Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə68/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   132
4.2. Sığınacaqlar 
 
Sığınacaqların  təyinatı  və  növləri.  Sığınacaqlar  əhalinin 
nüvə  silahlarının  dağıdıcı  amillərindən,  zəhərləyici  maddələr-
dən  və  bakterial  vasitələrdən  qorunması  üçün  nəzərdə  tutulur. 
Kütləvi yanğın rayonlarında yaranan yüksək temperaturdan və 
zəhərləyici qazlardan, həmçinin partlayış rayonlarında dağıntı-


 
73 
lar və uçqunlardan mühafizə məqsədilə sığınacaqlardan istifadə 
edilməsi  mümkündür.  Göstərilən  şəraitlərdə  əhalinin  uzun 
müddət  saxlanılması  ehtimal  olunduğundan  sığınacaqlar  möh-
kəm konstruksiyalı olmaqla yanaşı, həm də orada əhalinin hə-
yat  fəaliyyətini  təmin  edəcək  sanitar-gigiyenik  şərait  yaradıl-
malıdır.  
Sığınacaqlar  hündürlüyü  2  m-dən  az  olmamaqla  inşa  olu-
naraq  əsas  və  qəza  çıxıntısaına  (əsas  girişlərin  dolması  halları 
üçün) malik olmalıdır. Sığınacağın döşəməsi qrunt sularının sə-
viyyəsindən  ən  azı  50  sm  hündürdə  yerləşməılidir.  Sülh  vaxtı 
sığınacaqlar  müxtəlif  təsərrüfat  ehtiyacları  üçün  istfadə  oluna 
bilər (şək. 19). 
Sığınacaqlar  mühafizə  xüsusiyyətlərinə,  tutumuna,  yerləş-
mə  məkanına,  hazırlanma  zamanına  və  süzücü  ventilyasiya 
avadanlıqları ilə təminatına görə təsnif olunur. Tutumuna görə 
sığınacaqlar kiçik tutumlu (150 nəfərədək), orta tutumlu (150-
450 nəfərlik) və böyük tutumlu (450 nəfərdən artıq) olur. Yer-
ləşmə məkanına görə sığınacaqlar bina konstruksiyasının zirzə-
misində və ya ayrıca inşa olunmuş ola bilər. Bina konstruksiya-
sının  zirzəmisində  olan  sığınacaqlar  daha  geniş  yayılmışdır. 
Hazırlanma  zamanına  görə  sığınacaqlar  sülh  zamanı  əvvəlcə-
dən  hazırlanmış  və  ya  düşmən  hücumunun  təhlükəsi  yaranar-
kən tez bir zamanda yaradılan sığınacaqlardır. Süzücü ventilya-
siya avadanlıqları olaraq həm sənaye şəraitində istehsal olunan 
vasitələrdən həm də əldə olan materiallardan haırlanmış vasitə-
lərdən istifadə olunur. Lakin hər iki halda süzücü ventilyasiya 
avadanlıqları havanı bütün zəhərli qarışıqlardan təmizləməli və 
qəbul  olumuş  normalara  uyğun  təmiz  havanın  verimini  təmin 
etməlidir. 
Süzücü ventilyasiya aqreqatları olaraq ВФА-49, ФВК-1 və 
ФВК-2 tətbiq olunur. Kənardan sığınacaq daxilinə verilən ha-
vanın  həcmi  tempraturdan  asılı  olaraq  hər  bir  adam  üçün  bir 
saatda təmiz ventilyasiya rejimində 7-20 m
3
, süzücü ventilyasi-
ya rejimində isə 2-8 m
3
 təşkil etməlidir. 


 
74 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin