müddətli formada,yerdə qalan hissəsi isə müddətsiz formada bağlanır. İqtisadi qeyri-sabitlik şəraitində bankın gələcək maliyyə vəziyyəti şübhə altında olduğundan banklararası müqavilənin müddətsiz forması BAK-nın minimum müddətini müəyyən edir və müddət bitdikdə bu kredit müddətsiz kredit kimi istənilən vaxt qabaqcadan xəbərdarlıq edilməklə borcalan bankdan geri tələb oluna bilər. Əgər borcalan bank onu qaytarmaq imkanına malik deyilsə o dərhal başqa banklara müddətli depozit üçün müraciət edir.
Müddətsiz müqavilədə faiz dərəcəsi onun bütün fəaliyyət müddətində dəyişməz qalır. Müddətli müqaviləyə əsasən isə faiz dərəcəsinə onun bazarda cari vəziyyətlə bağlı səviyyəsinə görə yenidən baxılır.