Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


  TELEKOMMUNİKASİYA VASİTƏLƏRİ



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   6   7   8   9   10   11   12   13   ...   57


4.  TELEKOMMUNİKASİYA VASİTƏLƏRİ 

Telekommunikasiya  vasitələri-  uzaq  məsafəyə  informasiya  ötürülməsini  və 

qəbulunu təşkil edən texniki vəzifələrdir. Dünyada olan ixtiyari informasiyanı əldə 

etmək  üçün  kompüter,  tələb  olunan  informasiya  bazasına  daxil  olmaq  imkanına 

malik  olmalıdır.  Bu  da,öz  növbəsində,  bütün  kompüterləri  nəhəng  bir  hesablama 

şəbəkəsi şəklində birləşdirməyi tələb edir. 




 

 

 

Keçən  əsrin 60-80-ci  illərində böyük  universal  kompüterlər  uzaq  məsafədə 



yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni 

zamanda kompüterlə işləmək imkanını verirdi. Terminalların kompüterlə birləşmə 

texnologiyası ilk hesablama şəbəkələrinin yaranma əsaslarını qoydu. Daha sonralar 

qlobal  şəbəkələr  meydana  gəlir  ki,  bunlar  vasitəsilə  daha  uzaq  məsafələrdə  olan 

kompüterlər  bir-birilə  birləşə  bilirlər.  Qlobal  şəbəkəyə  misal  olaraq,  İnternet 

şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə 

kiçik  olduğuna  görə,  onlar  arasında  informasiya  mübadiləsini  çox  asan  həyata 

keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya 

mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini 

qurmaq lazımdır. Bu da müəyyən vaxt sərf olunmasını tələb edirdi. Digər kanallar 

istismar üçün bir qədər bahalı olduğundan və qlobal şəbəkəyə yalnız məhdud sayda 

kliyentlər  daxil  ola  bildikləri  üçün  informasiya  mübadiləsinin  əsas  kanalı  kimi 

telefon xəttindən istifadə edilirdi. Bunu modem təmin edir. Modem kompüterə 

qoşulur  və  telefon  kanalı  vasitəsilə  verilənləri  ötürmək  və  qəbul  etmək  imkanına 

malik olur. Hal-hazırda müxtəlif funksiyaları yerinə yetirən küllü miqdarda müxtəlif 

modemlər  mövcuddur.  Bu  modemlər  vasitəsilə  sifariş  olunan  telefon  nömrəsini 

yığmaq,  xətt  məşğul  olduqda  bir  daha  yenidən  zəng  etmək,  telefon  dəstəyini 

“qaldırmaq”, avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl 

şəklində  diskə  yazmaq  mümkündür.  Bütün  dünya  şəbəkələrinin  əksər  hissəsi 

modemlərin köməyilə təşkil olunmuşdur. 

Son  zamanlar  inteqrasiya  xidmətlərinə  malik  telefon  şəbəkəsindən  (ISDN-

İntegrated  Services  Digital  Network)  istifadə  edilir.  Bunun  yaradılmasında  əsas 

məqsəd, verilənlərin  ötürülmə  sürətinə  olan  məhdudiyyətləri  aradan  qaldırmaq  və 

eyni zamanda mövcud olan telefon xətləri ilə işləmək imkanına malik olmaqdır. Bu 

cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Ondan əlavə, bu şəbəkələr 

çoxkanallı  olurlar.  Belə  şəbəkəyə  qoşulmaq  üçün  baza  və  genişləndirilmiş 

interfeyslərdən istifadə etmək lazımdır. 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin