134
dəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin
köçürülməsi haqqında əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 6 avqust 1993-
cü il tarixli 438 saylı qərarı təsdiq edilmişdir. Bu Əsasnamə
sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin
mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin
Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata
keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
Qanunla tələbə görə köçürülmənin (əhalinin təxliyəsinin)
mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlər-
dən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhər-
dənkənar zonadakı aztəhlükəli rayonlarda yerləşdirilir. Bunun
sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhər-
lərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə
qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın
vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərə-
cədə azaltmaq imkanı yaranır.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdi-
rən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zo-
nada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə
gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə
aparılır. (Keçmişdə bu qaydaya fəhlə və qulluqçuların seyrəl-
dilməsi
deyilirdi, indi bu anlayış işlədilmir).
Dostları ilə paylaş: