yeni dərsliklərin və dərs vəsaitlərinin yazılıb çap etdirilməsi bunun əyani
sübutudur. Bununla da rektor qısa zaman ərzində müstəqilliyin qarşıya qoydu-
ğu vəzifələrə, dövlətin ardıcıl həyata keçirdiyi təhsil islahatının
tələblərinə
uyğun olaraq universitet təhsilinin və elminin inkişafında mühüm nailiyyətlər
əldə etməyə nail olmuşdur.
Akademik A.Məhərrəmovun rektorluq fəaliyyəti nəticəsində Bakı Döv-
lət Universiteti son illərdə böyük inkişaf yolu keçmiş, respublikamızdan çox-
çox uzaqlarda, o cümlədən dünyanın inkişaf etmiş ölkələrində geniş şöhrət
qazanmış, məşhur ali təhsil müəssisələri arasında özünəməxsus yer tutmuşdur.
Hazırda Azərbaycanın ilk və öncül elm və təhsil
müəssisəsi olan BDU-
nun qarşısında duran ən başlıca məqsəd gələcəyin vətənpərvər, ziyalı vətən-
daşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Müasir dövrdə
bu vəzifəni düzgün dəyərləndirən professor-müəllim heyəti bu ülvi məqsədlərə
yetişmək üçün akademik Abel Məhərrəmovun rəhbərliyi ilə bütün imkanlarını
səfərbər etmiş, eyni zamanda strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir.
Elə bunların məntiqi nəticəsi kimi akademik Abel
Məhərrəmov Azərbay-
can Respublikası Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli
sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Biz də Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti
və tələbə kollektivi adından möhtərəm rektorumuz,
akademik Abel Məhərrə-
movu həm bu yüksək dövlət mükafatına layiq görülməsi, həm də 60 illik
yubileyi münasibəti ilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı
və doğma Bakı Dövlət Universitetinin daha da çiçəklənməsi və inkişafı naminə
yeni-yeni ugurlar arzulayırıq!
İnanırıq ki, 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunan Bakı Dövlət
Universiteti ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı, akademik Abel
Məhərrəmovun səmərəli fəaliyyəti və işgüzarlığı sayəsində daha da inkişaf
edəcək, ali məktəblər arasında özünün lider mövqeyini daim qoruyub
saxlayacaqdır.
Dostları ilə paylaş: