Yuxarıdakı kodun nəticəsi: Bu halda, myFunction(4, 5) funksiyasına çağırış yanlış olacaq, çünki funksiya üç parametr (a, b və c) gözləyir. Ancaq çağırışda yalnız iki arqument verilir. Beləliklə, gözlənilən üçüncü arqumenti əlavə etməlisiniz məsələn:
myFunction(4, 5, 2);
Bu halda myFunction funksiyası aşağıdakı kimi işləyəcək:
(4 + 5) / 2 = 9 / 2 = 4.5
40.
JavaScript - də String and Number Methods nədir? Nümunə kodlarla izah edin. Aşağıdakı kod nümunəsinin nəticəsini izah edin.
JavaScript, string və number tipli məlumatları üzərində bir çox əməliyyatlar aparmağımızı təmin edən metodlar təklif edir. String metodları aşağıdakılardır.
length - Mətnin təşkil edən simvol sayını hesablayır.
slice() - start və end indekslərini istifadə edərək sətri kəsir və yeni sətri qaytarır.
substring() - start və end indekslərini istifadə edərək sətri kəsir və yeni sətri qaytarır.
substr() - sətrin bir indeksdən başlayaraq müəyyən uzunluqda kəsir və o hissəni geri qaytarır.
replace() – ilk dəyərinə uyğun olan simvolları, ikinci dəyəri ilə əvəz edir.
replaceAll() - sətrin içindəki bütün dəyərləri tapır və onları yeni bir ifadə ilə əvəz edir.
toUpperCase() – Mətni böyük hərflərə çevirir.
toLowerCase() - Mətni kiçik hərflərə çevirir.
concat() - iki və ya daha çox sətri bir-biri ilə birləşdirərək yeni bir sətir yaradır.
trim() - sətrin ətraflarındakı boşluqları silir və yeni bir sətri qaytarır.
trimStart() - sətrin sol tərəfindəki boşluqları silir.
trimEnd() - sətrin sağ tərəfindəki boşluqları silir.
padStart() - sətrin soluna yeni bir sətir əlavə edir.
padEnd() - sətrin sağına yeni bir sətir əlavə edir.
charAt() - sətrin verilmiş indeksdəki simvolunu qaytarır.
charCodeAt() - sətrin verilmiş indeksdəki simvolunun Unicode dəyərini qaytarır.
split() - sətri verilən qaydaya görə bölür və nəticəni bir massiv olaraq qaytarır.
let text = "ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ";
let length = text.length;
alert(length) // bu string methoda aiddir, kodun nəticəsi text-in uzunluğunu verəcək yəni 26
Number metodları aşağıdakılardır.
toString() - Number tipli məlumatı String tipinə çevirir və yeni sətri qaytarır.
toFixed(n) - ədədi yuvarlaqlaşdırır ikinci rəqəmi ən yaxın olan yuvarlaqlaşdırır.
toPrecision(n) - ədədi yuvarlaqlaşdırır dəyərini ən çox n rəqəminə yaxın olan formada təqdim edir.
parseInt(str) - String tipli məlumatı Number tipli məlumata çevirir.
parseFloat(str) - verilən string (sətir) dəyərini number tipinə (float tipində) çevirir.
String metodları mətnlər üzərində işləyir və mətnlərin formasını, tərkibini və uzunluğunu dəyişdirə bilər.
Number metodları isə rəqəmlər ilə işləyir və onların üzərində hesablama əməliyyatları aparır.
41.
JavaScript - də Math and Random Object nədir? Harada və üçün istifadə olunur? Misallar göstərin. Aşağıdakı kod nümunəsinin nəticəsini izah edin.
JavaScript dili ilə birgə gələn Math və Random obyektləri, ədədlər üzərində işləmək üçün funksiyalar təqdim edir. Math obyektinin əsas funksiyaları aşağıdakılardır.
Math.PI – Pi ədədini qaytarır
Math.round(x) – Ədədi ən yaxın tam ədədə yuvarlaqlaşdırır.
Math.ceil(x) - Ədədi ən yaxın yuxarı tam ədədə yuvarlaqlaşdırır.
Math.floor(x) - Ədədi ən yaxın aşağı tam ədədə yuvarlaqlaşdırır.
Math.trunc(x) - Ədədin tam hissəsini qaytarır.
Math.pow(x, y) – x ədədinin y qüvvətini hesablayır.
Math.sqrt() – Ədədin kvadrat kökünü qaytarır.
Math.abs() - Ədədin müsbət dəyərini qaytarır.
Math.sin(x) - x bucağının sinusunu (-1 və 1 arasında qiymət) qaytarır.
Math.cos(x) - x bucağının kosinusunu (-1 və 1 arasında qiymət) qaytarır.
Math.min() - Arqumentlər siyahısında ən kiçik dəyəri qaytarır.
Math.max() - Arqumentlər siyahısında ən böyük qaytarır.
Math.random() - 0 (daxil olmaqla) və 1 arasında təsadüfi ədəd qaytarır.
alert(Math.pow(8, 2)) //kodu 8 in kvadratını çıxardır yəni nəticə 64 olacaq
alert(Math.min(0, 150, 30, 20, -8, -200)) // kodun nəticəsi verilmiş ədələrdən ən kiçiyini qayatarır yəni -200 ü qaytaracaq
Math.random() 0 (daxil olmaqla) və 1 (eksklüziv) arasında təsadüfi ədəd qaytarır.
1) Aşağıdakı nümunə 0-dan 9-a qədər təsadüfi tam ədədi qaytarır.
Math.floor(Math.random() * 10);
2) Aşağıdakı nümunə 1-dən 10-a qədər təsadüfi tam ədədi qaytarır.
Math.floor(Math.random() * 10) + 1;
3) Aşağıdakı funksiyası həmişə min (daxildir) və max (xaric) arasında təsadüfi bir ədəd qaytarır.