Suallar:
1. Qanaxmaya nə səbəb ola bilər?
2. Mamanın taktikası necə olmalıdır ?
3. Doğuşdan sonrakı qanaxmalarda 4T faktoru necə izah edilir?
Ədəbiyyat: "Zahılıq dövrünün qanaxmaları" üzrə klinik protokol (Bakı 2011) .
Klinik tapşırıq 5.
Doğum evinə 21 yaşlı qadın doğum sancıları ilə daxil olur. 2-ci hamiləliyi, 2 – ci doğuşudur. Evdə 1 uşağı var. Ümumi vəziyyəti kafidir. A/T- 125/ 85 mm c. süt., nəbz 65 vurğu/dəq., t0-37,60.
Qarnı oval formada, döl boylama vəziyyət, I mövqe, gələcək hissə başdır və kiçik çanaq girəcəyinə pərçim olub. Dölün ürək döyüntüləri eşidilir. Qarnın çevrəsi 80 sm, uşaqlıq dibinin hündürlüyü 38 sm-dir.
Suallar:
1. Mövqe nədir və mövqedən asılı olaraq döl hansı görkəmdə doğula bilər?
2. Döl doğularkən göbək ciyəsinin I-li və II-li işlənməsi necə icra edilir?
3. Yenidoğulmuş hansı əlamətlərə görə Apqar cədvəli ilə qiymətləndirilir?
Ədəbiyyat: V.İ. Bodyajina "Mamalıq" Mövzu- uşaqlıq boşluğunda dölün vəziyyəti. "Normal doğuş"üzrə klinik protokol (Bakı 2012). Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat (Bakı 2013).
*********************************************************************
Dostları ilə paylaş: |