Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Radiasiya və kimyəvi müşahidə postu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə17/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   132
Radiasiya və kimyəvi müşahidə postu obyektin ərazisində 
radiasiya və kimyəvi vəziyyətin müşahidəsini apararaq zəhərlə-
mənin  vaxtında  aşkar edilərək MM  qərargahına informasiyanı 
ötürmək  üçün  yaradılır.  Onlar  radiasiya  və  kimyəvi  kəşfiyyat 
cihazları,  müşahidə  və  fərdi  mühafizə  vasitələri  ilə  təchiz  olu-
nur. 
Bütün göstərilən dəstələrlə yanaşı, fövqəladə hallar zamanı 
ərazidə  yerləşən  dövlət  tabeçiliyindəki  tibbi,  baytarlıq,  aqro-
kimyəvi laboratoriyalar, hamam, yuma məntəqələri və s. mülki 
müdafiə sərəncamına verilir. Göstərilən obyektlər radioaktiv və 
zəhərləyici və bioloji vasitələrin zərərsizləşdirilməsi, insanların 
sanitar, heyvanların baytar emalı, paltarların, texnikanın təmiz-
lənməsi üçün mülki müdafiə (MM) xidmətləri tərəfindən istifa-
də olunur.  
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə 
rayonda  yuxarıda  göstərilənlərdən  əlavə  başqa  xidmətlər  də 
(kommunal-texniki xidməti-  rayon kommunal  təsərrüfatı kom-


 
14 
binatı bazası əsasında; mühəndis xidməti - tikinti təşkilatlarının 
bazası  əsasında;  avtomobil  nəqliyyatı  xidməti  –  avtomobil  tə-
sərrüfatları, yol idarələri və digər təşkilatların bazası əsasında; 
maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bi-
lər. Əgər xidmət  bir neçə idarənin  bazası  əsasında  yaradılırsa, 
bu  zaman  həmin  idarələrin  rəhbərlərindən  biri  xidmətin  rəisi, 
qalanları isə onun müavinləri təyin edilir. Rayon xidmətlərinin 
vəzifələri  və  fəaliyyəti  əsasnamələrlə,  təlimatlarla,  habelə  yu-
xarı xidmətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri 
nəzərə  alınmaqla  yuxarı  idarə  rəhbərləri  tərəfindən  müəyyən 
edilir. 
Öz  bazası  əsasında  rayon  xidmətləri  yaradılmış  təşkilatla-
rın imkanlarından asılı olaraq burada komandalar, qruplar, bri-
qadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, icti-
mai  asayişi  mühafizə,  rabitə,  kommunal-texniki,  avtomobil 
nəqliyyatı,  heyvanları  və  bitkiləri  mühafizə  manqalları  təşkil 
edə bilər. Bundan başqa, mülki müdafiə məqsədləri üçün (ştat 
üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, 
habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və 
müəssisələrindən  istifadə  olunur.  Rayonun  və  şəhərlərdən  kö-
çürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasın-
da  baza  xəstəxanaları  idarəsi,  çeşidləmə-köçürmə  hospitalları, 
baş  və  profil  xəstəxanaları,  ilk  yardım  dəstələri  və  epidemiya 
əleyhinə dəstələr yaradılır. 
Mülki  müdafiə  rayon  mərkəzindəki  komanda  məntəqəsin-
dən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin 
şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitə-
ləri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qə-
rargahın  və  xidmətlərin  şəxsi  heyəti,  köçürmə  komissiyası  və 
xidmət qrupu yerləşir. 
Müəssisə  direktorları,  rəhbərləri  mülki  müdafiəyə  cavab-
deh şəxs sayılırlar. Onlara aşağıdakı vəzifələr həvalə olunur: 

 
obyekt  dəstələri  yaratmaq,  onları  lazımi  əmlakla  təchiz 
etmək və bu dəstələrin döyüş hazırlığını təmin etmək; 


 
15 

 
əhaliyə  fövqəladə  halların  (FH)  nəticələrindən  mühafizə 
tədbirlərinin öyrədilməsini təşkil etmək

 
mülki  müdafiə  dəstələri  və  əhali  üçün  xüsusi  əmlak  və 
fərdi  mühafizə  vasitələri  əldə  etmək,  bunları  toplayıb  saxla-
maq; 

 
vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH 
təhlükəsi haqqında vaxtında xəbər vermək; 

 
əhalinin  mühafizəsi  üzrə  tədbirlərin  yerinə  yetirilməsinə 
rəhbərlik etmək; 

 
profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın 
əleyhinə tədbirləri təşkil etmək

 
şəhərlərdən  köçürülmüş    əhalini  və  idarələri  qəbul  edib 
yerləşdirmək; 

 
əhalinin köçürülməsini təşkil etmək

 
xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş bi-
naları hazırlamaq; 

 
dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşü-
nü təşkil etmək; 

 
kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatla-
rının, yemin və su mənbələrinin radioaktiv, kimyəvi maddələr, 
bakterioloji  vasitələrlə  yoluxmadan  mühafizəsi  üzrə  tədbirləri 
yerinə yetirmək; 

 
əkinlərin, su  anbarlarının, meşələrin, otlaqların  və başqa 
kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çı-
xarmaq məqsədilə bu  yerlərə nəzarəti təşkil etmək, habelə on-
ların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək. 
Obyekt  dəstələrinin  hazırlığına  gündəlik  rəhbərliyi  təmin 
etmək  və  mülki  müdafiə  tədbirlərini  planlaşdırmaq  üçün  ob-
yektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə da-
xil  edilən  işçiləri  öz  əsas  vəzifələrindən  ayırmamaq  şərti  ilə) 
yaradılır. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin