şək.3
Suallar:
-
Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?
-
Əzələ daxili inyeksiya bazunun hansı nahiyəsinə vurulmalıdır? (İynə şəkil 3-də göstərilən sahələrdən hansına vurulmalıdır)?
-
İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”, “Çıraq”, 2008.
Klinik tapşırıq 4.
Həkimə 66 yaşlı şəkərli diabeti olan xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim ona dərialtı insulin inyeksiyası təyin edir.
Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.
Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.
Şəkil 4.
Suallar:
-
Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?
-
Dərialtı insulin inyeksiyasının şəkil 4-də göstərilən hansı nahiyəyə vurulması daha məqsədə uyğundur?
-
İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”, “Çıraq”, 2008.
Klinik tapşırıq 5.
Həkimə 57 yaşlı xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim onun qoluna dərialtı B6 vitamini təyin edib.
Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.
Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.
Dostları ilə paylaş: |