Klinik protokol Az ərbaycan Respublikas


Riskin digər biomarkerləri



Yüklə 0.77 Mb.

səhifə3/9
tarix14.12.2016
ölçüsü0.77 Mb.
1   2   3   4   5   6   7   8   9

Riskin digər biomarkerləri

ÜDX risklərinin  qiymətləndirilməsi  üçün  əhəmiyyətli  olan 

ikisistemli biomarker qrupu müəyyən edilmişdir:

► iltihabi: yüksək həssaslığı olan CRZ, fibrinogen

► trombotik: homosistein, lipoproteinlə bağlı fosfolipaza (LpPLA2)

Bu biomarkerlər yalnız SCORE şkalasına görə müəyyən edilmiş 

ürək-damar  riski  qiymətinə əlavə edildikdə məhdud  əlavə

əhəmiyyətə malikdir.  Həmin  biomarkerlər  hesabına  ixtisaslaşmış 

sahədə əlavə məlumat əldə etmək və orta, qeyri-adi və ya müəyyən 

edilməyən  risk  səviyyəsi  olan  xəstələrin  spesifik  alt-qruplarında 

(məsələn,  çoxsaylı  əsas  klassik  risk  amilləri  olmayan,  lakin 

ateroskleroz və ya aterosklerozun inkişaf etməsi əlamətləri ilə əlaqəli 

nadir  metabolik,  iltihabi,  endokrin  və ya  sosial  amilləri  olan 

simptomsuz  xəstələrdə)  ürək-damar  risklərinin  daha  dəqiq 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



22

qiymətləndirilməsini təmin etmək mümkündür.



İltihabi:  yüksək  həssaslığı  olan  CRZ,  fibrinogen.  Yüksək 

həssaslığı  olan  CRZ  qeyri-stabil  aterosklerotik  düyünlərin  əmələ

gəlməsinə təkan  verən  risk  amilidir.  Lakin  bu  yeni  biomarkerin 

risklərin  qiymətləndirilməsi  şkalasına  əlavə edilməsinin  kifayət 

olmayan  dəqiqlik,  digər  klassik  əsas  risk  amillərindən  asılılıq  və

eləcə də sınağın qiymətinin yüksək olması kimi bir neçə zəif məqamı 

var. Eyni xüsusiyyətlər fibrinogenə də aiddir

86

.



Trombotik.  Homosistein  ÜDX-nin  müstəqil  risk  amili  kimi 

qiymətləndirilir. Onun riskə təsir əhəmiyyəti kiçikdir və həmişə sabit 

olmur

128


. Homosistein ÜDX riskinin qiymətləndirilməsi üçün “ikinci 

dərəcəli” marker hesab edilir.

Son  zamanlarda  lipoproteinlə bağlı  fosfolipaza  2  düyünün 

dağılmasının  və aterotrombotik  hadisənin  müstəqil  risk  amili  kimi 

nəzərdən  keçirilir.  LpPLA2  ÜDX  riskinin  qiymətləndirilməsinin 

“ikinci sıra” markeri olaraq qalır

64

.

İltihab biomarkerlərinə dair tövsiyələr



► yüksək  həssaslığa  malik  CRZ  (B)

18

və fibrinogen  (С)



86

qeyri-adi 

və ya  orta  ÜDX riski  xüsusiyyətləri  olan  xəstələrdə riskin  daha 

təkmilləşdirilmiş  qiymətləndirilməsi  çərçivəsində istifadə edilə

bilər

► yüksək  həssaslığa  malik  CRZ  və fibrinogen  aşağı  riskli 



simptomsuz  və ÜDX-nin  əmələ gəlməsinin  10  illik  riskinin 

qiymətləndirilməsi  üçün  yüksək  riski  olan  xəstələrdə

ölçülməməlidir (С)

18,86


Tromboz biomarkerlərinə dair tövsiyələr

► Homosistein  qeyri-adi və ya orta ÜDX riski  xüsusiyyətləri  olan 

xəstələrdə riskin  daha  təkmilləşdirilmiş  qiymətləndirilməsi 

çərçivəsində müəyyən edilə bilər (С)

33

► Homosistein  ÜDX-nin  profilaktikasının  monitorinqi  məqsədi  ilə



təyin edilməməlidir (С)

33

► LpPLA2  yüksək  riski  və ya  təkrar  aterotrombotik  hadisəsi  olan 



xəstələrdə riskin  daha  təkmilləşdirilmiş  qiymətləndirilməsi 

çərçivəsində təyin edilə bilər (С)

64

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



23

Ürək-damar xəstəliklərinin profilaktikasında                   

vizuallaşdırma üsulları

Orta riski  olan  şəxslərdə ÜDX  riskinin  qiymətləndirilməsi 

zamanı  vizuallaşdırma  üsulları  əhəmiyyətli  ola  bilər.  Koronar 

damarların  aterosklerozunun  nəticələrini  velosiped,  yüyürmə cığırı 

kimi  müxtəlif  qeyri-invaziv  fiziki  yükləmə üsulları  vasitəsi  ilə

tredmil  sınağı  və EKQ,  stress-exokardioqrafiya,  radionuklid 

ssintiqrafiya  yolu ilə obyektiv  olaraq  qiymətləndirmək  mümkündür. 

Əfsuslar olsun ki, çox hallarda ÜDX-lərin ilk təzahürü qəftlətən baş 

verən  ölüm  olur.  Preventiv  proqramın  işlənməsi  üçün  xəstəliyi olan 

asimptomatik pasiyentlərin aşkar edilməsi həlledici amildir.



Vizual üsullara dair tövsiyələr

► yuxu  arteriyalarının  intima-mediasının  qalınlığının  ölçülməsi 

və/və

ya 


aterosklerotik 

düyünlərinin 

mövcudluğunun 

yoxlanılması  orta riskli  simptomsuz  xəstələrdə ÜDX risklərinin 

qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (В)

113


► orta

riskli 


simptomsuz 

xəstələrdə

ÜDX

risklərinin 



qiymətləndirilməsi zamanı TÇİ nəzərə alınmalıdır (В)

69,165


► koronar damarların  və koronar kalsiumun  qiymətləndirilməsi  ilə

aparılan  kompüter  tomoqrafiyası  orta riskli  simptomsuz 

xəstələrdə ÜDX risklərinin  qiymətləndirilməsi  zamanı  nəzərə

alınmalıdır (В)

145,103

► fiziki  yükləmə ilə elektrokardioqrafiya  orta riskli  simptomsuz 



xəstələrdə (o  cümlədən  az  hərəkətli  həyat  tərzi  keçirənlərin  fəal 

hərəkətlərə başlamalarından əvvəl), xüsusilə də fiziki yükləməyə

dözümlülük  kimi  qeyri-elektrokardioqrafik  göstəricilərə diqqət 

yetirildikdə,  ÜDX risklərinin  qiymətləndirilməsi  zamanı  nəzərə

alınmalıdır (С)

66,87


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



24

TÜTÜNÇƏKMƏ

Tütünçəkənlərin  davranışlarının  dəyişdirilməsi  ÜDX  olan 

xəstələrin sağlamlıqlarının yaxşılaşdırılması üçün əsas amillərdəndir.

Tütünçəkmə ilə bağlı tövsiyələr

► istənilən  növ  tütün  məmulatlarından  istifadə güclü  və müstəqil 

ÜDX riski amilini təşkil edir və bundan qaçmaq lazımdır (B)

50,158


► passiv  tütünçəkmə ÜDX  riskini  artıran  risk  amilidir  və bundan 

qaçmaq lazımdır (B)

76,93

► gənc  insanlara  tütünçəkməyə



başlamaması  üçün  dəstək 

verilməlidir (C)

27

► hər bir tütünçəkən insan bu vərdişdən imtinaya dair məsləhət və



dəstək almalıdır (A)

88

Tütünçəkmə qarşısı  alına  bilinən  ölüm  hallarının  50%-ni  təşkil 



edir və bu ölümlərin yarısının səbəbi də ÜDX-dir. Tütünçəkmə bütün 

ÜDX-nin  əmələgəlmə riskini  artırır:  ÜİX,  işemik  insult,  periferik 

arteriyaların  xəstəliyi,  aortanın  abdominal  hissəsinin  anevrizmaları. 

SCORE qiymətləndirməsinə görə, ÜDX-dən 10 illik ölüm riski tütün 

çəkməyənlərlə müqayisədə tütünçəkənlər arasında  2 dəfə yüksəkdir. 

Bununla  yanaşı  miokard  infarktının  nisbi  riski  yaşı  60-dan  yuxarı 

olan tütün çəkənlər arasında çəkməyənlərlə müqayisədə 2 dəfə, yaşı 

50-dən az olanlar arasında isə 5 dəfə yüksəkdir

54,124

.

Tütünçəkmə ilə əlaqəli  risk  qadınlar  arasında  kişilərlə



müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir

54,124


Tütünçəkmə ilə bağlı  riskin  həcmi  gün  ərzində çəkilən 

siqaretlərin  sayından  asılıdır  və bu  halda  mənfi  təsir  göstərməyən 

aşağı  hədd  mövcud  deyil

125

.  Tütünçəkmə stajının  da  öz  rolu  var. 



İstənilən  növ tütün  məmulatlarının,  o cümlədən,  tərkibində qatranın 

həcmi  az  olan  “yüngül”  və ya  “yumşaq”  adlanan  siqaretlər,  filtrli 

siqaretlər,  siqarlar  və tənbəki  çubuqları  məhvedici  təsirə malikdir

27



Çəkilmə formasından  (o  cümlədən  qəlyan)  asılı  olmayaraq 

tütünçəkmə təhlükəlidir

174

.  Tüstüsüz  tütün  məmulatlarının  istifadə



edilməsi daha az dərəcədə, lakin statistik sübut edilmişdir ki, Mİ-nin 

və insult riskinin artmasına gətirib çıxarır

22

.

Toplanmış  məlumatlar  göstərir  ki,  passiv  tütünçəkməyə məruz 



qalanlar arasında da ÜİX riski artır

76,91,126

. Passiv tütünçəkməyə məruz 

qalan insanlarda

151

ÜDX riski 30%-ə qədər artmış olur. Həm sağlam, 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



25

həm  də ÜİX  olan  şəxslər  arasında  passiv  tütünçəkmənin  təsirinin 

minimal səviyyəyə qədər azaldılması zəruridir.

Hazırda  tütünçəkən  insanlar  arasında  heç  vaxt  çəkməyən  və ya 

əvvəllər çəkən insanlarla  müqayisədə risk daha  yüksəkdir və həmin 

risk çəkilən siqaretlərin sayı çox olduqca daha yüksəkdir.

ÜDX  riskinin  artması  tütünçəkmə ilə aterosklerozun  inkişafının 

sürətlənməsi  və trombların  əmələ gəlməsi  tezliyinin  çoxalması  ilə

əlaqəlidir.

Tütünçəkmədən imtina

Bütün  tütünçəkənlər  bu  vərdişdən  imtina  etməyə təşviq 



edilməlidirlər.  Tütünçəkmənin  intensivliyinin  azaldılması  (nikotin 

abstinensiyası 

simptomlarının 

profilaktikası 

məqsədi 

ilə) 


tütünçəkmədən imtinaya alternativ kimi tövsiyə oluna bilməz, çünki 

bu halda yalnız sağlamlığa dəyən zərərin cüzi azalması baş vermiş olur.

Tütünçəkmədən  imtinaya  qarşı  heç  bir  yaş  məhdudiyyəti 

qoyulmur.  Tütünçəkənlərə və yüksək  ÜDX  riski  olanlara  və ÜDX 

diaqnozu  qoyulmuş  tütün  çəkməyən  şəxslərə passiv  tütünçəkmənin 

zərərləri  və ondan  imtinanın  əhəmiyyəti  barədə tövsiyələr 

verilməlidir.

Tütünçəkmədən  imtinanın  bəzi  üstünlükləri  özünü  dərhal 

göstərir, bəzilərinin üzə çıxması üçün isə zaman tələb olunur.

Tütünçəkmədən  imtina  edildikdən  10-15  il  sonra  risk  heç  vaxt 

çəkməyən insanların riski səviyyəsinə yaxınlaşır, lakin heç bir zaman 

həmin  səviyyəyə çatmır

79

,  çünki  aterosklerotik  düyünlərin  əmələ



gəlməsi prosesi heç zaman tam olaraq geri dönmür. ÜDX olmayan və

tütünçəkmədən  imtina  etmiş  insanlarda  risk  hazırda  çəkənlərlə heç 

vaxt çəkməyənlərin riskinin tam ortasındadır (A)

79

.



Keçirilmiş  Mİ-dən  sonra  tütünçəkmədən  imtina  potensial  olaraq 

bütün digər profilaktik tədbirlərdən daha effektivdir (B)

40



Klinik  təcrübədə xəstənin  tütünçəkmədən  imtina  etməyə



çalışmağa  hazır  olmasının  qiymətləndirilməsi,  sağlamlığa  dəyən 

zərər  barədə qısamüddətli  söhbət  və sonrakı  müşahidə ilə

tütünçəkmədən  imtina  planının  birgə tərtib  edilməsi  ilkin 

konsultasiya  zamanı  ən  mühüm  ilk  addımlardandır.  Tütünçəkən 

                                                

bax: “Tütünçəkmədən imtina üzrə klinik protokol”. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 



Bakı, 2012. - 44 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



26

şəxsin  tütünçəkmədən  imtina  etməsi  üçün  konsultasiya  zamanı 

tütünçəkmədən  imtina  etmə üzrə alqoritmə (Cədvəl  2)  riayət  etmək 

lazımdır.

İmtinaya  yardımın  və farmakoloji  təsir  növünün  müəyyən 

edilməsi zamanı  gün ərzində çəkilən  siqaretlərin  sayını və tütündən 

asılılıq  dərəcəsini  nəzərə almaq  lazımdır

71

(adətən,  qiymətləndirmə



üçün  Faqerstrem  testindən  istifadə olunur  (Cədvəl  3)).  Bu  halda 

tütünçəkənləri  məlumatlandırmaq  lazımdır  ki,  tütünçəkmədən 

imtinadan  sonra  onların  çəkisi  təxminən  5  kq  arta  bilər  və

tütünçəkmədən  imtinanın  faydası  çəkinin  artması  riskindən  daha 

üstündür.

Tütünçəkmədən imtinanın dəstəklənməsi üçün                   

farmakoloji vasitələr

Tütünçəkmədən imtinanın gücləndirilməsi üçün nikotin əvəzedici 

terapiya (NƏT), bəzi hallarda vareniklin (A)

56

və ya bupropion (A)



56

təyin edilir. NƏT, vareniklin və ya bupropion xəstə ilə tütünçəkmənin 

dayandırılması 

tarixi 


razılaşdırıldıqda, 

adətən, 


xəstələrə

abstinensiyanın  müalicəsi  üçün  təyin  edilir

107

.  Saqqız  (A)



56

transdermal  plastır  (A)



56

,  nazal  sprey  (A)

56

,  inqalyator  (A)



56

və ya 


dilaltı  həblər  (B)

56

formasında  NƏT  ilk  həftələr  və aylar  ərzində



tütünçəkmədən  imtina  stressinin  yüngülləşdirilməsi  üçün  geniş 

yayılmış vasitələrdir

126

.

Daha  sonrakı  nəticələr  baxımından  antidepressant  bupropion 



uzun  müddət  ərzində tütünçəkmədən  imtinaya  kömək  edir  və belə

təsir  NƏT  ilə müqayisə olunandır.  Vareniklinin  təyin  edilməsi 

farmakoloji  dəstəyin  olmaması  ilə müqayisədə,  ÜDX  xəstələri  də

daxil olmaqla, tütünçəkmədən uzunmüddətli imtina hallarının sayının 

üç-dörd  dəfə artmasına  gətirib  çıxarır

26,131


.  Yanaşı  təsirlər  nadir 

hallarda,  lakin  kifayət  qədər  ciddi  olur,  o  cümlədən  depressiya, 

həyəcanlanma,  narahatlıq  və özünəqəsd  cəhdləri.  Məhz  buna  görə

psixi  anamnez və özünəqəsd  riskinin  qiymətləndirilməsi  onun  təyin 

edilməsindən  əvvəl  aparılmalıdır.  Yanaşı  gedən  xəstəliklər  və ya 

psixi pozuntular olduğu hallarda söhbətlər aparmaq və NƏT tövsiyə

olunur;  NƏT-dən  başqa  digər  dərman  vasitələrinin  təyin  edilməsi 

təxirə salınmalıdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



27

Cədvəl 2. Tütünçəkmədən imtina etmə üzrə alqoritm

İmtina planının 

hazırlanmasında yardım edin:

 imtina tarixinin təyini

 ailənin və dostların 

məlumatlandırılması

 onlardan dəstəyin istənilməsi

 siqaretin/tütünün 

istifadədən çıxarılması

 tütünçəkməyə sövq edən 

insanlarla 

ünsiyyətin/məlumat 

mənbələrinin 

məhdudlaşdırılması

 nəzarət üçün növbəti 

gəlişin təyin edilməsi



SORUŞUN

Tütünçəkmə barədə

məlumat əldə edin

MƏSLƏHƏT VERİN

Tütünçəkmədən imtina 

etməyi məsləhət görün

QİYMƏTLƏNDİRİN

Tütünçəkmədən imtina 

cəhdinə hazır olmağı 

qiymətləndirin



YARDIM EDİN

Tütünçəkmədən imtina 

cəhdinə kömək edin

TƏŞKİL EDİN

Ardıcıl müşahidə üçün 

sonrakı görüşləri 

planlaşdırın

Siz siqaret 

çəkirsinizmi?



Xeyr

Yada salın ki, tütünçəkmə

ÜDX riskini artırır

Bəli

İmtina məsləhətini başa düşülən, ciddi                                              

və aydın formada verin:

“Tütünçəkmə ürək tutmasının və/və ya insultun əmələgəlməsi riskini 

artırır. Tütünçəkmədən imtina edərək öz ürəyinizin və

sağlamlığınızın qorunması üçün ən vacib addımlardan birini atmış 

olursunuz və bunu indi dərhal edə bilərsiniz.”

Tütünçəkmədən indi imtina etməyə

hazırsınızmı?

Bəli


Xeyr

Tütünün insan 

sağlamlığına mənfi

təsiri barədə

məlumatlandırın   

və məlumat 

kitabçalarını verin

Nəzarət üçün gəliş zamanı: 

 uğurun əldə edilməsi ilə təbrik edin

 pasiyent tütün çəkməyi davam edirsə,                       

daha intensiv təsirin və ailə dəstəyinin                       

tətbiq edilməsini nəzərdən keçirin 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



28

Cədvəl 3. Nikotindən asılılıq səviyyəsini təyin edən test

(Faqerstrem testi)

Seçdiyiniz cavaba uyğun rəqəmi qeyd edin

Yuxudan oyanandan sonra 

birinci siqareti nə vaxt 

çəkirsiniz? 

5 dəqiqə ərzində

6-30 dəqiqə müddətində

31-60 dəqiqə müddətində

60 dəqiqədən cox

3

2

1



0

Siz gündə neçə siqaret 

çəkirsiniz (orta hesabla)? 

11-dən az 

11-20 

21-30 


30-dan çox 

0

1



2

3

Tütünçəkmə qadağan olunan 



yerlərdə çətinlik hiss 

edirsinizmi (məsələn, 

təyyarədə, kinoteatrda)? 

Bəli 


Xeyr 

1

0



Sizin üçün günün hansı 

vaxtında çəkilən siqaretdən 

imtina etmək daha çətindir? 

Səhər çəkilən ilk siqaretdən 

Digərindən 

1

0



Yuxudan oyanandan sonra ilk 

saatlar ərzində siqareti günün 

digər saatlarına nisbətən daha 

çox çəkirsiniz? 

Bəli 

Xeyr 


1

0

Xəstə olanda siqaret 



çəkirsiniz? 

Bəli 


Xeyr 

1

0



0-3 bаll

Nikotindən asılılığın yüngül səviyyəsi. Siz dərman vasitələ-

rindən istifadə etmədən tütünçəkmədən imtina edə bilərsiniz.

4-6 ball  Nikotindən asılılığın orta səviyyəsi. İradənizi toplayaraq 

tütünçəkmədən imtina edə bilərsiniz.



7-10 bаll Nikotindən asılılığın yüksək səviyyəsi. Siz həkim məsləhəti ilə

dərman vasitələrindən istifadə edərək tütünçəkmədən imtina edə

bilərsiniz.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



29

Tütünçəkmədən imtinaya yardım üçün farmakoloji vasitələr qısa 

kurslarla  təyin  edilməlidir,  çünki  onların  uzunmüddətli  istifadə

zamanı effektivliyinə və təhlükəsizliyinə dair məlumat mövcud deyil.

Fərdi  və eləcə də qrup  məşğələləri  tütünçəkmədən  imtinaya 

yardım  üçün  faydalıdır

126,152

.  Partnyorun  və ailənin  dəstəyi  olduqca 



vacibdir.  Ən  yaxşı  dəstək  bir  ailənin  bir  neçə üzvünün 

tütünçəkmədən birgə imtina etməsidir. Həkimlər və digər tibb işçiləri 

şəxsən nümunə olmalı və tütünçəkmədən çəkinməlidirlər. 

QİDALANMA

Qidalanmaya dair tövsiyə

► Sağlam qidalanma ÜDX profilaktikasının əsasıdır (B)

19,78,106

Qidalanma  xüsusiyyətləri  ÜDX riskinə XS, AT,  bədən  çəkisi  və

ŞD kimi digər risk amilləri vasitəsi ilə və müstəqil şəkildə təsir edir. 

Bu  səbəbdən  sağlam  qidalanma  ÜDX  profilaktikasının  əsasında 

durur (Əlavə 2).

ÜDX-nin profilaktikası kimi istifadə olunan sağlam qidalanmanın 

qarşısında duran əsas problem qidalanma rasionunun (həm kəmiyyət, 

həm  də keyfiyyət  baxımından)  uzunmüddətli  dəyişdirilməsi  üzrə

insanların  davranışının  davamlı  şəkildə dəyişməsinə və bədən 

çəkisinin  normal  səviyyədə saxlanılmasına  nail  olunmasından 

ibarətdir.

Sağlam qidalanmanın səciyyəvi xüsusiyyətləri

► Doymuş  yağ  turşuları  gündəlik  kalorinin  10%-dən  az  hissəsini 

təşkil etməli və polidoymamış yağ turşuları ilə əvəz olunmalıdır

► Transdoymamış  yağ  turşularından  istifadə olunması  mümkün 

qədər  məhdudlaşdırılmalı,  qidanın  hazırlanması  prosesində

istifadə olunmamasına  üstünlük  verilməli,  qida  ilə qəbul  olunan 

ümumi kalorinin 1%-dən az olmalıdır. 

► Gün  ərzində istifadə edilən  duzun  miqdarı  5  qramdan  az 

olmalıdır.

► Gün ərzində dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflərin 

miqdarı 30-45 qram olmalıdır.

► Gün  ərzində istifadə edilən  meyvənin  miqdarı  200  qram                

(2-3 porsiya) olmalıdır.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



30

► Gün  ərzində istifadə edilən  tərəvəzin  miqdarı  200  qram             

(2-3 porsiya) olmalıdır.

► Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı 

balıq olmalıdır.

Qidalanmanın  kalori  tərkibi  məhdudlaşdırılmalı  və bədən 

çəkisinin  normal  qalması  (və ya  buna  nail  olunması)  üçün  yetərli 

olmalıdır, BKİ <25 kq/m

2

.

Yuxarıda  qeyd  edilən  sağlam  qidalanma  qaydalarına  riayət 



edildikdə əlavə xüsusi pəhriz və ya xüsusi qida əlavələrindən istifadə

tələb olunmur.





1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə