Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 459,81 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix07.12.2016
ölçüsü459,81 Kb.
#987
  1   2   3

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 19 dekabr 2012-ci il tarixli 

48 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 



 

 

 



 

 

 



 

 

 



 

SAĞLAMLIQ İMKANLARI MƏHDUD 

UŞAQLARIN AŞKARLANMASI ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı - 2012 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



88.8  

S 18 


 

 

 



 

 

 



 

 

 



S 18 

Sağlamlıq imkanları  məhdud uşaqların aşkarlanması üzrə 

klinik protokol, 2012. – 48 səh.  

 

2



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Klinik protokolun redaktoru:  

C. Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

 

Klinik protokolun tərtibçilər heyəti: 

N. Quliyev 

Səhiyyə Nazirliyinin baş pediatrı,  

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya 

İnstitutunun direktoru, professor, t.e.d.  

R. Rzayev  

Səhiyyə Nazirliyinin baş uşaq nevropatoloqu, 

Azərbaycan Tibb Universitetinin nevrologiya və 

tibbi genetika kafedrasının dosenti, t.f.d. 

S. Bədəlova Uşaq Nevroloji Xəstəxanasının həkimi, 

Uşaqların Sağlam Gələcəyi Təşkilatının 

nevropatoloq-məsləhətçisi, t.f.d. 

A. Məmmədbəyli Azərbaycan Tibb Universitetinin nevrologiya və 

tibbi genetika kafedrasının assistenti, t.f.d.  

N. Abdullayeva 

Azərbaycana Birgə Yardım Təşkilatının Erkən 

Müdaxilə layihəsi üzrə həkim-məsləhətçisi, 

Fizioterapiyanın İnkişafına Kömək Təşkilatının 

rəhbəri 

Z. Nəcəfova 2 

nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi, 

Azərbaycana Birgə Yardım Təşkilatının 

Azərbaycanda həssas təbəqədən olan uşaqların 

ailələrində yaşamalarının təmin edilməsi layihəsi 

üzrə həkim-məsləhətçisi 

Ş. İsmayılova Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları 

şöbəsinin müdiri  



Rəyçilər:  

R. Şirəliyeva 

Ə. Əliyev adına ADHTİ-nin nevrologiya 

kafedrasının müdiri, professor, t.e.d. 

Z. Əliyev  

Azərbaycan Tibb Universitetinin nevrologiya və 

tibbi genetika kafedrasının professoru, t.e.d. 

Bu protokolun hazırlanmasında Azərbaycana Birgə Yardım Təşkila-

tının direktoru Gvendolin Börçel ekspert qismində iştirak etmişdir.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı 



AH anadangəlmə hipotireoz  

AT arterial 

təzyiq  


BMT Birləşmiş Millətlər Təşkilatı 

EEQ elektroensefaloqram  

FKU fenilketonuriya 

 

XBT-10 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

İİV insan 

immunçatışmazlığı virusu 



İƏ 

intellekt əmsalı 



KT 

kompüter tomoqrafiya  



MDB Müstəqil Dövlətlər Birliyi  

MRT maqnit-rezonans 

tomoqrafiya 



MSS 

mərkəzi sinir sistemi 



SN 

Səhiyyə Nazirliyi 



USİ 

uşaq serebral iflici 



USM ultrasəs müayinə 

ÜST Ümumdünya 

Səhiyyə Təşkilatı 



 

İzahlı lüğət 

Sağlam yenidoğulmuş  uşaq – doğulduqdan sonra hər hansı bir 

tibbi müdaxiləyə ehtiyacı olmayan və yaxşı  həyat qabiliyyətini 

saxlayan uşaqdır.  

Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və 

ya fiziki qüsurlar nəticəsində  həyat fəaliyyəti məhdudlaşan, sosial 

yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. 

Sağlamlıq imkanı  məhdud 18 yaşınadək uşaq  – orqanizmin 

ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki 

qüsurlar və  xəstəliklər nəticəsində  həyat fəaliyyəti məhdudlaşan, 

sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır.  Şəxsin həyat 

fəaliyyətinin məhdudlaşması  əlilin və sağlamlıq imkanları  məhdud 

uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

nəzarət, habelə  təhsil almaq, əmək fəaliyyəti ilə  məşğul olmaq 



qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində 

təzahür edir. 



Reabilitasiya  (lat. “rehabilitatio” – bərpa edilmə) ÜST-nin 

tərifinə görə – fərdin, onun üçün maksimal mümkün olan səviyyədə 

fəaliyyətə uyğunlaşdırılması üçün tibbi, sosial, təhsil və  əmək 

tədbirlərinin kompleks şəkildə məqsədyönlü istifadəsidir. 



Tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan 

baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional 

qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və 

kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir. 



Sosial reabilitasiya – əlillərin və sağlamlıq imkanları  məhdud 

uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması, onlara cəmiyyətin 

həyatında iştirak etmək üçün digər vətəndaşlara bərabər imkanlar 

yaradılmasını təmin edən tədbirlər sistemidir. Əlillərin və sağlamlıq 

imkanları məhdud uşaqların sosial müdafiəsi – əlillərin və sağlamlıq 

imkanları 

məhdud uşaqların həyat fəaliyyətinin 

məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya 

edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər 

imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət 

təminatları sistemidir. 

Əlillərin və ya sağlamlıq imkanları  məhdud uşaqların 

reabilitasiyası  – orqanizmin funksiyasının davamlı pozulması 

nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan 

qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji

pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. 

Reabilitasiyanın başlıca məqsədi  əlillərin və sağlamlıq imkanları 

məhdud uşaqların sosial adaptasiyası və sosial statusun reabilitasiya 

olunmasıdır. 

Abilitasiya  (lat. “abilitatio” – rahat, uyğunlaşdırıcı) – fərdin 

xəstəliyi, zədəsi nəticəsində orqanizmin funksional sistemlərinin 

çətinləşmiş  təbii inkişafının formalaşdırılması  və inkişafına 

yönəldilmiş  tədbirlər kompleksidir. Abilitasiya təməli qoyulmamış 

bacarıqların ilkin formalaşması deməkdir.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

İnkişaf ləngiməsi olan uşaq – bu qrupa atipik davranışı olan və ya 

aşağıda göstərilmiş sahələrdən  ən azı birində: öyrənmə, motorika, 

sosial, emosional, adaptasiya, nitq, qavrama (koqnitiv) və 

kommunikativ (ünsiyyət) sferada müəyyən yaş üçün qəbul olunmuş 

bioloji və psixoloji normativlərlə uyğunsuzluğu aşkarlanan uşaqlar 

daxil edilir. Ləngimənin dərəcəsi inkişafın qiymətləndirilməsi üçün 

qəbul olunmuş vasitələrlə ölçülür. 



Risk qrupuna aid uşaq – erkən müdaxilə, sosial və tibbi-pedaqoji 

korreksiya dəstəyinin göstərilmədiyi halda fiziki və (və ya ) psixi 

inkişaf ləngiməsinə yüksək ehtimal olan uşaqdır. 

Kritik (sensitiv) dövr – orqanizmin bütövlükdə  və ya onun 

müəyyən sistemlərinin müxtəlif təsirlərə qarşı  həssaslığının artması 

ilə xarakterizə olunan dövrdür. 

Skrininq – risk qrupuna aid uşaqların aşkarlanması  məqsədilə 

aparılan standartlaşdırılmış kütləvi müayinədir. 



İƏ (ingilis “intelligence quotient” (İQ) – intellekt əmsalı) – xallar 

vasitəsi ilə insanın yaşından asılı olaraq, onun fərdi qabiliyyətlərini 

ölçən testlər toplusu sistemidir. İƏ

-

də standart məntiqi tapşırıqlar 



müəyyən zaman ərzində həll edilməlidir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

Protokol pediatrlar, neonatoloqlar, ailə həkimləri, nevroloqlar və 

uşaq şöbələrinin tibb işçiləri üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: 6 yaşadək uşaqlar. 

Protokol 6 yaşadək uşaqların inkişafdan geri qalmasını erkən 

aşkarlamaq və  əlilliyin qarşısını almaq və ya dərəcəsini azaltmaq, 

bununla da, belə  uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq üzrə 

elmi sübutlara əsaslanan müasir metodik tövsiyələrin verilməsi 

məqsədini daşıyır.  

ÜMUMİ MÜDDƏALAR 

MDB, Mərkəzi və Şərqi Avropa ölkələrindən bir milyondan artıq 

uşaq xüsusi uşaq müəssisələrində yaşayır. Onların əksəriyyəti anadan 

olduqdan dərhal sonra valideynləri tərəfindən atılır və çoxunda 

inkişaf geriliyi müəyyən olunur. Valideynlər tərəfindən imtinanın ən 

yayılmış  səbəbi uşaqlarında psixoloji-fiziki inkişafda problemlərin 

olmasıdır.  

1992-ci ildə Azərbaycan Respublikasının ratifikasiya etdiyi 

BMT-nin Uşaq Hüquqları Konvensiyasında deyilir: erkən yaşlı 

uşaqlar inkişaf geriliyi səbəbindən heç zaman xüsusi müəssisələrə 

yerləşdirilməməlidirlər. Cəmiyyətin ilkin vəzifəsi onların cəmiyyətin 

həyatında tam iştirakı üçün bərabər imkanları  təmin etmək və 

hüquqlarının müdafiəsinə mane olan əngəlləri aradan qaldırmaqdır.  

Beləliklə, inkişaf problemləri olan uşaqların erkən aşkarlanması 

və onların ailələrinə köməklik edilməsi bütün dünyada səhiyyə, təhsil 

və sosial müdafiə üzrə fəaliyyətlərin ən prioritet sahələrindən biridir. 

Ötən  əsrin 70-ci illərinin  əvvəllərində bu istiqamətdə mühüm 

nailiyyətlər  əldə edilmişdir. Nəticədə bir sıra ölkələrdə “Erkən 

müdaxilə” adlanan fəaliyyətlər inkişaf problemləri olan uşaqlar və 

onların ailələrinə  dəstək məqsədi ilə geniş bir sosial layihəyə 

çevrildi.  

Erkən müdaxilə proqramı dedikdə  uşağın inkişafdan geri 

qalmasının və ya inkişafdan geri qalmaq riskinin mümkün qədər tez 

aşkarlanması, uşağa və onun ailəsinə erkən olaraq ixtisaslaşmış, 

psixoloji-tibbi-pedaqoji, sosial və s. yardımın göstərilməsi nəzərdə 

tutulur. 

Erkən uşaqlıq dövrü çox vacib mərhələdir. Bu dövrdə hərəkətlər 

inkişaf edir, qavrama, dərk etmə, nitq, şəxsiyyətin formalaşması və s. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



kimi funksiyalar sürətlə inkişaf etməyə başlayır. Erkən adekvat 

yardım uşağın psixoloji-fiziki inkişafındakı pozğunluqları 

kompensasiya edir və bununla da ikincili pozğunluqları aradan 

qaldırır. Həmçinin, müasir elmi tədqiqatlar göstərir ki, uşaq həyatının 

ilk 6 ili, xüsusilə  də birinci 3 ili, kritik dövrlərin zənginliyi ilə 

fərqlənir (şəkil 1)

Kritik dövr – sinir sistemi və beyin neyronlarının və sinapslarının 

düzgün inkişafı üçün xüsusi stimullar və ya hissi qıcıqlar tələb 

olunan dövrdür. Əgər stimulyasiya baş vermirsə, neyronlarda əlaqəli 

əlamətlərin və bacarıqların inkişafı baş vermir və ya əhəmiyyətli 

dərəcədə ləngimiş olur.  

 

 

 

 

 

 

10



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İNSAN BEYNİNİN İNKİŞAFI 

(şəkil 1) 

http://developingchild.harvard.edu/index.php/resources/reports_and_working_papers

/policy_framework/ www.developingchild.harvard.edu 

 

Ləngimə, adətən, daimi xarakter daşıyır və sonrakı müdaxilə ilə 



bərpa olunmur. Buna görə  də müdaxilə  nə  qədər tez edilərsə, bir o 

qədər də uşaq üçün effektli olar (A)

12

, çünki: 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11



 

uşağın yaşı artdıqca onun orqanizminin “plastiklik” imkanları 

məhdudlaşır 

 



uşağın yaşına uyğun bacarıqlarının formalaşması ləngiyir 

 



fərdə və fərdin ətraf mühitə olan sosial tələbləri artır 

Aşağıdakıları  nəzərə alaraq erkən müdaxilə  uşaq həyatının ilk 

günlərindən və həftələrindən başlanmalıdır (A)

12

 və nəticədə: 



 

uşağın psixomotor inkişafındakı pozulmalar daha effektiv 



kompensasiya olunur  

 



ikincili pozulmalar yüngülləşir və ya tamamilə qarşısı alınır 

 



erkən müdaxilə proqramlarının, inteqrasiyalı  məktəbəqədər 

təhsil və valideynlərə  dəstək xidmətlərinin təşkili uşağın 

xüsusi müəssisəyə yerləşdirilməsinə nisbətən dövlətə ucuz 

başa gəlir 

 

ailənin keçirdiyi stressi və  uşağın cəmiyyətdən təcrid 



olunmasını aradan qaldırır 

Beləliklə erkən müdaxilə sistemi bir neçə  məsələnin həllinə 

yönəlib: 

 



uşaqların psixoloji-fiziki inkişafındakı problemlərin erkən 

aşkarlanması və diaqnostikası 

 Diaqnozun 

vaxtında müəyyənləşdirilməməsi aşağıda göstərilən-

lərlə nəticələnə bilər: 

 



Müalicənin gecikdirilməsi 

 



Abilitasiya və reabilitasiya tədbirlərinin ləngidilməsi 

 



Fərdin həyat fəaliyyətinin məhdudlaşması 

Uşaqda inkişaf geriliyi müəyyənləşdikdən sonra məqsədyönlü 

fəaliyyətə başlananadək müddət maksimum azaldılmalı, valideynlərə 

təlim keçilməlidir. Uşaq doğulduqdan sonra və bütün həyatı boyu 

onun təhsili üçün müvafiq mühit yaradılmalıdır. 

Uşaqda inkişaf problemlərinin erkən aşkarlanması prosedurları 

bütün uşaqlar üçün skrininq müayinələri şəklində təşkil edilməlidir.  

Skrininq – tibbi profilaktikanın  əsas sahələrindən biridir. Klinik 

əlamətlər meydana çıxanadək xəstəliyin skrininq yolu ilə 

aşkarlanması erkən uşaq  əlilliyinin qarşısını almağa və ölkə 

büdcəsindən ayrılmış böyük vəsaitlərin qənaətinə gətirir (С)

12



Neonatal skrininqin nümunəsi kimi fenilketonuriya (FKU) (A)

15



anadangəlmə hipotireoz (AH) (A)

13

  və audioloji skrininq 



proqramlarını göstərmək olar.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

Epidemiologiya 

ÜST-nin məlumatına görə dünya əhalisinin 15%-də, yəni            

1 milyarddan artıq insanda (2010-cu ildə aparılan tədqiqatlara 

əsasən)  əlilliyin hər hansı bir forması qeyd olunur. Bu göstərici   

ÜST-nin 1970-ci illərdə apardığı araşdırmanın nəticəsi olan 10%-dən 

daha yüksəkdir. Uşaq əlilliyinin araşdırılmasının (0-14 yaş) nəticələri 

“Xəstəliklərin qlobal təsiri haqqında məruzə”də verilir. Bu 

araşdırılmaya əsasən 95 milyon (5,1%) uşaqda əlillik qeyd olunur ki

bunlardan 13 milyonunda (0,7%) əlillik ağır formadadır.  

Azərbaycan Respublikası SN-nin məlumatına görə Azərbaycanda 

uşaq  əlilliyinin yaş kateqoriyaları üzrə müqayisəli göstəriciləri 

Cədvəl 1-də verilir:  

Cədvəl 1 

Yaş kateqoriyası 

Patologiya 

5 yaşa


qədər 

(2010)


5 yaşa

qədər


(2011)

1,5-3 


yaş 

(2010)


1,5-3 

yaş 


(2011)

4-6 


yaş 

(2010)


4-6 

yaş 


(2011) 

Eşitmə qabiliyyəti 

olmayan uşaqlar 

16 


14 71  60 144 168 

Zəif eşidən uşaqlar 

19 

18 118 103 285 290 



Görmə qabiliyyəti 

olmayan uşaqlar 

26 

6 21 38 58 60 



Zəif görən uşaqlar 

39 


43 371 233 1096 1036 

Əqli inkişafı ləngiyən 

uşaqlar 

39 


51 297 272 691 731 

Nitq pozulmaları olan 

uşaqlar 

34 


41 514 451 804 854 

Poliomielit və USİ olan 

97 

90 314 326 621 726 



Dayaq-hərəkət 

sisteminin pozulmaları 

olan uşaqlar 

5 94 95 166 187 



Cədvəldən göründüyü kimi, sadalanan patologiyaların aşkarlan-

ması uşaqlıq dövrünün daha böyük yaşlarında baş verir. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13



 

Daun sindromu: 0-13 yaşadək uşaqlardan 2010-cu il üçün – 

296-sı, 2011-ci il üçün – 336-sı dispanser qeydiyyatındadır; 

2011-ci ilin sonuna 0-1 yaşadək qeydiyyata alınan uşaqların 

sayı isə 42-dir. 

 



Psixoloji-nevroloji pozulmalar 2010-cu il üçün: 

yenidoğulmuşların 30-40 %-i, 18 yaşadək uşaqların 10 000 

nəfərdən 118,5-i, sağlamlıq imkanları məhdud olan uşaqların 

10 000 nəfərdən 22,9-i, psixoloji-nevroloji pozulmalarla 

əlaqədar yeni əlillik halları 10 000 nəfərdən 8,8-də müşahidə 

olunur. 


Anadangəlmə və sonradan qazanılmış

 

inkişaf pozğunluqları olan, 



sosial baxımdan qeyri-qənaətbəxş ailələrdən olan uşaqların (qaçqın, 

tək valideynli, aztəminatlı, evsiz və s.) sağlamlıqlarını  təmin etmək 

üçün erkən müdaxilə zəruridir. 


Yüklə 459,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin