Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0.77 Mb.
PDF просмотр
səhifə1/9
tarix14.12.2016
ölçüsü0.77 Mb.
  1   2   3   4   5   6   7   8   9

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Az

ərbaycan Respublikası Sə

hiyy

ə

Nazirliyi

kollegiyasının 23 iyun 2014

-cü il tarixli

31 saylı qərarı ilə

t

əsdiq edilmişdir

ÜR

ƏK

-DAMAR X

ƏSTƏLİKLƏRİNİN

PROFİLAKTİKASI ÜZRƏ

KLİNİK PROTOKOL

Bakı 

- 2014

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



2

54.10


Ü 53

Ü 53 Ürək-damar xəstəliklərinin profilaktikası üzrə klinik protokol.

– B.: “NEYOSTAR” MMC, 2014. – 80 səh. Tiraj 5000.

Bu  klinik  protokol  ABŞ-ın  Beynəlxalq  İnkişaf  Agentliyi 

tərəfindən  maliyyələşdirilən  “Azərbaycanda  Səhiyyənin 

Gücləndirilməsi”  Layihəsinin  dəstəyi  ilə hazırlanmışdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



3

Redaktor:

C.Məmmədov

Səhiyyə Nazirliyi  İctimai  Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d.



Tərtibçilər:

C.Məmmədov

Səhiyyə Nazirliyi  İctimai  Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

F.Quliyev

Səhiyyə Nazirliyinin  baş  kardioloqu,  Ə.  Əliyev 

adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə

İnstitutunun  prorektoru,  Kardiologiya  kafedrasının 

müdiri, professor, t.e.d. 

R.Qabulova

Azərbaycan  Tibb  Universitetinin 

I  Daxili 

xəstəliklərin  propedevtikası  kafedrasının  dosenti, 

t.f.d.


K.Zahidova

Ə.Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə

İnstitutunun 

Kardiologiya 

kafedrasının dosenti, t.f.d. 

T.Musayev

Səhiyyə Nazirliyi  İctimai  Səhiyyə və İslahatlar 

Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri

Ş.İsmayılova

Səhiyyə Nazirliyi  İctimai  Səhiyyə və İslahatlar 

Mərkəzinin  Tibbi  keyfiyyət  standartları  şöbəsinin 

müdiri 

Rəyçilər:

A.Baxşəliyev

C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya 

İnstitutunun  direktoru,  Respublika  Kardioloqlar 

Cəmiyyətinin sədri, professor, t.e.d.

M.Baxşıyev

Azərbaycan  Tibb  Universitetinin 

I  Daxili 

xəstəliklər 

reanimatologiya 



kafedrasının 

əməkdaşı, professor, t.e.d.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



4

Mündəricat

İxtisarların siyahısı.............................................................................. 5

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri ................ 6

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası............................................ 7

XBT-10 üzrə təsnifat........................................................................... 8

Ümumi müddəalar .............................................................................. 9

Anlayışlar.......................................................................................... 10

ÜDX-nin risk amilləri....................................................................... 16

Tütünçəkmə ...................................................................................... 24

Qidalanma......................................................................................... 29

Fiziki aktivlik.................................................................................... 35

Bədən çəkisi...................................................................................... 39

Arterial hipertenziya ......................................................................... 41

Arterial hipertenziyanın müalicəsi.................................................... 43

II tip şəkərli diabet zamanı ÜDX-nin müalicəsinin xüsusiyyətləri .. 49

Lipidlər ............................................................................................. 50

Davranışın dəyişdirilməsi prinsipləri................................................ 53

Əlavə 1. Fiziki aktivliyin intensivliyinin monitorinqi ...................... 56

Əlavə 2. Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və Avropa 

Ateroskleroz Cəmiyyətinin tövsiyələri ............................................. 57

Əlavə 3. Ürək-damar və ya serebrovaskulyar xəstəlikləri müəyyən 

edilmiş xəstələrdə antitrombositar terapiya...................................... 61

Əlavə 4. Həyat tərzinin yaxşılaşdırılması prosesinə yardım edən          

“10 strateji addım”............................................................................ 62

Əlavə 5. ÜDX-nin profilaktikasında pasiyentlə effektiv qarşılıqlı 

ünsiyyət prinsipləri ........................................................................... 63

Ədəbiyyat.......................................................................................... 64

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



5

İxtisarların siyahısı

AÇF

angiotenzin çevirici ferment



AKŞ

aorta-koronar şuntlanma 



ASLP

aşağı sıxlıqlı lipoproteinlər



AT

arterial təzyiq



AH

arterial hipertenziya



BKİ

Bədən Kütləsi İndeksi



CRZ

C reaktiv zülal



ÇASLP

çox aşağı sıxlıqlı lipoproteinlər



DAT

diastolik arterial təzyiq



DKM

dərialtı koronar müdaxilələr



EKQ

elektrokardioqram



HbA1с

qlikolizə olunmuş hemoqlobin



XBX

xronik böyrək xəstəliyi 



XBT-10

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış



XS

xolesterin



KKS

kəskin koronar sindrom



LpPLA2 lipoproteinlə bağlı fosfolipaza

miokard infarktı



NƏT

nikotin əvəzedici terapiya



QFS

qlomerulyar filtrasiya sürəti 



QT

qan təzyiqi



RA

risk amili/amilləri



SAT

sistolik arterial təzyiq



SMH

sol mədəciyin hipertrofiyası



SMKİ

sol mədəciyin kütlə indeksi



ŞD

şəkərli diabet



TÇİ

topuq-çiyin indeksi



TQ

triqliseridlər



ÜDX

ürək-damar xəstəlikləri



ÜXS

ümumi xolesterin



ÜİX

ürəyin işemik xəstəliyi



YSLP

yüksək sıxlıqlı lipoproteinlər

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



6

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri

Sübutların 

etibarlılıq 

dərəcəsi

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri)

Ia

Sübutlar  meta-analiz,  sistematik  icmal  və

ya 

randomizasiya  olunmuş  klinik  tədqiqatlardan  (RKT) 



alınmışdır

Ib

Sübutlar ən azı bir RKT-dən alınmışdır



IIa

Sübutlar  ən  azı  bir  yaxşı  planlaşdırılmış,  nəzarət 

edilən, 

randomizasiya 

olunmamış 

tədqiqatdan 

alınmışdır

IIb

Sübutlar  ən  azı  bir  yaxşı  planlaşdırılmış  kvazi-

eksperimental tədqiqatdan alınmışdır

III

Sübutlar  təsviri  tədqiqatdan  (məsələn,  müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır



IV

Sübutlar  ekspertlərin  rəyinə və ya  klinik  təcrübəyə

əsaslanmışdır

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



7

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası

Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi

Tövsiyələrin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi

A

RKT-lərin 

yüksək 

keyfiyyətli 



meta-analizi, 

sistematik  icmalı  və

ya  nəticələri  uyğun 

populyasiyaya  şamil  edilə bilən,  sistematik  səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.

Sübutların etibarlılıq dərəcəsi Ia.



B

Kohort  və ya  klinik  hal  - nəzarət  tipli  tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud

Sistematik  səhv  riski  çox  aşağı  olan  (++)  yüksək 

keyfiyyətli  kohort  və ya  klinik  hal  - nəzarət  tipli 

tədqiqat, yaxud

Nəticələri  uyğun  populyasiyaya  şamil  edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT.

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.

C

Nəticələri  uyğun  populyasiyaya  şamil  edilə bilən, 

sistematik  səhv  riski  yüksək  olmayan  (+)  kohort  və

ya  klinik  hal  - nəzarət  tipli  və ya  nəzarət  edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT.

Sübutların etibarlılıq dərəcəsi IIb.

D

Klinik hallar seriyasının təsviri, yaxud

Nəzarət edilməyən tədqiqat, yaxud

Ekspertlərin rəyi.

Yüksək  səviyyəli  sübutların  mövcud  olmamasının 

göstəricisidir.

Sübutların etibarlılıq dərəcəsi III və IV.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



8

Protokol ilkin  səhiyyə xidmətləri  göstərən  tibb  müəssisələrində

çalışan kardioloq, ailə həkimi, terapevt, diyetoloq, psixoloq və digər 

aidiyyəti mütəxəssislər üçün nəzərdə tutulub.

Pasiyent  qrupu:  bütün  əhali,  o  cümlədən  kardiovaskulyar  risk 

qrupuna daxil olan şəxslər.



Protokol  ürək-damar  xəstəlikləri  səbəbindən  baş  verən  ölüm 

hallarının azaldılması və əhalinin həyat keyfiyyətinin artırılması üçün 

aparılan 

ürək-damar 

xəstəliklərinin 

onların 



müxtəlif 

ağırlaşmalarının  profilaktikası  üzrə sübutlu  təbabətə əsaslanan 

müasir metodoloji tövsiyələrin verilməsi məqsədini daşıyır.

XBT-10 ÜZRƏ TƏSNİFAT

Z00

Müəyyən  edilmiş  diaqnozu  və şikayəti  olmayan  şəxslərin 

ümumi baxışı və müayinəsi

Çıxarılıb: inzibati məqsədlərlə tibbi müayinə (Z02.–)

xüsusi skrininq müayinəsi (Z11–Z13)



Z00.0 Ümumi tibbi baxış

Sağlamlığın ƏGO yoxlanması

Dövri baxış (illik) (fizikal)

Çıxarılıb: sağlamlığın ümumi yoxlanması:

əhalinin müəyyən qruplarının (Z10.–)

südəmər və erkən yaşlı uşaqların (Z00.1)

Z03.4 Miokard infarktına şübhə olduqda müşahidə

Z03.5 Ürək-damar sisteminin digər xəstəliklərinə şübhə olduqda 

müşahidə

Z10

Müəyyən  əhali  qruplarının  sağlamlığının  ümumi  rutin 

yoxlanması

Çıxarılıb: inzibati məqsədlərlə tibbi müayinə (Z02. –)

Z10.8 Digər  müəyyən  əhali  qruplarının  sağlamlığının  cari 

ümumi yoxlanışı

Məktəblilər

Tələbələr

Z82.3 Ailə anamnezində insult

I60–I64 rubrikalarında təsnif olunan hallar



Z82.4 Ailə anamnezində ürəyin işemik xəstəliyi və ürək-damar 

sisteminin digər xəstəlikləri

I00–I52, I65–I99 rubrikalarında təsnif olunan hallar

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



9

ÜMUMİ MÜDDƏALAR

Aterosklerotik mənşəli ÜDX, xüsusən ÜİX, bütün dünyada erkən 

yaşda  ölümlərin  əsas  səbəbi  olan  xronik  xəstəliklərdir.  ÜDX  əhali 

arasında  əlilliyin  və əmək  qabiliyyətinin  itirilməsinin  aparıcı 

səbəbidir

1

.  ÜDX-nin  inkişafı  həyat  tərzi,  xüsusən  tütünçəkmə, 



qidalanma,  fiziki  aktivlik,  eləcə də psixo-sosial  amillərlə sıx 

əlaqəlidir

178

.

ÜDX-nin  profilaktikası  onun  təsirinin  və ya  ÜDX  ilə əlaqəli 



əlilliyin  aradan  qaldırılmasına  və ya  azaldılmasına  yönəldilmiş 

ictimai  və

ya  fərdi  səviyyədə

həyata  keçirilən  tədbirlər 

kompleksindən ibarətdir. ÜİX səbəbindən baş verən ölüm hallarının 

azalmasının  50%-i  risk  faktorlarına  təsir  etməklə,  40%-i  isə

müalicənin  yaxşılaşdırılması  ilə əldə edilir,  bu  da  profilaktikanın 

effektiv olmasından xəbər verir

56

.

ÜDX-nin  profilaktikası  ideal  şəkildə hələ antenatal  inkişaf 



dövründə başlayır və həyat boyu davam edir.

Ənənəvi  olaraq  ÜDX-nin  profilaktikası  birincili  və ikinciliyə

bölünür. 

Birincili profilaktikaya dair iki yanaşma strategiyası mövcuddur: 

bütün  əhaliyə yönəldilmiş  strategiya  və yüksək  risk  strategiyası

134


Bütün əhaliyə yönəldilmiş strategiya həyat tərzinin dəyişdirilməsi və

ətraf  mühitin  yaxşılaşdırılması  (məsələn,  tütünçəkmənin  qadağan 

edilməsi  və qida  vasitəsi  ilə duzun  qəbulunun  azaldılması)  kimi 

tədbirlər  vasitəsi  ilə ÜDX-nin  əhali  səviyyəsində azaldılmasına 

istiqamətlənir.

Yüksək  risk  strategiyası  isə profilaktik  tədbirləri  ÜDX-si 

olmayan  və eyni  zamanda  çox  yüksək  risk  qrupuna  aid  olan 

insanlarda  (məsələn,  bir  neçə risk  amillərinin  birləşməsi  hallarında: 

tütünçəkmə,  yüksək  arterial  təzyiq,  şəkərli  diabet  və ya 

dislipidemiya) risk amillərinin azaldılmasına istiqamətləndirilir.

İkincili  profilaktika  artıq  ÜDX  diaqnozu  qoyulmuş  insanlarda 

aparılır

134


.

Ümumiyyətlə, ÜDX-nin profilaktikasının bünövrəsi sağlam həyat 

tərzindən, ənənəvi risk amillərinin təsirinin azaldılmasından, eləcə də

kardioprotektor  terapiyasının  seçilmiş  şəkildə tətbiq  edilməsindən 

ibarətdir.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10

ANLAYIŞLAR

ÜDX  riski bu  və ya  digər  RA-nın  kombinasiyasının 

ümumiləşdirilmiş  göstəricisidir  ki,  ölümcül  və qeyri-ölümcül  ürək-

damar  fəsadlarının  proqnozlaşdırılmış  yaranma  riskinin  dərəcəsini 

faizlə ifadə edir.



Ümumi risk  insanda aterosklerotik  genezli ölümcül  ürək-damar 

hadisəsinin  müəyyən  dövr  ərzində baş  verməsinin  faizlə ifadə

edilmiş ehtimal dərəcəsidir. Məsələn, 10 il ərzində 15% mütləq risk

həmin  şəxsin  yaxın  10 il  ərzində  aterosklerotik  genezli  ÜDX-dən 

vəfat  etməsi  ehtimalının  15%  olmasını  ifadə  edir.  ÜİX-nin  klinik 

əlamətləri  olmayan  insanlarda  ÜDX-nin  əmələ  gəlməsinin  ümumi 

riskinin qiymətləndirilməsi məqsədi ilə SCORE (Systemic ronary 

Risk  Evaluation - koronar  riskin  sistemli  qiymətləndirilməsi) 

şkalasından istifadə olunur. Həmin şkala 10 il ərzində aterosklerozla 

bağlı  ölüm  hallarının  baş  verməsi  riskini  müəyyən  etməyə imkan 

verir.


Nisbi  risk  insan  həyatının  ayrıca  bir  dövründə ÜDX-nin  əmələ

gəlməsi  ehtimalı  dərəcəsini  ifadə edir.  Nisbi  risk,  adətən,  risk 

amil(lər)i təsiri altında olan əhali arasında baş vermiş ÜDX hallarının 

risk amil(lər)i təsiri altında olmayan oxşar əhali arasında olan ÜDX 

hallarına  nisbəti  kimi  hesablanır.  Beləliklə nisbi  risk,  məsələn, 

tütünçəkmə kimi  risk  amilinin  mövcudluğu  xəstəliyin  baş  verməsi 

ehtimalının necə artırdığını göstərir.

SCORE şkalası  10  il müddətində ÜDX-dən  ölüm  riskinin 

qiymətləndirilməsi  üçün işlənib  hazırlanmışdır.  Yüksək ÜDX  riski 

və aşağı ÜDX  riski  olan  ölkələr  üçün  SCORE  şkalasının  iki 

modifikasiyası 

mövcuddur. 

SCORE


şkalasının 

müəllifləri 

Azərbaycanı  yüksək  risk  olan  ölkələrə aid  etdikləri  üçün  hazırkı 

protokolda  məhz  yüksək  risklə qarşılaşan  ölkələr  üçün  nəzərdə

tutulan şkala verilmişdir. SCORE şkalası tək ÜİX səbəbindən deyil, 

eləcə də Mİ  və ya  aorta  anevrizmasının  parçalanması  kimi 

aterosklerozun bütün  ölümcül  fəsadlarının  risklərini  qiymətləndirir. 

SCORE  şkalası  ölümcül  və ya  qeyri-ölümcül fəsadların  əmələ

gəlməsi  riskini  deyil,  məhz  ÜDX  səbəbindən  ölüm  riskini 

qiymətləndirir (B)

37

. Şkalada cins, yaş, tütünçəkmə, SAT və ÜXS-nin 



səviyyələri  nəzərə alınır.  SCORE  şkalası  ümumi  riskin  müəyyən 

edilməsinin tam dolğun aləti deyil, çünki bu şkalada bütün mümkün 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11

olan  risk  amilləri  (məsələn,  XS-YSLP,  şəkər,  artıq  bədən  çəkisi, 

abdominal piylənmə) nəzərə alınmır.

Adətən,  kişilər  arasında  ölümcül+qeyri-ölümcül  hadisələr  riski 

yalnız  ölümcül  hadisə riskindən  3  dəfə yüksək olur (B)

56

.  Yəni 



SCORE  şkalasına  görə 5%-li  ölümcül  hadisə riski  15%-li 

ölümcül+qeyri-ölümcül  hadisələr  riskinə uyğundur.  Ölümcül+qeyri-

ölümcül hadisələr riskinin hesablanma əmsalı qadınlar arasında bir qədər 

yüksək (4-ə bərabərdir), yaşlı insanlar arasında isə bir qədər aşağıdır.



Risk amillərinin azaldılmasına dair tövsiyələr:

► ÜDX təzahürləri olmayan böyüklər üçün bir neçə risk faktorunun 

nəzərə

alınması  ilə



(məsələn,  SCORE)  ümumi  riskin 

qiymətləndirilməsi tövsiyə olunur (C)

104

► Yüksək  risk  aşağıdakı  hallarda  təyin  edilə bilər:  təsdiq  edilmiş 



ÜDX, ŞD, böyrəklərin xronik xəstəliklərinin orta ağır və ya ağır 

forması,  fərdi  risk  faktorlarının  yüksək  göstəriciləri  və ya 

SCORE şkalası üzrə yüksək riski olan xəstələrdə (C)

67,104


ÜDX riskinin qiymətləndirilməsi

ÜDX-nin  ümumi  riskinin  hesablanması  bütün  kateqoriyalardan 

olan xəstələrin aparılmasında əsas üsullardan biridir. SCORE şkalası 

kimi  riskin  proqnozlaşdırılması  sistemi  ən  optimal  qərarlar  qəbul 

etməyə, yarımçıq müalicənin və ya dərmanların həddindən artıq təyin 

edilməsinin qarşısının alınmasına yardım edir.

İnsanların əksəriyyəti riskin vaxtında müəyyən edilməsi üçün ən 

azı 2 ildə bir dəfə həkimə müraciət etməlidir.

Bir  qayda  olaraq,  ümumi  riskin  qiymətləndirilməsi  həkimin 

konsultasiyası zamanı aşağıdakı hallarda aparılır:

► şəxs bunu istədiyi zaman

► tütünçəkmə,  artıq  bədən  çəkisi və ya  hiperlipidemiya  kimi  risk 

amillərinin biri və ya bir neçəsi mövcud olduğu halda

► ailə anamnezində erkən  ÜDX  və hiperlipidemiya  kimi  əsas  risk 

amilləri mövcud olduğu halda

► ümumiyyətlə,  yaşı  40-dan  yuxarı  olan  kişilərdə və yaşı  50-dən 

yuxarı  olan  və ya  menapauzada olan qadınlarda  (lipid  profilin 

müəyyən edilməsi də daxil olmaqla)

► ÜDX-nin simptomları olduğu halda

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



12

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə