Корпоратив идаряетмя



Yüklə 219,64 Kb.
səhifə14/21
tarix28.02.2023
ölçüsü219,64 Kb.
#85875
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
referat 115

Şuranın fəaliyyəti
ABŞ-da olduğu kimi Almaniyada da iqtisadiyyatın uzun və uğurlu fəaliyyəti şirkətlərin qəbul olunmuş idarəedilmə sxemindən şikayət etməyə heç bir əsas vermir. Onun uğurlarının bir çoxu direktor şuraları sistemi ilə bağlıdır. Ən azı ona görə ki, korporasiya ilə onun iri «iştirakçı»ları arasında uzunmüddətli münasibətlərin saxlanılmasına yardım edir. Bununla yanaşı, şuraların işinin bir sıra aspektləri tənqid mövzusuna çevrilib, hətta son zamanlar bəziləri əsaslı araşdırılmaya məruz qalıb.

İdarəetmədə bankların rolu müzakirələrin əsas mövzularından biri olub. Bir çoxlarının fikrincə, şirkətin idarəedilməsinə və ona nəzarətə banklar tərəfindən göstərilən güclü təsir bir sıra çatışmazlıqlarla bağlıdır. Bankın təsiri əsasən korporasiya fəaliyyətinin maliyyə aspektlərinə toxunur və iqtisadiyyatın səhmdar sektorunda bazara deyil, daha çox banklara yönəldilmiş sistemin yaradılmasına çalışır22. Daha çox mühümdür ki, korporasiyanın kreditoru olan bank kapitalqoyuluşlarının təhlükəsizliyi konsepsiyasının mənfəət konsepsiyasından üstün tutulduğu investisiya proqramlarını təklif edə bilər. Başqa sözlə, bank mənfəətli və risk tələb edən imkanların gerçəkləşdirilməsinə mane ola bilər. Bu, hətta bank koroporasiyanın həmsahibi olduğu halda da baş verə bilər. Bank üçün həmsahiblik faktının açdığı işgüzar imkanlar daha əhəmiyyətlidir, nəinki onların verəcəyi dividendlər. Mahiyyətinə görə, korporasiyanın səhmdar kapitalında bankın iştirakı problemi yalnız dərinləşdirir: bank ümumi kapitaldakı öz payının qorunması üçün iri gəlirlərə deyil, «xırda, lakin həqiqi» pullara üstünlük verə bilər. Bəzi mütəxəssislər buna əsaslanaraq bankın təsirində böyük ziyan faktorunun göründüyünü deyir. Bir sıra tədqiqat əsərlərində isə, deyilən mülahizələrin mübahisəli olmağına baxmayaraq, bankın güclü təsiri altında olan şirkətlərin bu təsirə az məruz qalan şirkətlərdən ümumiyyətlə az gəlir verdiyi faktları göstərilir.


Son zamanlar aparılan mübahisələrin əksəriyyəti Almaniyanın üç ən güclü bankının əlində hökmranlığın cəmləşməsi və iri şirkətlərin nümayəndələrinin bir-birinin müşahidə şuralarında mühüm dərəcədə «qarşılıqlı iştirakı» probleminə aiddir.


Şəxsi münasibətlərin bu zaman yaranan dolaşıq şəbəkəsi nəinki nəzarətin səmərəliliyini azaldır və hətta maraqların geniş miqyaslı konflikti üçün münbit mühit yaradır. Şirkətlərin öz fəaliyyətləri barədə məlumat vermələri üzrə çox yumşaq tələblər və idarəetmənin yüksək dərəcədə məxfi olan formaları problemi daha da dərinləşdirir. Əgər banka məxsus olan səhmlər zərfi korporasiyanın ümumi kapitalının 25%-dən çox deyildirsə, o bu zərf barəsində açıq məlumat verməyə borclu deyil. Alman şirkətlərinin maliyyə hesabatları mühüm dərəcədə «gizlidir» və idarəetmənin bir çox əməliyyatları ictimaiyyətin nəzərindən kənarda baş verir.


Məhz hakimiyyətin izafi təmərküzü imkanı sistemin islah olunmasını tələb edir. Bu, həm səhm zərflərinin həcminin ixtisara salınması (15 və hətta 5% səviyyəsinə qədər) barədə banklara edilən müraciətlərdir, həm göstərilən fəaliyyət həqqında məlumatların açıqlanması üzrə tələblərin sərtləşdirilməsi, auditorların inzibati və eləcə də müşahidə şuralarına hesabatlı edilməsi, bankların nümayəndələrinin rəqib şirkətin şurasında iştirkının qadağan olunması, eləcə də iri sənaye şirkətlərinin bir-birinin şurasında qarşılıqlı təmsilçiliyinə son qoyulması təklifləridir. Xırda təfərrüatlarındakı fərqlərə baxmayaraq, təkliflərin hamısı müstəqil nəzarət qarşısında sistemin aşkarlığının gücləndirilməsinə yönəldilib. Hamısından maraqlısı odur ki, belə aşkarlığın vacibliyi tələbləri Amerika sisteminə istinadlarla əsaslandırılır.





Yüklə 219,64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin