Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər 177 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.