DİRECTHİT (
www.directhit.com
) axtarış sistemləri ailəsində həm sadə,
həm də güclü sistem hesab olunur. Onun sadəliyi ənənəvi axtarış sistemlərində
olduğu kimi, açar sözlərlə axtarışın aparılması, sadə və aydın interfeysə malik
olması ilə təyin olunur. Sorğudakı açar sözlərə uyğun gələn sənədlərin içərisində
daha çox istinad edilən və daha çox baxılan (yəni baxılma müddəti daha çox olan)
sənədlərə üstünlük verilir və onlar çıxış siyahısının əvvəlində yerləşdirilir.
Sorğudakı sözlərə, istinadların sayına və baxılmaların çoxluğuna görə
seçilmiş sənədlərin siyahısı ilə yanaşı, sorğuya yaxın mövzular (sözlər) də ekrana
çıxarılır. Həmin sözlər (Related Searches) sorğudakı sözlərə «sinonimlik»,
«assosiativlik» və «sinif-altsinif» («soy-növ» və «tam-hissə») əlaqəlrəinə görə
müəyyənləşdirilir. Bütün bunlarla bərabər, çıxışda reytinqi yüksək olan sənədlərin
populyarlığı haqqında əyani formada məlumat verilir.
SNAP (
www.snap.com
) ilkin axtarış üçün nəzərdə tutulub və bir sıra
cəhətlərinə görə DİRECTHİT sisteminə oxşayır. Burada da saytların populyarlığı
və oxşar mövzular istifadəçilərin rəyləri ilə (istinadların sayı və baxılma müddəti)
müəyyənləşdirilir. Bəzi xüsusiyyətlərinə görə SNAP sistemi DIRECTHIT
sistemindən müsbət mənada fərqlənir. Məsələn, sorğuya cavab kimi verilən
saytların və oxşar mövzularıın (Related Searches) siyahıları ilə yanaşı, oxşar
kateqoriyaların (Related Categories) siyahısı da ekrana çıxarılır. Həmin siyahıda
SNAP-ın tematik kataloqunda tapılan saytların rast gəlindiyi bölmələr göstərilir.
SNAP-ın kataloqu xüsusi redaktorlar (insanlar) tərəfındən hazırlanır. Onlar ən
populyar saytları seçib, onları təsvir edir və kataloqun uyğun bölmələrinə
yerləşdirirlər. Kataloqun bölmələri həmçinin tapılan sayt haqqında qısa
informasiyada da qeyd olunur (əgər sayt tematik kataloqa daxil edilibsə). Bu cür
saytlar «TopWeb Sites» (ən yaxşı Web saytlar) kateqoriyasında təsvir edilirlər.
51
SNAP-ın cavablar pəncərəsində «TOPWebSites» kateqoriyasından sonra
«LiveDirectory» (Müvəqqəti Qovluq) kateqoriyası gəlir. Həmin kateqoriyaya
saytların qiymətləndirilməsində redaktorlara (insanlara) kömək məqsədi ilə
yaradılmış «Global Brain» proqramı vasitəsilə populyarlığı təyin edilmiş saytlar
daxil edilir. Saytların populyarlığı onlara edilən istinadların sayı və baxılma
müddətlərinə görə müəyyənləşdirilir. Hər bir müəllif öz saytını «LiveDirectory»
kateqoriyasına daxil edə bilər. SNAP həmin saytları tematik kataloqda göstərmir,
lakin belə kateqoriyanın mövcudluğu haqqında pəncərəyə məlumat çıxarır.
Konkret axtarış aparmaq üçün SNAP sistemində sorğu dilindən istifadə edilir.
DİRECTHİT-dən fərqli olaraq, SNAP bütöv frazalara görə axtaraş apara bilir.
Bunun üçün frazanı təşkil edən sözlər dırnaq işarəsi arasında yazılmalıdır, məsələn,
«olum ya ölüm». Dırnaq işarəsindən əlavə, SNAP sözün əvvəlində yazılan «+» və
«-» işarəsini də qavrayır. «+» işarəsi sözün sənəddə mütləq olmasını, «-» işarəsi isə
mütləq olmamasını göstərir.
YAHOO (
www.yahoo.com
) İNTERNET-də istifadə edilən ilk axtarış
sistemlərindən biridir. Hazırda YAHOO bir sıra informasiya-axtarış vasitələri
istehsalçıları ilə əməkdaşlıq edir və onun müxtəlif serverlərində müxtəlif proqram
təminatından istifadə edir. YAHOO-ya tematik kataloq kimi də baxmaq olar, ona
görə ki, onun tematik kataloqu ən böyük həcmə malikdir və hazırda kataloqda
milyondan çox səhifənin və saytın ünvanları toplanıb.
Bütün tematik kataloqlar kimi, YAHOO-da agacvari strukturla təşkil
edilmişdir. Ən yuxarı səviyyədə əsas rubrikalar (məsələn, «Mədəniyyət və
incəsənət», «Biznes və iqtisadiyyat», «Kompüter və İnternet» və s.) təsvir edilir.
Rubrikalar bölmələrə, bölmələr altbölmələrə və s. ayrılır və ən aşağı səviyyədə
(yarpaqlarda) saytların təsviri və onlara istinadlar (linklər) saxlanır. Hər bir saytın
təsviri xüsusi redaktor (insan) tərəfındən aparılır. Onların sayı 50-dən artıqdır.
Beləliklə, YAHOO-nun kataloqu əl üsulu ilə tərtib edilir. Odur ki, onun keyfiyyəti
yüksəkdir.
52
YAHOO sisteminin informasiya-axtarış dili kifayət qədər sadədir. Daxil
edilən sözlər boşluqla (probellə) ayrılır. Onlar arasında AND və OR operatorlan
yazmaq olar. Çıxışda sənədlərin sorğuya uyğunluq dərəcəsi göstərilmir, lakin tapılan
sənədlərdə sorğuya uyğun sözlərin altından xətt çəkilir. Bu zaman leksikanın
normallaşdırılması və ümumi sözlərin təhlili aparılmır. Çıxış siyahısında sənədlərin
relevantlığa görə nizamlanması tapılan sənədlərdə sorğunun sözlərinin sayına görə
aparılır. YAHOO-nu məhdud axtarış imkanlı sadə ənənəvi sistemlər sinfinə aid
etmək olar. SNAP sistemində olduğu kimi, burada da sorğuda sözün əvvəlində «+»
və «-» işarələrindən istifadə etmək olar. YAHOO-nun fərqli cəhətlərindən biri də
ondan ibarətdir ki, sorğuda göstərilən sözlər və ya frazalar tapılmadıqda, o,
GOOGLE sisteminin indeksinə müraciət edir və lazımi sözləri və ya frazaları
sənədlərin özlərində axtarır. Daha məzmunlu axtarış üçün sorğuda «t:» və «u:»
işarələrindən istifadə etmək olar. Sözün əvvəlində göstərilmiş «t:» işarəsi axtarışın
yalnız səhifəinin və saytın başlığında, «u:» işarəsi isə axtarışın yalnız saytların
ünvanlannda apanlmasını göstərir.
Məsələn, «u: eko» sorğusuna görə URL ünvamnda «eko» sözü olan sənədlər
tapılacaq, məsələn:
www.business-marketinq.az/html/eko.html
.
OİNGO (
www.oingo.com
) sistemi sözü adi simvollar ardıcıllığı kimi qəbul
edən bir çox axtarış sistemlərindən fərqli olaraq, sözlərin mənalarını «başa düşür».
İlkin axtarışda sorğunun sözlərinə digər sistemlərdə olduğu kimi, simvollar
ardıcıllığı kimi baxılır. Axtarış nəticələri iki siyahı ilə ekrana çıxarılır: tapılan WEB-
saytların siyahısı və kataloqun bölmələrinin siyahısı. Uyğun düyməni basmaqla
açılan üçünçü siyahıda isə sorğudakı sözün bütün mənaları əks etdirilir. Əgər
seçilmiş mənaya görə axtarış nəticələri istifadəçini qane etmirsə, o, sorğunu
dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən axtarış apara bilər.
OINGO-da sorğu dili demək olar ki, yoxdur. Təkcə «+» işarəsindən istifadə
etmək olar. Bu halda həmin sözün sənəddə mütləq olması tələb edilir. Əgər OINGO
verilmiş sorğuya görə öz kataloqunda heç bir şey tapa bilmirsə, o, ALTAVİSTA
sisteminin indeksinə müraciət edir.
|