"kompüter qrafikasi" FƏNNİNİn predmeti


RGB modelində xüsusi rənglərin formalaşdırılması



Yüklə 0,5 Mb.
səhifə7/24
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#36978
1   2   3   4   5   6   7   8   9   10   ...   24
MUhazire

RGB modelində xüsusi rənglərin formalaşdırılması. Qrafik redaktorların əksəriyyətində istifadəçi redaktorun təklif etdiyi palitraya əlavə olaraq qırmızı, yaşıl və göy rənglərdən istifadə etməklə özünə lazım olan xüsüsi rəngləri yarada bilər. Adətən grafik redaktorlar lazım olan rəngi qırmızı, yaşıl və göy rəngin hər birinin 256 çaları ilə yaradır. Bu halda formalaşdırıla bilən rənglərin ümumi sayı 256x256x256 = 16777216-ya bərabər olacaqdır. Müxtəlif redaktorlarda xüsusi rəngləri formalaşdırmaq üçün istifadə edilən dialoq pəncərələrinin quruluşu fərqli olur. Deməli, istifadəçi həm qrafik redaktorun təklif etdiyi palitrada olan hazır rənglərdən, həm də dialoq pəncərəsindəki R, G, B ilə işarə edilən daxiletmə sahələrinə qırmızı, yaşıl və göy rəng üçün parlaqlığin uyğun qiymətlərini daxil etməklə alınan xüsusi çalarlardan istifadə edə bilər. R, G və B parametrləri üçün 0-dan 255-ə qədər diapazonunda olan qiymətlərdən istifadə edilir. Bu qayda ilə yaranan rəngdən həm yeni obyektlərin yaradılması, həm də təsvirlərin fraqmentlərinin rənglənməsi üçün istifadə edilə bilər.

Koordinat sistemi üzrə sürüngəcin yerinin dəyişdirilməsi daxiletmə sahələrindəki qiymətlərə və əksinə təsir göstərir. Koordinat sisteminin başlanğıcı ilə bütün təşkiledicilərin maksimal parlaqlıq səviyyəsi yerləşən nöqtəni birləşdirən diaqonalda ağ rəngdən qara rəngə qədər olan boz rəngin çalarları yerləşir. Boz rəng çalarları üç təşkiledicinin hamısının parlaqlıq səviyyələrinin eyni qiymətlərində alınır.




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin