18.Tədrici kokslaşma qurğusunda alınan koks reaktorlardan hansı üsulla
boşaldılır və hansı ölçülərdə fraksiyalara ayrılır, koksdan harada istifadə
olunur?
Reaktorlarda alınmış koks hidrokəsmə üsulu ilə doğranır. Doğrama prosesində
hidrokəsici baltalardan istifadə olunur. Mərkəzi oyuq açmaqla balta reaktorun
aşağısına doğru yönəlir. Yüksək təzyiqli 150atm-300 atm qədər su şırnağı
vasitəsilə balta fırladılır və koks doğranılır və doğranmış koks reaktorun
aşağısından boşalır.Koks 3 ölçüdə olur: 6mm qədər, 6mm-25mm qədər və 25mm.
Kokslaşma prosesində alınan külsüz koks yüksək keyfiyyərli elektrod
hazırlanmasında istifadə olunur. Al sənayesində Al filizindən Al almaq üçün koks
reduksiyaedici rol oynayır.Polad əridən sobalarda yanacaq növü kimi istifadə
edilir. Karbid və kalsium sulfid istehsalında isifadə olunur.Atom reaktorlarında
aqressiv mühitdə işləyən kimyəvi aparatlarda da koksdan istifadə olunur.
Qurğunun məhsuldarlığı ildə 1.5 mln ton koks emal edir.
4
19. Az kükürdlü xammaldan koks alınması daha əlverişli hesab olunur buna
səbəb nədir ?
Buna səbəb koksun tərkibində kükürdün miqdarı normallaşdırılır.(yəni nəzərə
alınır).
Dostları ilə paylaş: |