Nəzarət funksiyası gəlirlərin formalaşmasına, müəssisələrin xərclərinə, pul fondlarının səmərəli istifadəsinə, büdcəyə vergilərin ödənilməsinə, büdcədən kənar sosial fondlara vəsaitlərin ayrılmasına nəzarət edir.
Bir sıra iqtisadçılar hesab edirlər ki, mailiyyəyə üçüncü funksiyada pul fondlarının formalaşması funksiyasıda məxsusdur. Lakin bizə elə gəlir ki, mailiyyə resurslarının bölgüsü funksiyasını yerinə yetirərkən eyni zamanda pul fondlarını formalaşdırır. Ona görə də bölgü funksiyasını parçalamaq yolu ilə üçüncü funksiyasını ayırmağa zəruriyyət yoxdur.
Mailiyyənin bölgü və nəzarət funksiyaları təsərrufat mexanizminin tərkib hissəsi olan mailiyyə mexanizmi vasitəsilə reallaşdırılır.