Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 62,69 Kb.
səhifə4/4
tarix19.12.2023
ölçüsü62,69 Kb.
#184426
1   2   3   4
komp inkisaf merh

II nəsil (1960–1969) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan elektron hesablama maşınları. Elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.

  • III nəsil (1970–1985) – element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM və başqa elektron hesablama maşınları yaradılmışdır. Bu nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni quruluşa və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.

  • IV nəsil (1981-dən sonrakı dövr) böyük və çox böyük inteqral sxem (BİJ, ÇBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: IBM PC, IBM XT, IBM AT 286, IBM AT 386, IBM AT 486 və s.

  • V və sonrakı nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən superkompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.

  • Yaradicisi

  • 1815-ci il dekabr ayının 10-da böyük ingilis şairi Corc Bayronun ailəsində bir qız dünyaya gəldi. Adını Ada qoydular. Lap kiçik yaşlardan ailədə Adanın təhsili ilə ciddi məşğul olurdular. Onun müəllimləri o dövrün tanınmış alimləri idilər. Adanın elmə böyük həvəsi var idi. Balaca qız saatlarla otağında oturur, nə isə yazır, çəkir, hesablamalar aparırdı. Adanın ən sevimli məşğuliyyəti riyaziyyat idi. 12 yaşı olanda o, uçan aparat quraşdırmışdı! Gənc yaşlarında Ada gözəl və cazibədar olmaqla yanaşı, təbiətən çox güclü və iradəli xanım idi. O, İngiltərənin görkəmli şəxsləri - yazıçı və alimləri ilə tanış olmuşdu. Geniş bilik dairəsinə malik olan bu xanım məşhur elm adamları ilə ünsiyyətdə çox sərbəst idi. Adanın həyatında ən əlamətdar hadisə isə Çarlz Bebbiclə tanışlığı oldu. Bu alim ilk hesablama maşınının yaradıcısı idi. Çox sonralar kompüter yaradan alimlər Bebbicin bu ixtirasından yararlanmışdılar. Ada professor Bebbicin emalatxanasına tez-tez gedirdi. Bu emalatxanada Ada ilə tanış olmuş alimlərdən biri xatirələrində yazır: “Qonaqlar Bebbicin qəribə maşınını çaşqınlıqla seyr edirdi. Ada isə onun iş prinsipini başa düşmüş və ixtiranın böyük əhəmiyyətini qiymətləndirməyi bacarmışdı”. Üstəlik, Ada bu maşının köməyi ilə həll etmək üçün məsələlər təklif edirdi. Onun təklifləri hamını, o cümlədən ixtiraçının özünü də təəccübləndirmişdi. O vaxtdan Ada və Bebbic dostlaşdılar. Professor Adanın riyaziyyata olan meylini dəstəkləyir, ona biliyini artırmaq üçün kitablar verirdi. Sonralar Ada və Çarlz Bebbic arasında sıx əməkdaşlıq münasibətləri yarandı. Bebbic Adanı “rəqəmlərin ovsunçusu” adlandırırdı. Dərin elmi biliklərlə yanaşı, incə qadın xarakterinə, yüksək zövqə malik olan, mükəmməl musiqi təhsili almış Ada 20 yaşında ailə həyatı qurmuşdu. Amma o, üç uşaq anası olduqdan sonra da öz sevimli işindən uzaqlaşmadı. 1842-ci ildə Bebbicin hesablama maşını barədə mühazirələri fransız dilində ayrıca kitab kimi nəşredilmişdi. Bebbicin xahişi ilə Ada həmin yazını ingilis dilinə tərcümə etdi. Lakin onun bir ildən çox vaxt sərf etdiyi bu iş sadəcə tərcümə deyildi. Ada bir çox məqamlara aydınlıq gətirmiş, şərhlər yazmış, əlavələr etmişdi. Nəticədə onun əlavələri həcmcə əsas mətndən üç dəfə artıq olmuşdu. Əslində, Ada hesablama maşınının müfəssəl təsvirini vermiş, bu maşın üçün ilk proqramları yaratmışdı.Məhz buna görə onu dünyada ilk proqramçı hesab edirlər. Ada Lavleys uzaqgörənliklə qeyd edirdi ki, hesablama maşını ən mürəkkəb riyazi formulları yaratmağa və həll etməyə qadirdir. O yazırdı: “Gələcəkdə bu maşın musiqi bəstələyə, şəkil çəkə biləcək və elm qarşısında bizim yuxuda da görmədiyimiz yollar açacaq . Kompüterin özünün yaradılmasından əvvəl dünyada ilk kompüter proqramını hazırlayan Ada Lavleys tarixə kompüter əsri haqqında öncədən xəbər vermiş qadın kimi düşdü. Universal proqramlaşdırma dillərindən biri onun şərəfinə “Adal” adlandırılmışdır.[1]

    Yüklə 62,69 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin