  təhlükəli  obyektlərin  sayı 
60-dan artıqdır və xüsusən Sumqayıt, Bakı şəhərlərindəki su tə-
mizləmə  obyektlərində  kimyəvi  maddələrin  saxlandığı  bu  cür 
qurğular olduqca təhlükəlidir: 


 
44 
•  nəqliyyatda  GTZM-in  ətrafa  yayılması  ilə  müşayiət  edi-
lən qəzalar (Respublikamızın ərazisində 15 dəmir yol stansiya-
sı  fəaliyyət  göstərir  ki,  burada  da  GTZM  daşınan  dəmir  yol 
nəqliyyat  vasitələrinin  toplanması  mümkündür.  Bu  cəhətdən 
Sumqayıt,  Bakı  dəmir  yol  yük  stansiyaları,  Biləcəri  stansiyası 
xüsusən böyük təhlükəli zona hesab oluna bilər); 

 
tez alışan maddələr istehsal,  emal olunan və  saxlanılan 
obyektlərdə yanğınlar (partlayışlar) (Respublikamızda 850-dən 
artıq    belə  obyekt  var.  Bakı  və  Sumqayıt  neft  emalı  və  neft 
kimyası müəssisələri, neft-qaz mədənləri və neft bazaları xüsu-
sən təhlükəlidir); 

 
nəqliyyat vasitələrində yanğın və partlayışlar; 

 
hidrodinamik qəzalar- su qurğuları qovşaqlarında bəndlə-
rin dağılması və fəlakətli daşqın zonalarının yaranması. 
Belə  şəraitdə  qəzaların  və  təbii  fəlakətlərin  əvvəlcədən 
proqnozlaşdırılması,  həmçinin  yaranmış  vəziyyət  haqqında 
əhalinin əvvəlcədən xəbərdar edilməsi, onların nəticələrini ara-
dan qaldırmaq üçün təsirli tədbirlərin hazırlanıb yerinə yetiril-
məsi olduqca böyük əhəmiyyət kəsb edir. 
 


 
45 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin