Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   36   37   38   39   40   41   42   43   ...   57


http://info.cern.ch 

adlanır və 1991-ci il avqust ayının 6-da yaradılıb. Sayt WWW (World Wide Web), 

səyyahlar v server sazlamaları haqqında izahedici informasiyadan ibarət idi. Sayt, 

həmçinin  ilk  veb  kataloq  sayılır.  1994-cü  ildə  Tim  Berners-Li  Massaçusets 

Texnologiya  universitetində  World  Wide  Web  Konsorsiumunun  (W3C)  əsasını 

qoyub. 


Bu  xidmət  İNTERNET-in  ən  mühüm  və  geniş  yayılmış  xidmət  növüdür. 

Qısaca  WEB  adlanan  bu  xidmət  hipermətn  texnoloqiyasına  əsaslanır  və  adi 

mətnlərin,  hipermətnlərin,qrafık  və  multimedia  tipli  informasiyamn,  proqram 

kodlarının və s. şəbəkədə yerləşdirilməsini, axtarışını, ötürülməsini və baxılmasını 

təmin edir.WEB xidmətindən istifadə etmək çox asan və rahatdır. 

WEB resursları WEB-saytlar və WEB-səhifələr şəklində təsvir olunurlar. Bir 

saytdan və ya səhifədən digərlərinə, o cümlədən, qrafiklərə, şəkillərə, animasiyaya 

və  s.  keçmək  üçün  «  keçid»(link)  adlanan  mexanizmdən  istifadə  edilir.  WEB-

sənədlərini təsvir etmək və onlann axtarışını asanlaşdırmaq üçün HTML(Hyper Text 

Markup Lanquage) adlı xüsusi dil yaradılmış-dır. Bu dil nisbətən sadə olduğundan, 

kompüter savadı olmayanlar da onu öyrənib, WEB-səhifələr yarada bilərlər. HTML 

dili  vasitəsilə  hazırlanmış  WEB-səhifələr  «WEB-browser»(  WEB-brouzer,  yəni 




 

 

37 

 

WEB-ə  baxış)  və  ya  «İNTERNET  Explorer»(İNTERNET  bələdçisi)  adlanan 



proqramların  köməyilə  oxunurlar.  Həmin  proqramlardan  ən  geniş  yayılanları 

İNTERNET  EXPLORER,  NETSCAPE  NAVIGATOR,  MOZİLLA  FİREFOX, 

OPERA  proqramlarıdır.  Bu  proqramlar  WEB-səhifələrlə  HTTP(Hyper  Text 

Transfer  Protocol-Hipermətnlərin  ötürülməsi  Protokolu)  adlanan  xüsusi  protokol 

vasitəsilə  əlaqə  yaradırlar.  HTML  dilinin  köməyilə  yaradılan  səhifələr  və  onlann 

tərkib  hissələri  olan  «keçidlər»  (liriklər)  İNTERNET-dəki  bütöv  informasiya 

toplusunu təşkil edir. «Keçidlər» səhifədə adətən başqa rənqlə (məsələn, göy rənglə) 

seçilir  və  altından  xətt  çəkilir.  Keçid  əməliyyatı  «  keçidin»  üzərində  mausun 

düyməsini bir dəfə basmaqla yerinə yetirilir. 

İNTERNET-də  hər  bir  saytın  (səhifənin)  unikal  ünvanı  olur.  Bu  ünvan 

ingiliscə  URL-  Uniform  Resourse  Locator(  Resursun  Vahid  (unikal)  Göstəricisi) 

adlanır.  Başqa  sözlə,  bu  ünvan  WEB-saytın  (səhifənin)  yerləşdiyi  komputerin 

İNTERNET-dəki  koordinatıdır.  Məsələn, 

http://www.adau.az

    burada  «http»-

informasiyanm  ötürülməsi  protokolunu,  «www.»-  İNTERNET  xidmətinin  adını, 

«adau.az»-  WEB-saytın(səhifənin)  yerləşdiyi  host(əsas)  kompüterin  İNTERNET 

adını göstərir. Host kompüterin adı səbəkədə qeydə alınmış domenlərin adlarından 

ibarət  olur.  Domenlərin  adları  iyerarxik  ardıcıllıqla  yazılır:  soldan  başlayaraq 

əvvəlcə ən aşağı səviyyənin domeni, sonra isə yuxarı səviyyələrin domenləri. Ən 

yuxarı  səviyyədəki  (sağdan  1-ci)  domendən  solda  yazılan  domenlərə  altd-menlər 

deyilir. Beləliklə, host kompüterin adınm yazılış forması belə olur: 



<  altdomenl>.  [  <  altdomen2>.  <  altdomen3>...]    burada  <,>  -

işarələrindən adın tərkib hissələrini ayırmaq üçün, [,] -mötərizələrindən isə onların 

içərisindəkilərinin vacib olmamasını göstərmək üçün istifadə edilmişdir. 

İNTERNET-də ünvanlaşdırma inzibati və ya ərazi prinsipləri ilə aparılır. Hər 

iki halda yuxarı səviyyənin domeni standart qəbul olunmuş adla göstərilir. Məsələn, 

inzibati prinsiplə ünvanlaşdırılmada yuxarı səviyyənin domen adları belə ola bilər: 

«com»-kommersiya  təşkilatı,  «  edu»-təhsil  və  ya  elmi  müəssisə,  «gov»-dövlət 

müəssisəsi, «int»-beynəlxalq təşkilat, « net»-İNTERNET-in şəbəkə qovşaqları və s. 




 

 

38 

 

Ərazi  prinsipi  ilə  ünvanlaşdırmada  isə  yuxarı  səviyyənin  iki  simvoldan  ibarət 



standart  domen  adları  belə  ola  bilər:  «az»-Azərbaycan  Respublikası  ,    «jp»-

Yaponiya, «gb»-İngiltərə,.. «ru»-Rusiya, «tr»-Türkiyə və s. 

Domen  ünvanlaşdırma  sistemi  (ingiliscə:  Domain  Name  Sistem-  DNS) 

İNTERNET  ünvanlar  fəzasının  iyerarxik  təşkili  metodudur.  İNTERNET  adları 

DNS  serveri  vasitəsilə  rəqəm  formasında  ifadə  olunan  həqiqi  ünvanlara  çevrilir. 

Həmin ünvanlara İP(İnternet Protocol) ünvanları deyilir. DNS serveri əks çevirməni 

də, yəni İP ünvanını domen adına çevirnəni də aparır. 

WEB-saytların  (səhifələrin)  HTML  kodunda  yığılması  üçün  aşağıdakı 

redaktorlardan  (proqramlardan)  istifadə  etmək  olar:  NETSCAPE  COMPOSER, 

HOTDOG, MS FRONTPAGE və s. 

WEB-sayt bir-biri ilə əlaqəli olan və eyni birWEB-serverdə yerləşən bir və ya 

bir neçə WEB-səhifəsindən ibarət olur. WEB-səhifə WEB-saytın ayrıca bir hissəsi 

olub, «.htm» və ya «.html» genişlənməsi ilə təyin olunan mətn faylıdır. İNTERNET 

şəbəkəsinin bir qovşağı olan WEB-server bu faylların fiziki olaraq saxlanılmasını və 

istifadəçilərə  çatdırılmasını  həyata  keçirir.  Fayllarda  mətni  informasiya  və  bu 

informasiyanın 

WEB-brouzerin 

pəncərəsində 

necə 

təsvir 


olunmasını 

müəyyənləşdirən  HTML-kodlar  saxlanılır.  Digər  tip-qrafiki,  audio,video- 

informasiya  WEB-səhifəyə  daxil  olmur  və  ayrıca  olaraq  «.gif»,  «.jpg»,  «.mid», 

«.mp3»,  «.avi»  genişlənmələri  ilə  təyin  olunan  fayllarda  saxlanır.  HTML-kodda 

yalnız bu fayllara aparan yol göstərilir. 

Ünvanı  bəlli  olmayan  WEB-saytları  mövzuya  görə  axtarıb  tapmaq  üçün 

informasiya-axtarış sistemlərindən istifadə edilir. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin