Kommutasiya metodları. Kanalların komutasiyası



Yüklə 136,77 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü136,77 Kb.
#49520
1   2   3   4   5
C fakepathmuhazir 4

Paket kommutasiyası

Paket kommutasiyası, kompüter trafikinin ən yaxşı ötürülməsi üçün xüsusi hazırlanmış şəbəkə qovşaqlarının kommutasiyasının xüsusi bir yoludur. Kanalların kommutasiya texnikasına əsaslanan ilk kompüter şəbəkələrinin inkişafına dair təcrübələr göstərdi ki, bu tip kommutasiya hesablama şəbəkəsinin yüksək ötürücülük qabiliyyətini əldə etmək imkanı vermir. Bunun səbəbi tipik şəbəkə tətbiqetmələrinin yaratdığı partlayan - pulsasiya edən trafik idi.

Paket kommutasiyasında bir şəbəkə istifadəçisi tərəfindən ötürülən bütün mesajlar mənbə qovşağında paket adlanan nisbətən kiçik hissələrə bölünür. Qeyd edək ki, mesaj verilənlərin məntiqi, tamamlanmış hissəsidir (yəni faylın ötürülmə sorğusu, bu sorğuya cavab və s.).Mesajın müəyyən uzunluğu vardır, o, bir neçə baytdan bir çox Mbayta qədər ola bilər. Paketlərin də bəzən müəyyən uzunluğu olur, lakin dar çərçivədə, məsələn, 46-15 bayta qədər (EtherNet). Hər paketin başlığı olur. Burada paketi paketin təyinat nöqtəsinə çatdırılması üçün tələb ünvan, eləcə də paketin mesajı toplamaq üçün təyinat qovşağı tərəfindən istifadə ediləcək nömrəsi yerləşir.

Paket şəbəkəsinin kommutatorları kanal kommutatorlarından onunla fərqlənir ki, kommutatorun çıxış portu paketin qəbul anında digərin paketin ötürülməsilə məşğul olduğu halda, onun paketi müvəqqəti saxlamaq üçün daxili bufer yaddaşı var.

Paket kommutasiyasının üstünlükləri:


  • qəzalara daha davamlıdır;

  • partlayan pulsasiya edən trafiki ötürərkən yüksək ümumi şəbəkə ötürücülük qabiliyyəti;

  • fiziki rabitə kanallarının ötürücülük qabiliyyətini dinamik olaraq yenidən bölüşdürmək imkanı.

Paket kommutasiyasının çatışmazlıqları:

Paket kommutasiyası kompüter şəbəkələrində istifadə olunur.

Şəbəkələrdə paket ötürmə üsulları:


1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin