Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0.51 Mb.
Pdf просмотр
səhifə1/6
tarix17.12.2016
ölçüsü0.51 Mb.
  1   2   3   4   5   6

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 23 iyun 2014-cü il tarixli 

31 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

AĞCİYƏRDƏNKƏNAR VƏRƏMİN 

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

55.4 


A 35 

A 35  Ağciyərdənkənar vərəmin diaqnostika və müalicəsi üzrə 

klinik protokol, 2014. – 52 səh. 

 Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

Tərtibçilər: 

E.Məmmədbəyov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

direktoru,  Ə.Əliyev adına Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə  İnstitutunun Ftiziatriya 

kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş 

ftiziatrı, professor, t.e.d. 

İ.Axundova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elm 

üzrə direktor müavini, t.f.d. 

İ.Qasımov  

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ftiziatriya bölməsinin rəhbəri, t.f.d. 

T.Əhmədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Konsultativ-poliklinika şöbəsinin həkim-uroloqu, t.f.d. 

R.Məhərrəmova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ağciyərdənkənar orqanların vərəmi şöbəsinin müdiri 

N.Hətəmova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

konsultativ-poliklinika şöbəsinin həkim-oftalmoloqu 

X.Əliyeva 4 

nömrəli Vərəm  Əleyhinə Dispanserin Meningit 

şöbəsinin həkim-ftiziatrı 

M.Qurbanova 1 

nömrəli Vərəm  Əleyhinə Dispanserin Uşaq 

şöbəsinin müdiri, ftiziatr-pediatr 

F.Hüseynov 

Ədliyyə Nazirliyinin Tibb İdarəsinin baş inspektoru 

(vərəm üzrə) 

İ.Əlizadə 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin 

həkim-metodisti 



Rəyçi: 

Y.Şixəliyev  

1  nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi, 

professor, t.e.d 

Bu protokolun hazırlanmasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin Gücləndiril-

məsi” Layihəsinin vərəm üzrə baş  məsləhətçisi, t.f.d. A.Paseçnikov 

ekspert qismində iştirak etmişdir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 

Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 

icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





İxtisarların siyahısı 

ACKV 

ağciyərdənkənar vərəm  



ADA 

adenozindeaminaza 



ART antiretrovirus 

terapiya 



DQR 

döş qəfəsinin rentgenoqrafiyası  



DDV 

dərmanlara davamlı vərəm 



DHT 

dərmanlara həssaslıq testi  



EÇS eritrositlərin çökmə sürəti  

XBT-10  Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

İBİS immunitetin 

bərpasının iltihab sindromu  



İFN-γ interferon-qamma 

İİV 

insanın immunçatışmazlığı virusu 



İGRA 

Qamma-interferon əsasında aparılan test                    



(Interferon Gamma Release Assays)

 

KT kompüter 

tomoqrafiyası 



MRT maqnit 

rezonans 

tomoqrafiyası 

MSS 

mərkəzi sinir sistemi 



NİAB nazik 

iynəli aspirasiya biopsiyası 



OBM onurğa beyni mayesi 

PET pozitron 

emissiyalı tomoqrafiya  



PZR polimeraza 

zəncirvari reaksiya 



USM 

ultrasəs müayinəsi  



VMB 

vərəm mikobakteriyaları 

 

 

 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Protokol  həkim-ftiziatrlar, ilkin səhiyyə xidmətləri göstərən 

həkimlər, ağciyərdənkənar orqanların vərəmi problemləri ilə məşğul 

olan ixtisas həkimləri, səhiyyə  təşkilatçıları  və  rəhbərləri üçün 

nəzərdə tutulmuşdur.  



Pasiyent qrupuağciyərdənkənar vərəm xəstəliyi olanlar.  

Protokol  ağciyərdənkənar vərəm xəstələrinin diaqnostikası  və 

müalicəsi üsullarına dair sübutlu təbabətə  əsaslanan metodik 

tövsiyələrin verilməsi məqsədini daşıyır. 

GİRİŞ 

Ağciyərdənkənar vərəm (ACKV) termini altında vərəmin ağciyər 

parenximasından kənarda lokalizasiya olunmuş müxtəlif klinik 

formaları nəzərdə tutulur. Bu formaları birləşdirən ümumi xüsusiyyət 

onların aşkarlanmasının, diaqnostikasının və müalicəsinin təşkilində 

meydana çıxan çətinliklərlə bağlıdır. Bu çətinliklər aşağıda göstərilən 

səbəblərlə əlaqədardır: 

1.

 



ümumi praktika həkimlərinin və digər ixtisas həkimlərinin 

vərəmə görə kifayət dərəcədə sayıqlığının olmaması  və bunun 

nəticəsi olaraq xəstəliyin gecikmiş mərhələdə aşkarlanması 

2.

 



ağciyərdənkənar orqanlarda lokalizə olunmuş  vərəm ocaqlarının 

çətin aşkarlanması  və diaqnozun dəqiqləşdirilməsi üçün yüksək 

texnologiyalı bahalı müayinə metodlarının tələb olunması 

3.

 



zədələnmə nahiyəsində  vərəm mikobakteriyalarının (VMB) 

miqdarının az olması (lakin miqdarının azlığına baxmayaraq bu 

VMB-lər bir çox hallarda ağciyərlərdə toplanan VMB-lərə 

nisbətən daha güclü dağıdıcı effektə malik olur) 

4.

 

ağciyərdənkənar orqanların müalicə rejimləri və müalicənin 



müddəti haqqında əsaslandırılmış məlumatların olmaması

26

 



ACKV-nin digər xüsusiyyətlərindən biri də onun ağır 

formalarının (vərəm meningiti, miliar vərəm) immunodefisit halları 

ilə  sıx  əlaqədar olmasıdır

35

. Vərəm infeksiyasının disseminasiyası 



orqanizmin müdafiə qüvvələrinin vərəm infeksiyasını 

lokallaşdıraraq, onun ilkin ocaqdan digər orqan və sistemlərə 

yayılmasının qarşısını ala bilməməsi səbəbindən baş verir. Hazırda 

İİV-in yayılması və immunosupressiv terapiyanın geniş tətbiqi bu iki 

ağır xəstəliyin (vərəm və immunodefisit hallarının) yanaşı müşahidə 

olunmasının səviyyəsinin artması ilə nəticələnir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Epidemiologiya 

ACKV vərəmlə  xəstələnmənin 25%-ni təşkil edir. İİV-ə 

yoluxmuş  vərəmli xəstələr arasında ACKV 50% təşkil edir

13

.



 

Azərbaycanda 2008-2010-cu illərdə ilkin xəstələr arasında ACKV 

20,1% təşkil etmişdir.  İlkin xəstələr arasında MSS-nin vərəmi          

1,5% təşkil edir, bunların da 50%-i 14 yaşdan kiçik xəstələrin payına 

düşür. 

İnsan orqanizmində elə bir orqan yoxdur ki, o vərəmə 



yoluxmasın. ACKV-nin daha tez-tez təsadüf edilən formaları 

aşağıdakılardır: 

 

vərəm limfadeniti    



 

 



 miliar vərəm  

 



vərəm 

plevriti 

    



 urogenital sistemin vərəmi 



 

vərəm perikarditi   



 

 



  mədə-bağırsaq sisteminin vərəmi 

 



sümük-oynaq sisteminin vərəmi  

  dəri vərəmi 



 

MSS-nin vərəmi      



 göz vərəmi 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

A17† 

Sinir sisteminin vərəmi 

A17.0† Vərəm meningiti (G01*) 

Beyin (baş beyin) (onurğa beyni) qişalarının vərəmi 

Vərəm leptomeningiti 

A17.1† Meningeal tuberkuloma (G07*) 

Beyin qişalarının tuberkuloması 



A17.8†  Sinir sisteminin digər lokalizasiyalı vərəmi 

Baş beynin 

Onurğa beyninin 

Vərəm mənşəli: 

 

baş beyin absesi (G07*) 



 

meninqoensefalit (G05.0*) 



 

mielit (G05.0*) 



 

polinevropatiya (G63.0*) 



A17.9†  Sinir sisteminin dəqiqləşdirilməmiş vərəmi (G99.8*) 

A18 Digər orqanların vərəmi 

A18.0† Sümük və oynaqların vərəmi 

Bud-çanaq oynağının vərəmi (M01.1*) Diz oynağının vərəmi (M01.1*) 

Onurğa sütununun vərəmi (M49.0*) Vərəm mənşəli: 

 



artrit (M01.1*) 

 



mastoidit (H75.0*) 

 



sümük nekrozu (M90.0*) 

tuberkuloması 

vərəmi 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



ostit (M90.0*) 

 



osteomielit (M90.0*) 

 



sinovit (M68.0*) 

 



tenosinovit (M68.0*) 

A18.1† Sidik-cinsiyyət orqanlarının vərəmi 

Sidik kisəsinin vərəmi† (N33.0*)  

Uşaqlıq boynunun vərəmi†(N74.0*) Böyrək vərəmi† (N29.1*) 

Kişi cinsiyyət orqanlarının vərəmi† (N51.–*) Uşaqlığın vərəmi† (N29.1*) 

Qadınların kiçik çanaq orqanlarının vərəm mənşəli iltihabı† (N74.1*) 

A18.2 Vərəm mənşəli periferik limfadenopatiya 

Vərəm adeniti 



Çıxarılıb:  limfa düyünlərinin vərəmi: 

müsariqə və peritonarxası limfa düyünlərinin vərəmi (A18.3) 

döş qəfəsi limfa düyünlərinin vərəmi (A15.4, A 16.3) 

vərəm mənşəli traxeobronxial adenopatiya (A15.4, A16.3) 



A18.3 Bağırsağın, peritonun və müsariqə limfa düyünlərinin 

vərəmi 

Anus və düz bağırsağın vərəmi† (K93.0*) Yoğun və nazik bağırsağın 

vərəmi† (K93.0*) Peritonarxası (limfa düyünlərinin) vərəm Vərəm 

mənşəli: 

 

assit 



 

enterit† (K93.0*) 



 

peritonit† (K67.3*) 



A18.4 Dəri və dərialtı toxumanın vərəmi 

İndurativ dəri vərəmi (düyünlü vaskulit) (Erythema induratum) 

Qurdeşənəyi (Lupus): 

 



vərəm 

 



ƏGO 

 



göz qapağının† (H03.1*) Skrofuloderma 

Çıxarılıb:  qırmızı qurdeşənəyi (L93.–) 

sistemli qırmızı qurdeşənəyi (M32.–) 



A18.5† Göz vərəmi 

Vərəm mənşəli: 

 

xorioretinit† (H32.0*) 



 

episklerit† (H19.0*) 



 

interstisial keratit† (H19.2*) 



 

iridosiklit† (H22.0*) 



 

keratokonyunktivit † (H19.2*) 



Çıxarılıb: göz qapağının adi qurdeşənəyi (A18.4) 

A18.8 Digər dəqiqləşdirilmiş orqanların vərəmi 

Vərəm:  


 

Endokardın +(I 39.8*) 



 

Miokardın + (I 41.0*) 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10 

 



 Perikardın +(I 32.0*) 

 



Qida borusunun+ (K 23.0*) 

 



Qalxanabənzər vəzinin+ (E 35.0*) 

A19 Miliar 

vərəm 

Daxil edilib:  disseminasiyalı vərəm generalizə olunmuş vərəm vərəmli 

poliserozit 



A19.0 Bir 

dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm 

A19.1 Çox 

lokalizasiyalı kəskin miliar vərəm  

A19.2 Dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin miliar vərəm  

A19.8 Miliar 

vərəmin digər formaları 

A19.9 Dəqiqləşdirilməmiş lokalizasiyalı miliar vərəm 

AĞCİYƏRDƏNKƏNAR ORQANLARIN VƏRƏMİNİN 

AŞKARLANMASI, DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ 

PRİNSİPLƏRİ 

ACKV-nin aşkarlanmasında bütün ixtisaslar üzrə xidmət göstərən 

həkimlərinin rolu əvəzsizdir və bu onlardan ciddi diqqət və  səriştə 

tələb edir

2

. Müasir dövrdə ACKV-nin aşkarlanması prosesində 



müraciətə görə aşkarlanma üstünlük təşkil edir.  

Anamnez: ACKV-nin diaqnostikasında vərəmli xəstə ilə təmasın 

və ya əvvəllər latent və ya fəal formalı vərəmlə xəstələnmə həmçinin 

tuberkulin ilə diaqnostika aparılması haqqında məlumatın olması 

mühüm  əhəmiyyət kəsb edir. Xəstəlik mənbəyində  dərmanlara 

davamlı  vərəmin (DDV) olması  və ya pasiyentdə DDV-nin yarana 

bilməsi ehtimalı xüsusi diqqət tələb edən məqamlardandır.  



Simptomlar: ACKV-nin aşkarlanmasının ilkin mərhələsi ümumi 

və yerli simptomların qiymətləndirilməsi və bu əlamətlərə  əsasən 

vərəmə şübhənin olub-olmamasını aydınlaşdırılır. 

Ümumi simptomlara aid edilir: 

 



hərarət 

 



ümumi zəiflik 

 



dəri örtüyünün avazımağı 

 



iştahasızlıq və arıqlama 

 



gecə tərləmələri 

Yerli simptomlar prosesin lokalizasiyasından asılı olaraq 

müxtəlif və çoxsaylıdır. Yerli simptomlara əsasən prosesin lokalizə 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11 

olunduğu orqanda ağrı  və/və ya həmin orqan və sistemlərin 

funksional pozğunluğuna səbəb olan əlamətləri aiddir.  

Yerli simptomlara aid edilir: 

 

kelloid çapıq 



 

fəal fistul  



 

yerli qızartı  



 

hərarət olmadan şişkinlik  



 

fliktena 



ACKV-yə şübhə yaradan əsas məqamlar Cədvəl 1-də göstərilir.  

Cədvəl 1. ACKV-yə şübhə yaradan əsas məqamlar

26

 

(Golden MP, Vikram HR. Extrapulmonary tuberculosis: an overview. Am Fam 

Physician. 2005

İİV infeksiyası 

Xronik limfadenopatiya (xüsusən boyun nahiyyəsində) 

Ekssudativ plevritlər (plevral mayedə limfositlərin üstünlüyü, VMB-nin əkmə 

üsulu ilə aşkarlanmaması və plevral vərəqələrin qalınlaşması ilə)  

Oynaqların iltihabı (artrit, poliartrit) 

Döş qəfəsidaxili strukturların cəlb olunması ilə müşayiət edilən onurğa osteomieliti 

Onurğa beyni mayesində pleositoz

*

 

Perikard boşluğuna mayenin yığılması, sıxıcı perikardit, perikardın kalsifikasiyası



Kron xəstəliyi və amebiaz ilə vərəm enteritinin differensial diaqnostikası  

Limfositlərin üstünlük təşkil etdiyi assit və assit mayesində  əkmə üsulu ilə 

müayinədə VMB-nin aşkar olunmaması  

Davamlı, müalicəyə tabe olmayan piuriya 

* onurğa beyni mayesində hüceyrələrin (çox hallarda limfositlərin) artması. Bu zülalların artması, 

glükoza və xloridlərin azalması ilə müşayiət edilə bilər 

Aşağıda göstərilən patologiyalarla uzun müddət müxtəlif həkim 

mütəxəssislər tərəfindən müşahidə olunan xəstələrdə  də ACKV-yə 

şübhə yaranmalıdır: 

1.

 



sistit, prostatit, pielit, böyrək çatışmazlığı  

2.

 



sağalmayan yaralar, fistulalar  

3.

 



fəqərə sütununda və ətraflarda ağrılar  

4.

 



gözün xronik iltihabi xəstəlikləri 

5.

 



dərinin müxtəlif xəstəlikləri 

6.

 



sonsuzluq, xronik iltihabi proseslər və eləcə  də aybaşı tsiklinin 

pozulması 

7.

 

qarında və döş qəfəsində səbəbi bəlli olmayan ağrılar 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



12 

8.

 



xronik xolisistit, appendisit, kolit 

Yuxarıda göstərilən və müalicəyə tabe olmayan patologiyası olan 

xəstələrdən götürülən materialı sadə mikroskopiya üsulu ilə müayinə 

etmək vacibdir. Çox tibbi ləvazimat və reaktivlər tələb etməyən sadə 

mikroskopiya laboratoriyaları bütün tibb müəssisələrində  təşkil 

edilməlidir

2



Xüsusi müayinə üsulları.  Diaqnostik müayinələrin sonrakı 



mərhələsində xüsusi instrumental və laborator müayinə üsullarından 

istifadə edilir (Cədvəl 2). ACKV-nin aşkarlanması ümumi qəbul 

olunmuş minimum müayinə metodları (tuberkulin ilə diaqnostika, 

sadə mikroskopiya və rentgen-flüoroqrafik müayinə) ilə başlanmalı 

 

histoloji, biokimyəvi, USM və digər üsullarla tamamlanmalıdır. 



Belə kompleks müayinə  nəticəsində  xəstəliyin etiologiyası, 

törədicinin xüsusiyyətləri, xəstəliyin lokalizasiyası, vərəm prosesinin 

cəlb olunan sahəsinin ölçüsü və xarakteri müəyyən edilir. ACKV-nin 

yaranma ehtimalı immun sisteminin vəziyyəti ilə sıx əlaqədar olduğu 

üçün İİV-ə müayinənin aparılması zəruridir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



13 

Cədvəl 2. ACKV-nin aşkarlanması üçün tövsiyə edilən xüsusi 

müayinə üsulları

81

 

(Bureau Tuberkulosis Control New York City Department of Health and Mental 

Hygiene. Clinical Policies and Protocols 4

th 

Edition March 2008-ə əsasən; 

http://www.nyc.gov/html/doh/downloads/pdf/tb/tb-protocol.pdf) 



Vərəmin şübhə olunan 

formaları 

Tövsiyə edilən müayinə üsulları 

Sümük-oynaq 

sisteminin vərəmi 

Rentgenoqrafiya. Sümük və oynaqların KT, MRT 

müayinəsi (D)

80

. Artrosentez. Sümük toxumalarının və 



sinovial qişaların biopsiyası.

Miliar vərəm 

DQR və onurğa beyni punksiyası (meningitin 

diaqnostikası üçün) (D)

80

. Mümkün olarsa, zədələnmiş 



toxumaların biopsiyası.  

Vərəm meningiti 

Onurğa beyni punksiyası, KT, MRT. 

Ağciyər 


rentgenoqramlarında 

kiçik ocaqlı 

dəyişikliklər 

Bəlğəmin induksiyası. Bronxoskopik müayinə vasitəsilə 

bronxların yuyuntu sularının VMB-yə müayinəsi. 

Transbronxial biopsiya. Mədənin yuyuntu sularının 

müayinəsi.  

Vərəm perikarditi 

Exokardioqram. Biokimyəvi göstəricilərin 

(laktatdehidrogenaza, zülal, qlükoza, pH), hüceyrə 

tərkibinin

 

öyrənilməsi, mikroskopik və əkmə üsulu ilə 



VMB-nin təyini məqsədilə perikardın punksiyası. 

Perikardın biopsiyası.  

Periferik limfa 

düyünlərinin vərəmi 

Limfa düyünlərinin nazik iynəli və ya eksizion 

biopsiyası. 

Vərəm peritoniti 

Qarın boşluğunun USM və ya KT müayinəsi. Biokimyəvi 

göstəricilərin (laktatdehidrogenaza, zülal, qlükoza, pH), 

hüceyrə tərkibinin öyrənilməsi, mikroskopik və əkmə 

üsulu ilə VMB-nin təyini məqsədilə qarın boşluğunun 

parasentezi. Peritonun biopsiyası.  

Vərəm plevriti 

Biokimyəvi göstəricilərin (laktatdehidrogenaza, zülal, 

qlükoza, pH), hüceyrə tərkibinin öyrənilməsi, 

mikroskopik və əkmə üsulu ilə VMB-nin təyini 

məqsədilə plevral punksiya. Plevranın biopsiyası. 

 

Müalicənin ümumi prinsipləri 

1.

 



Bəzi prinsiplər nəzərə alınmaqla ACKV-nin müalicə rejimi 

ağciyər vərəminin müalicə rejimi ilə eynidir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



14 

2.

 



ACKV-nin müalicəsində 

vərəm 


əleyhinə preparatların 

növbələnən rejimi tövsiyə edilmir (B)

80



3.



 

DDV spektrini təyin etmək mümkün olmadıqda  əksər hallarda 1-ci 

sıra vərəm  əleyhinə preparatlar ilə 6 aylıq standart müalicə 

rejiminin tətbiqi tövsiyə edilir (Cədvəl 3): 2HREZ/4HRE (B)

80



4.



 

MSS-nin, sümük-oynaq sisteminin vərəmi olduğu hallarda 

ağciyər vərəminin müalicəsinə nisbətən daha uzun müddətli 

müalicə tələb olunur (D)

79



5.



 

Müalicə əsnasında, klinik, laborator və instrumental müayinələrin 

nəticəsində, müsbət dinamika aşkar olunmadıqda vərəmin DD 

olması haqqında qərar çıxarılır, müalicə “uğursuz” kimi 

qeydiyyatdan keçirilərək, mövcud müalicə rejiminə 2-ci sıranın      

3 dərman vasitəsi: inyeksiya formasında (Km, Am, Cm), 

ftorxinolon (Lfx, Mfx) və tiamid (Eto

, Pto) əlavə edilərək yeni 



rejimlə davam olunur. 

6.

 



VMB aşkar olunduğu və onların DHT-nin aparılması mümkün 

olduğu hallarda “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə 

klinik protokol”a

**

 



əsasən ağciyərdənkənar orqanların ayrı-ayrı 

formalarına uyğunlaşdırılmış müalicə rejimi təyin edilir (Cədvəl 3). 

7.

 

Xüsusi hallarda (vərəm meningiti və perikarditi, kəskin tənəffüs 



çatışmazlığı ilə müşayiət olunan miliar vərəm) vərəm  əleyhinə 

preparatlarla yanaşı qlükokortikosteroidlərin təyini tövsiyə olunur (A)

20,51



8.



 

DDV-nin yaranması ACKV-nin müalicəsi zamanı dozaların 

ötürülməsi, malabsorbsiya sindromu (sorulmanın çatışmazlığı 

sindromu) və VMB-yə qarşı aparılan müalicəyə qarşı  xəstə 

orqanizmin reaksiyasının zəif olması ilə bağlıdır. 

9.

 



ACKV ağciyər vərəmi ilə birgə kombinasiya olunduğu halda 

“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”da 

tövsiyə edilən müalicə ACKV-yə adaptasiya etmədən  aparılmalıdır.  

10.


 

Kimyəvi terapiyanın aparılma şərtlərindən ən vacibi gündəlik qəbul 

edilən preparatların dozalarının nəzarət altında saxlanılmasıdır (D)

85,89


11.


 

Ağır hallar istisna olmaqla, ACKV-li xəstələrin hospiatlizasiyası 

vacib deyil (B)

25,60


                                                            

 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi 



**

 bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”. Azərbaycan Respublikasının    

Səhiyyə Nazirliyi. Bakı. - 2011. - 32 səh. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15 

Cədvəl 3. ACKV-nin müalicəsi üçün tövsiyə olunan müalicə 

rejimləri




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə