"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 0,5 Mb.
səhifə23/24
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#36978
1   ...   16   17   18   19   20   21   22   23   24
MUhazire

Səs tənzimləyicisi kompüterin ayrı-ayrı qurğularının səsləndirdiyi səslərin ucalığını artırıb-azaldır. Proqramı yükləmək üçün kursoru indikasiya panelindəki müvafiq nişanın üzərinə qoyub bir və ya iki dəfə sıxmaq kifayətdir.

Bir dəfə sıxdıqda açılmış pəncərənin səviyyə sürgüsünü hərəkət etdirməklə, eyni zamanda bütün səs mənbələrinin səsinin ucalığını tənzimləmək mümkündür . İki dəfə sıxdıqda isə açılmış pəncərədə ayrı-ayrı qurğuların (mikrofon, kompakt disk, səs kalonkaların və s.) səsini səviyyə və balans sürgülərini hərəkət etdirməklə artırıb və ya azaltmaq olar . Fonoqraf aşağıdakı işləri görməyə imkan verir:



Mikrofon vasitəsilə səsi daxil etmək və fayl şəklində diskdə saxlamaq. Bunun üçün açılmış proqram pəncərəsində -düyməsini sıxıb mikrofonla səsi daxil edirlər. -düyməsini sıxmaqla isə səsyazma prosesini dayandırmaq olar. Sonra isə Fayl menyusunun Saxlamaq əmrini yerinə yetirməklə səsi wav faylı şəklində diskdə saxlayırlar.

Wav tipli səsləri səsləndirmək. Bunun üçün -düyməsini sıxmaq kifayətdir. , - düymələri müvafiq olaraq səs faylının əvvəlinə və sonuna keçməyə imkan verir. Fayl səsləndikcə cari vəziyyət sürgüsü soldan-sağa hərəkət edir.Məhz onu hərəkət etdirməklə faylı tam deyil, onun müəyyən hissəsini səsləndirmək olar.

Səsyazma faylını redaktə etmək.

O cümlədən:

Səsyazma faylının müəyyən mövqedən sonrakı və əvvəlki hissəsini pozmaq. Bu məqsədlə cari vəziyyət sürgüsünün müəyyən vəziyyətini qeyd edib, Redaktə menyusunun uyğun olaraq Cari mövqedən sonra ləğv etmək və ya Cari vəziyyətdən əvvəl ləğv etmək (Delete before current position və ya Delete after current position) əmrlərindən birini yerinə yetirmək gərəkdir.

Səsləndirmə tempini və səs ucalığını artırmaq və ya azaltmaq. Buna Effektlər (Effects) menyusunun uyğun Sürəti 100% artırmaq, (Increase Speed (by 100%)), Sürəti azaltmaq (Decrease Speed), Ucalığı 25% artırmaq, (Increase Volume (by 25%)), Ucalığı azaltmaq, (Decrease Volume) əmrlərini yerinə yetirməklə nail olmaq olar.

Faylın müəyyən hissəsini digər səsyazma faylı ilə əvəz etmək və səsyazma faylını digər faylla qarışdırmaq. Bunun üçün Redaktə menyusunun uyğun Fayl daxil etmək (Insert file) və ya Faylla qarışdırmaq (Mix with file) əmrlərini yerinə yetirmək və açılmış pəncərədə faylı seçib OK düyməsini sıxmaq lazımdır.

Səs yazma faylına əks-səda vermək. Bunun üçün effekt menyusunun Əks-səda əlavə etmək (Add Echo) – əmrini yerinə yetirmək lazımdır .




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin