Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   27   28   29   30   31   32   33   34   ...   57


13. TCP/IP PROTOKOLU 

ARPANET  komputer  şəbəkəsinin  inkişafı  və  onun  beynəlxalq  İnternet 

şəbəkəsinə transformasiyası yeni TCP/IP (Transmission Control Protocol / İnternet 

Protocol)  adlı  informasiya  mübadiləsi  protokolunun  yaradılması  ilə  bağlıdır. 

Şəbəkəyə qoşulmuş komputerlər arasında informasiya mübadiləsini sadələşdirmək 

məqsədi ilə İnternet TCP/IP protokolundan istifadə edir. TCP/IP heç bir firma və ya 

kompaniya tərəfindən konkret olaraq maliyyələşdirilmir. Bu səbəbdən də istənilən 

şəxs  və  ya  firma  İnternetə  qoşularaq  milyonlarla  istifadəçi  ilə  əlaqə  yaradır, 

informasiyanın göndərilməsində və ya əldə olunmasında bilavasitə yaxından iştirak 

edir. 


İnternet vasitəsilə informasiyanı ötürmək, müxtəlif insanlarla əlaqə yaratmaq və 

s. kimi işləri həyata keçirmək üçün fərdi komputerlərdən istifadə etmək lazım gəlir. 

Məlumdur  ki,  istifadə  edilən  komputerlər  müxtəlif  firmalar  tərəfindən  (məsələn, 

Unix, Macintosh, İBM və s.) istehsal olunur. Bu səbəbdən də onların birgə işlənməsi 

üçün komputerlər, mütləq bir-biri ilə “eyni dildə danışmalıdırlar”. Yaranan çətinliyi 

aradan qaldırmaq üçün TCP/IP protokolundan istifadə olunur. 

Ümumilikdə  TCP/IP  protokolu  komputerlər  arasında  körpü  rolunu  oynayır. 

Protokol iki fərdi komputer və ya iki proqram arasında qarşılıqlı əlaqənin qaydasını 

təyin edir. 

Əslində TCP/IP iki müxtəlif protokoldan ibarətdir. 




 

 

28 

 

  IP  –  qovluqlarda  yerləşdirilən  xüsusi  hazırlanmış  komputerlər  İnternet 



vasitəsilə  informasiyanı  hərəkət  etdirmək  üçün  IP-dən  (İnternet  Protocol  – 

İnternet Protokolu) istifadə edirlər. Bu zaman kiçik informasiya paketlərində 

komputerlərin  IP  ünvanları  göstərilir  ki,  bunun  da  köməyi  ilə  informasiya 

müəyyən olunmuş ünvana çatdırılır. IP ünvanı bir-biri il nöqtələrlə ayrılmış 

dörd nömrədən ibarətdir. Məsələn, Macintosh firmasının fərdi komputerləri 

198.70.150.9  IP ünvanına malikdir. 

  TCP (Ötürmənin idarə olunması protokolu) İnternet vasitəsilə göndəriləcək 

informasiyanın  kiçik  paketlərə  hansı  şəkildə  bölünməsini  təyin  edir.  Daha 

doğrusu,  müxtəlif  vaxtlarda  göndərilmiş  müəyyən  sayda  kiçik  paketlərdən 

ibarət informasoyaların eyni zamanda istifadəçiyə çatdırılmasını təhlil edərək 

tənzim edir. 

 

Qeyd  edildiyi  kimi,  İnternet  informasiya  mübadiləsi  üçün  istifadə  edilən 



komputerlərin  İP  ünvanları  vardır.  Sözsüz  ki,  nömrələrdən  ibarət  olan  ünvanları 

yadda saxlamaq qeyri-mümkündür. Belə çətinliyi qismən də olsa aradan qaldırmaq 

məqsədilə  İnternetdə  istifadəçi  üçün  əlverişli  olan  ünvanlar  sistemindən  istifadə 

edilir ki, burada ünvan domenin adı ilə göstərilir (domenin adı İnternetdə konkret 

komputerə verilən unikal addır). Məsələn, Microsoftun domeni microsoft.com kimi. 

 

Aydındır  ki,  insan  üçün  müxtəlif  qrup  rəqəmlərdən  ibarət  ünvanı  yadda 



saxlamaq domenin adını yadda saxlamaqdan çətindir. Bu komputer üçün əlverişli 

olduğundan xüsusi serverlərin köməyi ilə domenlərin adları IP ünvanlara çevrilir. 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin