Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 2.99 Mb.
Pdf просмотр
səhifə1/3
tarix10.12.2016
ölçüsü2.99 Mb.
  1   2   3

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 fevral 2014-cü il tarixli 

05 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

YENİDOĞULMUŞLARDA TƏNƏFFÜS 

POZUNTULARI ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57.3 

Y 52 


 

 

 



 

 

 



 

 

 



Y 52  Yenidoğulmuşlarda tənəffüs pozuntuları üzrə klinik protokol, 

2014. – 40 səh. 

 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 



tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 



 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

Tərtibçilər: 

F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,        

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

direktoru, dosent, t.f.d., RS/AP üzrə Milli 

Koordinator, tərtibçilər qrupunun rəhbəri 

S.Ələsgərova Azərbaycan Tibb Universitetinin Neonatologiya 

kafedrasının dosenti, t.f.d. 

F.Qarayev 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının 

dosenti, t.f.d. 

Z.Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Neonatologiya bölməsinin baş elmi işçisi, t.f.d. 

M.Rzayeva 

Respublika Perinatal Mərkəzinin Neonatologiya 

şöbəsinin müdiri  

S.Haqverdiyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Yenidoğulmuşlar şöbəsinin həkim-neonatoloqu 

D.Şirinova 

Respublika Perinatal Mərkəzinin Neonatologiya 

şöbəsinin həkim-neonatoloqu 

E.Zeynalova 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının 

assistenti 

Ş.İsmayılova Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin 

müdiri  


A.Lyubşis ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 

maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin Ana və Uşaq Sağlamlığı 

üzrə baş məsləhətçisi, həkim-neonatoloq, t.e.d. 

İ.Zahare ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 

maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin beynəlxalq məsləhətçisi

həkim-neonatoloq 



Rəyçi

N.Quliyev Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına 

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 

professor, t.e.d.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 

Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 

icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





İxtisarların siyahısı 

ASV   

 

ağciyərlərin süni ventilyasiyası  



AT    

 

arterial təzyiq 



CPAP  

  daimi müsbət təzyiq  

(continuous positive airway pressure)  

EKQ  

  elektrokardioqram 

FiO

2

  

  nəfəsalma qaz qarışığında oksigenin fraksiyası 

  (fraction of inspired oxygen

FQH     funksional 

qalıq həcm  

(FRC – functional residual capacity

XBT-10 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış

 

MAP 

tənəffüs yollarından daimi orta təzyiq  

 

(mean airway pressure



MSS   

 

mərkəzi sinir sistemi 



PaCO

2

  

 



karbon  qazının parsial təzyiqi  

 

 



 

 

(partial pressure of arterial carbon dioxide



PaO

2

     


oksigenin parsial təzyiqi  

 

 



 

 

(partial pressure of arterial oxygen)



  

PEEP  

nəfəsvermənin sonunda müsbət təzyiq  

 

 (positive end-expiratory pressure



PIP 

nəfəsalmada maksimal təzyiq  

 

(peak inspiratory pressure



RDS   

 

respirator distres sindromu  



SaO

2

      


oksigen ilə doyma (oxygen saturation)

  

SpO



2

    

 

pulsoksimetriya üçün cihaz 



ТсСО

2

    


karbon qazının transkutan yolu ilə  müəyyən edilməsi 

 

 



 

 

(transcutaneous carbon dioxid pressure) 



TÇ  

 

 

tənəffüs çatışmazlığı 



TQM     turşu qələvi müvazinəti 

TPS   

 

tənəffüs pozuntusu sindromu 



TS  

 

 



tənəffüslərin sayı  

ÜDS  

  ürək döyüntülərinin sayı  

YPAH  

yenidoğulmuşların persistəedən ağciyər hipertenziyası 

(PPHN – persistent pulmonary hypertension of the 

newborn

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Protokol  pediatr, neonatoloq, reanimatoloq, tibb universitetinin 

tələbələri və yenidoğulmuş  uşaqlara xidmət göstərən tibb bacıları 

üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: yenidoğulmuşlar. 

Protokol yenidoğulmuşlarda neonatal xəstəliklərin, ciddi 

ağırlaşmaların, neonatal ölümün qarşısının alınması 

və 

yenidoğulmuşlara tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üzrə 



sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini 

daşıyır.  



ÜMUMİ MÜDDƏALAR 

 

Tənəffüs pozuntusu qanın normal qaz tərkibinin təmin 



edilməməsi ilə  səciyyəvi olan və ya onun təmin edilməsi üçün 

tənəffüs orqanları  və ürəyin daha intensiv işini tələb edən patoloji 

haldır.  

Yenidoğulmuşlarda tənəffüs sisteminin morfoloji xüsusiyyətləri: 

 

tənəffüs üzvlərinin nisbətən kiçik ölçüdə olması  və onların 



morfoloji inkişafının başa çatmaması 

 

burun keçəcəyinin dar olması  və  aşağı burun keçəcəyinin 



olmaması 

 

dil nisbətən böyük olduğundan qırtlaq üstünün arxadan tutulması 



nəticəsində ağızdan nəfəsalmanın mümkün olmaması 

 

traxeyanın qıfabənzər, boşluğunun dar və divarlarının batıq, 



qığırdağın yumşaq olması və asanlıqla yapılması 

 

bronxların qısa və geniş olması, bronxiolaların isə daha dar 



olması 

 

yuxarı  tənəffüs yollarının selikli qişalarının qan damarları ilə 



zəngin, ödemə meyilli olması, elastik toxumanın zəif inkişaf 

etməsi 

 

ağciyər toxumasının az havalı, sinusların arakəsmələrinin isə 



birləşdirici toxuma və qan damarları ilə  zəngin olması, elastik 

toxumanın kifayət qədər olmaması 

 

tənəffüsün dərinliyinin xeyli aşağı olması, bu da ağciyərlərin 



kütləsinin azlığı  və döş  qəfəsinin quruluş xüsusiyyəti ilə 

əlaqədardır (döş  qəfəsinin ön-arxa və yan ölçüləri təxminən 

bərabərdir, qabırğalar onurğadan düz bucaq altında ayrılır) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

ağciyərləri örtən plevranın nisbətən qalın və payarası 



arakəsmələrin büküşlü olması (bu sahələrdə patoloji ocaqlar daha 

çox əmələ gəlir) 

 

ağciyərlərin ayrı-ayrı hissələrində tənəffüs səthinin qeyri-bərabər 



formalaşması 

 

alveollar arasında Kon məsamələri və Lamberti kanalcıqlarının 



inkişaf etməməsi 

Yenidoğulmuşlarda tənəffüsün fizioloji xüsusiyyətləri: 

 

oksigenə olan tələbat (6 ml/kq/dəq.) böyüklərə nisbətən               



(3 ml/kq/dəq.) iki dəfə çoxdur 

 

tənəffüs sisteminin quruluşundan asılı olaraq tənəffüsün həcmi 



nisbətən stabildir 

 

ağciyərlərin dəqiqəlik ventilyasiyası tənəffüsün həcmindən deyil, 



daha çox tənəffüsün tezliyindən asılıdır 

 

funksional qalıq həcmi (FQH) oyaq uşaqda böyüklərdəki 



qədərdir (bədən kütləsi hesabı ilə) 

 

dəqiqəlik alveolar ventilyasiya ilə FQH-nin nisbəti hipoksiya, 



apnoe və anesteziya şəraitində iki dəfəyə qədər artır 

Yenidoğulmuşlarda  əlavə  cəhd etmədikdə  və hemoqlobinin 

oksigenlə doyma dərəcəsi 88-94% olduqda tənəffüsün tezliyinin 

dəqiqədə 40-60 olması normal sayılır. 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

P22 Yenidoğulmuşların tənəffüs pozğunluğu [distres] 

Çıxarılıb: yenidoğulmuşda tənəffüs çatmamazlığı 

(P28.5) 


P22.0 Yenidoğulmuşun tənəffüs pozğunluğu [distresi]  

 sindromu 

Hialin membran xəstəliyi 



P22.1 Yenidoğulmuşda tranzitor taxipnoe 

P22.8 Yenidoğulmuşun digər tənəffüs pozğunluqları  

 [distresləri] 

P22.9 Yenidoğulmuşun dəqiqləşdirilməmiş tənəffüs  

 pozğunluğu [distresi] 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Yenidoğulmuşlarda tənəffüs pozuntularının risk amilləri 

Ana tərəfindən: 

  çoxmayelilik və ya azmayelilik 



  hamiləliyin pozulma təhlükəsi 

  vaxtından əvvəl doğuş 



  xorioamnionit 

  dölyanı mayenin vaxtından əvvəl axması  



  dölyanı mayedə mekoniumun olması 



Körpə tərəfindən: 

  vaxtından əvvəl doğulma 



  asfiksiya 

  hipotermiya 



Tənəffüs pozuntularının əsas səbəbləri 

Ağciyər mənşəli: 

  hialin membran xəstəliyi  



  yenidoğulmuşların tranzitor taxipnoesi 

  mekonial aspirasiya sindromu 



  anadangəlmə və ya qazanılmış pnevmoniya 

  pnevmotoraks 



  ağciyərlərin hipoplaziyası 

  yuxarı tənəffüs yollarının obstruksiyası 



  törəmələr 

  ağciyər qanaxmaları 



  anadangəlmə inkişaf qüsurları (diafraqmal dəbəlik və s.) 



Ağciyərdənkənar: 

  ürək çatışmazlığı 



  yenidoğulmuşların persistəedən ağciyər hipertenziyası (PPHN) 

  anadangəlmə ürək qüsurları 



  MSS zədələnmələri (doğuş travmaları, mədəcikdaxili 

qansızma, beyin ödemi) 

  asfiksiya 



  hipoqlikemiya 

  hipotermiya 



  polisitemiya 

  metabolik pozuntular (asidoz və s.) 



  sinir-əzələ pozuntuları 

  tənəffüs mərkəzinə təsir göstərən dərmanlar 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10 

Tənəffüs çatışmazlığının klinik əlamətləri 

Taxipnoe    tənəffüslərin sayının (TS) dəqiqədə 60-dan çox 

olmasıdır, bu da ventilyasiya və oksigenasiyanın adekvat olmadığını 

göstərir (bax: Əlavə 1). Taxipnoenin səbəbləri: 

  qanda karbon qazının miqdarının artması (PaCO



2

↑)  


  qanda oksigenin miqdarının azalması (PaO

2

↓) 


 

Mərkəzi sianoz – qanda oksigenlə doymamış hemoqlobinin 

miqdarın artmasını, bir qayda olaraq 30-50 q/l-dən çox olmasını 

göstərir, ürək fəaliyyətinin dekompensasiyası  və  mərkəzi sinir 

sisteminin yatırılması, dəri örtüyü və selikli qişaların göyərməsi, 

metabolik pozuntularla müşayiət olunur.  

 

Səsli tənəffüs  hissəvi daralmış səs yarığından havanın keçməsi 

nəticəsində yaranır. Alveolar qaz mübadiləsini uzatmaq məqsədilə 

nəfəsvermə zamanı  ağciyərlərin həcminin artırılmasına yönələn 

qeyri-iradi cəhddir. 



 

İniltili tənəffüs  – tənəffüs vaxtı alveollarda qalıq havanın 

həcminin saxlanmasına kömək edir (alveollar boşalan zaman 

döşqəfəsidaxili təzyiqin artması). 

 

Burun qanadlarının gərilməsi (körüklənməsi)  – havanın 

keçməsi üçün müqaviməti azaldır. Tənəffüsün artırılması  cəhdini 

göstərməklə çox vaxt respirator distresin ilk əlamətlərindən sayılır. 

 

Tənəffüs aktında yardımçı  əzələlərin iştirakı  – döş  qəfəsi ilə 

funksional cəhətdən  əlaqədar olan bir qrup əzələnin ventilyasiyanın 

artırılmasına yönəldən kompensator mexanizmdır.  Bu  vaxt  cəlb 

olunan əzələlərin sayının çoxluğu tənəffüs çatışmazlığının ağırlığını 

göstərir. Nəfəsalma aşağıdakı sadalanan əzələlərin retraksiyası 

(gərilməsi) ilə müşayiət olunur: 

  qabırğalar arası 



  döş sümüyü altı 

  qabırğa qövsü altı 



  döş sümüyü üstü 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11 

Səthi tənəffüs  döş qəfəsinin kifayət qədər ekskursiya etməməsi, 

zəif tənəffüs hərəkətləri. 



 

Hərəki fəallığın azalması  spesifik əlamət olmasa da (MSS-nin 

zədələnmələrində, sepsisdə  də ola bilər), TPS-yə dair digər 

əlamətlərlə yanaşı ona da fikir vermək lazımdır. 

 

Apnoe  – tənəffüsün 20 saniyədən çox dayanmasıdır və 

bradikardiya və sianozla müşayiət olunur. 

  mərkəzi apnoe – döş qəfəsində hərəkət qeyd olunmur, hava 



axını yoxdur 

  obstruktiv apnoe – döş qəfəsində aktivlik saxlanılır, hava 



axını yoxdur 

 

Əgər körpədə yuxarıda göstərilən əlamətlərdən ikisi və ya daha 

artıq qeyd olunarsa, bu tənəffüs çatışmazlığını göstərir.  

 

Vaxtında doğulan uşaqlarda tənəffüs çatışmazlığının (TÇ) 



dərəcəsi Downes cədvəli ilə qiymətləndirilir (bax: Cədvəl 1). 

Cədvəl 1. Downes cədvəli 

Balla qiymətləndirmə 

Klinik əlamətlər 





Sianoz  


yoxdur 

otaq havası ilə 

nəfəs aldıqda 

FiO


2

*

 



40 % 

olduqda 


Retraksiya  

yoxdur 


zəif 

aşkar 


İniltili tənəffüs 

yoxdur 


stetoskopla 

eşidilir 

kənardan 

eşidilir 

Hava keçiriciliyi  

sərbəstdir 

ləngiyib və ya 

zəifləyib 

çox zəfdir 

Tənəffüslərin sayı 

dəqiqədə 60-a 

qədər 


60-80 

80-dən çox və 

ya apnoe 


Каталог: file -> protokol
protokol -> Klinik protokol Az ərbaycan Respublikas
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 08 fevral 2010-cu il tarixli


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə