Əczaçılıq sektoru və onun tərkib hissələrində hazırkı vəziyyətin ətraflı təhlilinin yerinə yetirilməsi;
Hazırkı Əczaçılıq qanunvericiliyinin öyrənilməsi, qanunların və nizamnamələrin siyahıya alınması;
Əczaçılıq siyasətinin hazırkı Səhiyyə sistemi, Milli Səhiyyə Siyasəti və Səhiyyə sektorunda İslahatlar layihəsi ilə müvafiq şəkildə öyrənilməsi;
Gələcək Milli Dərman Siyasətinin əsas məqsədləri, vəzifələri və yerinə yetirmə stratejilərinin müəyyən edilməsi;
Əczaçılıq siyasətinin həyata keçirilməsi üçün hazırkı qanunvericilikdə zəruri dəyişiklər haqqında təkliflərin irəli sürülməsi, əczaçılıq siyasətinin qanuni fəaliyyətinə yönəlmiş məsləhətlərin irəli sürülməsi;
Müxtəlif inkişaf addımlarının təfsilatı ilə Əczaçılıq siyasəti stratejisinin layihəsinin hazırlanması;
Əczaçılıq siyasətinin icrası üçün əsas cavabdeh şəxslərin müəyyən edilməsi, xərclərin qiymətləndirilməsi, siyasətin icra müddətinin təyin edilməsi;
Dövlət və özəl sektorları nəzərdə tutmaqla Əczaçılıq siyasətinin icrasında iştirak edən bütün maraqlı tərəflərin müəyyən edilməsi;
Hökumət qulluqçuları (Nazirlik), həkimlər, əczaçılar, yerli və xarici dərman istehsalçıları, dərman satanlar, Universitet kontingenti, QHT, alıcılar, peşəkar assosiasiyaların iştirakı ilə çoxmövzulu seminarların təşkili;
Ölkədəki iqtisadi vəziyyəti, mədəni və tarixi faktorları nəzərə almaqla Əczaçılıq siyasəti sənədinin tərtib edilməsi və müzakirələr üçün müvafiq orqanlara təqdim edilməsi;
Aydın və müfəssəl, ölkənin tələblərinə uyğun Əczaçılıq siyasətinin quruluşu;
Bütün komponentlərin fəaliyyətini nəzərdə tutmaqla Əczaçılıq siyasətinin yerinə yetirmə planının tərtibatı;
Siyasətin uğurlu yerinə yetirilməsi üçün məsləhət və layihələrin inkişafı.