KÖNÜLLÜ TİBBİ siğorta qaydalari



Yüklə 0.65 Mb.
Pdf просмотр
səhifə1/4
tarix25.12.2016
ölçüsü0.65 Mb.
  1   2   3   4

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



KÖNÜLLÜ TİBBİ SIĞORTA 

QAYDALARI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 2012 

 

 



 



MÜNDƏRİCAT 

FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR....................................................................................................... 7 

Maddə 1. Sığorta münasibətlərinin subyektləri .............................................................................. 7 

Maddə 2. Sığorta müqaviləsinin predmeti ....................................................................................... 7 

FƏSİL 2. SIĞORTA TƏMİNATI ......................................................................................................... 7 

Maddə 3. Sığorta hadisəsi ................................................................................................................... 7 

Maddə 4. Gözləmə müddəti ............................................................................................................... 8 

Maddə 5. Standart istisnalar ............................................................................................................... 8 

Maddə 6. Sığorta təminatında məhdudiyyətlər ............................................................................ 11 

Maddə 7. Sığortanın ərazisi .............................................................................................................. 11 



FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ(ŞƏHADƏTNAMƏSİ) ........................................................ 10 

Maddə 8. Sığorta müqaviləsinin bağlanması ................................................................................. 12 

Maddə 9. Sığorta müqaviləsinin bağlanarkən Sığortalı tətəfindən təqdim edilən məlumat .. 11 

Maddə 10. Sığorta müqaviləsinin müddəti .................................................................................... 12 

Maddə 11. Sığorta müqaviləsinin yenilənməsi .............................................................................. 13 

Maddə 12. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü .............................................. 13 

Maddə 13. Mühüm şərtlər ................................................................................................................ 13 

Maddə 14. Sığorta riskinin artması .................................................................................................. 13 

Maddə 15. Sığorta müqaviləsinə xitam verilməsi ......................................................................... 14 

FƏSİL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI .............................................................. 14 

Maddə 16. Sığorta məbləği ............................................................................................................... 14 

Maddə 17. Sığorta haqqı .................................................................................................................... 14 

Maddə 18. Sığorta haqqının ödənilməsi ......................................................................................... 15 

Maddə 19. Sığorta haqqının qaytarılması ....................................................................................... 15 

FƏSİL 5. TİBBİ XİDMƏTİN TƏŞKİLİ QAYDASI ......................................................................... 16 

Maddə 20. Məlumat vermək vəzifəsi .............................................................................................. 16 

Maddə 21. Sığorta geriödənişin alınma qaydası ......................................................................... 166 

Maddə 22. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri .............. 17 

Maddə 23. Sığortaçı tərəfindən nəzarət ........................................................................................ 199 

FƏSİL 6. SIĞORTA ÖDƏNİŞİ ........................................................................................................... 20 


 

Maddə 24. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası ................................................. 20 



Maddə 25. Sığorta ödənişindən imtinanın əsasları ....................................................................... 21 

Maddə 26. Subroqasiya hüququ ...................................................................................................... 21 

Maddə 27. Valyuta haqqında qeyd-şərt .......................................................................................... 22 

Maddə 28. Ödənilməmiş sığorta haqqının nəzərə alınması ........................................................ 22 

Maddə 29. Mübahisələrin həlli qaydası .......................................................................................... 22 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Buta  Sığorta”  ASC-nin  Könüllü  tibbi  sığorta  qaydaları  (bundan  sonra  mətn  üzrə  “Qaydalar”) 

Azərbaycan  Respublikasinin  Mülki  məcəlləsinə,  “Sığorta  fəaliyyəti  haqqında”  qanuna,  digər 


 

hüquqi  normativ  aktlara  müvafiq  olaraq  işlənib  hazırlanmışdir  və  “Buta  Sığorta”  ASC-nin 



bağladığı  bütün  Könüllü  tibbi  sığorta  (bundan  sonra  mətn  üzrə  “Sığorta  müqaviləsi”) 

müqavilələrinin ayrılmaz tərkib hissəsidir. 

Bu qaydalarla müəyyən olunan sığorta növü tibbi sığorta sinifinə aiddir. 

 

ANLAYIŞLAR 



 

Könüllü  tibbi  sığorta-tibbi  sığorta  proqramına  daxil  edilən  tibbi  xidmətlərə  görə  Sığorta 

olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin 

tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan 

sığorta sinfi. 



 

Tibbi  Sığorta  müqaviləsi-qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  Sığortalı  ilə  Sığortaçı 

arasında bağlanan, Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsinin 

baş verməsi əsasında Sığorta olunana seçilmiş tibbi sığorta proqramına uyğun olaraq göstərilən 

tibbi  yardımın  təşkilini  və  sığorta  ödənişinin  həyata  keçirilməsini,  eyni  zamanda  tərəflərin 

hüquq və vəzifələrini müəyyən edən yazılı razılaşmadır. 

 

Sığorta şəhadətnaməsi-Sığortalı  ilə Sığortaçı arasında  sığorta müqaviləsinin bağlanması  faktını 

təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir. 

  

Sığortaçı-Sığorta  müqaviləsində  nəzərdə  tutulan  sığorta  hadisəsi  baş  verdiyi  halda 

qanunvericiliklə  və  ya  müqavilə  ilə  müəyyən  olunmuş  qaydada  sığorta  ödənişini  vermək 

öhdəliyi  daşıyan  sığorta  müqaviləsinin  tərəfidir.  Bu  Qaydaların  məqsədləri  üçün  Sığortaçı 

qismində “Buta Sığorta” ASC nəzərdə tutulur. 

 

Sığortalı-sığorta  haqqı  ödəyən,  sığorta  obyektinin  sığorta  etdirilməsində  sığorta  marağı  olan 

sığorta müqaviləsinin tərəfidir.  

 

Sığorta olunan-sığorta müqaviləsinə əsasən sığortalanan və sığorta hadisəsi baş verdikdə sığorta 

müqaviləsindən doğan haqları istifadə edən şəxs. 

 

Fərdi  sığorta-bir  şəxsin  tək  başına  və  ya  həyat  yoldaşı,  uşaqları,  ata  və  anası,  qəyyumluğunda 

olan şəxslərlə birlikdə sığortalanmasıdır. 

 

Qrup  halında  sığorta-eyni  hüquqi  şəxsdə  fəaliyyət  göstərən  əməkdaşların  birlikdə 

sığortalanmasıdır. 

Sığorta  obyekti-Sığorta  olunanın  Sığorta  müqaviləsində  və  bu  Qaydalarda  göstərilən  sığorta 

hadisəsinin  baş  verməsi  ilə  tibbi  sığorta  proqramında  nəzərdə  tutulan  həcmdə  tibbi  və  digər 

xidmətlər alması ilə əlaqədar olan əmlak maraqları.  

 

Sığortanın  ərazisi-Sığorta  müqaviləsində  göstərilən  və  hüdudlarında  sığorta  pedmetinin 

sığortalanmış hesab olunduğu ərazi. 

 


 



Sığorta  haqqı-risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi  müqabilində  sığorta 

qanunvericiliyinə  uyğun  olaraq,  sığorta  müqaviləsində  nəzərdə  tutulan  qaydada  Sığortalının 

Sığortaçıya ödəməli olduğu pul məbləği. 

 

Sığorta  məbləği-sığorta  məbləği  Sığorta  müqaviləsinə  əsasən  Sığortaçının  həyata  keçirməli 

olduğu sığorta ödənişinin və sığortalanmış risklər üzrə məsuliyyətinin maksimal həddini  ifadə 

edir. 

 

Sığorta  riski-Sığorta  olunanın  tibb  müəssisəsində  tibbi  xidmət  alması  ilə  əlaqədar  xərclərin 



yaranmasına səbəb olan hadisənin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı Sığortaçının 

üzərinə götürdüyü öhdəlik.  

 

Sığorta  marağı-sığorta  hadisəsinin  baş  verəcəyi  təqdirdə  Sığortalının  maliyyə  itkisinə  məruz 

qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı 

mənafedir. 

 

Sığorta  ödənişi-sığorta  hadisəsi  nəticəsində  Sığorta  olunanın  sağlamlığına  dəyən  zərərə  görə 

tibb  müəssisəsinin  göstərdiyi  xidmətlər  müqabilində  Sığorta  müqaviləsində  nəzərdə  tutulmuş 

qaydada  və  müddətdə  Sığortaçı  tərəfindən  tibb  müəssisəsinə,  belə  xidmətlərin  əvəzi  Sığorta 

olunan tərəfindən ödənildiyi halda isə Sığorta olunana ödənilən məbləğ. 

 

Sığorta Müddəti – Sığorta müqaviləsinin qüvvədə olduğu müddət. 

 

Şərtsiz  azadolma  məbləği-Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  yazılan  nisbətlər 

daxilində  sığorta  ödənişindən  Sığorta  olunan  üzərinə  düşən  hissə.  Şərtsiz  azadolma  məbləği 

nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır. 

 

Şərtsiz  gözləmə  müddəti-bu  müddət  ərzində  sığorta  tələbi  və  ya  sığorta  ödənişi  sığorta 

hadisəsinin  baş  verməsindən  keçən  həmin  müddət  qədər  vaxt  ərzində  yaranan  itkilərə  şamil 

edilmir.  Sığortalının  sığorta  təminatından  faydalana  bilməsi  üçün  sığortanın  başlanma 

tarixindən etibarən gözləməsi zəruri olan müddətə deyilir. 

 

Sığorta  proqramı  –  verilən  və  istisna  edilən  təminatların  siyahısını,  sığorta  hadisəsi  zamanı 

sığortaçıya, tibb müəssisələrinə, podratçı klinikalara müraciət etmə qaydasını, sığorta ödənişinin 

alınması qaydasını müəyyən edir 

  

Mövcud  xəstəliklər-Əlamət  və  simptomlarını  sığorta  müqaviləsinin(şəhadətnaməsinin)  hüquqi 

qüvvə  qazandığı  tarixdən  əvvəl  büruzə  verən  və  həmin  tarixdən  əvvəl  müayinə  və  müalicə 

olunan  xəstəliklər  və  onlarla  əlaqədar  sığorta  müddəti  zamanı  meydana  çıxan  kəskinləşmələrə 

deyilir. 

 

Xroniki  xəstəlik  və  ya  vəziyyət-elə  bir  xəstəlik  yaxud  zədələnmədir  ki,  ən  azından  aşağıdakı 

əlamətlərdən birini daşıyır: 



 

uzun müddət davam edir və müalicəsi bəlli deyil; 



 

residiv verir yaxud residiv vermə ehtimalı var(Vaxtaşırı xəstəliyin simptomları geri qayıdır); 



 

daimi xəstəlikdir(xəstəliyin əlamətləri bəzən azalıb, bəzən artsa da hər zaman mövcuddur); 



 



 

xəstəliyi aradan qaldırmaq üçün reabilitasiyaya ehtiyac vardır; 



 

xəstəliyin  uzun  müddətli  müayinələrə,  diaqnostik  testlərə,  həkim  baxışlarına  və  həkim 

nəzarətinə ehtiyacı var. 

 

Təcili  və  təxirəsalınmaz  hallar-bu  Qaydalarda  göstərilən  standart  istisnalar  arasında  yer 

almayan,  ani  bir  xəstəlik  və  ya  yaralanma  nəticəsində  ortaya  çıxan  və  həyat  üçün  təhlükə 

yaradan hallara deyilir.  “Buta Sığorta” ASC tərəfindən müəyyən edilən təcili və təxirəsalınmaz 

hallar aşağıdakılardır: 

 



Avtomobil qəzası; 

 



İkinci və daha yüksək dərəcəli yanıqlar; 

 



Miokard infarktı və ritm pozğunluqları; 

 



Ciddi göz zədələnmələri

 



Hipertonik krizlər; 

 



İsti vurma; 

 



Astmatik 

status 


və 

kəskin 


tənəffüs 

çatışmazlığı; 

 

Suda boğulma; 



 

Tənəffüs və həzm yollarının yad cismi; 



 

Sınıqlar və çıxıqlar; 



 

Güclü və kəskin qanaxma; 



 

Ciddi  iş  qəzaları,  üzvlərin  travmatik 



amputasiyası; 

 



Yüksəklikdən  yıxılma  və  ya  üzərinə  əşya 

düşməsi; 

 

Meningit, ensefalit; 



 

Elektrik vurması; 



 

Zəhərlənmələr; 



 

Donma; 



 

Kəskin qarın sancıları; 



 

Şüurun  itməsinə  səbəb  olan  hallar(istisna 



hallar  nəticəsində  baş  verən  şüur  itməsi 

təminat xaricindədir); 

 

Bədən  temperaturunun  yüksəlməsi(38,5  və 



daha yüksək). 

Bədbəxt hadisə-sığorta müddəti ərzində Sığorta olunanın iradəsi xaricində baş verən və bədən 

xəsarəti ilə nəticələnən ani, gözlənilməyən hadisə. 

 

Sağlamlıq  haqqında  məlumat  forması-Sığorta  müqaviləsi(şəhadətnaməsi)  Sığortalı/Sığorta 

olunan  tərəfindən  doldurulmuş  məlumat  forması  əsasında  bağlanır  və  bu  forma  sığorta 

müqaviləsinin(şəhadətnamənin) ayrılmaz tərkib hissəsi hesab edilir. 

 

İlkin  müayinə-Sığorta  olunacaq  şəxsin  sığorta  olunub-olunmayacağını  və  ya  hansı  şərtlərlə 

sığorta olunacağını müəyyən etmək üçün Sığortaçının təyin etdiyi tibb müəssisəsində müayinə. 

 

Tibb müəssisəsi-Sığortaçı ilə bağladığı müqaviləyə əsasən sığorta hadisəsi baş verdikdə Sığorta 

olunana  tibbi  yardım  və  müqavilədə  nəzərdə  tutulmuş  digər  xidmətlər  göstərən  və  göstərdiyi 

xidmətlərə  görə  Sığortaçıdan  haqq  alan  müvafiq  xüsusi  icazəsi  olan  hüquqi  şəxslər,  həmçinin 

qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəl fəaliyyət göstərən fiziki şəxslər. 

 

Assistans Şirkəti – Sığortaçı və ya Tibb Müəssisəsi adından tibbi ximətlərin təşkilini, nəzarətini, 

ekspertizasını hıyata keçirən Şirkətdir. 

 

Sığorta  kartı  -  üzərində  Sığorta  Şəhadətnaməsinin  (Müqaviləsinin)  nömrəsi,  müştəri  kodu, 

Sığorta  Müqaviləsinin  qüvvədə  olma  müddəti,  doğum  tarixi,  Sığortalının  adı,  soyadı,  Sığorta 

proqramı,  Sığortaçının  əlaqə  telefonlarını,  Assistans  Şirkətinin  əlaqə  telefonlarını  əks  etdirən 

plastik kartdır. 

 


 

 



FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Sığorta münasibətlərinin subyektləri 

 

1.1

 

Bu  Qaydalara  uyğun  olaraq  tibbi  sığorta  münasibətlərinin  subyektləri  dedikdə  Sığortaçı, 

Sığortalı,  Sığorta  olunanlar,  tibb  müəssisələri  və  qanunvericilikdə  müəyyən  olunmuş 

qaydada özəl tibbi praktika ilə məşğul olan şəxslər başa düşülür. 



1.2

 

Sığortalı  hüquqi  şəxsdirsə,  onun  işçilərinin,  vəzifəli  şəxslərinin  və  qanunvericiliyə, 

müqaviləyə  yaxud  etibarnaməyə  müvafiq  olaraq  onun  adından  çıxış  etməyə  səlahiyyəti 

olan digər nümayəndələrinin hərəkətləri Sığortalının hərəkətləri hesab edilir. 



1.3

 

Sığorta  müqaviləsinin  başqa  şəxsin  xeyrinə  bağlanması  Sığortalını  həmin  müqavilə  üzrə 

öhdəliklərini yerinə yetirməkdən azad etmir. 

1.4

 

Əgər sığorta müqaviləsində digər Sığorta olunan göstərilməmişdirsə, həmin müqavilə üzrə 

Sığortalı həm də Sığorta olunan hesab edilir. 

 

Maddə 2. Sığorta müqaviləsinin predmeti 

 

         Bu Qaydalara əsasında bağlanan sığorta müqaviləsinə əsasən, Sığortalı sığorta haqqını 



sığorta    

         müqaviləsində nəzərdə tutulmuş qaydada ödəməyi,  Sığortaçı isə sığorta hadisəsi 

nəticəsində Sığorta  

         olunana müqavilədə razılaşdırılmış qaydada və sığorta məbləği həcmində tibbi yardımın 

və digər  

         xidmətlərin təşkil edilməsini və əvəzinin ödənilməsini öz öhdəsinə götürür 

 

 

FƏSİL 2. SIĞORTA TƏMİNATI 



 

Maddə 3. Sığorta hadisəsi 

 

3.1



 

Sığorta  olunanın  sığorta  müddəti  ərzində  təsadüflük  əlaməti  daşıyan,  istisnalar  arasında 

yer  almayan  xəstəliyə  məruz  qalması  və  bədbəxt  hadisə  nəticəsində  yaralanması  ilə 

əlaqədar  tibbi  yardım  almaq  məqsədi  ilə  Sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  tibb 

müəssisələrinə  müraciəti  sığorta  hadisəsi  hesab  olunur.  Sığorta  olunanın  mövcud 

xəstəliklərlə əlaqədar tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab edilmir. 



3.2

 

Sığorta  müqaviləsində  şərtsiz  gözləmə  müddəti  təyin  oluna  bilər.  Bu  müddət  ərzində 

Sığorta  olunanın  Sığorta  müqaviləsində  və  bu  Qaydalarda  göstərilən  hadisələrlə  əlaqədar 

tibbi yardım almaq üçün tibb müəssisəsinə müraciəti sığorta hadisəsi hesab olunmur.  



3.3

 

Sığortaçı, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunanın, sığorta 

hadisəsi  nəticəsində  yaranan  tibbi  xərclərinin,  bu  Qaydalara  müvafiq  olaraq  və  Sığorta 

müqaviləsində  (Şəhadətnaməsində)  göstərilmiş  məbləğ  həddində  ödənilməsinə  təminat 

verir. 

3.4

 

Sığorta müqaviləsində başqa hallar da nəzərdə tutula bilər. 



 



Maddə 4. Gözləmə müddəti 

 



 



İlk  dəfə  sığortalanmış  şəxslərdə  aşağıda  göstərilən  xəstəliklərlə  bağlı  aparılacaq  hər  cür 

müayinə və müalicə (ambulator və stasionar) xərcləri, dərman xərcləri Sığorta Müqaviləsi 

bağlandıqdan sonrakı  12 ay ərzində sığortanın əhatə dairısi xaricində olacaqdır. Gözləmə 

müddəti  yalnız  sığorta  müqaviləsinin  ilk  ilində  tətbiq  olunur  və  sığorta  müqaviləsinin 

yenilənməsi  ilə  ortadan  qalxır.  Gözləmə  müddəti  şərtinin  tətbiq  olunduğu  hallar 

aşağıdakılardır:  



 

öd kisəsi və öd yollarının daş xəstəliyi ilə əlaqədar tibbi xərclər; 



 

dermoid  kista,  anorektal  xəstəliklər  (anal  çat,  anal  fistula,  paraproktit,  babasil,  anusu 

partlaması/abses və s.) 



 

bütün  növ  yırtıqlar,  onurğa  sütunu  xəstəliklərinin  cərrahi  müalicəsi    ilə  əlaqədar  bütün 

tibbi xərclər; 



 

böyrək, sidik kisəsi və sidik yollarının daş xəstəliyinin müalicəsi; 



 

qalxanvarı və paratiroid vəzi xəstəliklərinin müalicəsi



 

prostat vəzi xəstəliklərinin diaqnostika və müalicəsi; 



 

ağrılı  diz  oynağı  problemlərinin(menisk,  vətər,  bağ  və  qığırdaq  patologiyaları) 

diaqnostika və müalicəsi; 



 

katarakta, qlaukoma, retinal deformasiyalar/patalogiyalar ilə əlaqədar müalicə xərcləri



 

burun  polipləri,  burun  balıqqulaqlarının  hipertrofiyası,  adenoid  (udlaq  badamcığının 

hipertrofiyası),  damaq  badamcıqlarının  hipertrofiyası,  haymorit,  sinusit    ilə  əlaqədar 

müalicə xərcləri; 



 

hidrosele, sistosele, rektosele, spermatosel, varikosele ilə əlaqədar müalicə xərcləri; 



 

bütün  növ  kistalar  (dəri,  dərialtı,  böyrək,  vaginal,  yumurtalığın  kistası  və  s.),  lipoma, 

hiqroma, uşaqlığın mioması ilə əlaqədar müalicə xərcləri; 



 

böyrək, dalaq və mədəaltı vəzi xəstəliklərlə əlaqədar cərrahi əməliyyatlar(bədbəxt hadisə 

zamanı alınan travmalarla əlaqədar cərrahi əməliyyatlar xaric); 



 

hipertoniya xəstəliyi,hər cür ürək xəstəliklərinin müalicə xərcləri; 



 

Süd vəzisi xəstəliklərinin müayinə və müalicə xərcləri; 



 

doğum  təminatı  verilən  Sığorta  müqavilələrində  hamiləlik,  fizioloji  və  operativ  doğuş, 

düşük və bunların fəsadları ilə əlaqədar bütün növ tibbi xərclər. 

 

Maddə 5. Standart istisnalar 

 

5.1



 

Sığorta  müqaviləsində  digər  hallar  nəzərdə  tutulmayıbsa,  aşağıda  göstərilənlər  və  ya 

onların  bilavasitə  nəticəsi  olaraq  meydana  gələn  xəstəlik,  fəsadlaşma,  bədbəxt  hadisə  və 

digər hallarla əlaqədar Sığorta olunana göstərilən tibbi yardım və digər xidmətlərlə bağlı 

xərclər sığorta təminatına daxil edilmir: 

5.1.1

 

Aşağıdakı dərman preparatları sığorta təminatına daxil deyil: 



Каталог: noduploads -> qaydalar
qaydalar -> Hava nəQLİyyati vasiTƏLƏRİNİn siğortasinin
noduploads -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
noduploads -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
noduploads -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
noduploads -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
noduploads -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
noduploads -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
noduploads -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
noduploads -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə